Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı qəbul keçirib

25 yanvar 2019 | 16:00

 Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir.

 Sakinlərdən Quliyev Novruz, Rüstəmova Səma, Hacıyev Vahid, Alışova Nazənin və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mərkəz hissədə köhnə məhəllələrdə küçələrin dar olması səbəbindən avtomaşınların parklanmasının mümkün olmaması, mənzilin sənədləşdirilməsi, yaşadıqları məhəllədəki evlərin istismar müddətinin bitdiyindən pilot layihələrin tətbiq edilməsi barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

  Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mərkəz hissədə aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri nəticəsində şəhərimizin simasının gözoxşayan dərəcədə gözəlləşməsindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qəbulun gedişində sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin rifah halının daha da yaxşılaşmasına yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar xüsusi qeyd olunmuşdur.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmiş, pilot layihələri həyata keçirən şirkətlərin nümayəndələrinə müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı tövsiyələr verilmişdir.

Keçidlər