Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı sakinlərin müraciətlərini dinlədi

08 yanvar 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. Qəbulda sakinlərə ölkə başçısının səyləri nəticəsində əhalinin rifahının daha da artırılması, aparılan geniş abadlıq-quruculuq işləri, həmçinin Nəsimi rayonunda görülən işlər barədə məlumatlar verilmişdir. Sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirərək, bir sıra məsələlərlə, o cümlədən, köhnə tikililərdən ibarət olan məhəllənin pilot layihəyə salınması, 2019-cu ildə də tibbi müayinə aksiyalarının keçirilməsi, yaşıllıq və abadlıq məsələləri ilə bağlı RİH Başçısına müraciətlər etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, onları maraqlandıran digər məsələlərlə bağlı sakinlərlə söhbət aparılmışdır.

Keçidlər