Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2018-ci ilin yekunlarını müzakirə etmişdir

25 yanvar 2019 | 16:00

Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı  ilə  Holiday İNN  otelində  keçirilən, 2018-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi  Namiq Muradov   bildirmişdir ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra  abadlıq, quruculuq və yenidənqurma işləri aparılmışdır.

Belə ki,  Bakı şəhərinin rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli  Qərarının icrası ilə əlaqədar hal-hazırda inzibati ərazidə “Pilot İnşaat-A” MMC, “Malibo” MMC, “Yeni ailə”MMC, “Məkan” MMC, “Tac-1” MMC, “Bisütun” MTK   tərəfindən işlər davam etdirilir.

 “Bakı Abadlıq” MMC tərəfindən Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Bəşir Səfəroğlu,  Rəşid Behbudov, 28 May, Vidadi , Əlövsət Quliyev, Rəsul Rza, Tolstoy, Qoqol, Həzi Aslanov, Mirzə İbrahimov, Əlimərdan Topçubaşov, Kövkəb Səfərəliyeva küçələrində ümumilikdə 230-dan çox binada təmir işləri aparılmışdır. Binaların eyvanları, dam örtükləri, fasadları təmir edilmiş, bəzi küçələrdə yeni optik kabellər çəkilmişdir. Füzuli küçəsi 79 saylı binada isə  təmir işləri davam etdirilir. 

Bəşir Səfəroğlu, Əlövsət Quliyev, Həzi Aslanov, Rəsul Rza, Əlimərdan Topçubaşov, Vidadi küçələrinin bəzi hissələrinə bardürlər düzülmüş, səkilərə və yola asfalt örtüyü vurulmuş, həmçinin küçələrdə dibçəklər düzülmüşdür. Hal-hazırda həmin ərazilərdə işlər davam etdirilir.

Müxtəlif ünvanlarda ümumilikdə 850 kv.m dam örtüyü, keçid meydançaları təmir edilmişdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunun fasad hissəsində təmir işləri başa çatmaq üzrədir.

 Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Respublikamızın gözəl guşələrindən olan Quba və Şəki şəhərlərində rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 200-dən çox şagirdin istirahəti təşkil olunmuşdur. Eləcə də "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Nəsimi rayon məktəbliləri respublikamızın bir sıra rayonlarına səfər etmişlər. Bununla yanaşı Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 100 nəfər rayon məktəblilərinin  Heydər Əliyev Fondunun Layihəsi olan Zirə Mədənyyət Mərkəzi və Eko Parka ekskursiyası təşkil olunmuşdur.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  bildirmişdir ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.

Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura  simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi,  burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsi göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir.  Sonra 2018-ci ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verərək qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.

Bildirilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq müxtəlif vaxtlarda  3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində “Central park” , “Winter park”, “Holiday İnn” otellərində, “Dünya biznes mərkəzi”ndə, “Messenat” holdinqdə, 8, 44, 46 saylı orta məktəblərdə səyyar qəbullar keçirilmiş və sakinlərin müraciətləri dinlənilmişdir.

Natiq çıxışına davam edərək bildirmişdir ki, sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə aparılmış  əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, məktəbin binası 1900-cı ildə inşa edilib. Məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. Yenidənqurma işləri zamanı 35 sinif otağı, emlatxana, hərbi otaq, laboratoriyalar, yeməkxana, idman və akt zalları, eləcə də digər xidməti otaqları əsaslı şəkildə təmir edilmiş və əlavə 5 sinif otağı artırılmışdır. Məktəbdə pedaqoji kollektivin səmərəli fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilmişdir..

Hesabat  yığıncağında 8 nömrəli tam orta məktəbin müəllimi Hüseyn Əliyev, "Pilot İnşaat-A" MMC-nin icraçı direktoru Nuran Həsənzadə,  “Ziya” İnsan hüquqlarının Müdafiə Mərkəzinin sədri Səyyad Bayramov və  başqaları çıxış edərək   respublikada, o cümlədən Nəsimi rayonunda  aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirərək görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır. 

 

Keçidlər