Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 2018-ci il üzrə Mülki Müdafiənin təşkilinin vəziyyəti müzakirə olunmuşdur

11 yanvar 2019 | 16:00

Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının müavini, rayon  Fövqəladə Hallar Komissiyasının sədri Qurban İsmayılov bildirdi ki, 2018-ci il ərzində Nəsimi rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsi tərəfindən mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi Azərbaycan Respublikası Prezidentinin  30 dekabr 1997-ci il tarixli 420-1Q nömrəli  “ Mülki müdafiə haqqında”  Qanununa,  Nazirlər Kabinetinin  25 sentyabr 1998-ci il tarixli 193 nömrəli “Mülki müdafiənin təmin edilməsi haqqında” Qərarına və digər normativ hüquqi  sənədlərə müvafiq olaraq təşkil edilmişdir.  

2018-ci tədris ili üçün Mülki müdafiə tədbirlər planından çıxarışların  MM xidmətlərinə, idarə və müəssisələrə  çatdırılması təmin edilmişdir.

2018-ci il üçün  Nəsimi  rayonu  ərazisində yerləşən obyektlərdə, müəssisələrdə keçiriləcək təlim və məşqlərin plan-qrafiki və 2018-ci il üçün Mülki müdafiə kursları üzrə dinləyicilərin komplektləşdirilməsinin təqvim planı hazırlanaraq Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq olunmuşdur.

Hesabat dövründə nəzərdə tutulan Mülki müdafiə tədbirlərinin hazırlanmasına və keçirilməsinə nəzarətin təşkili və metodiki köməkliyin göstərilməsi həyata keçirilmişdir.    

Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Polkovnik-leytenant Qurban Mustafayev  “Nəsimi  rayonu üzrə Mülki müdafiənin vəziyyəti” mövzusunda  məruzə edərək qeyd etdi ki, il ərzində Nəsimi rayanu ərazisində 2 rəhbər heyətin, 1 obyekt və 2 rayon ərazi qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə Mülki müdafiə məşqləri keçirilmişdir. Keçirilən bütün Mülki müdafiə məşqləri qənaətbəxş səviyyədə olmuşdur.

Hesabat dövründə rayon üzrə 29 ümumtəhsil, texniki peşə, orta ixtisas və digər təhsil müəssisələrində “ Mülki Müdafiə günü” keçirilmişdir.

Hər ayın axırıncı həftəsinin 2-ci günləri rayonun Mülki müdafiə obyektlərinin Mülki müdafiə qərargah rəisləri və Mülki müdafiə işçiləri ilə aylıq toplanışlar keçirilmişdir.    

İl ərzində rayon ərazisində yerləşən obyektlərin təyinatı və həmin müəssisələrdə radiasiya, kimya və tibbi-bioloji mühafizə tədbirləri, MM əmlakının saxlanma şəraiti və vəziyyətinin yoxlanılması, metodiki köməkliyin göstərilməsi işləri həyata keçirilmişdir.   

Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəis müavini polkovnik Yolçu Yolçuyev, Əhalinin və Ərazilərin Radiasiya, Kimya və Tibbi-Bioloji Mühafizəsi şöbəsinin rəisi polkovnik-leytenant Fuad Abdurəşidov və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elman Yahyayev çıxış edərək rayonda xəbərdarlıq sistemlərinin, kimyəvi mühafizənin mövcud vəziyyətləri və Mülki Müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud probləmlər haqqında ətraflı məlumat verdilər.

Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov görülmüş işlərin əhəmiyyətindən danışaraq mövcud problemlərin aradan qaldırılmasının vacibliyi barədə müvafiq təklif və tövsiyyələrini verdi.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.   

Keçidlər