Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin şəhid övladları Memorial Soyqırımı Muzeyində olmuşlar.

19 yanvar 2019 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında yanvarın 17-dən Türkiyə şəhidlərinin övladları Bakı şəhərində  səfərdədirlər.

Yanvar ayının 23-dək davam edəcək səfər çərçivəsində  qonaqlar rayonda keçirilən  müxtəlif tədbirlərdə iştirak edir, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olurlar. 

Qonaqlar Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olmuş, XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətləri barədə tarixi həqiqətləri əyani şəkildə özündə əks etdirən tarixi materiallarla tanış olmuşlar.

Bildirilmişdir ki,  Memorial Soyqırım Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarətdir.

Muzeydə qonaqlara onları  maraqlandıran suallar barədə ətraflı məlumat verilmişdir. 

Keçidlər