Türkiyəli qonaqlar 23 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə iştirak etmişlər
Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyasının Bakıda səfərdə olan nümayəndə heyəti Nəsimi rayonu 23 nömrəli tam orta məktəbdə olaraq 20 Yanvar hadisələrinə həsr olunmuş tədbirdə iştirak etmişlər. Qonaqlar məktəbdə faciə ilə bağlı məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, 20 Yanvar hadisələrinə, həmçinin müstəqilliyimizə, suverenliyimizə və şəhidlərimizə həsr olunmuş şeirləri dinləmiş, məktəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyaya baxmışlar. Tədbirin sonunda məktəblilər tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olundu. Tədbirdən sonra Türkiyə nümayəndə heyəti Şəhidlər Xiyabanını və Bakı Türk şəhidliyini abidəsini ziyarət ediblər.
Daha sonra səfər proqramı çərçivəsində qonaqlar Asan Radioda olarkən onlara bildirildi ki, 2015-ci ildən fəaliyyətə başlayan ASAN Radionun yaradılmasında məqsəd dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, dövlət strukturlarına etimadın gücləndirilməsidir.