Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin şəhid və qazı övladlarının Bakı şəhərinə səfərləri başa çatdı

23 yanvar 2019 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında Bakı şəhərində  səfərdə olan Türkiyə şəhid və qazi  övladları səfər çərçivəsində   rayonda keçirilən  müxtəlif tədbirlərdə iştirak edir, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olurlar.   Qonaqlar səfər çərçivəsində  Azərbaycan Respublikasının Milli Məclisdə  Heydər Əliyev Xatirə zalında olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş və hərtərəfli məlumat almışlar. Qonaqlara muzeydəki “BÖYÜK HƏYATIN ASTANASINDA", "QAYIDIŞ: MÜSTƏQİLLİK UĞRUNDA YENİLMƏZ MÜBARİZ",  "QURTULUŞ: MÜSTƏQİL DÖVLƏTİN XİLASKARI VƏ QURUCUSU", “AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ BƏRPA OLUNACAQDIR" və digər stendlədəki  materiallar barədə məlumatlar verildi.  Sonra qonaqlar Milli Məclisin inzibati binası ilə yaxından tanış olmuşlar.

YAP Nəsimi rayon təşkilatının inzibati binasında olan qonaqlara rayon təşkilatının Sədri, Millət vəkili Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyasının yaranmasından, keçdiyi tarixi yoldan, müstəqil Azərbaycanımızın inkişaf və tərəqqisində YAP-nın rolundan geniş danışaraq, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan partiyanın bu gün aparıcı bir qüvvə olduğunu xüsusi qeyd edərək partiyanın cəmiyyətdəki nüfuzu barədə məlumat verdi.

Respublika Velotrekində olan qonaqlar dünyada və Azərbaycanda velosiped idmanının tarixini özündə əks etdirən Velosiped muzeyi ilə tanış olub, Velotrekdə velosipedçilərin məşqini izləyib, həmçinin özlərinin velosiped sürmək bacarıqlarını nümayiş etdiriblər.Velotrekdən qonaqlar xoş təəssüratla ayrılmışlar.

Keçidlər