Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2018-ci il üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə hesabatı

29 yanvar 2019 | 16:00

2018-ci il Azərbaycanın ictimai-siyasi həyatında, daxili və xarici siyasətində mühüm uğurlarla yadda qaldı. İstər regionda, istərsə də qlobal iqtisadiyyatda baş verən proseslərə baxmayaraq, ölkədə həyata keçirilən sosial layihələrin heç biri dayandırılmadı. Azərbaycanın təşəbbüsü, iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsi istiqamətində atılan addımlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə səbəb oldu.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsi təşəbbüsü, həmçinin Azərbaycanın iştirakçısı olduğu beynəlxalq layihələrin reallığa çevrilməsi, ölkə daxilində mühüm sosial-iqtisadi infrastrukturların inşası verilən vədlərin vaxtında yerinə yetirildiyini təsdiqləyən faktlardır.  2019-cu il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Nazirlər Kabinetinin iclasında dövlət başçısı ötən ilin uğurlarını dəyərləndirərkən vurğuladı ki, dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq, ölkəmiz uğurla, sürətlə inkişaf edib, 2018-ci il tarixə dərin iqtisadi islahatlar ili kimi düşüb. Azərbaycanı inkişaf, tərəqqi, sabitlik ölkəsi adlandıran Prezident respublikamızın daha böyük uğurlara doğru inamla addımladığını qeyd etdi. Əlbəttə, bütün bu işləri görmək üçün iqtisadi güc olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. Bütün uğurların da səbəbi məhz bu amildir.

Qazanılan uğurları dəyərləndirən Möhtərəm Prezidentimiz öncə regionların üçüncü sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına toxunaraq beşillik proqramın artıqlaması ilə yerinə yetirildiyini söylədi. Bu proqram bölgələrdə infrastruktur layihələrinin icrasının daha sürətlə getməsinə, yüz minlərlə yeni iş yerlərinin, yeni sənaye müəssisələrinin yaradılmasına, kənd təsərrüfatının daha sürətlə inkişaf etməsinə təkan verib. Artıq regionların dördüncü sosial-iqtisadi inkişafı dövlət proqramı da hazırdır.

Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı nüfuzlu beynəlxalq qurumların hesabatlarında da öz əksini tapır. Belə ki, Dünya Bankının "Doing Business” hesabatında ölkəmiz dünya miqyasında 25-ci yerdədir. Keçən il Azərbaycanda iqtisadi artım 1,4 faiz olub. Qeyri-neft sektorunun dinamik inkişafı davam edib. Ölkə üzrə sənaye istehsalı 1,5 faiz artdığı halda, qeyri-neft sektorunda sənaye istehsalının artımı 9,1 faiz təşkil edib. İl ərzində ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə yönəldilib. Bunun 11 milyard manatdan çoxu qeyri-neft sektorunun inkişafına yatırılıb. Kənd təsərrüfatı məhsullarının istehsalı çoxalıb. Əhalinin gəlirləri inflyasiyanı bir neçə dəfə üstələyib. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan 34-cü yerdədir.

İxracla bağlı göstəricilər də yaxşıdır. Belə ki, ixrac 36 faiz artıb və ümumi rəqəmi götürsək, 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo - yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edir.

Bu da bir daha təsdiq edir ki, artıq ixrac idxalı üstələyir. Göründüyü kimi, ölkəmizə ixracla bağlı 8,6 milyard dollar pul daxil olub. Əgər buraya xarici turistlərdən gələn vəsaiti əlavə etsək, onda bu rəqəm bir qədər də artar. Əlavə edək ki, 2018-ci ildə Azərbaycana 2 milyon 850 min xarici vətəndaş gəlib. Bu, 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər.

Möhtərəm Prezidentimizin Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Çünki bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, strateji valyuta ehtiyatları 28 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi isə 6 dəfə artıb.

Əldə olunan nailiyyətlər ölkədə sistemli şəkildə həyata keçirilən islahatlar nəticəsində iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi sayəsində mümkün olub.

Dövlətimizin başçısı proqram xarakterli nitqində beynəlxalq aləmdəki vəziyyət, xarici siyasətimizin gündəliyində olan məsələlər, ötən il əldə edilmiş nailiyyətlər və görülən işlər barədə əhatəli danışaraq xarici siyasət sahəsində qarşıda duran yeni vəzifələri müəyyən etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici və daxili siyasət biri digərini tamamlayır, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini, xalqımızın firavanlığını, ölkəmizin təhlükəsizliyini və daha da güclənməsini təmin edir.

İclasda xarici siyasətimizin uğurlarını diqqətə çatdıran Möhtərəm Prezidentimiz 2018-ci il ərzində dövlətimizin başçısının xarici ölkələrə 16 səfəri, Azərbaycana 16 dövlət və hökumət başçısının səfərini, ölkəmizin düşünülmüş siyasət apararaq bütün qonşularla çox gözəl münasibətlər qurduğunu, İslam həmrəyliyinin inkişafı istiqamətində ölkəmizin atdığı addımları, Brüsseldə Avropa İttufaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanmasını, NATO-nun Zirvə görüşündə də qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmətin öz əksini tapmasını, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını,  Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığını əsas istiqamətlər kimi təsnif etmişdir.

Azərbaycan vətəndaşının, onun sosial qayğılarının, rifahının, sağlamlığı və təhlükəsizliyinin təmin olunduğu strateji xəttə uyğun olaraq əhalinin sosial müdafiəsinin güclənməsinə səbəb olan mühüm sosial layihələr reallaşdırılıb, yeni sosial obyektlərin tikintisi istiqamətində əhəmiyyətli işlər görülüb.

Bütün bunlar Azərbaycanın sosial-iqtisadi inkişafının əsas göstəriciləridir. Əlbəttə, bu, bir həqiqətdir ki, dövlətin qarşıya qoyduğu bütün vəzifələrin həyata keçirilməsi üçün iqtisadiyyat uğurla inkişaf etməli və bu istiqamətdə ardıcıl addımlar atılmalıdır.

Möhtərəm Prezidentimizin söylədiyi kimi, əgər bu gün Azərbaycanın güclü iqtisadi imkanları olmasaydı, bu layihələrin heç birini reallaşdırmaq mümkün olmazdı. Lakin ölkəmizdə heç bir sosial layihə indiyədək təxirə salınmayıb. Çünki Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil.

Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı, fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü olan güclü dövlətdir.

Ölkə başçısının innovasiyayönümlü, yüksək rəqabətqabiliyyətli istehsala əsaslanan sosial-iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb və respublikamız dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb.

Ötən ilin uğurlarını dəyərləndirən dövlət başçısı yeni hədəflər və qarşıda duran əsas vəzifələrlə bağlı ciddi tapşırıq və tövsiyələrini vermiş,  ölkədə qazlaşdırma, içməli su və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində yeni-yeni layihələrin həyata keçiriləcəyini söyləyərək bildirib  ki, ötən il ölkədə qazlaşdırma 95 faizə çatıb, 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. Bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun tikintisi üçün də böyük vəsait nəzərdə tutulub. Bu, sahil boyu ilə Rusiya sərhədinə gedən tamamilə yeni bir yoldur. Yəni, bu, şimaldan Rusiya sərhədinə gedən ikinci yol olacaq.

38 şəhərin içməli su məsələsi tam həllini tapıb. Hazırda 12 şəhərdə işlər gedir və yaxın gələcəkdə o şəhərlərin də içməli su ilə tam təminatı təşkil ediləcək. Bu il beş şəhərdə işlər başa çatacaq. Bu sahədə görülən işlər daim diqqət mərkəzindədir. İçməli su layihələrinin icrası insanların sağlamlığına verilən böyük töhfədir.

Möhtərəm Prezidentimiz şəhid ailələrinin vərəsələrinə ödənilən vəsaitə də toxunar bildirib ki, bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var. Onların hamısına 11 min manat veriləcək. Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür: "Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcək”.

Göründüyü kimi, uğurlu missiya davam edir. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə, rifah halının daim yaxşılaşmasına yönələn bu yorulmaz fəaliyyət hər keçən il öz müsbət nəticələrini daha bariz göstərir.

Bütün bunlar Möhtərəm Prezidentimizin reallaşdırdığı strateji inkişaf kursunun uğurla həyata keçirilməsi və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi nəticəsidir. Ötən il ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olub, mürəkkəb xarici risklər və çağırışlar şəraitində yüksək dayanıqlılıq və sabitlik nümayiş etdirib.

Əldə edilən bu nailiyyətlər və reallaşmaqda olan yeni-yeni sosial-iqtisadi layihələr onu deməyə əsas verir ki, 2019-cu ildə də qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək, Azərbaycan iqtisadiyyatı öz inkişaf dinamikasını qoruyub saxlayacaq.  Ölkəmizin hər yerində dinamik inkişaf, infrastrukturun  yeniləşdirilməsi, istehsal  müəssisələrinin, iş yerlərinin yaradılması, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri ötən ildə Nəsimi  rayonunda da uğurla davam etdirilmişdir. Paytaxtımızda əhalinin ən sıx yerləşdiyi rayonlardan biri olan Nəsimi  rayonu ötən il uğurlara imza atıb.  Rayonun görkəmi dəyişir, əhalinin normal yaşayış səviyyəsi təmin olunur, sosial problemlərinin həlli istiqamətində təqdirəlayiq tədbirlər davam etdirilərək ötən ildə Nəsimi rayonun iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunub. Rayonda sosial yönümlü tədbirlərə geniş yer verilməsi sakinlərin həyat səviyyəsini yaxşılaşdırılmasına xidmət edir. İnşa edilən yeni obyektlər, həm də turizmin inkişafına böyük imkanlar yaradır.

2018-cı ildə rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmiş, həmin obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər. 

     May ayının 15-də  Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsmiş, Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat vermişdir.

Qeyd edilmişdir ki,  2001-ci ildən fəaliyyət göstərən Müasir Təhsil Kompleksi Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biridir. Son illərdə bu təhsil ocağına maraq artıb və nəticədə məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Buna görə də məktəb üçün əvvəlkindən daha böyük, müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib.

Kompleksdə müasir tələblərə cavab verən yüksək keyfiyyətli maddi-texniki baza yaradılıb. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi indi paytaxtımızın memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir. Dövlətimizin başçısı və birinci xanımı təhsil ocağında yaradılan şəraitlə tanış olmuşlar.

Müasir Təhsil Kompleksi şagirdlərin milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişmələri üçün hər cür şərait yaradır. Məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuşdur. Xalqımızın Ümummilli lideri Heydər Əliyev 2001-ci il sentyabrın 1-də bu kompleksin təntənəli açılışında iştirak edib. Elə o vaxtdan bu təhsil ocağı Ulu Öndərin açılış mərasimində verdiyi tövsiyələrə əsaslanaraq uğurla fəaliyyət göstərir. Məktəbdə Heydər Əliyev guşəsi də yaradılıb. Müxtəlif fotostendlər, əyani vəsaitlər Ulu öndər Heydər Əliyevin siyasi irsinin və zəngin dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kompleksdə Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısını əks etdirən guşə də yaradılıb. Təhsil ocağı üç hissədən - uşaq bağçası, orta ümumtəhsil məktəbi və orta məktəbdən ibarətdir və onların hər birində üç bölmə - Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin keyfiyyətli təşkili üçün hər cür şəraitə malikdir. Kompleksin akt zalında isə təhsillə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Sinif otaqlarının, fənn kabinetlərinin hamısı ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərinin fizika, kimya və biologiya laboratoriyalarında tətbiqi üçün də zəruri avadanlıq quraşdırılıb. Məktəbdə dərslər şagirdlərin mükəmməl təhsili ilə yanaşı, həmçinin onların sosial və mənəvi inkişafına da yönəldilib. Qarşıya qoyulan məqsədlərdən biri də təhsil sistemində bilikli şagird yetişdirməklə yanaşı, onların həm də sosial həyata hazırlanmasını təmin etməkdir. Elə bu məqsədlə də “Sosial-fəal məktəb” konsepsiyasını əsas götürən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sosialyönümlü şəxsin yetişdirilməsi üçün lazımi mühit yaradılıb. Bu model şagirdlərin istənilən şəraitə sərbəst və tez uyğunlaşması, sosial həyatlarının daha maraqlı və zəngin olmasına imkan yaratmaqla yanaşı, hər bir şagirdin fərdi qabiliyyətinin və potensialının üzə çıxarılmasına kömək edir. Məktəbdə Olimpiada qrupları, Şagird Elmi Cəmiyyəti, Şagird Parlamenti fəaliyyət göstərir. Şagirdlər olimpiadalarda, bilik yarışlarında yüksək yerlər qazanırlar, konfranslarda uğurla çıxış edirlər. Bu təhsil ocağında ən qabaqcıl, yüksəkixtisaslı müəllimlər fəaliyyət göstərirlər. İngilis bölməsində dərslər “Cambridge” proqramı əsasında keçirilir. “Cambridge” Checkpoint vasitəsilə müəllimlər şagirdlərin davamlı inkişafını qiymətləndirir, onların güclü və ya zəif cəhətlərini müəyyən edirlər. Proqramı bitirən şagirdlərə dünyanın bütün ölkələrində tanınan və yüksək səviyyədə qiymətləndirilən IGCSE sertifikatları verilir. Məktəbdə zəngin kitabxana da fəaliyyət göstərir. Kompleksin açıq idman meydançaları isə yüksək standartlara uyğun şəkildə qurulub.

Dövlətimizin başçısı və birinci xanım kompleksin bağçasında yaradılan şəraitlə də tanış olmuşlar. 112 yerlik bağçada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.

Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.

Müasir Təhsil Kompleksində yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir.

     Sentyabr ayının 12-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Aytən Baxşəliyeva təhsil ocağında görülən işlər barədə dövlətimizin başçısına məlumat vermişdir. Bu məktəbin binası 1900-cü ildə inşa edilib. Burada əvvəllər hərbi xəstəxana, sonralar isə Bakı Hərbi Məktəbi yerləşib. 1945-ci ildən binada 8 saylı tam orta məktəb fəaliyyət göstərir. Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun adını daşıyan məktəbdə təmir işlərinə Prezident İlham Əliyevin təsdiq etdiyi layihəyə uyğun olaraq bu ilin mayından başlanılıb, yenidənqurma və təchizat işləri qısa vaxt ərzində və yüksək səviyyədə həyata keçirilib. Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış olub. Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 nömrəli məktəb 2010-2011-ci tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub. 

     Bildirilib ki, məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. Burada 780 şagird təhsil alır, 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Yenidənqurma işləri zamanı bütün sinif otaqları, emalatxana, hərbi otaq, laboratoriyalar, yeməkxana, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib, əlavə 5 sinif otağı artırılıb. Təhsil müəssisəsində 70 nəfəri pedaqoji işçi olmaqla, ümumilikdə, 83 nəfər əməkdaş çalışır. Burada pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Yüksək şəraiti və müasir tədris-təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 8 saylı tam orta məktəbdir.

  Ölkəmizin hər yerində dinamik inkişaf, infrastrukturun  yeniləşdirilməsi, istehsal  müəssisələrinin, iş yerlərinin yaradılması, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri ötən ildə Nəsimi  rayonunda da uğurla davam etdirilmişdir. Paytaxtımızda əhalinin ən sıx yerləşdiyi rayonlardan biri olan Nəsimi  rayonu ötən il uğurlara imza atıb.  Rayonun görkəmi dəyişir, əhalinin normal yaşayış səviyyəsi təmin olunur, sosial problemlərinin həlli istiqamətində təqdirəlayiq tədbirlər davam etdirilərək ötən ildə Nəsimi rayonun iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunub. Rayonda sosial yönümlü tədbirlərə geniş yer verilməsi sakinlərin həyat səviyyəsini yaxşılaşdırılmasına xidmət edir. İnşa edilən yeni obyektlər, həm də turizmin inkişafına böyük imkanlar yaradır.

2018-cı ildə rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmiş, həmin obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər. 

     May ayının 15-də  Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsmiş, Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat vermişdir.

Qeyd edilmişdir ki,  2001-ci ildən fəaliyyət göstərən Müasir Təhsil Kompleksi Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biridir. Son illərdə bu təhsil ocağına maraq artıb və nəticədə məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Buna görə də məktəb üçün əvvəlkindən daha böyük, müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib.

Kompleksdə müasir tələblərə cavab verən yüksək keyfiyyətli maddi-texniki baza yaradılıb. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi indi paytaxtımızın memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir. Dövlətimizin başçısı və birinci xanımı təhsil ocağında yaradılan şəraitlə tanış olmuşlar.

Müasir Təhsil Kompleksi şagirdlərin milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişmələri üçün hər cür şərait yaradır. Məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuşdur. Xalqımızın Ümummilli lideri Heydər Əliyev 2001-ci il sentyabrın 1-də bu kompleksin təntənəli açılışında iştirak edib. Elə o vaxtdan bu təhsil ocağı Ulu Öndərin açılış mərasimində verdiyi tövsiyələrə əsaslanaraq uğurla fəaliyyət göstərir. Məktəbdə Heydər Əliyev guşəsi də yaradılıb. Müxtəlif fotostendlər, əyani vəsaitlər Ulu öndər Heydər Əliyevin siyasi irsinin və zəngin dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kompleksdə Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısını əks etdirən guşə də yaradılıb. Təhsil ocağı üç hissədən - uşaq bağçası, orta ümumtəhsil məktəbi və orta məktəbdən ibarətdir və onların hər birində üç bölmə - Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin keyfiyyətli təşkili üçün hər cür şəraitə malikdir. Kompleksin akt zalında isə təhsillə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Sinif otaqlarının, fənn kabinetlərinin hamısı ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərinin fizika, kimya və biologiya laboratoriyalarında tətbiqi üçün də zəruri avadanlıq quraşdırılıb. Məktəbdə dərslər şagirdlərin mükəmməl təhsili ilə yanaşı, həmçinin onların sosial və mənəvi inkişafına da yönəldilib. Qarşıya qoyulan məqsədlərdən biri də təhsil sistemində bilikli şagird yetişdirməklə yanaşı, onların həm də sosial həyata hazırlanmasını təmin etməkdir. Elə bu məqsədlə də “Sosial-fəal məktəb” konsepsiyasını əsas götürən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sosialyönümlü şəxsin yetişdirilməsi üçün lazımi mühit yaradılıb. Bu model şagirdlərin istənilən şəraitə sərbəst və tez uyğunlaşması, sosial həyatlarının daha maraqlı və zəngin olmasına imkan yaratmaqla yanaşı, hər bir şagirdin fərdi qabiliyyətinin və potensialının üzə çıxarılmasına kömək edir. Məktəbdə Olimpiada qrupları, Şagird Elmi Cəmiyyəti, Şagird Parlamenti fəaliyyət göstərir. Şagirdlər olimpiadalarda, bilik yarışlarında yüksək yerlər qazanırlar, konfranslarda uğurla çıxış edirlər. Bu təhsil ocağında ən qabaqcıl, yüksəkixtisaslı müəllimlər fəaliyyət göstərirlər. İngilis bölməsində dərslər “Cambridge” proqramı əsasında keçirilir. “Cambridge” Checkpoint vasitəsilə müəllimlər şagirdlərin davamlı inkişafını qiymətləndirir, onların güclü və ya zəif cəhətlərini müəyyən edirlər. Proqramı bitirən şagirdlərə dünyanın bütün ölkələrində tanınan və yüksək səviyyədə qiymətləndirilən IGCSE sertifikatları verilir. Məktəbdə zəngin kitabxana da fəaliyyət göstərir. Kompleksin açıq idman meydançaları isə yüksək standartlara uyğun şəkildə qurulub.

Dövlətimizin başçısı və birinci xanım kompleksin bağçasında yaradılan şəraitlə də tanış olmuşlar. 112 yerlik bağçada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.

Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.

Müasir Təhsil Kompleksində yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir.

     Sentyabr ayının 12-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Aytən Baxşəliyeva təhsil ocağında görülən işlər barədə dövlətimizin başçısına məlumat vermişdir. Bu məktəbin binası 1900-cü ildə inşa edilib. Burada əvvəllər hərbi xəstəxana, sonralar isə Bakı Hərbi Məktəbi yerləşib. 1945-ci ildən binada 8 saylı tam orta məktəb fəaliyyət göstərir. Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun adını daşıyan məktəbdə təmir işlərinə Prezident İlham Əliyevin təsdiq etdiyi layihəyə uyğun olaraq bu ilin mayından başlanılıb, yenidənqurma və təchizat işləri qısa vaxt ərzində və yüksək səviyyədə həyata keçirilib. Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış olub. Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 nömrəli məktəb 2010-2011-ci tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub. 

     Bildirilib ki, məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. Burada 780 şagird təhsil alır, 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Yenidənqurma işləri zamanı bütün sinif otaqları, emalatxana, hərbi otaq, laboratoriyalar, yeməkxana, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib, əlavə 5 sinif otağı artırılıb. Təhsil müəssisəsində 70 nəfəri pedaqoji işçi olmaqla, ümumilikdə, 83 nəfər əməkdaş çalışır. Burada pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Yüksək şəraiti və müasir tədris-təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 8 saylı tam orta məktəbdir.

Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi, ictimai-siyasi  həyatında da öz əksini tapmışdır.

         2018-ci  ilin aprel ayının 11-də respublikamızda keçirilmiş Azərbaycan Respublikasının Prezident seçkilərində Nəsimi rayon ictimaiyyəti yüksək fəallıq nümayiş etdirmişdir. Seçkilər rayon ərazisində fəaliyyət göstərən 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin hər birində yüksək mütəşəkkillik, şəffaflıq və obyektivlik şəraitində keçirilmişdir. Mərkəzi Seçki Komissiyası tərəfindən 27 məntəqədə Web kamera  quraşdırılmışdır. 

Rayon ərazisinin müxtəlif yerlərində namizədlərin seçki platformaları və digər təbliğat materiallarının yerləşdirilməsi üçün 78  xüsusi lövhələr quraşdırılmışdır. Seçkilərinin keçirilməsinə hazırlıqla əlaqədar RİH tərəfindən rayonda toplantı və seçicilərlə görüşlərin keçirilməsi üçün bağlı və  açıq yerlər müəyyənləşdirilmişdir.

 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə  33 410 seçicidən 20 153 nəfəri yəni- 69,30%-i seçkilərdə iştirak etmiş, iştirak etmiş seçicilərin 19 623 nəfəri yəni- 84,77 %-i Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.

22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə 39 702  seçicidən 26 699 nəfəri yəni - 67,25 %-i seçkilərdə iştirak etmiş, iştirak etmiş seçicilərin 23 026 nəfəri yəni - 86,28 %-i Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.

23 saylı Nəsimi-Səbail  seçki dairəsinin Nəsimi rayonu üzrə 24 596 seçicisindən 16 370 nəfəri yəni- 66,56 %-i seçkilərdə iştirak etmiş, iştirak etmiş seçicilərin 13 666 nəfəri yəni- 83,48 %-i  Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.

Ümumilikdə rayon üzrə 96 708 seçicidən 66 222 nəfəri, yəni - 68,48 %-i seçkilərdə iştirak etmişdir. Iştirak etmiş seçicilərin 56 315 nəfəri, yəni – 85,04 %-i Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.

Rayonun iqtisadi  və  sosial  həyatında  baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər 2018-ci ilin yanvar-dekabr ayları ərzində əvvəlki ilin müvafiq dövrünün göstəricilərini xeyli üstələmişdir.     

 

2018-ci ilin yanvar-dekabr aylarında Nəsimi rayonunun

sosial, iqtisadi inkişafının makroiqtisadi

göstəriciləri

                                                               Sənaye

2018-ci ildə əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 12,7 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2019-cu il vəziyyətinə 2191,3 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

          Tikinti

 

2018-ci ilin yanvar-dekabr aylarında bütün  maliyyə mənbələri hesabına 222810.9 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.

2018-ci ilin yanvar-dekabr aylarında Nəsimi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 2.1 dəfə çox vəsait yönəldilmişdir.  

2018-ci ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 28.2 faiz çox artmışdır.

Rabitə

2018-ci ilin yanvar-dekabr aylarında rabitə müəssisələri tərəfindən əvvəlki ilin müvafiq dövrünə nisbətən  göstərilmiş xidmət 2,2 faiz artmışdır.

                                                         Nəqliyyat

2018-ci ilin yanvar-dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 50,3 faiz artmışdır.

                                                       İstehlak bazarı

 

         2018-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə əmtəə satışı  əvvəlki ilə nisbətən 9,5 faiz artmışdır. Satılmış əmtəələrin 67,4 faizi hüquqi şəxslərin, 2,9 faizi rayonda fəaliyyət göstərən bazarın, 29,7 faizi isə  hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların  payına düşmüşdür.

                                                       İaşə dövriyyəsi

2018-ci ilin yanvar-dekabr aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi 122681,2 min manat olmuşdur. Həcmin 37,0 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 45363,7 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

                              Əhaliyə göstərilən ödənişli xidmətlər

 

Ödənişli xidmətlərin həcmi 2018-ci ilin yanvar-dekabr aylarında  əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artmışdır.

2018-ci ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən xidmətlərin 20,8 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 97,0 faiz təşkil etməklə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşmışdır.

                                          İşçilərin sayı və əmək haqqı

2018-ci ilin yanvar-noyabr aylarında Nəsimi rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.2 faiz artmışdır.

2018-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6.1 faiz artmışdır.

                                                     Yeni iş yerləri

“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır

Nəsimi rayonunda 2018-ci yanvar-dekabr aylarında 8306 yeni, o cümlədən 1350 yeni iş yeri IV rübdə açılmışdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 Yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı 2018-ci il ərzində ardıcıl tədbirlər davam etdirilmişdir.

Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilmişdir.

Görülmüş tədbirlər nəticəsində il ərzində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində əlavə olaraq 875 nəfər işə götürülmüşdür.

Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.

Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılmasının sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin razılaşdırılması üçün müvafiq işlər aparılmışdır.  İl ərzində 23 ünvanla bağlı köçürmə-söküntü və inşaat işləri aparılır. Bir sıra layihələrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən baxılır və növbəti  2 layihənin icrasına start verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inşaat sektorunda mövcud nöqsanların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icra olunması, xüsusilə  Nəsimi rayonu ərazisində tikinti-inşaat işlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən olunmuş şəhərsalma prinsiplərinə uyğun aparılması, ümumi istıfadə ərazilərinin və ictımai yerlərin zəbt olunaraq obyektlərin tikilməsinin qətiyyətlə qarşısının alınması ilə bağlı Komiətə ilə əlaqəli tədbirlər həyata keçirilmişdir.  Rayon ərazisində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləşmə həyata keçirilmədən aparılan  bir neçə inşaat işləri rayon İcra Hakimiyyəti tərəfindən dayandırılmışdır.

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə  Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə “2018-cı il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Nəsimi rayon Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.

“Ərazi Məşğulluq Proqramı”na əsasən 2018-ci il ərzində Məşğulluq Mərkəzinə 3260 nəfər qeyri-məşğul əhalinin iş axtarmaq məqsədilə müraciət edəcəyi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə  7634  nəfər Məşğulluq Mərkəzinə müraciət etmişdir. Bu dövr ərzində ilk dəfə müraciət edənlərin sayı 627  nəfər olmuşdur.

 Mərkəzə müraciət edən 7634 nəfərdən, yəni Mərkəzdə əvvəllər qeydiyyatda duranlardan, dəvət edilənlərdən və təkrar müraciət edənlərdən boş iş yerlərinə əsasən müəssisə və təşkilatlara göndərilən 1875  nəfəri oradakı əmək haqqının aşağı olması və digər səbəblərdən təklif olunan işdən imtina etmişdirlər.

           “Ərazi Məşğulluq Proqramı”na əsasən hesabat dövrü ərzində müraciət edənlərdən 1725 nəfərin daimi işlə təmin edilməsi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 1585 nəfəri  daimi işlə təmin edilmişdir. İşə düzələnlərdən 1360  nəfəri fəhlə peşələrindən, xidmət sahələrindən olanlar, 225 nəfəri mühəndis-texniki işçilərdən olmuşdurlar. Məşğulluq Mərkəzinə müraciət  edənlərin 1585 nəfəri işlə təmin edilmişdir, 2728 nəfər  isə təklif olunmuş iş yerlərində əmək haqqı aşağı olması səbəbindən işdən imtina etmişdirsə, digər bir hissəsinə isə heç bir münasib iş təklif etmək mümkün olmamışdır.

Qeyri-məşğul əhalinin qanunla müəyyən edilmiş kateqoriyalarının peşə hazırlığı və peşə təlimi kurslarına cəlb edilməsi tədbirlərinin həyata keçirilməsi də rayon əhalisinin məşğulluğuna müsbət təsir edəcək şərtlərdən biridir. 129 nəfər 7 ixtisas üzrə kursa cəlb edilmişdir.

İşaxtaran vətəndaşların, o cümlədən gənclərin peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə  467  nəfər işaxtaran vətəndaşla fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə məsləhətlərinə cəlb edilməsi mümkün olmuş, onlar “İşaxtaran və işsiz vətəndaşların peşə meyllərinin müəyyən edilməsi üçün multimediya test proqram sistemi”ndən (Tusi proqramından) keçmişdirlər. Bu istiqamətdə işlər davam etdirilir.

2018-ci il   ərzində 24 orta məktəbdə 2199  nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələlər keçirilmişdir. Məşğələlərdə şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, perspektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmiş , peşəyönümü haqqında əyani vəsait paylanılmışdır.

Hesabat dövrü ərzində sosial müdafiəyə daha çox ehtiyacı olan işaxtaran və işsiz vətəndaşların, o cümlədən qaçqın və məcburi köçkünlərin, gənclərin, qadınların, əlillərin sosial müdafiəsinin gücləndirilməsi Məşğulluq xidmətinin daim diqqət mərkəzində olmuşdur.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitin artırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq, bu qəbildən olan insanların məşğulluğunun gücləndirilməsinə, onların sosial problemlərinin həllinə mərkəz tərəfindən xüsusi diqqət göstərilmişdir.

Hesabat  dövrü  ərzində Məşğulluq Mərkəzi tərəfindən 108 nəfər qaçqın və məcburi köçkün münasib işlə təmin olunmuşdur.

“Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Prezidentinin Fərmanını rəhbər tutaraq  gənclərin, xüsusilə ordu sıralarından tərxis olunmuş gənclərin məşğulluğunun, sosial müdafiəsinin təmin olunması Məşğulluq Mərkəzi qarşısında duran başlıca vəzifələrdən biri olmuşdur.

2018-ci  il   ərzində Məşğulluq Mərkəzi vasitəsilə münasib işlə təmin olunanlardan 795  nəfəri yəni 50 % ,  işsizlik müavinəti alanların 36 nəfəri yəni  10 % gənclər olmuşdur.

Belə ki, 2018-ci il ərzində Məşğulluq Mərkəzi tərəfindən münasib işlə təmin olunanların 769  nəfəri və ya 48,5 %,  193  nəfər qadına isə işsizliyə görə müavinət təyin edilmişdir.

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisə və təşkilatlarda kvota üzrə müəyyən olunmuş xüsusi iş yerlərinə 2018-ci il   ərzində 14 nəfər işlə təmin olunmuşdur ki, onlardan 12  nəfəri də əlillər  olmuşdur.

Hesabat dövrü ərzində “Ərazi məşğulluq proqramı”na əsasən 610  nəfərə işsizlikdən sığorta verilməsi proqnozlaşdırılmışdır. Bu dövr ərzində isə 367 nəfərə işsizlikdən sığorta  verilmişdir. İşsizlikdən sığorta alanlardan 193 nəfər qadınlar olmuşdur. 

          2018-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi üzrə qeydiyyatda olan əmək pensiyaçılarının sayı 25922 nəfər (5966 nəfəri işləyən, 19956 nəfəri isə işləməyən) təşkil edir. Bunlardan yaşa görə əmək pensiyaçıları 16785 nəfər, əlilliyə görə əmək pensiyaçıları 6287 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyaçıları 2850 nəfər təşkil edir. Sosial müavinət 4662 nəfər, Prezident təqaüdü 1356 nəfər, sosial yardım 266 nəfər olmaqla 6284 nəfər təşkil edir.

        2018-ci ilin “Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 01.01.2018-ci il tarixdən əmək pensiyalarının sığorta hissəsi ölkə üzrə ötən 2017-ci ilin istehlak qiymətlərinin infilyasiya indeksi nəzərə alınmaqla artırılmışdır. Bu Sərəncama əsasən Nəsimi rayon şöbəsi üzrə 19509 nəfər pensiyaçının əmək pensiyasının sığorta hissəsi üzrə aylıq 299,4 min manat artım olunaraq ödənilmişdir.

         Ümumiyyətlə, 2018-ci il ərzində pensiyaların ödənilməsinə 83831,2 min manat, dəfn xərcinin ödənilməsinə 198,9 min manat, qanunvericiliyə müvafiq  olaraq məhkəmə qərarlarına əsasən pensiyalardan tutularaq köçürmələr 488,3 min manat, fiziki şəxslərə 40,6 min manat, pensiya və müavinətlərin ödənilməsinə görə 337,0 min manat xidmət haqqı ödənilmiş və şöbə aparatının saxlanılmasına görə 556,8 min manat vəsait xərclənmişdir.

         1941-1945 illər Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümü ilə əlaqədar “1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli, 03 nömrəli Sərəncamının icrası məqsədilə 101,5 min manat vəsait ödənilmişdir.

          Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsində 246 nəfər tənha qoca xidmətdədir. 03 dekabr Beynəlxalq əlillər günü münasibətilə 111 nəfər əlilə 30,00 manat məbləğində birdəfəlik müavinət verilmişdir. Novruz bayramında Heydər Əliyev Fondu tərəfindən ünvanlı dövlət sosial yardım alan 232 nəfər ailəyə ərzaq yardımı verilmişdir. Qurban Bayramı münasibəti ilə Heydər Əliyev Fondu tərəfindən 263 ailəyə qurban payı verilmişdir.

          İl ərzində 146 nəfər əlil müalicə sanatoriyasına, 91 nəfər əlil istirahət zonasına, 17 nəfər sosial xidmət müəssisələrinə və 4 nəfər əlil Peşə Reabilitasiya mərkəzinə göndərilmişdir.

        Tibbi Sosial Ekspert Komissiyasından əlillik dərəcəsi almış 292 nəfər vətəndaş “Əlillik vəsiqəsi” ilə təmin edilmişdir. İl ərzində “Şəhid ailəsi” adını almış 3 nəfər Şəhid ailəsi üzvünün vəsiqəsi ilə, 4 nəfər də Əmək veteranı vəsiqəsi ilə təmin edilmişdir.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, 2018-ci il ərzində rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası, kütləvi xəstələnmə halları və eləcə də kütləvi zəhərlənmə halları baş verməmişdir. Malyariya xəstəliyi aşkar olunmamışdır.

 2018-ci ildə rayon ərazisində rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmizlik, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, yaşayış binalarının, evlərin istismar vəziyyətinin yaxşılaşdırılması və qorunması, binadaxili aşağı mühəndis-kommunikasiya qovşaqlarının etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunması, qış mövsümündə istilik alan binaların  istiliklə təmin olunmasına xidmət edən mühəndis qovşaqlarının texniki tələbə uyğun istismar olunması,  yolların, səkilərin, park və bağların, meydanların, yaşıllıq və qazonların hər gün süpürülməsi və yığışdırılması, tullantıların zərərsizləşdirilməsi üçün aidiyyati poliqonlara daşınması istiqamətində ardıcıl işlər görülmüşdür. İl ərzində MKTB tərəfindən yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 149 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır.

          

       Rayon ərazisində yerləşən 600 ədəd zibil konteyneri rənglənmiş, 130 ədəd konteynerin təkərləri  təmir edilmişdir. 59 ədəd yeni konteyner gətirilmiş və zibil meydançalarına qoyulmuşdur.

       İl boyu I-V mkr. ərazisindəki yaşayış binalarının ətrafında olan eybəcər formada olan çəprlər sökülmüş, yerlərində təmizlik işləri aparılmışdır.

           2018-ci ilin payız-qış mövsümünə hazırlıq dövründə MKTB-nin daxili imkanları hesabına yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 150 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır.

          Belə ki, aprel-may aylarında binalara “yaz baxışı” keçirilmiş, tədbirlər planı işlənib hazırlanıb təsdiq edilmiş və 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıq işlərinə başlanmışdır.

       MKTB-nin qarşısında duran əsas vəzifələrdən biri rayon ərazisində yerləşən küçələr, bağlar, parklar, meydanlar, qazonlar və yaşıllıqlar, həyətlər hər gün süpürülmüş, yaranan süpürüntü kütləsi  MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmışdır. Ərazinin sanitar-təmizlik və ekolioji vəziyyətinə nəzarət təşkil olunmuş, yaranan problemlər aradan qaldırılmışdır.

Bəzi binaların zirzəmisinə dolmuş çirkab və qurunt suları kənarlaşdırılmışdır. Nəzərdə tutulmayan yerlərdə icazəsiz yaradılmış zibilliklər vaxtında ləğv edilmişdir.

MKTB-nın  balansında olan binalarda yaşayan əhalinin, eləcə də rayonda fəaliyyət göstərən təşkilatların, komersiya qurumlarının yaratdığı bərk məişət tullantılarının toplanması üçün 356 ünvanda  zibil meydançası vardır. Həmin meydançalar  810 ədəd xüsusi konteyner və 268  ədəd yeşiklə təmin olunmuşdur. İstifadəyə yararsız konteyner və yeşiklər vaxtaşırı olaraq yeniləri ilə əvəz olunur. Bərk məişət tullantılarının aidiyyəti poliqonlara daşınmasına gündəlik nəzarət təşkil edilmişdir.

MKTB-də işləyən işçilərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıran bütün tədbirlər həyata keçirilmişdir. Onlara əmək alətləri və iş paltarlarının verilməsi əmək haqlarının vaxtında ödənilməsi təmin edilmişdir.

 

Rayon Sukanal İdarəsi üzrə  01.01.2019-cu il tarixinə abonent kimi  qeydiyyata alınmış   217628 nəfər əhaliyə, o cümlədən məcburi köçkünə xidmət göstərilmişdir. Aktiv abonentlərin ümumi sayı  71830 abonent, o cümlədən: əhali sektoru üzrə 64630 abonent, qeyri - əhali sektoru üzrə 7200  təşkil edir.

Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin  92.2%-i, yəni 200653 nəfərdən çox  əhali  sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. 7.8% əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 8 saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir.

         Rayon əhalisini su ilə təmin edən və rayonun hüdudları çərçivəsində istismar olunan  magistral su kəmərlərinin və məhəllədaxili su xətlərinin  ümumi uzunluğu 303.8 km., kanalizasiya şəbəkəsinin  isə ümumi uzunluğu 162.0 km,   yağış sularının axıdılması kollektorlarının ümumi üzunluğu-14.8 km-dən artıqdır. İstismar olunan və yararlı vəziyyətdə olan kanalizasiya nəzarət-baxış quyularının sayı-12000 ədəd, yağış barmaqlıqlarının sayı isə-690 ədəddir. 8 ünvanda ümumi həcmi 5154.0 m3 olan su anbarı istismar olunur. Mənbələrdən alınan  suyun həcmi 2018-ci ilin  12 ayında 27 405 180.0 m3 olmuşdur, 2017-ci ilin  müvafiq  dövründə alınan suyun həcmi müqayisədə 3 163 103.0 m3  azalmış, nəticədə 11.5%  qənaət əldə olunmuşdur. Ümumilikdə idarəmiz üzrə hal-hazırda 71830 abonentin 62000 nəfərindən artıq  su sayğacı ilə təmin edilmişdir. Sayğaclı abonentlərin sayı   86.3 % təşkil edir.  Keçən ilin müvafiq dövrü ilə müqayisədə sayğaclı abonentlərin sayı 5.5% artmışdır. Ümumi abonentlərin 32%-i “Smart” tipli sayğaclarla təmin olunmuşlar. 2018-ci il ərzində 7500 ədəd yeni su sayğacı quraşdırılmış,  12000-dən artıq təmir olunmuş,  dəyişdirilmiş və ya qeydiyyata alınmışdır. 1-5-ci  mikrorayon ərazilərində 100 ədəd yaşayış binasında su xətlərinin yenilənməsi və sayğacların pilləkən qəfəsinə çıxarılması işləri “Azərsu” ASC-nin “Pilot” layihəsi çərçivəsində icra olunur və 6000-dən artıq mənzildə  yeni su sayğaclırının quraşdırılması prosesinin 1-ci mərhələsi tamamlanmışdır. Rayon ərazisində qalan daha 37 binada su xətlərinin yenilənməsi və pilləkan qəfəsində yeni sayğacların quraşdırılması üçün təklif  verilmişdir.

             Ümumi uzunluğu 1450.0 pm-dən artıq olan müxtəlif diametrli su xətləri çəkilmiş, 1500.0 metrdən çox təmir olunmuşdur. -1100,0 pm müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilərək,  yenisi ilə əvəz  olunmuşdur. 2018-ci il ərzində magistral və məhəllədaxili su kəmərlərində 11258 ünvanda, kanalizasiya şəbəkələrində isə   13262  ünvanda baş vermiş qəzalar aradan qaldırılmışdır.    Rayon ərazisində müxtəlif diametrə malik 25 ədəd yeni siyirtmə  quraşdırılıb  istismara verilmiş, 88 ədəd siyirtmə təmir olunmuşdur. 2 ədəd yeni yerüstü hidrant quraşdırılmışdır.

         Məhəllədaxili nasos stansiyalarında 2018-ci ildə müxtəlif gücə malik 131 ədəd elektrik mühərriki, müxtəlif markalı 148 ədəd su nasosu təmir olunaraq istismara verilmişdir. 27 ünvanda yerləşən nasosxana binasında təmir və abadlıq işləri aparılmışdır. 2018-ci ilin 12 ayı  ərzində  55000.0pm-dən çox fekal kanalizasiya şəbəkəsi, 8800.0 pm-dən çox yağış kanalizasiya şəbəkəsi yuyulmuş, 690 ədəd yağış barmaqlıqları, 5500 ədəd kanalizasiya quyusu təmizlənmişdir, 5 ədəd yeni yağış barmaqlığı, 7 ədəd yeni çuqun kanalizasiya qapaq dəsti quraşdırılmışdır.

 Rayon ərazisində payız-qış mövsümünə hazırlıqla əlaqədar 8000.0 pm su kəmərinin  təftiş edilməsi və cari təmir işlərinin aparılması işləri yekunlaşmışdır.  Məhəllədaxili nasos stansiyalarını elektrik enerjisi ilə təchiz edən transformator və kabellərin yerində yoxlanılması və üzə çıxan   çatışmamazlıqların aradan qaldırılması istiqamətində işlər aparılmışdır.

         1 saylı İSİS-in ərazisində olan 18 ədəd istilik məntəqəsi 26 ədəd qazanxana                 2017-2018-ci il payız qış mövsümü ərzində tələbatçıları fasiləsiz istilik enerjisi ilə təmin etmişdir. Aprel ayının 15-dən 2017-2018-ci il  payız-qış mövsümü başa çatmışdır. Qazanxanalar dayandırıldıqdan sonra istilik xətlərində hidravliki sınaq aparılmış və yaranan qüsurlar aşkarlanmışdır.

         Payız-qış mövsümünün bitməsi ilə əlaqədar olaraq tədbirlər pılanı işlənib hazırlanmış istilik xətlərində yaranan qüsurlar tədbirlər planına salınmışdır.

2018-2019-cu il tədbirlər pılanına uyğun olaraq 26 ədəd qazanxanada kompleks yoxlanma işləri aparılmışdır.

           26 ədəd qazanxanada 60 ədəd qazan açılaraq təftiş olunmuş onlardan 46 ədədi mexaniki təmizlənmiş, 5 ədədində cari təmir işləri görülmüşdür.

           99 və 139 saylı qazanxanada 4 ədəd qazan kimyəvi üsulla ərpdən təmizlənmişdir. Qazanxanalarda tüstü yolları təftiş edilmiş və təmizlənmişdir.

           Bütün qazanxana və istilik məntəqələrində NÖC və A Xidməti avadanlıqları qoruyucu klapanlar, manometrlər, partlayıcı klapanlar, əks klapanlar açılaraq təftiş olunmuş, “Azəristiliktəchizat” ASC-nin nəzdində olan Nəzarət Ölçü Cihazları Xidmətinin labaratoriyasında sınaqdan keçirilmiş kalibirləşdirilərək işçi vəziyyətə gətirilmiş möhürlənmiş və yerinə quraşdırılmışdır.

           Bütün qazanxanalarda elektrik avadanlıqları təftiş olunmuş elektrik mühafizə releləri, avtomatlar, maqnit işə salıcılar təftiş edilmiş, elektrik nasoslarının diyircəkli yastıqları yoxlanmış, 99 saylı qazanxanada 2 ədəd, 85 saylı qazanxanada 4 ədəd, 90 saylı qazanxanada 4 ədəd, diyircəkli yastıqlar dəyişdirilmiş, elektrik mühərrikləri sazlanmışdır. Bu qazanxanalarda müxtəlif həcimli 32 ədəd ehtiyat su çəni təmizlənmişdir, 77 və 81 saylı qazanxanada 3 ədəd su çəni təmir olunmuşdur.

           2017-2018-ci il payız qış mövsümü bitdikdən sonra qaz xətləri qazanalizator vasitəsi ilə yoxlanmış, qaz avadanlıqları təftiş, təmir olunmuş və qaz sızmaları bir daha yoxlanılaraq işçi vəziyyətə gətirilmişdir. 77,81,  85,90,138,199,232,312 saylı qazanxanalarda qaz xətlərinin üzərində təhlükəsizliyi tam təmin etmək məqsədilə ani qaz kəsici klapanlar quraşdırılmışdır.

           Qazanxanalarda olan 14 ədəd istilik mübadilə aparatı mexaniki və kimyəvi üsulla təmizlənərək işçi vəziyyətə gətirilmişdir.

           30 ədəd su yumşaldıcı qurğu təftiş olunmuş, kotionit əlavə olunaraq növbəti  payız qış mövsümünə hazır vəziyyətə gətirilmişdir.

           Ümumilikdə bütün qazanxanalar, istilik məntəqələri və istilik xətlərində quraşdırılan 940 ədəd siyirtmə təftiş təmir olunmuşdur. Bunlardan 33 ədədi cari təmir olunmuş, 15 ədədi əsaslı təmir olunmuş, 20 ədədi yenisi ilə əvəz olunmuşdur. Bu qazanxanalarda 66 ədəd genişlənmə çəni təftiş olunmuş, hava hissəsində təzyiq yoxlanılaraq işçi vəziyyətə gətirilmişdir. Bu və ya digər işlər bitdikdən sonra qazanxanalar “Azəristiliktəchizat” ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir. Tədbirlər planına əsasən hidravliki sınaq zamanı aşkarlanan qüsurların bir hissəsi aradan qaldırılmışdır.

           RİQ-1-in ərazisində I magistral istilik xəttində D=273 mm L=20 m boru, D = 273 mm 4 ədəd dirsək, II magistral istilik xəttində H.Seyidzadə 3A ünvanında   D=530 mm L=20 m boru dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.

           III mikrorayon H.B.Əliyev ünvanında 3,6 və 7 saylı istilik məntəqələrinə gedən  məhələdaxili  istilik  xətti D= 159 mm L=230 m boru  dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.

           Azadlıq prospekti 92 saylı ünvana gedən  məhələdaxili  istilik xətti D= 133 mm L=100 m boru, III mikrorayon 2 saylı istilik məntəqəsinə gedən məhəllə daxili istilik xətti D= 133 mm L=40 m boru, Cavadxan 28  ünvanından 266 saylı məktəbə gedən məhəllə daxili istilik xətti D= 102 mm L=25 m boru, M.Qaşqay 30/41 ünvanda156 saylı qazanxanada Füzuli 53 saylı binaya gedən d.114 mm L=150 m boru dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.

           V mikr. Cavadxan 17, 23 saylı ünvanlara gedən məhəllə daxili  istilik xətti  D= 102 mm L=100 m ,D= 89 mm L=120 m boru, H. Seyidzadə 4 ünvanına gedən məhəllə daxili istilik xətti  D= 219 mm L=90 m dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.

           Tədbirlər planına uyğun olaraq işlər başa çatdırılmış noyabr ayının 12 və 13-dən etibarən  qazanxana və istilik məntəqələri işə qoşulmuşdur.

           Hal-hazırda 1 saylı İSİS-in ərazisində olan 26 ədəd qazanxana, 18 ədəd istilik məntəqəsi fasiləsiz olaraq  221 yaşayış binasını, 6 səhiyyəni,  17 məktəbi, 10 uşaq bağçasını, 21 ədəd digər obyekti istilik enerjisi istehsal edərək istiliklə təmin edir.

107 ədəd TM və 20 ədəd KTM də  elektrik  avadanlıqları təftiş olunmuş, 10/6 kv-luq kabel xəttlərinin təmiri və yenidənqurmasına  8501 metr yüksək gərginlikli, 15285 metr müxtəlif markalı kabel istifadə olunmuş, 1150 ədəd  sayğac panoları  təmir olunaraq SMS sayğacların quraşdırılması üçün hazırlanmış, 15 ədəd 250A , 400А-lik   0,4 kv-luq ayırıcılar, 168 ədəd təksayğaclı qutu quraşdırılmışdır.  615 saylı TM-nin yenidənqurulması ilə əlaqədar 2 ədəd 1600/10 yeni güç tr-ru ilə əvəz edilmişdir.  Nəsimi RETSİ-nin  110/35/10 kv-luq istismar sahəsi üzrə Dağlıq y/st-da 1 saylı 40 mVA tr-in yağ sızmasının qarşısı alınmış və hər iki transformatora 1180 litr yağ əlavə olunmuş, 35 kv 111 №1, №2, №3 yuvaları cari təmir olunmuş, 2 saylı 40 MVA Tr-run 35 kv-lıq kabeli təmir olunmuşdur.  88, 99 və 100, 111, 117 saylı y/st-da transformatorlar cari təmir olunmuş, TM-633, 740 №1, 571 №1, 246 №2, 840, 720 №2, 2595 №2, TM-780, TM-432 №2, 774 №1, TM-465 №2, 56, 60,№1,  43, 1906, 1036, 3244, 233,  640 №2 avadanlıqları cari təmir edilərək və mühafizələri yoxlanılmışdır. 88 saylı y/st-da 630 kva, 100 saylı y/st-da 25 kva , 101 saylı y/st-da 25 kva , 99 saylı y/st-da 1600 kva və 111 saylı y/st-da 630 kva 1və2 saylı XSTR cari təmir edilmişdir.

Hesabat ilində Nəsimi   Rayon   İcra   Hakimiyyəti   Başçısının  Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikləri öz fəaliyyətlərini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni və rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərini rəhbər tutaraq qurmuşdur.

         Ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində    1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra  abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihələri  çərçivəsində geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılmışdır. İnzibati ərazinin əhatə dairəsinə düşən H.Seyidzadə 1, 3,7, R.Məmmədov 23, 25, A.Məhərrəmov 46,50,68, 20 yanvar 37 A saylı binalarin fasadlarinin təmiri başa çatmışdır. A.Mustafayev 10, 11, 12, 14, 17 və 17A saylı binaların fasadaları rənglənmişdir, bu binalarda yerləşən ticarət obyektlərinin qanunsuz və istifadəyə yararsız reklamları sökülmüşdür.

         Mir Cəlal küçəsində yüksək gərginlikli elektrik xəttlərinin yeri dəyişdirilmiş, küçənin mərkəzinə və kənarlarına bardur çəkilmiş,  işıq dirəkləri quraşdırılmış, yeni asfalt örtüyü çəkilmişdir. Hüseyn Seyidzadə küçəsinin Mir Cəlal küçəsindən  4 mkr. dairəsinədək olan hissəsi yenidən təmir olunmuşdur. Burada bardürlər təzələnmiş, yeni asfalt örtüyü çəkilmişdir.

         Hüseyn Seyidzadə 35 və 37 saylı binaları təmir olunub, həyətləri "Abad Həyət" layihəsi çərçivəsində yenidən qurulmuşdur.

          Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət”  4-cü mikrorayon  Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 saylı binaların əhatə etdiyi məhəllədə  sakinlərin ixtiyarına verilmişdir..

          Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri tərəfindən  rayonun küçələrində, mikrorayonlar ərazisində, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif Məhərrəmov küçəsindəki parkda  və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında  30000-dən artıq gül kolu əkilmişdir.

         Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə rayonda keçirilən silsilə tədbirlərin davamı olaraq may ayının 10-da 4-cü mikrorayon ərazisində, Cavadxan küçəsinin H.Seyidzadə küçəsindən M.Kazımovski küçəsinədək olan hissəsində  yeni istirahət parkı sakinlərin istifadəsinə verilmişdir.               Həmin parkın davamı olaraq Kazımovski küçəsi istiqamətində ərazi genişləndirilərək abadlıq işləri davam etdirilmiş, yeni qazon örtüyü və tamet daşları döşənmiş, 2 ədəd söhbətgah quraşdırılmış və uşaqların əyləncəsi üçün müxtəlif oyun elementləri qoyularaq 25.09.2018-ci il tarixdə sakinlərin istifadəsinə verilmişdir.   

         15 iyun - Qurtuluş günü  ərəfəsində  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət”  3-cü mikrorayon  Rəşid Məmmədov küçəsində Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir.

   Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyi  84912 nəfərə yaxın əhalinin yaşadığı 4,27 kv.km. ərazini əhatə edir.

 Nümayəndəlik hesabat dövrü ərzində əraziyə xidmət göstərən  13,14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə fəaliyyət göstərmişdir.

2019-cu ildə keçiriləcək əhalinin siyahıya alınması ilə baglı verilən tapşırıqlar  icra edilmiş, hal-hazırda da bu iş davam etdirilir.           

Hesabat dövrü ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri aparılmışdır. Vətəndaşların müraciətləri nəzərə alınaraq nümayəndəliyin xidməti ərazisində 3600 kv.m (M.Sənani, Mərdanov qardaşları, C.Səlimov küçələri) asfalt örtüyü vurulmuş, tamet daşları döşənmiş ,  Koroğlu, Zorge, Sevil və Şevçenko adına parklara və Maliyyə Nazirliyinin həyətinə 25 min ədəd mövsümi çiçək əkilmişdir.

Qış mövsümü ilə əlaqədar inzibati ərazidə ayrı-ayrı ünvanlarda 820 kv.m dam örtüyü,  252 p.m su xətti,  42 p/m kanalizasiya xətti, 645 p/m istilik xətti, 26 p/m suaxıdıcı boru,  264 p/m navalça,  38 ədəd giriş qapısı, 66 ədəd girişdə pəncərə, 63 kv.m keçid meydançası təmir edilmiş, 312 kv.m ümumi istifadə yerləri şüşələnmişdir. 7410 p/m ventilyasiya kanalları və tüstü bacaları təmizlənmişdir. Ərazidə olan əksər küçələrin kəsişməsində təşəbbüskarı “H.Əliyev fondu”-nun vitse prezidenti Leyla xanım Əliyeva olan əlillərin səkiyə əlil arabası ilə çıxması üçün panduslar quraşdırılmışdır.

Ərazidə mühüm əhəmiyyətə malik olan obyektlərdən Bakı Metropoliteni Qapalı Səhimdar Cəmiyyətinin Bənövşəyi xəttində B-3 stansiyası və Akademik Həsən Əliyev  küçəsində sökülmüş Dövlət İmtahan Mərkəzinin  inzibati binasının yerində yeni binanın tikintisi işi davam etdirilir.

 Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına və müxtəlif sərəncamlara əsasən nümayəndəliyin ərazisində 17 şirkət tərəfindən  çoxmənzilli binaların tikintisi  işi davam etdirilir. Bunlar “Maşınqayıran”, “Regal”, “Gözəl Bakı”,“Teymuroğlu”,“Pilot Həyat”,"Draft Constuction”,“Gold Construction” ,“Archico” , “Rifah Plaza” ,“Fədək” ,“Pearl Construction”, “Avrasiya Construction LTD”, “Azadlıq Residence”, ”Pilot-1”,”Azəri Tikinti Şirkəti”, “Grand Plaza” şirkətləridir.

Nümayəndəliyə 451 məktub, ərizə və şikayət daxil olmuş, bütün müraciətlər, eləcə də, sakinlər tərəfindən olunan şifahi müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılaraq müvafiq tədbirlər görülmüş və vaxtında cavab verilmişdir.

3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2018-ci il yanvar ayında “Holiday İnn” otelində 2017-cı ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir. Yığıncaqda 2017-ci ilin yekunları müzakirə olunmuş, 2018-ci il üçün təsdiq edilmiş perspektiv iş planı əsasında konkret tədbirlər müəyyənləşdirilmişdir.

Nümayəndəlik 2018-ci  il ərzində də əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə çalışmışdır.

Statistika Komitəsi tərəfindən nümayəndəliyə 160 ədəd ev təsərrüfatlarının uçotu kitabı (1 N-li forma) və müvəqqəti yaşayan şəxslərin siyahısının aparmaq üçün (2 N-li forma) verilmişdir. İnzibati ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatların uçotu habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı dəqiqləşdirilmiş və uçot kitablarına yazılmışdır.

Mərdanov Qardaşları 59, Kiçik Dəniz, 28 May 17, Mirzəağa Əliyev 204, Vidadi 111, 113, 181, 183, S.Rəhimov 185, B.Səfəroğlu 132, 140, 166 saylı küçələrdə 95 p/m su xətti təmir edilmiş, M.A.Əliyev 251, 253, Tolstoy 160 saylı ünvanlarda kanalizasiya xətləri təmir edilmişdir.

İl ərzində nümayəndəliyin xidməti ətazisində geniş abadlıq-quruculuq işləri aparılmışdır. “Bakı Abadlıq” MMC tərəfindən D.Əliyeva 225, Ş.Bədəlbəyli 100, 100a, R.Behbudov 30, S.Vurğun 22, 36, B.Səfəroğlu 132, 134, 136, 138, 140, 145, 146, 148, 149, 150, 151,  152, 153/155, 157, 159, 160, 161, 162, 163, 164, 165, 166, 169, 171, 173, 174, 175, 177, 179,180, 191, 195, 213,  215, 217, 219,  R.Behbudov 17, 22, 24, 26; 28 May 4, 5, 9, 11, Vidadi  96, 98, 100, 102, 104, 105, 107, 108, 109, 110, 111, 112, 113, 114, 116, 117, 119, 120, 121, 122, 123, 124, 125/38, 126, 128, 129, 130, 131, 133, 135, 137, 139, 141, 142, 143, 145, 148, 149, 151, 153, 155, 157, 159, 160, 161, 163, 165, 167, 169, 171, 173, 175, 177, 179,185, 187, 189, D.Əliyeva 128, 130, 132, 134, 136/4, 140, 142/144, 146, 148, 150, 152, 154, 156, 158, 160, 168, 170, 172, 174, 176, 178, 182, 184, 186, 200, 225, 241, 243, 251, 253, Ə.Quliyev  77/9, 79, 81, 83, 85, 89, 90, 91, 92, 93, 95, 96, 97, 99, 101, 102, 103, 104, 105, 106, 107, 108, 109, 110, 111, 112, 113, 114, 115, 116, 117, 119, 120, 121, 123, 124, 126, 133, 140, R.Rza 24, 29, 35, 37, Tolstoy 145, 147, 149, 151, 153, Qoqol 9, 13, 15, H.Aslanov 52, 53, 54, 55, 56, 59, 61, 67, 68, 69, 71, 73, 75, 77, 79, 81, 85, 87, 89, 91, 97, 99, M.İbrahimov 10, 12 14, 16, 26, 32, 36, 38, Ə.M.Topçubaşov 19, 21, 22, 24, 29. 30, 31, 32, 37, 39, saylı binalarda təmir işləri aparılmışdır. K.Səfərəliyeva 17, 19, 23, Füzuli 79 ünvanlarda təmir işləri davam etdirilir.  “Bakı Abadlıq” MMC-nin sifarişi ilə B.Səfəroğlu 178 saylı ünvanda yerləşən bağda təmir işləri aparılmış, işıqlandırma sistemi çəkilmiş, oturacaqlar quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir.

Bülbül prospekti, R.Behbudov, Füzuli, Ş.Bədəlbəyli, R.Behbudov 26, 46,  D.Əliyeva 170 saylı ünvanlarda səkilərə tamet daşları döşənmiş, bardürlər təmir edilmişdir. B.Səfəroğlu, Ə.Quliyev, H.Aslanov küçələrinin M.İbrahimov küçəsindən Qoqol küçəsinə qədər olan hissəsinə eyni ilə R.Rza Ə.Topçubaşov küçələrinin Vidadi küçəsindən Tolstoy küçəsinə qədər olan hissələrində bardürlər düzülmüş, səkilərə və yola “Azəravtoyol” ASC tərəfindən asfalt örtüyü vurulmuşdur. “Bakı Abadlıq” MMC tərəfindən həmin küçələrdə dibçəklər düzülmüşdür.

Hal-hazırda BNA tərəfindən inzibati ərazidə yerləşən küçələrdə fiziki qüsurlu insanların və uşaq arabalarının rahat hərəkəti üçün, piyada keçidləri olan hissələrdə səkilər düzəldilir. Piyada keçidləri olan hissələrdə səki kənarlarına dəmir tutacaqlar vurulmuşdur. Bəzi küçələrdə yeni optik kabellərin çəkilişi işləri davam etdirilir.

R.Behbudov, Ş.Bədəlbəyli, Füzuli, D.Əliyeva, S.Rüstəm küçələrində və Bülbül prospektində 410 p/m səki daşları, 56 ədəd zibil qutuları, 92 ədəd işıq dirəkləri yuyulmuş,  Tolsoy 153, R.Behbudov 26, 28, 30, 32 saylı ünvanlarda 138 m2 keçid meydançaları təmir edilmiş, S.Rüstəm küçəsində quru ağaclar kəsilmiş və daşınmışdır. Mənzil Kommunal İstismar Sahələri tərəfindən S.Əsgərova 157, 159, 160, 174, S.Rəhimov 187, 189, 215, Ş.Əzizbəyov 154, 172, 176, 217,  Ə.Quliyev 131, D.Əliyeva 153, 155, 184, 186, Nizami 77/9, Xətai pr. 28 saylı ünvanlarda ümumilikdə 850 kv.m dam örtüyünə şüşə ruberoid vurulmuşdur.

Azərbaycan Neft və Sənaye Universitetinin əsas korpusunun fasad hissəsində təmir işləri başa çatmaq üzrədir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinn Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 N-li Qərarını rəhbər tutaraq,  Nəsimi rayonunda, o cümlədən inzibati ərazidə pilot layihələrə start verilmişdir. Belə ki,  inzibati ərazidə “Pilot İnşaat-A” MMC, “Bisütun” MTK, “Malibo” MMC, “Yeni ailə”MMC, “Məkan” MMC, “Tac 1 Residence” MMC tərəfindən işlərə başlanmışdır və hal-hazırda davam etdirilir. Bundan əlavə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə “Grand Palace” Mənzil Tikinti Kooperativi tərəfindən S.Vurğun küçəsi ilə S.Əsgərova və Ş.Əzizbəyov küçələrinin kəsişməsində söküntü işlərinə başlanılmışdır.

Fevralın 28-i “Central park” oteldə, aprelin 18-i “Winter park” oteldə, mayın 4-ü “Dünya biznes mərkəzi”ndə mayın 23-ü “Messenat” holdinqdə, iyulun 3-ü 46 saylı orta məktəbdə, iyulun 26-sı “Winter park hotel”də, avqustun 8-i “Holiday İnn” oteldə, sentyabrın 14-ü 44 saylı orta məktəbdə, oktyabrın 23-ü 8 saylı orta məktəbdə, dekabrın 14-ü “Winter park hotel”də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı nümayəndəliyin ərazisində səyyar qəbullar keçirmiş və sakinlərin müraciətlərini dinləmişdir.

Vətəndaşların qəbulu müəyyən olunmuş qrafikə uyğun olaraq həyata keçirilmiş, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsinə idarə və təşkilatlardan 51 məktub daxil olmuşdur. Vətəndaşlardan isə 255 ərizə daxil olmuşdur. Onların hər biri qanunamüvafiq şəkildə araşdırılmış, lazımi tədbirlər görülmüş və vətəndaşlar yazılı şəkildə məlumatlandırılmışdır.

2018-ci il ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata  keçirilmişdir.

Yanvar ayında rayonun 1, 2 və 3  saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə   nümayəndəliklərinin rayon rəhbərliyi, müxtəlif xidmətlərin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda nümayəndəliklərin ərazilərində görülən işlər, həyata keçirilən layihələrdən, həlli vacib problemlər və onların aradan qaldırılması yolları müzakirə olunmuşdur. Yanvar ayının 10-da  Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  Qafqaz Baku Sport  otelində, yanvar ayının 17-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ambassador otelində, yanvar ayının 24-də 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Holiday Inn otelində keçirilən  2017-ci  ilin yekunlarına həsr olunan yığıncağında müzakirələr aparılmış, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdi.

Yanvar ayının 12-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 2 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin “Təbəssüm” Uşaq-Musiqili Teatrının “Bizim rəqs dünyamız” adlı hesabat konserti keçirilmişdi. Konsertdə “Rəqs” və “Vokal” dərnəyinin üzvlərinin ifasında milli və müasir rəqslərlə yanaşı dünya xalqlarının rəqsləri də nümayiş olunaraq, öz gözəlliyi və rəngarəngliyi ilə tamaşaçıların  alqışlarına səbəb olmuşdu.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin               «20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən   müvafiq tədbirlər planı hazırlanmış və faciənin  ildönümü geniş şəkildə qeyd olunmuşdur. Rayonun ali məktəblərində 20 Yanvar faciəsi ilə əlaqədar dəyirmi masalar, konfranslar, toplantılar keçirilmiş, Qanlı Yanvara həsr olunmuş sərgilər təşkil olunmuş, rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin Azərbaycan tarixində azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq rəmzi kimi qeyd edilməsi ilə əlaqədar xatirə tədbirləri keçirilmiş, kollektivlər tərəfindən «Şəhidlər Xiyabanı» ziyarət olunmuşdur. Rayonun   orta məktəblərində  20 Yanvar faciəsinin ildönümü ilə bağlı dərslər keçirilmiş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Rayonun orta və ali təhsil müəssisələrində  keçirilən tədbirlərdə  rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər. 20 Yanvar faciəsi ilə bağlı rayondakı bütün dini ibadət yerlərində   şəhidlərin ruhuna dualar oxunmuşdur.  Bu tədbirlər və  görülmüş işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Yanvarın  16-da  Nəsimi rayonu  H.Seyidzadə küçəsi 25 ünvanında    20 Yanvar hadisələri zamanı həlak olmuş Qasımov Abbas Şəmməd oğlunun və  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş  Əliyev Namiq Famil oğlunun yaşadıqları  binanın həyətində onların xatirəsinə həsr edilmiş  guşənin açılışı olmuşdur. Açılışda şəhid Namiq Əliyevin  təhsil aldığı Nəsimi rayonu 9 saylı tam orta məktəbin  müəllim və şagirdləri, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin, 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin  üzvləri iştirak etmişlər. Tədbir daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş  Əliyev Namiq Famil oğlunun təhsil aldığı 9 saylı tam orta məktəbdə məktəblilərin iştirakı ilə təşkil edilmiş anım mərasimi ilə davam etmişdir.

18 yanvar 2018-ci il tarixdə  Tədbirlər planına uyğun olaraq rayonun ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan  20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı  əlil olmuş rayon sakinləri ilə Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüşdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi yad edilmiş, tədbirdə  iştirak edən rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının və birliklərinin nümayəndələri 20 Yanvar əlillərinin və şəhid ailələrinin məişət qayğıları və problemləri ilə maraqlanmışlar. 20 Yanvar Nəsimi rayon təşkilatının sədri çıxış edərək şəhid ailələri və əlillər adından onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Görüşdə   şəhid ailələri və əlillərə maddi yardım və ərzaq bağlamaları  təqdim olunmuşdur.

2 Fevral – Azərbaycan Gəncləri günü Nəsimi rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonda bir sıra tədbirlər və idman yarışları keçirilmişdir. Şəhərimizin gözəl məkanlarından biri olan “Şərq Saray”da Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş 1500 nəfərdən çox gəncin və qonağın iştirakı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir. Gənclər tədbirinə  rayonun istehsalatda, mədəniyyət sahəsi və təhsildə, ictimai,  elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar iştirak etmişdilər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 35 nominasiya üzrə gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.  Nəsimi gənclərini təbrik edənlər arasında Milli Məclisin üzvləri - Ziyad Səmədzadə,  Məlahət İbrahimqızı,  Azər Badamov, Eldəniz Səlimov,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan-Fransız Universitetinin  direktoru Vazeh Əsgərov, Azərbaycan Universitenin rektoru  Səadət Əliyeva və digər rəsmilər iştirak etmişdilər.
       Bayram tədbiri  Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin,  2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatmışdır.

Fevral ayının 2-də rayon İcra Hakimiyyətinin iclas zalında Nəsimi rayon İcra Hakimiyyətinin 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilmiş, keçən il ərzində həyata keçirilən işlər müzakirə olunaraq 2018-ci il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Toplantı iştirakçıları adından möhtərəm Prezident cənab İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimililərin quruculuq əzmi ifadə olunurdu.

Yekun hesabatda 2017-ci il ərzində görülən işlərdən bəhs edən film nümayiş olunmuşdur. Həmçinin tədbir iştirakçılarına nəfs şəkildə tərtib olunmuş Nəsimi rayonu jurnalı təqdim edilmişdir. Sonda rayonun yubilyarlarına Nəsimi RİH-in xatirə hədiyələri təqdim olundu. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev yığıncaqda çıxış etmiş, yeni ildə Nəsimililərə daha böyük uğurlar arzuladı.

Fevral ayının 8-də  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nəsimi rayon filialında sərgi keçirilmişdir. “Təbiəti qoruyaq” adlı sərgidə Mərkəzin Dekorativ rəsm dərnəyində məşgul olan məktəblilərin müxtəlif rəngarəng əl işləri nümayiş olunmuşdur. Sərgidə nümayiş olunan əl işlərinə görə dərnək üzvləri xüsusi diplomlarla təltif olunmuşlar.

Fevral ayında Azərbaycan Respublikası Nazirlər  Kabineti tərəfindən “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi lahiyəsi”nin icrası ilə əlaqədar respublika əhalisinin bruselyoza görə müayinəsi aparılmışdır.
Nəsimi rayon 20 saylı poliklinikasının sahə həkimləri  əhaliyə xəstəliklə bağlı məlumatlar vermiş, öz  xidməti sahələrində sanitar maarif  işləri aparmışlar.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq fevral ayının 14-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. İlk olaraq sakinlərə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səyləri nəticəsində ölkədə aparılan geniş abadlıq-quruculuq işləri, dinamik sosial-iqtisadi inkişafın vəziyyəti, əhalinin rifahının daha da artırılması, əldə olunmuş əmin-amanlıq şəraitinin qorunub saxlanılması barədə RİH başçısı  tərəfindən  məlumatlar verilmişdir. Sakinlərin müraciətləri dinlənilmişdir. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan davamlı abadlıq-quruculuq işləri ilə bağlı sakinlərlə söhbət aparılmışdır.

2018-ci il fevral ayının 12-dən ölkə başçısının tapşırığına uyğun olaraq  respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Nəsimi  rayon icra hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla qrafiki tərtib olunmuşdur.  Rayonun 1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Həmçinin rayonda yerləşən özəl səhiyyə müəssisələrində o, cümlədən Bioloji Təbabət Klinikasında, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında, Medical Plaza özəl tibb müəssisəsində    də əhalinin tibbi müayinəsi təşkil edilmişdir. Müvafiq qurumların da cəlb olunması ilə rayonda tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdu. Həkimlərdən ibarət səyyar briqadalar poliklinikaya gələ bilməyən fəaliyyət qabiliyyəti məhdud olan yaşlı rayon sakinlərinə evlərində tibbi xidmət göstərmişlər.

Həyata keçirilən bütün işlər RİH-də yaradılmış komissiya tərəfindən koordinasiya olunmuşdur. Komissiya üzvləri mütəmadi olaraq RİH-də toplaşaraq tibbi müayinə tədbirlərinin keçirilməsinin vəziyyəti müzakirə olunmuş, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülmüşdür.  Poliklinikalarda keçirilən tibbi müayinələrin yekunu nəzarətdə saxlanılaraq gündəlik, ongünlük və aylıq yekunlar araşdırılmışdır. Əhalinin tibbi müayinəsi zamanı  aşkar edilmiş xəstəliklərlə bağlı ambulator və stasionar müalicələr təyin edilmişdir.

Fevral ayının 15-də Nəsimi rayon İcra Hakimiyyətində hazırlanmış qrafikə  uyğun olaraq Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında, Medical Plaza özəl tibb müəssisəsində  əhalinin tibbi müayinəsi  təşkil edilmişdir. Tibb müəssisəsində sakinlər  əvvəlcə terapevt tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə  rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçirilmişlər.

Fevral ayının 16-da Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir.  RİH Başçısı Aparatında, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə, yerli strukturlarda  vətəndaşların ərizə və müraciətlərinə baxılmasının vəziyyəti haqqında məsələ müzakirə olunmuşdur.

Fevral ayının 20-də  Müasir İnnovasiyalar Liseyində Beynəlxalq Ana Dili Günü münasibətilə  “Ana dilimizi sevək, sevdirək” adlı tədbir keçirilmişdir. Tədbirdə Liseyin şagirdləri Ana dilimizin keçmişinə, bu günə qədər keçdiyi yola dair səhnəcikləri nümayiş etdirərək, Vətənimizin  hər bir azərbaycanlı üçün hər şeydən uca olduğunu, Azərbaycan əsgərinin heç kimin qarşısında baş əyməyəcəyini, düşmənlərdən Vətənimizi və dilimizi daim  qoruyacaqlarını canlandırmışdılar.

Fevral ayının 21-də   Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbul Asif Məhərrəmov küçəsi 68 ünvanda təşkil olunmuşdur. Səyyar qəbulda sakinlərə Nəsimi rayonunda aparılan abadlıq-quruculuq işləri, xüsusilə mikrorayonlar ərazisində görülən, həmçinin Mir Cəlal küçəsində yüksəkgərginlikli elektrik xətlərinin yeraltı xətlərlə əvəz edilməsi istiqamətində aparılan işlər barədə məlumatlar vermiş və sakinlərin müraciətlərini dinləmişdir. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Fevral ayının 23-də Azərbaycanın  Milli  Qəhrəmanı  Yusif  Mirzəyevin  adını daşıyan  Nəsimi  rayon 44 nömrəli tam orta məktəbdə igid döyüşçünün xatirəsi anılıb. Y.Mirzəyevin şəhid olmasının 24-cü ildönümünə həsr edilən tədbirdə Böyük Vətən müharibəsi veteranı İsmayıl Fərəcov, “Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə çatdırılması” İctimai Birliyinin sədri  Əlövsət Qasımov və digərləri çıxış edərək Milli Qəhrəmanın həyat yolundan, Azərbaycan Ordusunun parlaq qələbə qazandığı aprel döyüşlərində igid Vətən övladlarının rəşadətinin geniş təbliğ olunmasının vacibliyi diqqətə çatdırılıb.

«Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Rəhbərinin sərəncamının icrası ilə bağlı Nəsimi rayonunda faciənin ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunmuşdur. Rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilmiş, faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər  təşkil olunub keçirilmişdir.

Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyası və «Xocalı harayı» abidəsinin ziyarəti təşkil olunmuşdur.

Həmçinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinin Medical Plaza və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında pulsuz  tibbi müayinələri təşkil olunmuşdur.

Fevral ayının 21-də Nəsimi rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış 60 ailənin nümayəndələri ilə görüş keçirilmişdir. Xocalı sakinləri ilə görüş zamanı tədbir iştirakçılarının  müraciətlərinə əsasən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı  tərəfindən fərdi qəbul təşkil edilmişdir. Qəbul zamanı  onların qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar  verilmişdir. Tədbirin sonunda Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkünlərinə rayon İcra Hakimiyyəti tərəfindən  yardımlar  göstərilmişdir.

Fevral ayının 25-də Gənc Tamaşaçılar  Teatrında  Xocalı faciəsindən bəhs edən “Arzu və Murad” adlı  tamaşasına  Nəsimi rayon ictimaiyyətinin  baxışı keçirilmişdir. Tamaşa “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş  “Ürəyində arzu tut” pyesi əsasında səhnəyə qoyulmuşdur.

Fevral ayının 26-da rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunmuş, abidə önünə çiçək dəstələri qoyulmuşdur.

 22-28 fevralda Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti Xocalı faciəsinin 26-cı ildönümü münasibəti ilə Türkiyənin Kocaeli vilayətinin ayrı-ayrı şəhərlərində keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün rəsmi səfərdə olmuşlar. Nəsimi rayon İH-nin nümayəndə heyəti  həmin tədbirlərdə iştirak edərək tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumatlar vermiş, özləri ilə apardıqları Xocalı faciəsindən bəhs edən, kitabları, bukletləri, foto və video materialları tədbir iştirakçılarına paylamışlar.

Səfərdə olan nümayəndə heyətinin Kocaeli şəhər valisi Hüseyn Aksoy, Kocaeli Böyükşəhər bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu, İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Körfəz bələdiyyəsinin sədri İsmayıl Baran və  Körfəz Kaymakamı Həsən Hüseyn Canla  rəsmi  görüşləri keçirilmişdir.

Koceli  vilayətinin  İzmit şəhərində  Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbirində  Xocalı faciəsi ilə bağlı təşkil olunan tədbirdə İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə  Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak ediblər. Tədbirdə  həmçinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı digər türk dilli dövlətlərin gəncləri də iştirak etmişdilər.

Fevral ayının 26-da Türkiyənin ən böyük vilayətlərindən biri olan Kocaelinin  Körfez bələdiyyəsi ərazisində  Xocalı parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilmişdir. Yüzlərlə insanın, millət vəkilləri, rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış  edənlər  Dağlıq Qarabağ münaqişəsi, ermənilərin törətdikləri Xocalı soyqırımı barədə məlumatlar verdikdən sonra, etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyən ermənilərin  ədalət qarşısında cavab verməsini istəyənlər  “Xocalıya ədalət” deyənlərin yanında olduqlarını bildirmişdilər.

Fevral ayının 27-də   nümayəndə  heyəti tədbirlər çərçivəsində Sakarya  Karasu   bölgəsində “Qarabağ”  küçəsinin,  Xocalı parkı  və  abidəsinin  açılış  mərasimində  iştirak etmişlər. Daha sonra nümayəndə heyətinin üzvləri Sakarya Böyükşəhər Bələdiyyəsində olmuş, keçirilən tədbirlərlə bağlı ətraflı müzakirələr aparmışlar. Daha sonra Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və rayon 54 nömrəli orta məktəbin direktoru Sahibə Abbasova İzmit şəhər Peşə və Texniki Anadolu Liseyinin şagirdləri ilə görüş keçirilmişdir.

Nümayəndə heyətinin səfəri zamanı Kartəpə və Dərincədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parklarda və İzmit şəhərində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev adına Parkda  olaraq yaradılmış şəraitlə tanış olmuşlar.

Fevral ayının 28-də Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbul  S.Rəhimov küçəsi 165 ünvanda Central Park otelin konfrans zalında keçirilmişdir. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Mart ayının 1-də Azərbaycan Tibb Universitetinin böyük akt zalında         “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilmişdi. Tədbirdə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndə-ofisinin rəhbəri Furyo D.Angels iştirak etmişdir. Tədbirdə  mülki müdafiə tədbirlərinin təmin olunması və bu sahədə müvafiq qurumlarla FHN-in qarşılıqlı fəaliyyəti barədə FHN tərəfindən hazırlanmış videoçarx da nümayış olunub.

 

Mart ayının 2-də Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə MirQasımov küçəsi 5/7 ünvanda yerləşən mərasim evinin zalında, mart ayının 6-da 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə A.Məhərrəmov küçəsi 27 ünvanında  sakinlərin səyyar qəbulu keçirilmişdir. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının,Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Mart ayının 7-də  RİH tərəfindən 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı təşkil olunan tədbirlər çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə «Şərq sarayı»  restoranında tədbir və konsert təşkil olunmuşdur. Bayram tədbiri      2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin rəngarəng rəqsləri, Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində Musiqi Kolleçinin tələbələrinin  və Tural Salmanovun  konsert proqramı  ilə başa çatmışdır. Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin  hədiyyələri  təqdim olunmuşdur.

Mart ayının 9-da  Taras Şevçenkonun anadan olmasının 204-cü ildönümü ilə əlaqədar Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Nəsimi rayonunda şairin xatirəsinə ucaldılmış abidəsi ziyarət edilmiş, abidənin önünə əklil və gül dəstələri qoyulmuşdur. Tədbirdə ictimaiyyət nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları, Ukrayna diaspora təşkilatlarının fəalları, Ukrayna səfirliyinin əməkdaşları və onların ailə üzvləri iştirak etmişlər.

Mart ayının 9-da  rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların,  ali və orta təhsil müəssisələrinin,  tam orta və məktəbəqədər müssisələrin, səhiyyə ocaqlarının, rayon təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə RİH Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir. Şura iclasında Novruz bayramı münasibəti ilə keçiriləcək tədbirlər, ölkə başçısının tapşırıqlarına uyğun olaraq rayonun bir qrup yuxarı sinif şagirdlərinin  “Ölkəmizi tanıyaq” tur aksiyası  layihəsində iştirakı haqqında məlumatlar verilmişdir.

Şura iclasında  Azərbaycan Respublikası  Prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar rayon ərazisində seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının Seçki Məcəlləsi və  “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirlməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar rayon icra hakimiyyətinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyi qeyd olunmuş və aidiyyəti üzrə tapşırıqlar verilmişdi. Həmçinin rayonda vətəndaşların müraciətlərinə,  şikayət və təkliflərinə daha da diqqət və qayğıyla yanaşılmanın təmin edilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdi.

Nəsimi rayonunda  Novruz  bayramının keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.

Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən istirahət parklarında, bağlarda, həyətlərdə, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində və mədəniyyət ocaqlarında baharın gəlişinə həsr olunmuş tədbirlər hazırlanmışdır. Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılmışdır. Bu qəbildən olan ailələrin bayrama hazırlıq  işlərində Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyələr, xüsusilə də ənənəvi olaraq  belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar  təşkil olunmuşdur.

17 fevral 2018-ci il tarixindən 25 mart 2018-ci il tarixinədək Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdanov Qardaşları küçəsi 59 ünvanda keçirilən yarmarka Novruz bayramı ərəfəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək, həmçinin süni qiymət artımının qarşısını almaq məqsədi daşımışdır. Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunmuşdur.

 Mart ayının 13-də  YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına  daxil  edilmiş  mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan  Novruz  bayramı Nəsimi rayonu ərazisində fəaliyyət göstərən  Azərbaycan Respublikası Təhsil  Nazirliyinin 1nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzində böyük təntənə ilə qeyd olunmuşdur. Tədbir  1 nömrəli  Uşaq-Gənclər  İnkişaf  Mərkəzinin həyətində, açıq havada, qədim Bakını, milli adət-ənənələrimizi əks etdirən dekorasiyaların, Novruz personajlarının, Azərbaycan nağıl qəhrəmanlarının, Novruz bayramına həsr olunmuş rəsm və əl işlərindən ibarət sərginin nümayişi ilə keçirilmiş, hər kəsə bayram əhval-ruhiyyəsi bəxş etmişdir.

Mart ayının 13-də  Novruz bayramı ərəfəsində  2-ci mikrorayon,  H.Seyidzadə küçəsi 37  ünvanının qarşısında “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda binaların fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə  ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır. H.Seyidzadə  küçəsi 37  ünvanının qarşısındakı ərazinin sakinləri  öz binalarının həyətlərində  yaradılan abadlığa  görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Görüşdə qeyd olunmuşdur ki,  bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.

Mart ayının 13-də   Nəsimi rayon İcra Hakimiyyətinin başçısının  2-ci mikrorayon, H.Seyidzadə küçəsi 37 ünvanda səyyar qəbulu keçirilmişdir. Qəbulda 200 nəfərdən çox yaxın ətrafda yaşayan sakinlər iştirak etmişlər. Sakinlərə ölkə başçısının səyləri nəticəsində əhalinin rifahının daha da artırılması, aparılan geniş abadlıq-quruculuq işləri, həmçinin Nəsimi rayonunda görülən işlər barədə məlumatlar verilmişdir. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, onları maraqlandıran digər məsələlərlə bağlı sakinlərlə söhbət aparılmışdır.

Mart ayının 14-də Nəsimi rayonunda fəaliyyət göstərən Müasir İnnovasiyalar Liseyində Novruz bayramı münasibətilə tədbir keçirilmişdi. Tədbirdə hər bir bölgə özünəməxsus novruz adət-ənənələri, novruz atributları vasitəsilə əks olunmuşdu. Şagirdlərin rəqsləri və kiçik səhnəciklər tədbiri daha da rəngarəng etmiş, Liseyin xarici şagirdlərinin Azərbaycanın milli mənəvi dəyərlərindən nümunələr nümayiş etdiməsi xoş təəssürat yaratmışdı.

Mart ayının 16-da  Nəsimi İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Bərdə korpusunun «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar. Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.

Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz  bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilmiş bu tədbirin  hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə   döyüşçülərimiz üçün böyük   konsert proqramı təşkil olunmuşdur. 

Bayram tədbirində  Müdafiə Nazirliyinin Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsü  və dəstəyi ilə yeni yazılmış, sözləri  şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Orucova  məxsus olan “Azərbaycan əsgəri” mahnısının təqdimatı olmuş, Azərbaycan Respublikasının Əməkdar artisti Ehtiram Hüseynovun,  2008-ci il  Azəristar müsabiqəsinin qalibi İlkin  Əhmədovun və Tural Salmanovun ifasında səslənən mahnı tədbir iştirakçıları  tərəfindən alqışlarla qarşılanmışdır.

15-18 mart  2018-ci il  tarixlərdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonundan olan 27 nəfər məktəbli, 2 nəfər rəhbər və 1 nəfər tibb bacısı Naxçıvan Muxtar Respublikasına səfər etmişlər.

İlk əvvəl qrupun təşkili məsələləri həll olunmuşdur. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilmişlər. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar.

Mart ayının 13-də RİH-də  turda iştirak edən şagirdlər və onların valideynləri ilə görüş keçirilmişdir. Şagirdlərə turun məqsədi barədə məlumat verilmiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışılmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğu vurğulamışdır.

Tədbirdə çıxış edən 240 saylı məktəbin direktoru Esmira Məmmədova, valideynlər Zəfər  Hüseynov və  Maarif Abbasov ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.

Tədbirdə  Nəsimi rayon məktəbliləri və tur aksiya iştirakçıları tərəfindən sözləri şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Orucova məxsus olan “Ölkəmizi tanıyaq” himni böyük coşqu ilə  ifa edildi. Daha sonra tədbir  2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin rəngarəng milli rəqsləri ilə  başa çatmışdır.

Mart ayının 15-də məktəblilərin Naxçıvan Muxtar Respublikasına yola salınması mərasimi keçirilmişdir. Tur iştirakçıları  Naxçıvan şəhərində “Duzdağ” otelində yerləşdirilmişlər.

Turlar zamanı məktəblilərimiz Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər  Əliyev Muzeyi ilə tanış olmuşlar. Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi,  “Naxçıvan” Universiteti, Naxçıvan Biznes Mərkəzi və Xalq yaradıcılığı emalatxanası, Naxçıvan Dövlət Universitetində, Dövlət Bayrağı Muzeyi, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksi, Naxçıvan Dövlət Tarix Muzeyini və “Duzdağ” Fizioterapiya Mərkəzində olmuşlar.

Həmçinin Ordubad şəhərinə səyahətlə davam etdirilmiş və burda şagirdlər Ordubad şəhər 3 nömrəli tam orta məktəbi, Ordubad rayon Tarix-Diyarşünasliq Muzeyi, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olmuşlar.  Daha sonra Şahbuz rayonuna səfər çərçıvəsində tur iştirakçıları Şahbuz şəhər 2 nömrəli orta məktəbi, “Farma-Şah”MMC, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanası və Ağbulaq İstirahət Mərkəzində olmuşlar. Culfa rayonuna səfər edən tur iştirakçılar  Gülüstan türbəsi, “Əlincəqala” Tarix-Mədəniyyət  Muzeyi  ilə tanış olmuşlar. Sonra Naxçıvan şəhərinin Gənclər Mərkəzində Naxçıvan MR-nın Gənclər və İdman naziri və Təhsil naziri ilə  tur iştirakçılarının görüşü keçirilmişdir. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxmışdır.

“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərimizin Naxçıvan Muxtar  Respublikası ilə tanışlığı uğurla başa çatmış, şagirdlərimiz bu möhtəşəm layihədən məmnun olduqlarını bildirmiş və layihənin yaradıcısı olan Ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək bundan sonra daha da səylə çalışacaqlarına, yaxşı oxuyacaqlarına söz vermişlər.

Mart ayının 17-də Novruz bayramı tədbirləri çərçivəsində “Qızıl tac” şadlıq sarayında Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Gözdən Əlillər, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, ərazidə yerləşən  yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz  və s. aztəminatlı ailələrin üzvlərinə təqdim olunmuşdur. Tədbirdə çıxış edən  Çernobıl və 20 Yanvar Əlilləri cəmiyyətlərinin rəhbərləri, məcburi köçkünlərin, ictimai birliklərin  nümayəndələri, iş adamları  və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Mart ayının 19-da rayonda keçirilən silsilə tədbirlər çərçivəsində  Nəsimi rayon İcra Hakimiyyətində  “Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin üzvləri, həmçinin gözdən əlillər və müxtəlif səbəblərdən əlil olmuş saglamlıq imkanları  məhdud olan şəxslərin iştirakı  ilə tədbir keçirilmişdir. Tədbirdə  “Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova və digərləri  əlil vətəndaşlarımıza və sağlamlıq imkanları məhdud olan şəxslərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda saglamlıq imkanları məhdud olan 500 nəfərə bayram sovqatları təqdim olunmuşdur.

Mart ayının 28-də Nəsimi rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, özəl qurumların, mənzil-tikinti kooperativlərinin, rayon əzrazisində pilot layihələri həyata keçirən şirkət rəhbərlərinin, iş adamlarının, rayon təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilmişdir. Müşavirədə rayon ərazisində abadlıq-quruculuq, “Abad həyət” layihələri çərçivəsində yeni nümunəvi həyətlərin salınması, məktəb və məktəbəqədər müəssisələrin təmiri, təmizliyin və normal sanitar vəziyyətin təmin edilməsi işləri davam etdirilir. Müşavirədə Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində keçirilən və nəzərdə tutulan tədbirlərlə bağlı hazırlıq işlərinin vəziyyəti barədə, həmçinin Azərbaycan Respublikası  Prezidenti seçkiləri ilə əlaqədar rayon ərazisində seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının Seçki Məcəlləsi və  “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirlməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar rayon icra hakimiyyətinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyi qeyd olundu və aidiyyəti üzrə tapşırıqlar verilmişdi.

Yığıncaqda çıxış edən ictimaiyyət nümayəndələri, iş adamları bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin, əmin-amalığın  dayanıqlı və  möhkəmliyinin qorunması, sosial-iqtisadi sahədə dinamik inkişafına, sahibkarlığın inkişafında yaradılan münbit şəraitin, ölkə başçısının bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin mühüm əhəmiyyət kəsb etdiyini, rayon ərazisində sakinlərin rifahına yönəlmiş nəzərə çarpacaq tədbirlərin  görüldüyünü, sakinlərlə yerlərdə keçirilən çoxsaylı görüşlərdə qaldırılan məsələlərin həlli ilə bağlı əməli addımların atıldığını vurğulamışdılar. 

Mart ayının 29-da Azərbaycan Respublikasının  Müdafiə Nazirliyi Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə 2016-cı ilin Aprel döyüşlərinin növbəti  ildönümü münasibəti ilə Nizami Kino Mərkəzində  “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirmişdir. Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və C.Naxçıvanski adına hərbi liseyin kursantları, rayon məktəblilərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak etmişdilər.

Tədbir  Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, sonra  torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmiş,  daha sonra Azərbaycan Silahlı Qüvvələrinin güç və rəşadətindən bəhs edən video çarx nümayiş edilmişdir.

Tədbirdə Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi general-mayor  Rasim Əliyev iştirak etmişdilər.

Tədbirdə Azərbaycan Respublikası  Müdafiə Nazirliyinin  Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə hazırlanmış  “Azərbaycan əsgəri” mahnısı və klipi ilk dəfə olaraq tamaşaçılara təqdim olunmuşdu.  Sözləri Zahid Əzizə, musiqisi Elvin Orucova məxsus, əməkdar artist Ehtiram Hüseynov, İlkin Əhmədov  və Tural Salmanov tərəfindən canlı ifa olunan “Azərbaycan əsgəri” mahnısı tədbir iştirakçılarının böyük coşqusuna  səbəb olmuşdu. Sonra Azərbaycan Respublikası  Müdafiə Nazirliyi  və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən “Azərbaycan əsgəri” mahnısının yaradıcı heyəti qiymətli hədiyyələrlə mükafatlandırılmışdı.

  31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində bir sıra tədbirlər keçirilmişdir. Belə ki,  rayonda yerləşən tam orta məktəblərdə  sərgilər təşkil olunmuş, dəyirmi masalar, konfranslar,  rəsm sərgiləri keçirilmiş, martın 31-də rayonun bütün orta məktəblərində  birinci dərs soyqırım tarixinə həsr olunmuşdur. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən mart ayının 31-də rayon ərazisində yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin   Təsviri Sənət qalereyasında Nəsimi məktəblilərinin rəsm sərgisi  keçirilmişdir. Tədbirdə 31 Mart - azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olunmuş, çəkdikləri rəsmlərə görə bir qrup  məktəbliyə Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilmişdi.

Aprel ayının 2-də Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyi Nəsimi rayon şöbəsi  2016-cı ilin Aprel döyüşlərinin növbəti  ildönümü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Müdafiə Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan  “Azərbaycan əsgəri” mahnısı və klipi tədbir iştirakçılarına  təqdim olunmuşdur. 

Aprel ayının  9-da Azərbaycan Dillər Universitetinin Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda             I Beynəlxalq elmi konfrans keçirilmişdir.

Aprel ayının 11-i Nəsimi rayonunda Azərbaycan Respublikasının Prezident Seçkilərinə hazırlıqlar  seçkilərin demokratik, şəffaf və  seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə səciyyələnir. Rayonu əhatə edən  21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail Seçki Dairələrində bu siyasi kompaniyanın bütün mərhələləri qanunuvericiliyə və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi Təqvim Planına uyğun həyata keçirilib. Seçicilər rayon üzrə ümumilikdə 78  seçki məntəqəsində səs vermişlər. Səsvermə prosesinin başladığı ilk dəqiqələrdən bütün seçki məntəqələrində xüsusi canlanma müşahidə olunmuş, rayon sakinləri seçkilərdə mütəşəkkil iştirak etmiş, seçkilər rayonda yüksək seçici fəallığı şəraitində keçmişdir.  

Aprel ayının 11-də  Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin böyük səs çoxluğu ilə qazandığı qələbə Nəsimi rayonunda da yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılanmışdır. Səsvermənin ilkin nəticələri açıqlanan kimi, rayon fəalları, sakinlər Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının təşkil etdiyi “Mənim Prezidentim” adlı möhtəşəm konsert keçirilmişdir. Tədbirdə Respublikanın tanınmış incəsənət ustalarının rəngarəng çıxışlarından sonra atəşfəşanlıq olmuşdur.

Aprel ayının 16-da Bakı Slavyan Universitetində “Azərbaycan Plovu Günü” adlı tədbir keçirilib. Tədbirdə Ukrayna  Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Petr Vaqner, Belarus Respublikasının Azərbaycandakı konsulu İnessa Pavlovskaya, Rusiya Federasiyasının Azərbaycandakı səfirinin müşaviri İqor Petroviç, Azərbaycan Respublikası Prezident Katibliyinin rəisi Dilarə Seyidzadə, Ombudsman Elmira Süleymanova, AZMİU-nun rektoru Gülçöhrə Məmmədova, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər rəsmi şəxslər iştirak etmişlər.

Aprel ayının 18-də Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2018-ci il aprel ayının 18-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə  M.Əliyev küçəsi 210 ünvanda “Vinter” otelinin konfrans zalında səyyar qəbul keçirmişdir. RİH Başçısı sakinləri xalqımız və ölkəmiz üçün çox əlamətdar bir hadisə - cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edərək,  vətənimizin möhtərəm Prezidentimizin rəhbərliyi altında durmadan inkişaf etdiyini, quruculuq işlərinin ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da  uğurla aparıldığını və Nəsimi rayon sakinlərinin seçkilərdə yüksək fəallıq göstərdiyini, onların mütləq əksəriyyətinin  cənab İlham Əliyevə səs verdiklərini bildirmişdi.

Qəbulun gedişində sakinlər cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə sevinclərini bölüşərək ürək sözlərini bölüşmüş və onları maraqlandıran məsələlər barədə müraciət etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.   

Aprel ayında respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftolmoloq, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi Nəsimi  rayonunda geniş qeyd olunmuşdur. Əlamətdar günlə  bağlı idarə və təşkilatlarda görkəmli alimin xatirəsinə həsr olunmuş bir  sıra tədbirlər  təşkil olunmuşdur.  Keçiriləcək tədbirlər çərçivəsində rayonun  orta  məktəblərində görkəmli oftolmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş «Azərbaycan qadını», «Gözlərə işıq, nur bəxş edən insan» və «Ana - müqəddəslik zirvəsidir» mövzularında inşa yazı, divar qəzetləri, bədii qiraət müsabiqələri, rəsm əsərləri sərgisi, idman yarışları keçirilmiş, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılmışdır.

Aprel ayının 24-də  Nəsimi  rayon İcra Hakimiyyəti və Azərbaycan Resublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Qalereya 1969”-da  görkəmli elm xadimi  Zərifə xanım Əliyevanın  əziz xatirəsinə həsr olunmuş  Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, tanınmış səhiyyə işçiləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak etmişlər.
Sərgidə   Azərbaycanın görkəmli rəssamlarından olan Oqtay Sadıxzadənin «Zərifə xanım Əliyevaının portreti», Altay Sadıxzadənin «Mehriban xanımın portreti», həmçinin xalq rəssamları Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Xalidə Səfərovanın, Səttar Bəhlulzadə, habelə Ucal Haqverdiyev, Mais Ağabəyov, Elçin Orucov   və digər görkəmli rəssamların anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərləri nümayiş olunmuşdur. Tədbirdə həmçinin Nəsimi rayon məktəbliləri arasında  Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinin qalibləri  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Aprel ayının 25-də  R.Behbudov adına Mahnı Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi  Kollecinin  tələbələrinin konserti  keçirilmişdir. Konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi  Kollecinin   Nəfəs və zərb alətləri orkestri, Xalq çalğı alətləri ansamblı,  Xor kollektivi və beynəlxalq müsabiqələr laureatları Azərbaycanın və xarici bəstəkarların  musiqi əsərləri  ilə çıxış etmişlər. Tədbirdə Musiqi Kollecinin beynəlxalq müsabiqələr qalibi olmuş bir qrup tələbəsinə diplom və hədiyyələr təqdim edilmişdir.

Aprel ayının 25-də bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının   ildönümü ilə bağlı  Nəsimi  rayon İcra Hakimiyyəti rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin görüşü keçirilmişdir. Çernobılçılar adından çıxış edən “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, cəmiyyətin Nəsimi  rayon təşkilatının sədri Xələf Həsrətov və  “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev  onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını birdirmişlər. Tədbirin sonunda Çernobıl əlillərinə ərzaq bağlamaları  təqdim olunmuşdur.

Aprel ayının 25-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il aprel ayının 25-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə S.Vurğun küçəsi 112 ünvanda yerləşən inzibati binanın zalında səyyar qəbul keçirmişdir. Səyyar qəbulda  Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosialyönümlü proqramların uğurla həyata keçirildiyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair  verdiyi tapşırıqların icrası istiqamətində görülən ardıcıl işlər barədə sakinlərə məlumat verildi. Qəbulda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn pilot layihələrin dövlət tərəfindən atılan təqdirəlayiq addımlardan olduğu qeyd edilmiş, ərazidə bu layihələrin həyata keçirilməsi zamanı uşaq bağçaları-körpələr evinin tikilməsinə ehtiyac olduğunu bildirmişdir.  Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Aprel ayının 26-da Nəsimi rayon İcra hakimiyyəti Azərbaycan Tibb Universiteti ilə birlikdə görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı və  Tibb Universitetinin rektoru oftolmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd etmişlər.  Daha sonra Azərbaycan Tibb Universitetinin “Oftalmologiya”  kafedrasının müdiri professor Paşa Musayev  və “Oftalmologiya”  kafdrasının dosenti Solmaz Əliyeva Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini yüksək dəyərləndirmişdilər. Pulsuz tibbi müayinəsi təşkil edilmiş aztəminatlı ailələrdən olan bir qrup məktəbliyə tədbirdə  eynəklər hədiyyə edilmişdir. Tədbir Bakı Musiqi Akademiyasının tələbələrinin konsert proqramı ilə davam etmişdir.

Aprel ayının 26-da Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayonun müxtəlif  tibb ocaqlarında  sakinlərin  göz müayinəsi təşkil edilmişdir. Həkimlər görmə problemi olanlara yerindəcə tibbi xidmət göstərmişlər.

Aprel ayının 27-də 54 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Nəsimi  rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilmişdir. Yarışın nəticələrinə görə 23 saylı tam orta məktəbin komandası  I  yerə,    42 saylı tam orta məktəbin komandası  II  yerə,  Bakı Atatürk Liseyin komandası II yerə, 151  saylı tam orta məktəbin komandası IV  yerə layiq görülmüşdür.

Aprel ayının 30-da  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq   1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə 4-cü mikrorayon, MirCəlal küçəsi 40 ünvanda yerləşən 247 saylı məktəbin akt zalında səyyar qəbul keçirmişdir.

Azərbaycan Xalq Cümhuriyyətnin yaradılmasının 100 illiyi ilə əlaqədar paytaxtın Nəsimi  rayonunun idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrində silsilə tədbirlər təşkil edilib keçirilmişdir.

May ayının 2-də 1 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Şərqin ilk Demokratik Respublikası” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın bölgələrinə aid sərgi, divar qəzetləri,  kitab, fotoşəkil guşələri, Cümhuriyyət liderləri haqqında stendlər təşkil edilmişdir.

May ayının 2-də  H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 95 illik yubileylərinə həsr olunmuş konsert keçirilib.

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar paytaxtın Nəsimi  rayonunda silsilə tədbirlər keçirilmiş,   idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilmişdir.

May ayının 3-də Nəsimi  rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında  Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə  həsr olunmuş “Heydər Əliyev - xalqın qəlbində və müqəddəs diləklərində yaşayan lider” adlı təntənəli tədbir keçirilmişdir.

 Tədbirdə İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Elmira Süleymanova, Auditorlar Palatasının Sədri Vahid Novruzov, Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov, Milli Məclisin deputatları Fəttah Heydərov, Eldar İbrahimov, Hadı Rəcəbli, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Çingiz Qənizadə, Sevinc Hüseynova, Vahid Əhmədov, Cavanşir Paşazadə, Elman Nəsirov, Mahir Aslanov,  Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət  Dəstəyi  Fondunun icraçı direktoru Vüqar Səfərli və digər rəsmi qonaqlar iştirak etmişlər.

Azərbaycan Televiziyasının Gülarə Əliyeva adına “Dan Ulduzu” ansamblının iştirakı ilə keçirilən konsertdə mahnılar səsləndirilmiş, tədbir boyunca Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd göstərilmişdir.

May ayının 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi  Kollecinin  tələbələrinin Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konserti  keçirilmişdir. Konsertdə  kollecin tələbələrinin ifasında bəstəkarlardan Cahangir Cahangirovun, Siyavuş Kəriminin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun mahnıları ifa olunmuşdur.

May ayının 4-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə S.Vurğun küçəsi 49 ünvanda yerləşən   “Dünya Biznes Mərkəzi” binasının zalında səyyar qəbul keçirmişdir. Sakinlər mənzil ilə təmin olunma,  həyətin asfalt örtüyünün təmiri, yeraltı keçidlərin eskalatorlarının təmir edilməsi, küçə ticarəti ilə bağlı tədbir görülməsi barədə müraciətlər etmişdilər.

II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda çox geniş və təntənəli  şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar   rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində tədbirlər, veteranlarla görüşlər,  rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində tədbirlər təşkil olunmuşdur.

May ayının 5-də Qələbə günü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda  Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Tədbrin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilmiş, rayon məktəblərinin “Şahinlər” komandalarının rəsmi keçidi olmuşdur.

 Tədbirdə veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr və maddi yardımlar verilmişdir. Səhhəti  ilə əlaqədar tədbirdə iştirak edə bilməyən  Böyük Vətən Müharibəsi veteranları yaşadıqları mənzillərdə ziyarət olunmuş, onlara bayram sovqatları çatdırılmışdır.

Tədbirdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəsm sərgisi nümayiş olunmuşdur. 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin rəqsləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Tədbirin sonunda təşkil edilmiş çay süfrəsi arxasında  veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

May ayının  8-də Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomanlığa və narkotik vasitələrin qanunusuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası” rayon Polis İdarəsi ilə birlikdə Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində şagirdlərin və qonaqların iştirakı ilə “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmış, narkomaniyanın fəsadlarını göstərən video materiallar nümayiş olunmuşdur.

Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olaraq rayon ərazisində ümumrayon iməciliyi keçirilmişdir.  Bu iməcilikdə  məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.

May ayının 9-da keçirilən iməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı  Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. İməclik zamanı rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif   Məhərrəmov küçəsindəki parkda,  Vaqif  prospekti  boyunca və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında  50000-dən artıq gül kolu əkilmişdir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün İzmit Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri  Nəsimi rayonuna səfər etmişlər.

May ayının  9-dan Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərin məzarını, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzində olaraq Ümummilli Lider Heydər Əliyevlə bağlı eksponatlarla tanış olmuşlar.

May ayının  10-da Nəsimi rayonunda səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsi nümayəndələrini rayon İcra Hakimiyyətinin başçısıqəbul etmişdir. Görüşdə İzmit Bələdiyyəsinin sədr müavini Güray Oruc, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev  Kültür Evinin rəhbəri Bilal Dündar, İzmit bələdiyyəsinin digər nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə sədri, rayonun ictimaiyyət nümayəndələri iştirak etmişlər.

May ayının  10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə rayonda keçirilən silsilə tədbirlərin davamı olaraq 4-cü mikrorayon ərazisində, Cavadxan küçəsinin H.Seyidzadə və M.Kazımovski küçələri ilə kəsişməsində yeni istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün 0.7 ha sahədə və ətraf ərazidə geniş miqiyaslı abadlıq işləri aparılmış, müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilmiş, mövcud ağaclar budanmış, 1000 kv.m-dən artıq yeni qazon örtüyü və 350 kv.m –dən artıq süni qazon döşənmiş, 500 metrdən artıq suvarma xətti çəkilmişdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılmış, müasir işiqlandırma sistemi, 2 ədəd söhbətgah, 18 ədəd fitnes avadanlığı quraşdırılmış,  10 ədəd yeni skamyalar qoyulmuşdur. Uşaqlar üçün hər biri 80 kv.m olmaqla 3 ədəd uşaq oyun əyləncə qurğuları montaj olunmuş, park boyunca idman yürüşü üçün zolaq salınmışdır.

Tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Bakı şəhərinə səfərə gəlmiş İzmit Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri də iştirak etmişlər. Bayram əhval ruhiyyəsi ilə sakinlərin istifadəsinə verilən parkın açılış mərasimində 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi və müxtəlif rəqs nömrələri təqdim edilmişdir.

Tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, rayon İcra Hakimiyyətinin Başçısı və İzmit bələdiyyəsinin nümayəndə heyətinin üzvləri Cavadxan küçəsində müxtəlif növ həmişəyaşıl ağaclar əkmişlər.

May ayının  11-də  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Səyyar qəbulda  M.Qaşqay, R.Axundov,  S.Zeyalov küçələri və Azadlıq prospektini və yaxın ərazilərin əhatəsində yaşayan sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, yeniyetmələrin yay fəslində istirahətlərinin səmərəli təşkili,  ünvanlı sosial yardım verilməsi, pilot layihə çərçivəsində təzminat verilməsi barədə müraciətlər etdilər. Həmçinin  Nəsimi rayonunda hökumətin qərarı ilə qəzalı və görkəmsiz binaların yerində yeni və yaraşıqlı binaların inşa edilməsi ilə şəhərin simasının daha da gözəlləşdiyini qeyd edərək pilot layihələr çərçivəsində mərkəz hissədə hələ də qalmaqda olan istismar müddətini keçmiş yaşayış binalarının sökülərək sakinlərin yeni binalara köçürülməsi istəyində olduqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. 

May ayının  11-də Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq Nəsimi rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “İSR Plaza”da “İşsizlikdən Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda kiçik və orta sahibkarların, idarə və müəssisələrin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

May ayının  14-də  Nəsimi   rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan  Respublikasının Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə  “Möhkəm təməllər üzərində sağlam ailə mühitinin formalaşması” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada gənclər, yeni ailə qurmuş cütlüklər, 40-50 il birgə ömür sürmüş nümunəvi ailələr iştirak etmişlər.

May ayının  15-də  Nəsimi rayonunda Xalq Cumhuriyyətinin 100 illiyi və Beynəlxalq Ailə günü münasibəti ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birgə tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayonunda yaşayan  50 ilə yaxın  birgə ömür sürmüş  25  ailə,  ağsaqqal və ağbirçəklər, yeni ailə quracaq  4  cütlük  və qonaqlar  iştirak  etmişlər. Bayram tədbirində fəallıq göstərən 25 ailəyə fəxri diplomlar təqdim olundu. Tədbirin sonunda nikaha daxil olmuş cütlüklər rayon ərazisindəki parklarda və yaşıllıq zolaqlarında 100 ədəd qızılgül  kolları əkmişlər. 

May ayının  15-də  Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomanlığa və narkotik vasitələrin qanunusuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası” tərəfindən rayon Polis İdarəsi ilə birlikdə 1 saylı orta məktəbdə şagirdlərin və qonaqların iştirakı ilə “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmış, iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video materiallar nümayiş olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar paytaxtın Nəsimi  rayonunun   məktəbəqədər təhsil müəssisələrində  silsilə tədbirlər təşkil edilib keçirilmişdir.

May ayının  16-da A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş “Şərqdə ilk qalibiyyət günəşi” adlı tədbir keçirilmişdir. Tədbirdə  şagirdlərin rəsmlərindən, əl işlərindən, dulusçuluq nümunələrindən, milli naxışlarla toxuma işlərindən  və milli mədəniyyətimizlə bağlı qədim əşyalardan ibarət təşkil olunmuş sərginin nümayiş olunmuşdur.

May ayının  19-da 100 saylı körpələr evi-uşaq bağçasında, may ayının  22-də    96 saylı körpələr evi-uşaq bağçasında, may ayının  29-da   127 saylı körpələr evi-uşaq bağçasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tədbirlər təşkil edilib  keçirilmişdi.

May ayının  19-da Müharibə və əmək əlilləri pansionatında Nəsimi rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir. Ahıl vətəndaşların günlərinin maraqlı keçirilməsi üçün təşkil olunan tədbirlər çərçivəsində pansionatda müsəlman şərqində ilk demokratik Respublikanın yaranmasının 100 illik yubileyi qeyd olundu. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Bakı Musiqi Akademiyasının tələbələrinin ifaları maraqla qarşılanmışdır.

May ayının  22-də   Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomanlığa və narkotik vasitələrin qanunusuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası” tərəfindən rayon Polis İdarəsi ilə birlikdə 46 saylı orta məktəbdə şagirdlərin və qonaqların iştirakı ilə “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbirlər keçirilmişdir.Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmış, iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video materiallar nümayiş olunmuşdur.

May ayının  23-də    Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq  3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda sakinlər onları maraqlandıran məsələlər barədə  o, cümlədən mənzil növbəsi, köhnə yaşayış məhəlləsinin pilot layihəyə salınması, kanalizasiya xəttlərindəki nasazlıq, mərkəz hissədə yollardakı tıxaclarla bağlı tədbirlər görülməsi barədə müraciət etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

May ayının  23-də   Ş.Ələkbərova adına 20 saylı musiqi məktəbində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tədbir keçirilmişdir.    

May ayının  25-də   Nəsimi rayon İcra hakimiyyətinin,  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Zabitlər parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Kitab bayramı keçirilmişdir. 

May ayının  26-da   Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat, veteran və gənclər təşkilatlarının,  rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Nəsimi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə “Cümhuriyyətin yaşıdları” adlı tədbir keçirildi. Tədbirdə  ahıl Nəsimi rayon sakinləri - müharibə və əmək veteranları rayonun mövcud yaşılllıq zolaqlarında 100 ədəd qızılgül kolu əkmişlər.

May ayının  30-da Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir.  Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən qanunsuz çəpərlərlə bağlı tədbirlərin görülməsi, binanın dam sahəsindən su çənlərinin yığışdırılması, binanın zirzəmisində kanalizasiya xəttinin təmir olunması, küçələrdə qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin yığışdırılması barədə müraciətlər etdilər.

Müraciətlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır. 

May ayının 31-də Nəsimi  rayon  İcra  Hakimiyyəti   başçısı tərəfindən təsdiq edilmiş rayon İcra Hakimiyyətinin  2018-ci il üçün  Mülki müdafiə  üzrə tədbirlər planına  əsasən   rayonun mülki müdafiə rəhbər heyətinin məşqi keçirilmişdir. Tədbirdə rayonun ayrı-ayrı idarələrinin və xidmət sahələrinin rəhbər heyəti, rayon Polis İdarəsinin, rabitə müəssisəsinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak etmişlər.

Uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi, onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanmışdır.        1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin  tədbirlər planına əsasən silsilə tədbirlər təşkil edilib keçirilmişdir. 

May ayının 31-də “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bayram tədbiri keçirilmişdir. Tədbirdə  Gənc Tamaşaçılar Teatrının nağıl qəhrəmanlarının  çıxışları və  2 saylı Uşaq Gənclər İnkişaf  Mərkəzinin  kollektivinin ifasında  Azərbaycan və dünya xalqlarının  rəqsləri uşaqlara təqdim edilmişdir.

May ayının 31-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən                       “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə  rayon ərazisində yerləşən “KOALA”  istirahət və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilmişdir. Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən 11 və 268 saylı xüsusi məktəblərdə təhsil  alan   uşaqlara  nahar süfrəsi açılmış, hədiyyələr verilmiş və uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.

İyun ayının 1-də  “Qərənfil” körpələr evi-uşaq bağçasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Bayram tədbirində bağça uşaqlarının ifasında rəqslər və şeirlər tədbirdə iştirak edən qonaqların alqışları ilə  qarşılanmışdır.

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Müasir İnnovasiyalar Liseyi tərəfindən  Səməd Vurğun adına bağda   “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə bayram tədbiri keçirilmişdir.

164 saylı tam orta məktəbdə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdi. Bayram tədbirində şagirdlərin  ifasında rəngarəng rəqslər, şeirlər və kompozisiyalar  tədbirdə iştirak edən qonaqların alqışları ilə  qarşılanmışdır.

İyun ayının 5-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlər  bir sıra məsələlərlə bağlı o cümlədən pilot layihə ərazisinə düşən tikililərin sökülməsinin sürətləndirilməsi, məcburi köçkün yataqxanasında məskunlaşanların köçürülməsi barədə, yay mövsümündə məktəblilərin istirahətinin təşkili ilə bağlı müraciətlər etdilər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

İyun ayının 6-da 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən  S.Vurğun adına Azərbaycan  Dövlət  Rus Dram Teatrında “Bizim rəqs dünyamız” təntənəli bayram konserti keçirilmişdi. Konsertdə milli, nağıl qəhrəmanları, müasir  və dünya xalqlarının rəqsləri nümayiş olunmuşdu.

İyun ayının 5-də 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Texniki-Humanitar lisey və Müasir İnkişaf  İctimai Birliyinin birgə əməkdaşlığı ilə konfrans təşkil olunmuşdur. Uşaqların müdafiəsi günündə silsilə tədbirlərin keçirilməsində əsəs məqsəd onları hüquq və vəzifələri haqqında maarifləndirmək və uşaq zorakılıqlarına qarşı birgə mübarizə aparmaqdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Nəsimi rayonunun orta məktəblərində silsilə tədbirlər keçirilmişdir.

İyun ayının 5-də 14 nömrəli tam orta məktəbdə, iyun ayının 8-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə 42 saylı  tam orta məktəbdə və Nəsimi rayonu S.Poladi adina 159 N-li tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və  Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə  dövlətin atributlarından, dövlətçilik rəmzləri barədə məktəblilərə ətraflı məlumat verilmiş,  “Ümummilli lider Heydər Əliyev ordu haqqında”  video çarxı nümayiş olunmuşdur.

İyun ayının 11-də  Nəsimi rayonunda “Bizi birləşdirən milli mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilmişdir. Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayında iftar süfrəsi rayonun 3-cü mikrorayon ərazisində yerləşən «Gold Baku»  şadlıq  sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin - iştirakı ilə keçirilmişdir.

İyun ayının 12-də 15 iyun- Qurtuluş günü  ərəfəsində  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət”  3-cü mikrorayon  Rəşid Məmmədov küçəsində Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda  beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarının və istirahətlərinin  səmərəli keçirilmələri  üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri  və idman meydançası  quraşdırılmışdır. R.Məmmədov 17 və 19  ünvanınında istifadəyə verilmiş “Abad həyətin” sakinləri  öz binalarının həyətlərində  aparılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işlərinə  görə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

İyun ayının 12-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi 17 ünvanda yerləşən həyətdə səyyar qəbul keçirmişdir. 

Sakinlər bir sıra məsələlərlə ilə bağlı,  o cümlədən qanunsuz çəpərlərlə bağlı tədbirlərin görülməsi, binanın dam sahəsindən su çənlərinin yığışdırılması, həyətlərdəki yaşlı hündür ağacların budanması, “Abad həyət” layihələri çərçivəsində qonşu həyətlərdə də abadlıq işlərinin aparılması, bayram ərəfəsində yardımların göstərilməsi, yay mövsümündə məktəblilərin istirahətinin təşkili ilə bağlı barədə müraciətlər etdilər.  Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

İyun ayının 13-də  15 iyun- Milli Qurtuluş günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayonun Zabitlər parkında sosial qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilmişdir. Bayram şənliyində tədbir iştirakçılarına hədiyyələr təqdim olunmuş, uşaqlar parkdakı oyun - əyləncə qurğularından istifadə edərək əylənmişlər.  Tədbirdə 111 saylı tam orta məktəbin və  2 saylı Uşaq Gənclər İnkişaf  Mərkəzinin şagirdləri  konsert proqramı ilə çıxış etmişlər.

İyun ayının 13-də  Nəsimi rayon İcra Hakimiyyətində “Açıq qapı” günü təşkil olunaraq  rayon sakinlərilə görüş keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısı Aparatının, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, aqsaqqallar, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, ictimai birliklərin nümayəndələri iştirak edirdilər.

Görüşə gəlmiş sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil məsələlərinin həlli, təmir işlərinin aparılması, yay düşərgələrinin təşkili barədə müraciətlər etdilər. Sakinlər və ictimaiyyət nümayəndələri çıxışlarında Ulu öndər Heydər Əliyevin xalqımızın xilaskarı, bu günkü əmin-amanlığın, müstəqilliyimizin qurucusu olaraq tarixi xidmətlərini qeyd etmiş və  dövlət başçımız cənab İlham Əliyevin, Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində ölkəmizin tərəqqisi və xalqımızın firavan həyatı naminə görülən işlərə görə minnətdarlıqlarını bildirmişlər.Tədbirin sonunda rayonun aztəminatlı ailələrinə bayram sovqatları verilmişdir.

İyun ayının 14-də Nəsimi rayonunun  bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, bilik bayramı yüksək səviyyədə keçirilmişdir.

Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edirdi. “Son zəng” tədbirlərində  müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar. Məktəblərin “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.

İyun ayının 20-21-də Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış  Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyi ilə əlaqədar  Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyət nümayəndələri Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsinə səfər  edərək xidmət edən əsgər  və zabitlərlə görüşmüşlər.  

Müdafiə Nazirliyinin Goranboy  rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə getmiş  qonaqlar  hərbi hissənin komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə olmuş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmışlar. Sonra   26 İyun -  Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Goranboy rayonundakı «N» saylı hərbi hissə ilə birgə bayram tədbiri keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin hədiyyələri və  rayonun orta məktəb şagirdlərinin əsgərlərə ünvanladıqları məktublar  şəxsi heyətə təqdim edilmiş,  xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.

Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələr günü  ərəfəsində tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.

Bayram tədbiri zamanı gənc əsgərlərin iştirakı ilə nümunəvi çıxışlar və flaşmoblar tamaşaçılara təqdim olunmuşdur. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə   döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur. 

İyun ayının 23-də  “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri xiyabana gedərək  xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini və  görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad etmişlər.  Həmin gün daha sonra   Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmişdir. Tədbirdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olunmuşlar.

İyunun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Məzun Günü” keçirilib. Tədbirdə universistetin rektoru, professor Mustafa Babanlı, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı, universitetin İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, İctimai Etimad Şurasının üzvləri, eləcə də professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.

İyunun 28-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda  Azadlıq prospekti, Süleyman Rüstəm, Ruhulla Axundov, Vladislav Plotnikov, Rəşid Behbudov küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətləri dinlənılmişdir.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır. 

Ahıllara, müharibə veteranları, şəhid ailələri və əlil  vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər  təşkil edilib keçirilir.

İyun ayının 28-də   bir qrup müharibə veteranları, şəhid ailələri, ahıllar və əlillərin Pirşağı qəsəbəsindəki İstirahət Mərkəzində istirahəti təşkil edilmişdir. Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin Sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranı Ağababa İskəndərov, əmək veteranları  Məleykə Ağazadə, Novruz Quliyev  və digərləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti    Mehriban Əliyevaya    minnətdarlıqlarını bildirdilər.

İyun ayının 30-da   Azərbaycan Polisinin yaranmasının 100-cü ildönümü və Azərbaycan Polisi günü münasibətilə Nəsimi rayonunda tədbir keçirilmişdir. Tədbirdə bir qrup polis əməkdaşlarına rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim olunmuşdur.

İyulun 3-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq səyyar qəbul keçirmişdir. Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil növbəsinə götürülmə, yaşadıqları binanın qəzalı olması və bununla bağlı pilot layihə çərçivəsində yeni mənzillərlə təmin olunması, mərkəz hissədə aparılan abadlıq-quruculuq işləri çərçivəsində binaların həyət tərəfdən pilləkən meydançalarının təmir olunması barədə müraciətlər etdilər. Həmçinin mərkəz hissədə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə görə, xüsusilə istismar müddəti bitmiş, qəzalı və təhlükəli vəziyyətdə olan eyvanların sökülərək yenidən qurulması işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını  bildirərək, qısa müddətdə paytaxtımızın nəzərəçarpacaq dərəcədə gözəlləşdiyini qeyd etdilər.

Müraciətlərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki tədbirlər çərçivəsində, həmçinin  məktəblilərin yay tətili günlərinin  mənalı, maraqlı və  yaddaqalan olması üçün  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən maraqlı  layihələr keçirilmişdir.

İyulun 3-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun Dendroloji parkında  təşkil edilən tədbirdə rayon məktəblərində təhsil alan aztəminatlı ailələrdən,  təhsildə və idmanda fərqlənən məktəblilərin bir qrupu  iştirak etmişdir. Məktəblilər  Sergey Yesenin adına Azərbaycan-Rus ədəbi əlaqələri Mərkəzində  və  Dendroloji parkda  yetişdirilən çoxsaylı ağac, bitki və güllərlə yaxından tanış olmuşlar. Məktəblilər təşkil olunan bu aksiyadan xüsusi zövq alıb, burada gözəl istirahət edib, əylənib, birgə nahar ediblər.

İyulun 6-da Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon məktəblilərinin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası  təşkil olunmuşdur.  Məktəblilər ilk öncə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Nəsimi rayon məktəbliləri  Zirə Mədəniyyət Mərkəzinin Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis, fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə yaxından tanış oldular.

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci  ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən geniş iclasında ətraflı müzakirə olunmuşdur.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər müzakirə olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inşaat sektorunda mövcud nöqsanların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icra olunması, rayon ərazisində tikinti-inşaat işlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən olunmuş şəhərsalma prinsiplərinə uyğun aparılması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrlə bağlı RİHB yanında Şuranın geniş yığıncağının qərarı qəbul edilmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı, şəhid və Qarabağ veteranı  ailələri, həmçinin valideyn himayəsindən  məhrum olmuş uşaqların yay tətili günlərinin səmərəli və maraqlı keçirilməsi üçün silsilə tədbirlər keçirilmişdir.

Məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi peşəsinə hörmət ruhunda tərbiyə olunması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə sərhəd zastavasında məktəblər üçün hərbi-vətənpərvərlik düşərgəsi  təşkil edilmişdir.

İyulun 11-19 tarixlərində Nəsimi rayonundakı orta məktəblərin 7-11-ci sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında  “Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur.

İyulun 11-də məktəblilər Ulu Öndər Heydər Əliyevin Nəsimi rayonu ərazi­sin­dəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobusla Qəbələ rayo­nunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşmüşlər.

Yay istirahət düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Məktəblilər arasında mini futbol, voleybol, şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçirilmiş, axşam saatlarında şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə musiqili-əyləncəli tədbirlər, düşərgənin yaxınlığındakı meşəlik əraziyə gəzinti, çay süfrə­si arxasında müzakirələr təşkil olunmuş, Azərbaycan kinomatoqraf­çıları tərəfindən vətənpərvərlik mövzusunda çəkilmiş kinolentlər, Döv­lət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətini əks etdirən sənədli filmlər və videoçarxlar nümayiş etdirilmişdir. Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı və yaddaqalan etmişdir.

Yay hərbi vətənpərvərlik düşərgəsinə cəlb olunmuş şagirdlər üçün Qəbələ və Şəki rayonlarının tarixi, gəzməli və görməli yerlərinə, mə­dəniyyət ocaqlarına, “Qəbələnd” istirahət mərkəzinə ekskursiyalar, Qəbələ rayon mədəniyyət mərkəzinin incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunmuşdur.

İyulun 19-da “Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsinin başa çatması ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Tədbirdə Nə­simi rayon İcra Hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin məsul  şəxsləri iştirak etmişlər. Mərasimdə Azərbaycan Respublikasının Pre­zidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ru­hunda tərbiyə olunmasına, savadlı və sağlam inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilmiş, keçirilən bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynaması vurğulanmışdır. Tədbirdə düşərgə dövründə müxtəlif yarışların qalibi olmuş şa­girdlər mükafatlandırılmış, məktəblilərə xatirə hədiyyələri təqdim edilmişdir.

İyulun 13-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq səyyar qəbul keçirmişdir. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

İyulun 14-də  Nəsimi  rayon İcra Hakimiyyəti və  Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirilib. Tədbirdə Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, ağsaqqal və ağbirçəklər, gənclər, ictimai birlik və təşkilatların, təhsil və səhiyyə ocaqlarının nümayəndələri, Nəsimi rayon  bələdiyyəsinin  əməkdaşları iştirak ediblər.

Tədbirdə ailə münasibətlərinin formalaşması, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu, gənc qızlarda liderlik keyfiyyətlərinin formalaşması, yaşlı nəsil ilə gənc nəslin dialoqu, gənclərin, xüsusilə gənc qızların hüququ və vəzifələri kimi mövzular müzakirə olunub.

İyulun 16-da  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin        11 aprel Prezident seçkilərində möhtəşəm qələbəsinin 100 gününün tamam olması münasibətilə  YAP Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində geniş abadlıq işləri aparılmış, yüksəkmərtəbəli çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və «Abad həyət»lər salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılmışdır.

İyulun 17-də  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət”  4-cü mikrorayon  Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 saylı binaların əhatə etdiyi məhəllədə  sakinlərin ixtiyarına verilmişdir. Bu ünvanda  doqquz mərtəbəli, 8 bloklu, 138 mənzilli A.Məhərrəmov küçəsi 68 saylı evin və beşmərtəbəli 12 bloklu 180 mənzilli Mir Cəlal küçəsi 10 saylı evin fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, hər iki binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Məhəllədə yaşıllaşdırma işləri aparılmış və həyətə həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarının və istirahətlərinin səmərəli keçirmələri  üçün 5 söhbətgah və 20 oturacaq quraşdırılmışdır. Uşaqların da asudə vaxtlarını səmərəli keçirilmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri  və idman meydançası  quraşdırılmışdır.  Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək 2,5 ha ərazidə asfaltlaşma və  təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.

İyulun 17-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH başçısı  4-cü mikrorayon, Asif Məhərrəmov  küçəsi 68 ünvanda yerləşən həyətdə sakinlərin müraciətlərini dinləmişdir. Qəbulda 20 Yanvar küçəsi, MirCəlal  və  Asif Məhərrəmov küçələrində yerləşən binaların sakinləri iştirak etmişlər. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı aidiyyəti  məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar vurğulanmışdır.

İyulun 18-də  Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 143 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilmişdir.Tədbirdə çıxış edən mətbuat nümayəndələri Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışlar. Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.

İyulun 25-də  Nəsimi rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən iş adamlarının bir qismi ilə görüş keçirilmişdir. Tədbirdə RİH Başçısı ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyinin  həyata keçirildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına xüsusi önəm verdiyini vurğulamış  və ölkə başçısının yerlərdə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqlarının icrasının təmin edilməsi istiqamətində Nəsimi rayonunda görülən işlər barədə məlumat vermişdir.

İş adamları çıxışlar edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iş adamlarına göstərilən dövlət dəstəyinin, sahibkarlığın inkişafına yaradılan münbit şəraitin əhəmiyyətindən danışmış, Nəsimi rayonu ərazisində sahibkarların fəaliyyəti üçün mövcud olan əlverişli şəraitin investisiya qoyuluşu üçün geniş stimul yaratdığını və bütün bunlara görə Möhtərəm Prezidentə minnətdarlıqlarını bildirmişlər. 

İyulun 26-da  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması ilə bağlı görülən işlərlə gənclərin daha yaxından tanış olması məqsədi ilə rayonun bir qrup fəal gənci “Bakı Tikiş Evi” ATSC-də olaraq, yeni açılmış iş yerləri və burada çalışan işçilərin iş şəraiti ilə yaxından tanış olmuşlar.

Daha sonra gənclərin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası  təşkil olunmuşdur.  Gənclər  ilk öncə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, xatirəsinə ehtiramlarını bildirdilər. Nəsimi rayon gəncləri  Zirə Mədəniyyət Mərkəzinin Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis, fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə yaxından tanış oldular. Tədbirdə "İnturavto" ASC-nin sədri Aydın Heydərov və Azərbaycan Respublikası "Sənayeavtomatika" İstehsalat Birliyinin baş direktoru Natiq Cavadov çıxış edərək, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iş adamlarına göstərilən dövlət dəstəyinin, sahibkarlığın inkişafına yaradılan münbit şəraitin əhəmiyyətindən danışmış, Nəsimi rayonu ərazisində sahibkarların fəaliyyəti üçün mövcud olan əlverişli şəraitin investisiya qoyuluşu üçün geniş stimul yaratdığını və bütün bunlara görə Möhtərəm Prezidentə minnətdarlıqlarını bildirdilər.

İyulun 26-da  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları binaların istismar müddətinin keçməsini nəzərə alaraq pilot layihə çərçivəsində mənzil şəraitninin yaxşılaşdırılmasına köməklik, uşaqların yay istirahətinin səmərəli təşkili, qonşular arasında yaranmış mübahisənin həll edilməsi, aztəminatlı ailələrdən olan uşaqlara məktəbli geyimlərinin ayrılmasına köməklik göstərilməsi barədə müraciətlər etdilər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə  sakinlərə məlumat vermişdir.

İyulun 30-da  sahibkarlığın inkişafına yönəlmiş silsilə tədbirlərin davamı olaraq Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon gənclərinin bir qrupunun  Quba rayonuna səfəri təşkil olunmuşdur. Nəsimi rayon gəncləri Quba rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun meyvə bağları, “Qədim Quba” Xalçaçılıq Mərkəzi və Pirvahid kəndli fermer təsərrüfatının fəaliyyəti ilə tanış olmuşlar.

Avqustun 3-də Nəsimi rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların,  ali və orta təhsil müəssisələrinin,  səhiyyə  və mədəniyyət müəssisələrinin, qeyri hökumət təşkilatlarının, ictimai birliklərin,  rayon təsərrüfat xidmətlərinin rəhbərlərinin, din xadimlərinin və ağsaqqalların   iştirakı ilə RİH Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir.

Avqustun 8-də Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Mir Cəlal küçəsindəki parkda  Böyük Vətən Müharibəsi və  Qarabağ müharibəsi veteranlarının iştirakı ilə  həvəskarlar arasında nərd yarışı keçirilmişdir. Veteranların iştirakı ilə 2 saat davam edən  yarışın qalibləri  Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomlarla  mükafatlandırılmışlar.

Avqustun 8-də Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir.

Sakinlərdən bir sıra məsələlərlə ilə bağlı o cümlədən mənzil məsələsi, ağacların budanması, əmlakın sənədləşdirilməsi, pilot layihə ərazisinə düşən tikililərin sökülməsinin sürətləndirilməsi, qəzalı vəziyyətdə olan bina barədə müraciətlər etmişlər. Bir qrup sakin yaşadıqları məhəllədəki evlərin istismar müddəti keçdiyindən yararsız və yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq pilot layihələrə salınması istəyini bildirmişlər.

Qəbulda iştirak edən sakinlərlə Möhtərəm Prezidentimiz  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə atılan müdrik addımlardan, Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır. Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizdəki qorunub saxlanan əmin-amanlığa görə, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

14-15 avqustda 4-cü mikrorayonda 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında məhəllələrarası mini futbol yarışı keçirilmişdir. Yarışda 8 komanda iştirak etmişdir. Mini futbol yarışının qalib komandaları Nəsimi rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.

Avqustun 17-də Nəsimi rayon İcra Hakimiyyəti və Dənizkənarı Bulvar idarəsinin   təşkilatçılığı ilə uşaqlar üçün  Xəzər dənizində  gəmi gəzintisi  təşkil olunmuşdur.  Dəniz səyahətində   rayon məktəblərinin təhsildə və idmanda  fərqlənən, veteran ailələrindən, həmçinin sosial qayğıya ehtiyacı olan ailələrdən olan bir qrup məktəblinin müasir «Mirvari» gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunmuşdur. Dəniz gəzintisinə böyük hissəsi ilk dəfə çıxan uşaqlar Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, buradakı «Kristall zalı»nı, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə etmişlər. Gəmidə uşaqlara nahar süfrəsi təşkil olunmuş, daha sonra isə öz məharətlərini göstərərək şeir, mahnılarla həmyaşıdları qarşısında çıxış etmişlər.  

Qurban bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur.

Avqustun 18-də Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr  Veteranları Şurası, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl və 20 Yanvar əlilləri cəmiyyətləri, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayonun aztəminatlı  sakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə tədbir təşkil olunmuşdur. Qurban Bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan şəhid ailələri,  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban payları paylanmışdır.

Tədbirdə çıxış edən  ictimai birliklərin, veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Sentyabrın 11-də  Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2017/2018-ci tədris ilinin yekunları və yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur.

2017-2018-ci tədris ilində rayonun orta məktəblərini  1561 nəfər şagird bitirmiş, onlardan 1083 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 191 nəfəri 500-dən, 73 nəfəri 600-dən, 23 nəfəri isə 650-dən çox, 2 nəfər 700 bal toplamışdır. Məzunlardan 261 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2018-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı Texniki Humanitar Liseydən 38 nəfər, 54 saylı məktəbdən  15 nəfər, Elitar Gimnaziyadan  13  nəfər, 5 saylı məktəbdən 13 nəfər, BSU MLK-dən  11 nəfər, 164 və 240  saylı orta məktəblərdən 10 nəfər 500-dən çox bal toplamışdır. 2017-2018-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 6 məzun qızıl medala layiq görülmüşdür.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən  olan 500 nəfər şagirdə məktəbli forması təqdim edilmişdir.

Sentyabrın 15-də Bakı Slavyan Universitetində Bilik günü ilə bağlı təntənəli tədbir keçirilib. Tədbirdə Qırğızıstan Respublikasının Azərbaycandakı sabiq səfiri Ayciqit Buranov, millət vəkilləri Elman Nəsirov, Qənirə Paşayeva, Sahibə Qafarova, Kamilə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, təhsil ekspertləri Şahlar Əsgərov, Nadir İsrafilov və media nümayəndələri iştirak ediblər.

 15 sentyabr-“Bilik günü” Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. Tədbirlərdə  şagirdlərin hazırladıqları bədii kompozisiyalar, şerlər,  məktəb həyatından bəhs edən  və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.

Sentyabrın 21-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, onları maraqlandıran digər məsələlərlə bağlı sakinlərlə söhbət aparılmışdır.

Cavadxan küçəsi boyunca 0, 03 ha sahədə  əsaslı təmir və abadlıq işləri davam etdirilərək  parka əlavə olunmuş,  yeni yaradılmış istirahət guşəsi sentyabrın 25-də  sakinlərin istifadəsinə verilmişdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, yeni avadanlıq və qurğular quraşdırılmış, əhalinin asudə vaxtlarını səmərəli keçirilməsi və  istirahəti üçün parkda yeni skamyalar  qoyulmuşdur. Uşaqların da asudə vaxtlarını maraqlı keçirmələri  üçün xüsusi uşaq  əyləncə avadanlıqları quraşdırılmışdır. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən  8 ədəd gecə işıqlandırılması sistemləri quraşdırılmış, 500 kv.m. qazon döşənmiş, uzunluğu 150 metr olan beton qaçış-yürüş yolu əvvəlki parkdakı yürüş zolağına əlavə olunmuş,  1050 kv.m. əraziyə tamet daşları döşənmiş, 250 p.m bardür daşları qoyulmuşdur.

Tədbirin sonunda RİH başçısı ərazinin sakinləri ilə görüşmüş, Nəsimi rayonunda aparılan abadlıq, quruculuq və yenidənqurma işlərindən danışaraq Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələr barədə sakinlərə geniş məlumat vermişdir.  Görüş zamanı sakinləri maraqlandıran suallar cavablandırılmış, qaldırılan problemlərin operativ həlli ilə əlaqədar aidiyyətı şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Sakinlər yeni parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. 

Sentyabrın 25-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən məhəllələrdə qanunsuz çəpərlərlə bağlı tədbirlərin görülməsi, binanın dam sahəsindən su çənlərinin yığışdırılması, mənzilə dair sənədləşdirmə, küçələrin işıqlandırılmasının yaxşılaşdırılması, istilik təchizatının yaxşılaşdırılması barədə müraciətlər etdilər. Onlar həmçinin, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda  həyata keçirilən abadlıq və quruculuq işlərinə, əhalinin rifahının yüksəldilməsinə, sakinlərin istirahətinin yaxşılaşdırılmasına yönələn tədbirlərə görə ölkə başçısına minnətdarlığını bildirmişlər. Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosialyönümlü proqramların uğurla həyata keçirildiyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə insanların həyat şəraitinin yaxşılaşdırılmasına dair  görülən ardıcıl işlər barədə RİH başçısı məlumat verdi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Oktyabrın 2-də Beynəlxalq Ahıllar Günü  əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilmişdir.

Nəsimi rayonunda əhalinin 4722 nəfərinin yaşı 70-dən yuxarı olan ahıllar təşkil edir. Onlardan 2512 nəfəri kişi, 2210 nəfəri qadındır. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 247 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 247 ahıl vətəndaşdan  210 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 178 nəfəri qadın, 32 nəfəri kişidir. Ümumi qeydiyyatda olanlardan 5 nəfəri I qrup əlil, 37 nəfər isə II qrup əlildir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 6 nəfər sakin yaşayır. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.

Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva,  “20 yanvar” cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev  və digər çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, göstərilən diqqət və qayğıdan danışmış  və onlara göstərilən qaygiya  görə ölkə başçısı cənab İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildirmiş, ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində görülən işlərdə uğurlar arzulamışlar. Görüşdə iştirak edən  və evlərdə yataq xəstəsi olan 250 nəfərdən artıq ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr  təqdim edilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə  ekoloji cəhətdən təmiz və abad həyətlərin modernləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə “Bizim həyət” layihəsi Nəsimi rayonunda  da həyata keçirilmişdir.

Oktyabrın 4-də “Bizim həyət” layihəsinin davamı olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət”  2-ci mikrorayon  H.Seyidzadə  küçəsi 1,3 və 7 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilmişdir. Bu ünvanda  3 beş mərtəbəli, bütövlükdə 12 bloklu, 180 mənzilli binaların fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, hər üç  binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Məhəllədə genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış və həyətə 300-dən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri  üçün 3 söhbətgah və 20 ədəd oturacaq quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri  və idman meydançası quraşdırılmışdır. “Abad həyət”in xüsusi bir guşəsində həvəskarlar üçün asfalt üzərində böyük ölçülü şahmat lövhəsi yaradılmışdır.

Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək 9000 kv.m ərazidə asfaltlaşma və  təmizlik işləri aparılmış, 500 metr bardyur qoyulmuş , mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır. Yeni yaradılmış “Abad həyət”də 7 ədəd təhlükəsizlik kameraları quraşdırılmışdır.

Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazinin sakinləri ilə görüşərək sakinləri maraqlandıran sualları cavablandırmış, sakinlərin qaldırdığı  problemlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verilmişdi. “Abad həyət”in  sakinləri həyətlərində  aparılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işlərinə  görə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişdilər.

Oktyabr ayının 5-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri  keçirilmişdir. Tədbirdə Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışılmış,   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan  addımlar,  Azərbaycan təhsilinin inkişafında böyük rolu olan  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermişdir. Tədbirdə çıxış edənlər təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını və ehtiramlarını  bildirmişlər.

Tədbirin sonunda  iştirak edən  təhsil işçilərinə İcra Hakimiyyəti tərəfindən hədiyyələr  təqdim olunmuşdur.

Oktyabr ayının 5-də Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə  səyyar qəbul keçirmişdir. Sakinlər mikrorayonlarda  həyata keçirilən abadlıq və quruculuq işlərinə, sakinlərin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirərək bir sıra məsələlərlə bağlı, o cümlədən binalarda istilik təchizatının yaxşılaşdırılması, binanın ümumi dəhlizinin təmir olunması, mənzil şəraitinin yaxşılaşdırılması, ağacların budanması, məişət tullantıları meydançasının yerinin dəyişdirilməsi barədə müraciətlər etmişlər. Müraciətlərlə bağlı müvafiq izahatlar verilməklə,  baxılması və həlli istiqamətində qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır.

Oktyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  "Ambassador" mehmanxanasında "Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı" mövzusunda tədbir keçirilib.

Oktyabr ayının 10-da Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə  42 saylı orta məktəbdə səyyar qəbul keçirmişdir.

Qəbulda M.Qasımov küçəsi, Azadlıq pr., N.Yusifbəyli, S.Salayev küçələrini əhatə edən ünvanlardakı sakinlərin müraciətləri  dinlənilmişdir. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə əhalisinin rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar vurğulanmışdır. 

Oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasəti: reallıqlar və perspektivlər” mövzusunda mühazirəsi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci  ilin doqquz ayının  sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasındakı nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə üçüncü rüb ərzində görülmüş işlər  oktyabr ayının 16-da Nəsimi  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən geniş iclasında ətraflı müzakirə olunmuşdur. İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər müzakirə olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz  ayının  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrlə bağlı RİHB yanında Şuranın geniş yığıncağının qərarı qəbul edilmişdir.

Oktyabr ayının 17-də Nəsimi rayonu 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar məktəblilər və müəllimlərin əl işlərindən ibarət “Zirvələrə doğru” adlı yaradıcılıq sərgisi keçirilib. 

 Sərgidə Rəssamlar İttifaqı tərəfindən müəllim və şagirdlərə diplom və sertifikatlar təqdim olunub. Sərgi Nəsimi rayonu 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin musiqi və rəqs nömrələri ilə davam etdirilib. Sərgidə 30 əl işi və 90 rəsm nümayiş olunub.

Oktyabr ayının 17-də Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə  səyyar qəbul keçirmişdir. Qəbulda 3-cü mikrorayonun, həmçinin A.Mustafayev küçəsi  sakinlərinin müraciətləri dinlənilmişdir.

Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən ağacların qurumuş budaqlarının budanması, damlardan çənlərin yığışdırılması, uşaqlar üçün idman qurğularının quraşdırılması, bəzi sakinlər tərəfindən edilən müdaxilələr nəticəsində binanın zirzəmisində kanalizasiya xətlərində yaranan nasazlıqların aradan qaldırılması, həyətdə söhbətgahın quraşdırılması barədə müraciətlər etmişlər.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qəbulun gedişində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlarımızın güzəranının daha da yüksəlməsi naminə atılan addımlar, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. Qəbulda aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Oktyabr ayının 18-də Nəsimi rayon 54 nömrəli tam orta məktəbdə,  oktyabr ayının 19-da  Azərbaycan Tibb Universitetində  “Azərbaycan Yerli Demokratiya Həftəsi” çərçivəsində Nəsimi Bələdiyyəsinin təşkil etdiyi tədbirlər  keçirilmişdir. Tədbir zamanı bələdiyyə qulluqçuları və üzvlərinin status, onların məsuliyyəti və səlahiyyətləri, bəldiyyə qulluqçularının və üzvlərinin fəaliyyətinin maneəsiz və səmərəli həyata keçirilməsi üçün vətəndaşların iştirakının təmin edilməsi istiqamətində müzakirələr aparılmışdır. Vətəndaşların rayon ərazisində yaranan bir çox problemlərin həlli üçün aidiyyatı qurumlarla yanaşı bələdiyyələrə də müraciətinin təmin olunması təklif edilmişdir.

Oktyabr ayının 18-də Nəsimi rayonu 1  saylı tam orta məktəbdə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirdə  1 saylı tam orta məktəbin şagirdləri tərəfindən  vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnıları dinləyib, rəqslərə tamaşa edərək, video çarxları izlədilər. 

Oktyabr ayının 19-da “Azərbaycan Respublikası Prezidentinin 05.07.2018-ci il tarixli 161 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrası barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06.08.2018-ci il tarixli 58 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Tədbirlər Planı təsdiq edilmiş və icrası ilə bağlı Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə tütün tüstüsünün və siqaret çəkmənin zərərli təsirləri mövzusunda maarifləndirici seminar keçirilmişdir.

Oktyabr ayının 23-də Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH başçısı 8 saylı orta məktəbdə sakinlərin müraciətlərini dinləmişdir. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev iştirak etmişdir. Sakinlər bir sıra məsələlərlə ilə bağlı, o cümlədən mənzil məsələsi, pilot layihə ərazisinə düşən tikililərin sökülməsinin sürətləndirilməsi, qəzalı vəziyyətdə olan binalar, dam örtüyünün təmiri, asfalt örtüyünün təmiri, söküntü ilə bağlı təzminat verilməsi, kanalizasiya xətlərindəki nasazlığın aradan qaldırılması barədə müraciətlər etmişlər. Bir qrup sakin yaşadıqları məhəllədəki evlərin istismar müddəti keçdiyindən yararsız və yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq pilot layihələrə salınması istəyini bildirmişlər.

Qəbulda iştirak edən sakinlərlə Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə atılan müdrik addımlardan, Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır. Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. 

Oktyabr ayının 25-də Bakı şəhərində səfərdə olan “San-Dieqo Azərbaycan Dostluq Assosiasiyası”nın  rəhbəri Martin Kraminq Nəsimi rayon İcra hakimiyyətində qəbul edilmişdir. Tədbirdə Martin Kraminqin xanımı, Milli Məclisin deputatı Asim Mollazadə və digər qonaqlar iştirak etmişlər. San-Dieqo Azərbaycan Dostluq Asossasiyasının  rəhbəri  Martin Kraminq Azərbaycana, Bakı şəhərinə, o cümlədən Nəsimi rayonuna səfərindən böyük məmnunluq hissi duyduğunu qeyd edərək paytaxtımızın gözəlliyindən xüsusi zövq aldığını vurğuladı. Görüşdə qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olundu.

Oktyabr ayının 24-də  Bakı Məşğulluq Mərkəzinin təsdiq etdiyi qrafikə uyğun olaraq Nəsimi rayonu Moskva prospekti 60 ünvanda işsiz və iş axtaran vətəndaşların sosial müdafiəsini təqdim etmək onların işə düzəlməsində köməklik göstərmək məqsədi ilə səyyar əmək yarmarkası keçirilmişdir.

Əmək yarmarkasına 87 müəssisədən 390 boş iş yeri çıxarılmışdır. Səyyar əmək yarmarkasına Nəsimi rayonu üzrə 81 nəfər iş axtaran vətəndaş qeydiyyatdan keçmişdir. Onlardan  23 nəfər vətəndaşa müəssisələrə işə düzəlmək üçün göndəriş verilmişdir. 9 nəfər vətəndaş peşə təliminə cəlb edilmək üçün siyahıya alınmışdır. 8 nəfər vətəndaş öz biznesini qurmaq üçün özünəməşğulluq proqramında iştirak etmək üçün qeydiyyata alınmışdır. Keçirilən səyyar əmək yarmarkasına müraciət edən vətəndaşlara Məşğulluq xidmətinin imkanları və xidmətləri barədə məlumatlar verilmiş onları maraqlandıran suallara cavablar verilmişdir. Daha ətraflı məlumat almaq və bu xidmətlərdən istifadə etmək üçün rayon Məşğulluq Mərkəzinə dəvət edilmişdilər.

 Oktyabr ayının 30-da rayon ərazisində növbəti iməcilik keçirilmişdir. İməcilik zamanı S.C.Pişəvari küçəsi boyunca müxtəlif növ  1000-dən artıq həmişəyaşıl ağaclar,   M.Cəlal parkında 2000-dən artıq gül kolları əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Rayonda son illər həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələrinin yüksək fəallığı ənənə halını almışdır. Görülən işlərə görə rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Oktyabr ayının 31-də Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilmişdir. Tədbirdə Nəsimi  rayonunda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, rayon təhsil, səhiyyə müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etmişlər.Tədbir zamanı  “Məişətdə yanğın təhlükəsizliyi”, “Dəm qazı” və “Odsöndürən balondan istifadə qaydaları” ilə bağlı videoçarxlar nümayiş olunmuş və suallar cavablandırılmışdı.

Noyabr ayının 2-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Cavadxan küçəsi, A.Mustafayev və  20 Yanvar küçələrində yerləşən binaların sakinləri iştirak etmişlər.

Sakinlər bir sıra məsələlərlə bağlı o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, binanın dam örtüyünün təmir olunması, həyətdə abadlıq işlərinin aparılması barədə müraciətlər ediblər. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar vurğulanmışdır. 

Noyabr ayının 5-də  Nəsimi rayonu    159  nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Məktəbdə  ilk dərslər “Dalğalan şanlı bayrağım” mövzüsuna həsr olunmuş, keçirilən dərslərdə şagirdlər  dövlət atributları haqqında geniş məlumatlar almış  və müxtəlif təqdimatlar etmişdilər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə  ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlə Nəsimi rayonunda da silsilə tədbirlər təşkil edilib keçirilir.

Noyabr ayının 3-də  2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə  23 nömrəli tam orta məktəbin  müəllim və şagird kollektivinin iştirakı ilə Zabitlər parkında xeyriyyə yarmarkası təşkil edilmişdir. Xeyriyyə yarmarkasında ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara və Gəncə şəhəri Gülüstan qəsəbəsində məskunlaşmış Kəlbəcər rayonu 69 nömrəli tam orta məktəbin şagirdlərinə yardım etmək məqsədilə keçirilmişdir.

Noyabr ayının 7-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir.

Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən ağacların dezinfeksiyası və budanması, qeyri-yaşayış sahəsinin sökülüb yenidən tikilməsi, pilot layihə ərazisinə düşən tikililərin sökülməsinin sürətləndirilməsi, qazıntı işlərindən sonra sahənin döşəməsinin bərpa edilməsi barədə müraciətlər etmişlər. Bir qrup sakin yaşadıqları məhəllədəki evlərin istismar müddəti keçdiyindən yararsız və yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq pilot layihələrə salınması istəyini bildirmişlər.

Qəbulda Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır. Sakinlər müraciətləri ilə bərabər, aparılan abadlıq-quruculuq işlərinə görə, paytaxtımızın gündən-günə gözəlləşməsi və əhalinin rifahının daha da yüksəldilməsinə yönələn möhtəşəm səylərinə görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Noyabr ayının 8-də  Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi ilə birgə rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının iştirakı ilə Sahil Mühafizəsinin hərbi hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdi.

Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmış və “Azərbaycan Bayrağı” adlı mahnı və klip təqdim olunmuşdu. Daha sonra tədbir Nəsimi rayon İcra Hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə incəsənət ustalarının, həmçinin Xalq artisti Gülyanaq Məmmədovanın və Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinın iştirakı ilə konsert proqramı davam etmişdi. Tədbirdən sonra qonaqlar əsgərlərlə birlikdə bayram naharı etmişlər.

Noyabr ayının 7-də  həmin tədbirlər çərçivəsində  Nəsimi rayonu 1 nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.  Tədbirdə Nəsimi rayonunun 8,42,54 və 164  nömrəli tam orta məktəblərinin,       16 saylı Texniki Humanitar Liseyin şagirdlərinin hazırladıqları mahnı və şer kompozisiyaları,    2 saylı Uşaq Gənclər İnkişaf  Mərkəzinin gənc yetirmələrinin rərqsləri qonaqlar tərəfindən  alqışlarla izlənilmişdi. 

Noyabr ayının 12-də  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə K.Kərimov adına  8 saylı tam orta məktəbdə “12 noyabr - Konstitusiya günü” münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayon məktəblərinin yuxarı sinif şagirdləri tərəfindən ayrı-ayrı sahələr – müdafiə, hüquq-mühafizə orqanları, daxili və xarici siyasət, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və digər sahələr üzrə  Konstitusiyamızın qəbulundan sonra, xüsusi ilə son 15 ildə qazanılmış uğurlar və əldə olunmuş nailiyyətlər  referat – müşavirə formatında tədbir iştirakçılarına təqdim olundu.  Tədbirdə fəal iştirak edən bir qrup məktəbli fəxri fərmanla təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən   14-17 noyabr 2018-ci il tarixlərdə  «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün maarifləndirici tur-aksiyası  təşkil olunmuşdur. Bu tur aksiyada 40 nəfər Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına səfər etdilər.

Tur aksiya zamanı məktəblilərin Gəncə şəhərində  Qədim Qala divarlarına, Nizami Gəncəvinin məqbərəsinə, Nizami Gəncəvi adına mərkəzə, Cavad xan  Məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Xan bağına, Amfiteatra,  Gəncə Dövlət  Filarmoniyasına, Gəncə bulvarına, Gəncə avtomobil zavoduna, Göygöl rayonunda Hacıkənd qəsəbəsi və Göygöl milli parkına, Şəmkir rayonunda Abidələr parkına, İstiqlal parkına, “Nəfis”çörək zavoduna, Şəmkir Aqroparkına ekskursiyaları təşkil olunmuşdur. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, tarix diyarşünaslıq muzeylərinə və digər tarixi yerlərə də səfərləri təşkil edilmişdir.Noyabr ayının 10-da  Nəsimi rayon İcra Hakimiyyətində  tur-aksiya iştirakçıları ilə keçirilən  görüşdə   sözləri şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Muxtara məxsus olan “Ölkəmizi tanıyaq” himni  böyük coşqu ilə  ifa edilmiş və Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə  məktəblilərin iştirakı ilə çəkilmiş “Ölkəmizi tanıyaq” klipi tədbir iştirakçılarına təqdim olunmuşdur.

Nəsimi rayon İcra Hakimiyyətində keçirilən görüşdə  çıxış edən valideyinlər və məktəblilər məktəblilərə - uşaqlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.

Yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində noyabr ayının 14-də  Nəsimi rayonundan olan məktəblilərin  yola salınma mərasimi keçirilmişdir. Tədbirdə  tur aksiya iştirakçıları Vaqif prospektindəki mövcud yaşıllıq zolağında həmişəyaşıl ağaclar əkdilər.

Yola düşməzdən əvvəl Nəsimi rayon məktəbliləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül çiçəklər  düzərək Ümummilli Liderə ehtiram və dərin məhəbbətlərini bildirdilər.

Noyabr ayının 14-də  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, həyətin  asfalt örtüyünün təmiri və oturacaqların quraşdırılması, qəzalı ağacın götürülməsi, damlarda istıfadəsiz olan çənlərin yığışdırılması barədə müraciətlər etmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə  sakinlərə məlumat vermişdir. 

Noyabr ayının 15-də  Dövlət Məşğulluq Xidmətinin təsdiq etdiyi qrafikə uyğun olaraq Nəsimi rayonunda fəaliyyət göstərən işəgötürənlərlə Nizami Kino Mərkəzində dəyirmi masa keçirilmişdir. Tədbirdə Nəsimi rayonunda fəaliyyət göstərən 30-dan çox işəgötürən iştirak etmişdir.

Tədbirdə Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamının tətbiqi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər planı”nın icrası ilə əlaqədar qarşıda duran məsələlər müzakirə olunmuşdur.

Noyabr ayının 15-də  Bakı Slavyan Universitetində “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Bakı Slavyan Universiteti və Türkiyənin Reytinq Akademiyasının birgə təşklatçılığı ilə keçirilən konfransda bir sıra dövlət rəsmiləri, səfirlər, təhsil ekspertləri və KİV nümayəndələri iştirak etmişdilər.

Azərbaycan Respublikasında  İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə     2018-ci il oktyabr ayının 20-dən noyabr ayının 20-nə kimi “Uşaq hüquqları aylığı” keçirilir. “Uşaq hüquqları aylığı” ilə əlaqədar uşaqların hüquq və azadlıqlarının təmin olunmasına,  əhali,  xüsusilə də uşaqlar və gənclər arasında öz hüquqlarının öyrənilməsinə diqqəti artırmaq, uşaq hüquqlarının təbliği, təmini və müdafiəsi sahəsində görülən işlərin səmərəliliyinin daha da artırılması məqsədilə Nəsimi rayonunda orta təhsil müəssisələrində, Uşaq Gənclər İnkişaf mərkəzlərində  rayon  İcra Hakimiyyəti,  rayonun hüquq-mühafizə orqanları, rayon Gənclər və İdman İdarəsi, məktəblərin pedaqoji kollektivləri, QHT, KİV-lərin iştirakı ilə bir sıra tədbirlər həyata keçirilmişdir.

Noyabr ayının 20-də   2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin  rəsm dərnəyinin  üzvlərinin əl işlərindən ibarət  “Bizim hüquqlarımız” mövzusunda sərgi keçirilmişdir. Tədbirdə “Məktəb teatrı” dərnəyinin üzvləri uşaq hüquqlarına aid səhnəciklər  nümayiş etdirmiş, “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri bir-birindən maraqlı rəqslər və mahnılarla çıxış etmişlər. Sərgidə “Rəsm” dərnəyinin üzvləri çəkdikləri rəsmləri iştirakçılara  təqdim  edərək uşaq hüquqları ilə bağlı fikirlərini bildirmişlər.

IDEA İctimai Birliyinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir. Noyabr ayının 26-da    “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nəsimi rayonu, Alı Mustafayev küçəsi 17-17a ünvanında 1200 nəfərə yaxın sakinin məskunlaşdığı binaları əhatə edir. Rayon icra hakimiyyətinin dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 15000 m² sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə 120 m² ərazidə uşaq oyun elementləri, 200 m² - mini futbol, 140 m² - idman-fitnes və 100 m² - şahmat meydançaları salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 200 ədəd ağac və kol əkilmiş, 2000 kvadratmetr ərazidə qazon salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyətdə müşahidə kameraları quraşdırılmışdır.

Dekabr ayının 1-də   Nəsimi rayon ərazisində növbəti iməcilik keçirilmişdir. İməcilik zamanı Cavadxan küçəsi boyunca müxtəlif növ, o cümlədən 500-dən artıq zeytun və badam  ağacları,   H.B.Əliyev küçəsindən H.Seyidzadə küçəsinə qədər sahədə 2000-dən artıq mövcud ağaclara qulluq göstərilmişdir.

Rayonda davamlı olaraq həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirmişlər. Bu tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. İməclik keçirilən ətrafda yaşayan sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Dekabr ayının 1-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü münasibətilə müharibə əlilləri və veteranları ilə görüş keçirilib. Tədbirin sonunda ictimai-siyasi fəallığına görə bir qrup müharibə veteranlarına Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin  “ Fədai”  və “ Vətən naminə” medalları təqdim edilib.

Dekabr ayının 3-də   Beynəlxalq əlillər günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı   268 saylı Xüsusi məktəbdə təhsil alan  əlil uşaqların iştirakı ilə müsiqili-əyləncəli  tədbir keçirilmişdir. Tədbir 268 saylı Xüsusi məktəbdə təhsil alan  uşaqların hazırladıqları kompozisiya və rəqslərlə davam etmişdir.

Dekabr ayının 3-də   Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlər bir sıra məsələlərlə bağlı o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması,  istilik təchizatının yaxşılaşdırılması, yaşıllıqların suvarlması, budanma işlərinin aparılması barədə müraciətlər etmiş,  təkliflər irəli sürmüşlər. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar xüsusi qeyd olunmuşdur. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Dekabr ayının 4-də   Nəsimi rayon İcra Hakimiyyətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş Şuranın geniş tərkibdə iclası keçirilmişdir. Tədbirdə Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Coşqun Cəbrayılov və  Ayaz Hüseynov, Bakı şəhər MKTD-nin rəisi Rəfail Mehralıyev iştirak etmişlər.

Kommunal xidməti təşkilatlarının rəhbərləri çıxışlarında 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekunu ilə əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barəsində məlumat vermişlər.

İclasda rayon təsərrüfatının 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılmışdır. Müzakirələr zamanı  məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Dekabr ayının 6-da   Nəsimi Rayon İcra Hakimiyyətinin və  Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Nəsillərə əmanət” adlı anım tədbiri keçirilib. Tədbirdə əvvəlcə YAP Nəsimi rayon təşkilatının fəal gənclərinin iştirakı ilə hazırlanmış “Nəsillərə əmanət” filmi nümayiş olunub.

Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsi ilə birgə dekabr ayının 6-da  46 sayli məktəbdə,  dekabr ayının 21-də isə   8 saylı məktəbdə  "Narkomaniyaya yox deyək" mövzusunda geniş maarifləndirici tədbirlər  keçirilib.

Tədbirlərdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparılmış,  narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdı.

Dekabr ayının 7-də   Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq  səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir. Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən dam örtüyünün təmiri, mənzil növbəsinə götürülmə, yaşıllıqlarla bağlı təkliflər, qəzalı binanın pilot layihəyə salınması  barədə müraciətlər etmişlər. Həmçinin sakinlər mərkəz hissədə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə görə, xüsusilə istismar müddəti bitmiş, qəzalı və təhlükəli vəziyyətdə olan binaların sökülərək yenidənqurulması, sakinlərin yeni, daha geniş və tam təmirli mənzillərlə təmin olunması işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirərək, pilot layihələrin icrasını ləngidən halların aradan qaldırılması, o cümlədən şirkətlərdən qeyri-real şərtlər tələb edən bəzi sakinlərin yaratdığı narahatlıqlar barədə fikirlər söylədilər.

İcra Hakimiyyətinin başçısı tərəfindən qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən ardıcıl, irimiqyaslı işlər qeyd edilmiş, sakinlərə Nəsimi rayonu ərazisində həyata keçirilən  tədbirlər barədə məlumatlar verilmişdir.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibəti ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər  keçirilmişdir.

Dekabr ayının 14-də   Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə  sakinlərə məlumat vermişdir.

Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüyünün təmiri, yaşadıqları binaların istismar müddətinin keçməsini nəzərə alaraq pilot layihə çərçivəsində mənzil şəraitninin yaxşılaşdırılmasına köməklik, binanın təmiri barədə müraciətlər etmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Dekabr ayının 20-də   Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən   fasiləsiz su təchizatı olduğunu nəzərə alaraq damlarda istıfadəsiz olan çənlərin yığışdırılması, ahıllar üçün istirahət guşəsinin yaradılması, su xətləri ilə bağlı qonşular arasında yaranmış mübahisə, məhəllədaxili yollarda işıqlandırma, təhlükə yarada biləcək ağacın götürülməsi barədə müraciətlər etmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə  sakinlərə məlumat vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezident seçilməsinin 15 illiyi münasibəti ilə Nəsimi rayonunda “15 ilin zəfər salnaməsi” adlı silsilə tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərin davamı olaraq rayonun ümumtəhsil məktəblərində “Son 15 ilin zəfər səlnaməsi 15 yaşlıların gözü ilə” adlı dəyirmi masalara start verilmişdir. Qarşılıqlı diskussiya şəraitində keçirilən tədbirlərdə 15 yaşlı məktəblilər ayrı-ayrı sahələr üzrə son 15 ildə qazanılmış uğurlar və əldə olunmuş nailiyyətlər haqqında danışmış, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsini xüsusi vurğulamışlar. Tədbirlərdə 15 yaşı tamam olan məktəblilər ad günləri münasibəti ilə təbrik edilmiş, onlara xatirə hədiyyələri verilmişdir.

8, 54, 111 saylı tam orta məktəblərdə və Texniki Humanitar Liseydə keçirilən tədbirlərdə iştirak edən valideynlər çıxış edərək gənclərimizin inkişafı üçün yaradılmış şəraitə və onlara göstərən qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər. 

Dekabr ayının 22-də   Nəsimi rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib. Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Ağbirçəklər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə deputatlar, ziyalılar, ictimaiyyət nümayəndələri, o cümlədən Qarabağ müharibəsi veteranları  və şəhid anaları iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Elmira Axundova, Milli Məclisin şöbə müdiri Adilə Abbasova,  Fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, Bakı Dövlət Universitetinin  kafedra müdiri, professor İradə Hüseynova, və digər çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün azərbaycanlıların milli birliyinin formalaşmasının başlanğıcı olduğunu söyləyiblər.

Tədbir çərçivəsində Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov doğum günü münasibətilə təbrik edilərək hədiyyə təqdim edilib.

Dekabr ayının 24-də  Nəsimi rayon İcra Hakimiyyəti və Bakı şəhəri 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illlik  yubileyi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə  Böyük Vətən Müharibəsi və  Qarabağ müharibəsi veteranları, Nəsimi rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə  R.Behbudov adına Mahnı Teatrında  "Səninləyəm,  Azərbaycan ” adlı ədəbi – bədii tədbir keçirilmişdir.

Dekabr ayının 26-da Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Nizami Kino Mərkəzində  “Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı  keçirilən bayram tədbirində  rayondakı  11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan  əlil uşaqlar,  həmçinin şəhid, Qarabağ muharibəsi  veteranları ailələrindən və aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən -  ümumilikdə 500-dən artıq uşaq iştirak etmişdir.

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  maraqlı,rəngarəng bayram konserti tədbir iştirakçılari tərəfindən maraqla qarşılanmışdır. Bayram şənliyi  Şaxta babanın uşaqlarla səmimi söhbətləri və rəqsləri ilə davam etmişdir. Tədbirdə iştirak edən valideynlər  uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Dekabr ayının 26-da   “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nəsimi rayonu, Alı Mustafayev küçəsi 11 ünvanında 860 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir. "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 1 000 m² sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə 100 m² ərazidə uşaq oyun elementləri, 200 m² - mini futbol və basketbol, 100 m² - idman-fitnes və 20 m² - şahmat meydançaları salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır. Sakinlərin istək və maraqları nəzərə alınaraq, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac və kol əkilmiş, 400 m2 ərazidə qazon salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb. Nəsimi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan onuncu həyətdir.

 Dekabr ayının 27-da   Nəsimi rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə şəhid ailələrinin, əlillərin və sosial qayğıya ehtiyacı olan bir qrup rayon sakinlərinin iştiraki ilə görüş keçirilib. Görüş zamanı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, qaldırdıqları problemlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Tədbirdə iştirak edənlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını birdirdilər. Tədbirin sonunda 1000-dən artıq ailəyə müxtəlif çeşidli  ərzaqlardan ibarət bayram sovqatları verilmişdir.    

Dekabr ayının 28-də Nəsimi rayon İcra Hakimiyyəti  Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi  ilə birgə rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, Qarabağ və Böyük Vətən müharibəsi veteranlarının iştirakı ilə Sahil Mühafizəsinin hərbi hissəsində Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə  tədbir keçirdi.

Tədbirin əvvəlində qonaqlar Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin hərbi hissəsində yaradılmış Heydər Əliyev adına İdeoloji Mərkəzlə yaxından tanış oldular. Tədbirdə 2018-ci il ərzində  xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Fəxri Fərman və  xatirə hədiyyələri ilə mükafatlandırıldı. Daha sonra tədbir incəsənət ustalarının iştirakı ilə konsert proqramı davam etmişdi. 

Dekabr ayının 28-də Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində  bayram tədbiri keçirilmişdir. Tədbirdə   uşaqlara hədiyyələr təqdim edilmiş,  Şaxta baba və Qar qız  burada yaşayan uşaqların sevincinə səbəb olmuş, uşaqları əyləndirmiş və birlikdə maraqlı oyunlar keçirmişlər.

Hesabat dövrü ərzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş, əsas diqqət qəbul edilmiş qanunların, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, dövlət proqramlarının icrasına yönəlmişdir.

Bu məqsədlə gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə tədbirlər həyata keçirilmişdir.

Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş “20 Yanvar faciəsi” şəhidlərinin keçdiyi şərəfli yolun gənclərə çatdırılması, istedadlı gənclərin aşkara çıxarılması və onlara öz qabiliyyətlərini nümayiş etdirmələri üçün şəraitin yaradılması məqsədilə 54 saylı orta məktəbdə  rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “20 Yanvar faciəsi”nin XXVIII ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı, 46 saylı orta məktəbdə eyni adlı rəsm müsabiqələri keçirilmiş, qalib gəlmiş iştirakçıların inşa yazı və rəsm işləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinə təqdim olunmuşdur.

29.03.2018-ci il tarixdə Azərbaycan Dillər Universitetində tələbələrin iştirakı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilmiş, ermənilərin xalqımıza qarşı törətdikəri müsibətlərdən söhbət açılmışdır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar 24.04.2018-ci il tarixdə 44 saylı tam orta məktəbdə orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş, 26.04.2018-ci il tarixdə isə bir qrup gəncin Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiyası təşkil olunmuş, 02.05.2018-ci il tarixdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali məktəb tələbələrinin  iştirakı ilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda konfrans keçirilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə  24.05.2018-ci il tarixdə Bakı İdman Sarayında keçirilən “Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalında və  26.05.2018-ci il tarixdə R. Zorge adına parkda Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Cümhuriyyətin yaşıdları” adlı tədbirdə rayon gənclərinin iştirakı təmin edilmişdir.

09.07.2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətinin Nəsimi rayon İdarəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətinin Nəsimi rayon İdarəsi ilə birgə çağırışyaşlı gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir. Azərbaycan Tibb Universitetində və Bakı Qızlar Universitetində ali məktəb tələbələrinin iştirakı ilə “Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə sosial şəbəkələr vasitəsilə çatdırılması və gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi” mövzusunda  tədbirlər keçirilmişdir. Tədbirlərdə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilməsinə qarşı gənclər sosial şəbəkələr vasitəsilə öz mövqelərini bildirmişlər.

15.10.2018-ci il tarixdə Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda konfrans, 31.10.2018-ci il tarixdə isə 09 noyabr – Dövlət Bayrağı Günü münasibətilə orta ümumtəhsil məktəblilərinin iştirakı ilə “Mənim bayrağım” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

Gənclər və İdman Nazirliyi tərəfindən 08.11.2018-ci il tarixdə Park İnn hoteldə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə keçirilən “Beşinci Bayraq festivalı”nda, 13.11.2018-ci il tarixdə Bakı Kristal Zalında keçirilən Gənclər təşkilatlarının V Respublika sərgisində və 16.11.2018-ci il tarixdə Bakı Konqres Mərkəzində keçirilən Respublika Gənclərinin VIII Forumunda rayon gənclərinin iştirakı təmin edilmişdir.

Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kollegiyaları, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Veteranlar Şurasının qərarına əsasən gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyununun da keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.

Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması və onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “02 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” 01.02.1997-ci il tarixli 475 saylı sərəncamına uyğun olaraq “2 Fevral-Azərbaycan Gəncləri günü” münasibəti ilə  Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi və təşkilatçılığı ilə 02.02.2018-ci il tarixdə “Şərq saray” şadlıq sarayında “Gənclik ömrün baharıdır” adlı bədii-əyləncəli tədbiri keçirilmişdir.

Bununla yanaşı 15.03.2018-ci il tarixdə Azərbaycan Universitetində “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi, 20.04.2018-ci il tarixdə isə Gənc tədqiqatçıların I Respublika elmi-praktik konfransı keçirilmişdir.

01.06.2018-ci il tarixdə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə konsert proqramları və rəqslər nümayiş etdirilmiş, uşaqlara hədiyyələr paylanılmışdır.

Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması məqsədilə  Elitar Gimnaziyada, 111 saylı tam orta məktəbdə “Gənc Vətənpərvərlər” İctimai Birliyi ilə birgə “Geni dəyişdirilmiş orqanizmlərin zərərli nəticələri haqqında və təbliğində yeniyetmə və gənclərin rolu” mövzusunda konfrans, isə Azərbaycan Universitetində Hepatitlə mübarizə ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir.

44 saylı tam orta məktəbdə orta ümumtəhsil məktəblilərinin iştirakı ilə “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda inşa yazı müsabiqəsi, 06.11.2018-ci il tarixdə 46 saylı tam orta məktəbdə “Sağlam gələcək naminə” mövzusunda konfrans, 30.11.2018-ci il tarixdə Bakı Slavyan Universiteti nəzdində Məktəb Lisey Kompleksində 01 dekabr – QİÇS-lə mübarizə günü ilə əlaqədar orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Narkomaniya və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilasıdır” mövzusunda  konfrans keçirilmişdir.

Gənclərin cəmiyyətin ictimai –siyasi həyatında fəal iştirakını təmin etmək məqdəsilə 14.02.2018-ci il tarixdə Azərbaycan Universitetində, 16.02.2018-ci il tarixdə Azərbaycan Dillər Universitetində, 20.02.2018-ci il tarixdə Bakı Slavyan Universitetində Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilmişdir.

Ümumilikdə İdarə tərəfindən 2018-ci ilin yanvar-dekabr ayları ərzində gənclər sahəsi üzrə keçirilən 53 tədbirdə 7993 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.

Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və  idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə aşağıdakı tədbirlər keçirilmişdir:

19.02.2018-ci il tarixdə Prezident seçkilərində yeni səs verəcək gənc idmançılarla 54 saylı məktəbin meydançasında görüş keçirilmiş, idmançılara seçkilərdə iştirak etmə, səsvermə proseduru haqqında  geniş məlumat verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

05.03.2018-ci il tarixdə 05 Mart Bədən Tərbiyəsi və İdman günü ilə əlaqədar rayon idmançılarının Fəxri xiyabana və Şəhidlər xiyabanına ziyarəti təşkil edilmişdir.

Sosial futbol məktəbində “Coca Cola məktəbli kuboku”-nun Nəsimi rayon mərhələsi, 151 saylı tam orta məktəbdə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Badminton” üzrə rayon turniri, 54 saylı tam orta məktəbin meydançasında Azərbaycan Respublikasının Prezident seçkilərinin yekunu ilə əlaqədar rayon idmançıları ilə birgə yürüş, 164 saylı tam orta məktəbdə 7-9-cu sinif şagirdlərinin iştirakı ilə “Basketbol” (qızlar) üzrə rayon turniri, 08- 4-cü mikrorayon ərazisində yerləşən meydançada Ulu öndər H.Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar ali təhsil müəsisələrinin tələbələri arasında futbol yarışı, Sosial Futbol məktəbində Nəsimi rayon məktəblərinin V-VI sinif şagirdləri arasında “mini futbol”yarışı, Azərbaycan Universitetində 15 İyun Milli Qurtuluş günü münasibəti ilə ali təhsil müəsisələrinin tələbələri arasında “şahmat” yarışı keçirilmişdir.

Şıxov çimərliyində 1999-2000-ci il təvəllüdlü gənclər arasında çimərlik voleybolu üzrə yarış, Mir Cəlal parkında həvəskarlar arasında “Nərd” çempionatı, Məhəllə komandaları arasında futbol yarışı, 164 saylı tam orta məktəbdə “Streetbol” (3x3) növü üzrə məhəllələr arası rayon çempionatı, 4-cü mikrorayondakı meydançada Nəsimi rayon həvəskarlar arasında “mini futbol” yarışı, 6 saylı UGİM-də Yeniyetmələrin Taekvondo növü üzrə klublararası rayonun açıq birinciliyi, 54 saylı tam orta məktəbdə Payız çağırışına həsr olunmuş “Marş irəli” devizli VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi, isə 4 saylı Şahmat dama məktəbində 15 Sentyabr bilik günü münasibəti ilə məktəblilər arasında 64-xanalı dama yarışı,  4-mikrorayondakı meydançada futbol üzrə 2001-2002 ci il təvəllüdlü gənclər arasında Nəsimi rayon birinciliyi, 44 saylı tam orta məktəbdə I-III sinif şagirdlərinin iştirakı ilə “Şən start” əyləncəli idman oyunları, Şahmat-dama məktəbində 18 oktyabr – Müstəqillik Günü münasibətilə orta məktəblərin  II-VI sinif sinif şagirləri arasında “Şahmat” üzrə rayon birinciliyi, 54 saylı tam orta məktəbdə IX-XI sinif şagirdlərinin iştirakı ilə “Basketbol”(oğlanlar) üzrə rayon birinciliyi, VII-IX sinif şagirdlərinin iştirakı ilə “Voleybol”(qızlar) üzrə rayon birinciliyi, VI-VII sinif şagirdləri arasında atletika üzrə rayon turniri, 9  noyabr - Dövlət  bayrağı günü münasibəti ilə 4-cü mikrorayondakı meydançada rayonun  yeniyetmə və gəncləri arasında (200-400 m) məsafəyə qaçış yarışı keçirilmişdir.

Ümumilikdə İdarə tərəfindən 2018-ci ilin yanvar-dekabr ayları ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 29 tədbirdə 3588 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.

Hesabat dövründə rayon İcra hakimiyyətində fəaliyyət göstərən komissiyalar “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərindən irəli gələn vəzifələrin icra olunması istiqamətində işlərini qurmuşlar.

         Nəsimi rayon İcra Hakimiyyətində  “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya” hesabat dövründə yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməsi, onların hüquq və mənafelərinin qorunması, qanunazidd əməllərin qarşısının alınması, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsi, dərslərdən yayınma hallarının qarşısının alınması, yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində məqsədyönlü işlər aparməşdır. Komissiya “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyalar” haqqında əsasnaməyə uyğun olaraq fəaliyyətini 2018-ci ildə RİH Başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planı əsasında qurmuşdur.

Hesabat dövründə komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməyə, onların hüquq və mənafelərini qorumağa, qanunazidd əməllərin qarşısını almağa, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsinə, dərslərdən yayınma hallarının qarşısını almağa, yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsinə yönəldilmişdir.

2018-ci il ərzində komissiyanın 20 iclası keçirilmiş, idarə və təşkilatlardan, vətəndaşlardan daxil olmuş ərizə və məktublara, cinayət etmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyi ilə müəyyən olunmuş yaş həddinə çatmayanlar barəsində müvafiq dövlət  orqanlarından daxil olmuş materiallara və tədbirlər planında nəzərdə tutulmuş məsələlərə baxılmışdır.

2018- ci il ərzində keçirilmiş  profilaktiki tədbirlər nəticəsində cinayət və hüquq pozuntularına yol verdiklərinə görə Nəsimi rayon Polis İdarəsinin İTŞ-nin YYÇ-larla Profilaktiki işin təşkili bölməsinin əməkdaşları tərəfindən 13 yetkinlik yaşına çatmayan  və 1 münaqişəli ailə “Uğursuz ailə” kimi qeydiyyata götürülmüş. Hesabat dövründə  15 yetkinlik yaşına çatmayan qeydiyyatdan çıxarılmışdır.

Yetkinlik yaşına çatmayanların əməyinin istismarı ilə əlaqədar olaraq 8 fakt müəyyən olunaraq barələrində müəyyən tədbir görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə yazılı məlumatlar verilmişdir.

Yetkinlik yaşına çatmayanlara tütün məlumatlarının satışı ilə məşğul olan 8 nəfər şəxs müəyyən olunmuş və barələrində AR İXM-nin 455.2-ci maddəsi ilə inzibati protokol tətbiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 aprel tarixli        60 S saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2003-cü il 18 iyun tarixli 311 saylı sərəncamından irəli gələn tələbləri həyata keçirmək məqsədilə Nəsimi rayon İH Başçısı tərəfindən verilmiş 04.07.2003-cü il tarixli 264 saylı sərəncamla bağlı küçə uşaqları və uşaq baxımsızlığı probleminin aradan qaldırılması istiqamətində də bir sıra işlər görülmüşdür. Görülmüş işlər və məktəb rəhbərləri tərəfindən alınmış məlumatlara əsasən Nəsimi rayon ümumtəhsil məktəblərində küçə uşaqları və baxımsız uşaqlar təhsil almır. Nəsimi RPİ-nin  Polis Bölmələrinin YYÇ-larla iş üzrə profilaktikası işinin təşkili  bölməsinin əməkdaşları ilə birgə 2018-ci il ərzində bir sıra reydlər keçirilmiş, dərslərdən yayınan, komputer klublarında vaxt keçirən azyaşlılar  aşkar edilərək onlarla profilaktiki iş aparılmış, valideynləri ilə söhbət edilmiş, sonra isə uşaqlar valideynlərinə  və ya məktəb rəhbərlərinə təhvil verilmişdir. YYÇ-ların işləri və HM üzrə komissiya Polis Bölmələrinin işçiləri ilə birlikdə azyaşlıların hüquq pozuntularına, qanunazidd əməllərə və cinayət hadisələrinə yol vermələrinin vaxtında qarşısını almaq məqsədilə Nəsimi rayon ümumtəhsil məktəblərində, ali məktəblərdə vaxtaşırı dəyirmi masalar və diskussiyalar keçirmiş, onlara hüquq və vəzifələri izah edilmiş, onların hüquqlarının pozulması, azyaşlı uşaqların ailə üzvləri tərəfindən mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirilməsi, onların istismarı, mənəviyyatının alçaldılması, uşaqlara qarşı zorakılıq halları ilə mübarizə sahəsində işlərin gücləndirilməsi ilə bağlı çıxışlar edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.03.2006-cı il tarixli, 1386 saylı sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında dövlət uşaq müassisələrindən uşaqların ailələrə verilməsi (De-İnstitusionalizasiya) və Alternativ qayğı Dövlət Proqramının (2006-2015)  icrası ilə əlaqədar Nəsimi rayon  İH başçısı yanında “YYÇ-ların işləri və HM üzrə” komissiya de-institusionalizasiyanın həyata keçirilməsi, uşaqların ailələrdə yerləşdirilməsi, himayədar ailələrin seçilməsi və bu kimi istiqamətlərdə öz fəaliyyətini daha da genişləndirmiş, rayon İH-nin “Qəyyumluq və Himayəçilik komissiyası”  ilə birgə bir sıra tədbirlər həyata keçirilmişdir. Dövlət himayəsindən 1-3 yaş həddində övladlığa uşaq götürməyi arzu edən şəxslər qismində Azərbaycan Respublikasının vətəndaşı olan  ailələr ilkin uçota alınmış və sənədləri mərkəzləşmiş qeydiyyata alınması üçün Bakı Baş Səhiyyə İdarəsinə göndərilmişdir.

Vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər və təqdim edilmiş sənədlər əsasında Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq valideynlər arasında 13 nəfər uşağın adına  və soyadına münasibətdə olan fikir ayrılığı məsələlərinə baxılmış və Nəsimi RİH Başçısı tərəfindən bu barədə sərəncamlar verilərək icraya yönəldilmişdir.

Azərbaycan  Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, 2018-ci il ərzində komissiya tərəfindən valideynlərinin ölümü, valideynlər tərəfindən atılması və sairə səbəblərdən valideyn himayəsindən məhrum olmuş 11 azyaşlı aşkar edilərək onlara Nəsimi RİH Başçısının sərəncamı ilə qəyyum və himayəçi təyin olunmuşdur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 271 saylı 8 avqust 2014-cü il tarixli qərarının 2.19.1 bəndinə müvafiq olaraq 1 saylı Körpələr Evində yaşayan valideyn himayəsindən məhrum olmuş azyaşlıların doğumunun qeydə alınması ilə bağlı Nəsimi rayonun Qeydiyyat şöbəsinə müraciət edilmiş və onlara doğum haqqında arayış alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.4 maddəsinə əsasən  azyaşlılara  doğum haqqında şəhadətnamə verilməsinə köməklik göstərilmişdir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun  olaraq valideynlər arasında uşağa münasibətdə ziddiyyət yarandıqda məhkəmədən daxil olmuş qərardad əsasında “Valideynlər arasında nikahın ləğvindən sonra uşaqların kimin yanında qalmasının onun (onların) mənafeyinə uyğunluğu barədə “Uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququ barədə,” “Uşağın bir valideyndən alınıb digərinə verilməsi,” “Valideynlik hüququndan  məhrum edilmə,” və sairə məzmunda məsələlərə baxılmış, komissiya tərəfindən rəylər verilərək məhkəmədə uşaqların hüquq və mənafeləri qorunmuşdur.

“YYÇ-ların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiya” nın 2018- ci il üçün tədbirlər planına uyğun olaraq 1 saylı KE-də yaşayan, valideyn himayəsindən məhrum olmuş uşaqlar komissiya tərəfindən daim nəzərdə saxlanılmış, onlara maddi və mənəvi köməklik göstərilmişdir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq müvafiq məlumatlar mütəmadi olaraq Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilmişdir.

            2018-ci il  ərzində Nəsimi Rayon Icra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən yeniyetmə və  uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində bir sıra tədbirlər, görüşlər və toplantılar təşkil olunaraq keçirilmişdir.

         “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” Komissiya öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramını”nı rəhbər tutmuşdur. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 32/12-58 saylı, 22.12.2017-ci il tarixli məktubuna müvafiq olaraq rayon komissiyasının 2018-ci il üçün iş planı təsdiq olunmuşdur.

2018-ci il ərzində komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməyə, onların hüquq və mənafelərini qorumağa, qanunazidd əməllərin qarşısını almağa, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsinə, antinarkotik təbliğat və maarifləndirmə, məktəblilərin sağlam həyat tərzi ilə əlaqədar fiziki hazırlıqların inkişaf etdirilməsi, yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş azyaşlılar arasında narkomanlığın yayılması məqsədilə onlara qəyyum və himayəçi təyin edilməsi istiqamətində olmuşdur.

Keçən il polis əməkdaşları tərəfindən keçirilmiş 62 reyd nəticəsində müxtəlif hüquq pozuntuları törətmiş 310 yetkinlik yaşına çatmayan müəyyən edilərək PB-nə və RPİ-nə gətirilmiş, hər biri ilə profilaktiki söhbət aparıldıqdan sonra onlardan iltizam alınaraq, valideynlərinə və yaxud məktəb rəhbərliyinə təhvil verilmişdir. Küçələrdə avaralıq, dilənçilik edən, digər qanunazidd əməllərə yol verən, habelə uşaqları belə əməllərə təhrik edən şəxslərin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq reydlər keçirilmiş və bu reydlər zamanı dilənçiliklə məşğul olan 33 yetkinlik yaşına çatmayan saxlanılmışdır. 2018-cü il ərzində narkotiklərdən zərər çəkmiş yetkinlik yaşına çatmayanlar qeydə alınmamışdır.

Rayon ərazisində fəaliyyət göstərən “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhvi” üzrə komissiyaya daxil olmuş məktublara və icra vərəqələrinə baxılaraq, komissiya üzvləri tərəfindən vətəndaşlardan müsadirə edilmiş narkotik maddələrin çəkisi, tərkibi, icra vərəqəsinin nömrəsi, tarixi aydınlaşdırılaraq müsadirə edilmiş narkotik maddələr rayon Polis İdarəsinin 20-ci PB-nin həyətində xüsusi ayrılmış yerdə yandırılaraq məhv edilmişdir. 

2018-ci il ərzində 54 vətəndaşdan müsadirə edilmiş narkotik maddə komissiya üzvlərinin iştirakı ilə məhv edilərək aktlaşdırılmışdır. Rayon Polis İdarəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 66 cinayət hadisəsi qeydə alınmış, onlardan 50 fakt bu maddələrin saxlanılması, qalan 16 fakt isə narkotiklərin satışı ilə əlaqədar olmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli  “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”  Fərmanını rəhbər tutaraq, rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan  maraqlarının müdafiəsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti üzrə yaradılmış Apellyasiya Şurasının fəaliyyəti ilə bağlı  müvafiq tədbirlər həyata keçirilmişdir.

2018-ci  il ərzində Nəsimi rayon Fövqəladə Hallar Komissiyası tərəfindən il ərzində məqsədyönlü tədbirlər həyata keçirilmiş, baş verən fövqəladə hallar təhlil olunaraq profilaktik istiqamətlər müəyyənləşdirilmişdir. Dövlət Yanğından Mühafizə Hissəsində və 19 li Yanğından Mühafizə Bölməsində şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, xidmətin təşkili və yanğınların söndürülməsi işinə nəzarət artırılmışdır.

 Mülki-müdafiə işlərinin təşkilinə dair sənədlər vaxtı-vaxtında tərtib olunmuşdur. Rayon ərazisində yerləşən mühüm əhəmiyyətlə və yanğın təhlükəli obyektlərdə vaxtaşırı taktiki təlim-məşğələlər təşkil edilmiş, həmin obyektlərdə yanğına qarşı rejimə əməl olunması üçün işçilərə səlahiyyətlərimiz  çərçivəsində təlimatlar verilmişdir. Belə obyektlər üçün yanğınsöndürmə əməliyyat və kartoçkalarının işlənib hazırlanması yerinə yetirilmiş, rayon ərazisində olan yanğına qarşı su mənbələrinin daima saz vəziyyətdə saxlanilması məqsədilə Nəsimi rayon Su idarəsi və FHN-nin müvafiq qurumları ilə birlikdə tədbirlər həyata keçirilmişdir.

2018-ci il ərzində RİHBA tərəfindən Nəsimi rayonunda fəaliyyət göstərən siyasi partiyalar, onların rayon təşkilatları, ictimai təşkilatlar, dini qurumlar barədə məlumatların toplanması, sistemləşdirilməsi və yeniləşməsi, RİH-nə olan müraciətlər əsasında yeni təşkilat və qurumların qeydə alınması, bu qurumlarla tanışlıq işləri aparılmışdır. Görülən işlər Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Dini etiqad azadlığı haqqında”  Qanunlarına uyğun olaraq aparılır və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai Siyasi şöbəsindən alınan təlimat və tövsiyələrə uyğun həyata keçirilmiş, mütəmadi olaraq görülmüş işlər barədə hesabatlar hazırlanmış və məlumatlar verilmişdir. Təşkilatların iclas və  yığıncaqlarında, keçirdikləri tədbirlərdə mütəmadi iştirak edilmişdir.

Hazırda Nəsimi rayonunda 13 partiyanın rayon  şöbələri və özəkləri fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının və Azərbaycan Milli İstiqlal Partiyasının rayon təşkilatları istisna olmaqla digər 11 siyası partiyanın ilk təşkilatının Nəsimi rayonunda müstəqil fəaliyyəti mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərirlər. Rayonda ən çox özəyi olan partiya Yeni Azərbaycan Partiyasıdır.

Ümumilikdə partiyaların rayon təşkilatları tərəfindən “Siyasi partiyalar haqqında” Qanuna riayət olunması qənaətbəxşdir.

Nəsimi rayonu mərkəzi rayon olduğundan ərazidə bir sıra beynəlxalq və respublika miqyaslı təşkilat, fond, cəmiyyət, assosiasiyaların qərargah və baş ofisləri yerləşmişdir. Bu təşkilatların rayon şöbələri olaraq bunlardan da Veteran təşkilatları Şurasını, Ağsaqqallar Şurasını, Ağbirçəklər Şurasını, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri İctimai Birliyini, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyini, Qızıl Aypara Cəmiyyətini, Əlillər Cəmiyyətini, Korlar Təşkilatının, Çernobıl əlilləri cəmiyyətinin, 20 Yanvar Cəmiyyətlərinin, “Sodrujestvo” cəmiyyətinin və Azərbaycandakı Rus İcmasının rayon şöbələrini qeyd etmək olar. RİH tərəfindən rayonda fəaliyyət göstərən ictimai təşkilatların rayon şöbələri ilə sıx əlaqələr yaradılmışdır.   Veteran təşkilatları Şurası, Ağsaqqallar Şurasını,  Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri İctimai Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Qızıl Aypara Cəmiyyəti, Əlillər Cəmiyyəti, Korlar Təşkilatı, Çernobıl əlilləri cəmiyyəti, 20 Yanvar Cəmiyyəti, “Sodrujestvo” cəmiyyətinin Nəsimi rayon təşkilatının hesabat seçki yığıncağında iştirak edilmiş və onların nümayəndələri rayon tədbirlərinə dəvət olunurlar.

Bütövlükdə rayondakı ictimai təşkilatlar nizamnamələrində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir və idarə olunurlar. Rayon İcra Hakimiyyəti tərəfindən yerli ictimai təşkilatlara lazımi diqqət göstərilir.

Respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində dövlət siyasəti bu gündə uğurla həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyətin bəhrəsini hər bir vətəndaşımız görür və bu kursu layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnəkdir. Ölkəmizdə mühüm rol oynayan strateji amillərdən biri ictimai siyasi sabitlikdir. Mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də ölkəmizin milli gücünün artmasında ifadə olunur.

Rayonun ərazisində 3 müsəlman icması - “Hacı Əjdərbəy” məscidi dini icması, “Məşədi Dadaş”  məscidi dini icması və “Kərbəlayi Abdulla”   məscidi dini icması, 3 yahudi icması Dağ yəhudilərinin dini icması, Avropa yəhudilərinin dini icması və Gürcü yəhudilərinin dini icması, 3 xristian icması - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası qurumu, “Yeni Həyat” Xristian incil dini icması və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması və Bakı şəhəri Bəhai dini icması fəaliyyət göstərir. Bütün dini icmalar dostluq və sülh şəraitində fəaliyyət göstərir, dini icmalar arasında heç bir qarşıdurma və ya problem olmur, rayonda tolerantlığ inkişaf edir, ənənəvi dinlərin normal və bərabər fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır.

Rayonda dini bayramlar, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə bir sıra tədbirlər görülüb.

 TV və qəzetlərin jurnalistləri ilə sıx əməkdaşlıq edilir, onlara rayon, onun müəssisə və təşkilatlarında gedən proseslər barədə vaxtaşırı məlumatlar verilir, keçirilən tədbirlərə dəvət olunurlar.

20 yanvar, Xocalı faciəsi, “Novruz Bayramı”, “Çernobıl” faciəsi günü,         9 May Qələbə günü, 28 May Respublika günü, Ramazan və Qurban bayramları ərəfəsində, Ahıllar günü, Əlillər günü, Yeni İl ərəfəsinə sakinlərə ərzaq payı və maddi yardımlar göstərilmişdir. Ramazan ayında  ehsan süfrələri açılmışdır.

Dövlət qayğısı çərçivəsində 2018-ci ildə imtiyazlı şəxslərə mənzillər ayrılmışdır. 18 ailəyə, о cümlədən 4 şəhid аiləsinə, 10 Qarabağ müharibəsi əlili ailəsinə, 4 nəfər 20 yanvar əlili ailəsinə mənzillər verilmişdir.

Rayon İcra hakimiyyətinin dəstəyi ilə rayon sakinlərindən 2 nəfər  Həcc ziyarətinə göndərilmişlər.

Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar, аprel, iyul, oktyabr  aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar  RİH Başçısının   sərəncamları  ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.

Ганунчулуг, асайишин горунмасы, вятяндашларын щцгуг вя азадлыгларынын, гануни мянафеляринин горунмасы, тящлцкясизлик вя мцлки мцдафия сащяляриндя  район Ижра Щакимиййяти тяряфиндян сялащиййятляри чярчивясиндя мягsəдйюнлц тядбирляр щяйата кечирилмишдир.

Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai siyasi sabitliyin,  asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşdur.

Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə qərarlarının icrası daim diqqət mərkəzində saxlanılmış və qərarların icra olunmasının başa çatdırılması üçün müvafiq zəruri tədbirlər həyata keçirilmişdir. Lakin 2011-2014-cü illərdə ayrı-ayrı vətəndaşlara və hüquqi şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi ilə bağlı təzminatların ödənilməməsinə aid məhkəmə qərarlarının icrası açıq qalmaqdadır. Belə ki, 2 mln. 238 min 674 manat məhkəmə qərarları ilə vətəndaşlara ödənilməlidir. Bu qərarların icrasının təmin edilməsi üçün Maliyyə Nazirliyinə müraciət olunmuşdur.

 “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti başçısı Aparatı və Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

2018-ci il ərzində Nəsimi rayon İcra Hakimiyyətinə vətəndaşların 3071 ərizə və müraciəti daxil olmuşdur.

Müraciətlərin məzmunu ilə bağlı aparılmış təhlil göstərir ki, mənzil məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunma, şəhərsalma tikinti-təmirə aid ərizələr çoxluq təşkil edərək, ümumi müraciətlərin 68,1 %-ni təşkil etmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində, paytaxt Bakıda o cümlədən Nəsimi rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissləri ilə qarşılanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına uyğun  olaraq Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, istismar müddəti bitmiş, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, qəzalı vəziyyətdə olan  sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri çərçivəsində çoxsaylı layihələr müzakirə olunaraq zəruri sənədləşmə işləri aparılmış,  23 məhəllə üzrə söküntü və tikinti işlərinə başlanaraq nəzərdə tutulan inşaat işləri uğurla davam etdirilir. Daha 2 layihənin icrasına start verilmişdir. Layihə ərazilərindən müqavilələr bağlanaraq kirayə haqları ödənilməklə sakinlərin və mülkiyyətçilərin müvəqqəti köçürülməsinə dair iri miqyaslı tədbirlər həyata keçirilmişdir. Yeni və tam təmirli mənzillərə qaytarılacaq sakinlər ölkə rəhbərliyinə minnətdarlıq hissləri ilə inşaat işlərinin başa çatdırılmasını gözləyirlər. Bu layihələrin başa çatması ilə Nəsimi rayonunda  qəzalı, istismar müddəti bitmiş, yaşayış üçün yararsız vəziyyətdə olan binalarda (evlərdə)  yaşayan  ailələr 3000 yuxarı yeni, tam təmirli, sahəsi əvvəlkindən geniş olan mənzillərlə təmin ediləcəklər. Bununla da mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəyyən qisminin uzun illər etdikləri müraciətlər öz həllini tapacaqdır.

Lakin bir sıra hallarda ayrı-ayrı vətəndaşlar pilot layihələrlə bağlı qanunvericiliklə nəzərdə tutulan şərtlərdən kənar, real olmayan istəkləri ilə (bir mənzilin əvəzinə 2 mənzil və ya əvvəlki 1 kv.m. sahənin əvəzinə 3-10 min manat, hətta 15 min dollar təzminat ödənilməsi şərtləri ilə) əsassız təkrar müraciətlər etmişlər. Məsələ ilə bağlı vətəndaşların müraciətlərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavablandırılmasına və onlara davamlı olaraq müvafiq hüquqi izahatlar verilməsinə baxmayaraq çoxsaylı təkrar müraciətlər davam etmişdir. 

Təkrar müraciətlər rayon İcra Hakimiyyətində təhlil edilmiş və həlli mümkün məsələlər nəzarətdə saxlanmışdır.

Əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən 2018-ci il ərzində bu qəbildən olan insanlara diqqət nəzarətdə saxlanmış, onlara mütəmadi olaraq yardımlar, maddi köməkliklər, məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən mənzillərin təmiri üçün inşaat materiallarının ayrılması, sağlamlıq, yay istirahət düşərgələrinin, gənclərin və ahılların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı köməkliklər göstərilmişdir.

Hesabat dövründə vətəndaşların müraciətlərinə baxılması, əsaslandırılmış cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri diqqət mərkəzində saxlanmış, hər rübün yekununa görə ərizə və şikayətlərə baxılmasının vəziyyəti araşdırılaraq RİH Başçısı yanında Şuranın yığıncağında məlumatlar verilmişdir.

2018-ci ildə rayon İcra Hakimiyyətinin vəzifəli işçilərinin vətəndaşların qəbulu günləri cədvəli RİH-nin rəsmi internet saytına yerləşdirilmişdir.

Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həllii ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyən olunmuş qrafikə əsasən RİH başçısı tərəfindən  il ərzində keçirilən 3200 sakinin iştirak etdiyi 39 səyyar qəbullar zamanı rayonda aparılan işlər barədə onlara ətraflı məlumatlar verilmiş, qaldırılan məsələlərə operativ baxılması və həlli ilə bağlı müvafiq tədbirlər görülmüş, müraciətlərin 35%-i müsbət həllini tapmışdır.

Bildirirk ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının Aparatı üzrə sənədlər daimi fəaliyyət göstərən “Sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyası” tərəfindən ekspertizadan keçirilmişdir. 2013-cü ilin daimi saxlanılan sənədlıri seçilib  qaydaya salınaraq mühafizə olunması üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verilmişdir. 2013-cü və 2015-ci illər üzrə saxlama müddəti başa çatmış, elmi-texniki dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədlər və işlər ayrılaraq məhv edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın, hesabat yığıncaqlarında tənqidi qeydlərin icrasının vəziyyəti il ərzində nəzarətdə saxlanmış, irəli gələn vəzifələrin həlli istiqamətində zəruri tədbirlər görülməsi təmin edilmişdir. 2018-ci ilin yanvar və fevral ayında RİHB-nın 1 nömrəli, 2 nömrəli, 3 nömrəli Sahə İƏD nümayəndələrinin hesabat yığıncaqlarında, RİH Başçısının ilin yekununa dair hesabat yığıncağında səslənmiş tənqidi qeydlər və təkliflərlə bağlı il ərzində müvafiq tədbirlər həyata keçirilmiş, abadlıq, təmir, qaz, elektrik enerjisi, su  və kanalizasiya, istilik enerjisi təchizatının yaxşılaşdırılması, “Bizim həyət” və “Abad həyət”, infrastrukturların salınması və qorunması üzrə məsələlərin əksəriyyəti tam, qalan hissəsi qismən həll edilərək növbəti ildə davam etdiriləcəkdir. 3 nömrəli Sahə İƏD nümayəndəlik üçün inzibati binanın tikintisi məsələsinin həlli torpaq sahəsinin məhdudluğu səbəbindən mümkün olmamışdır.

İl ərzində mütəmadi olaraq rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasları keçirilmiş, rayon İcra Hakimiyyətinin 2018-ci il üçün təsdiq olunmuş tədbilər planında nəzərdə tutulmuş məsələlər müzakirə olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti Adminimtsrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən verilən tapşırıq və tövsiyələrin icrası təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun mərkəzi respublika qəzetlərində 2018-ci ilin 13-14 fevral tarixində dərc edilmiş «Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar vətəndaş müraciətlərinin həlli üçün etibarlı zəmindir» başlığı ilə geniş məqaləsində vətəndaş müraciətlərinə baxılması sahəsində qarşıda duran vəzifələri, mövcud nöqsanların aradan qaldırılması istiqamətləri müəyyənləşdirmiş, RİH və yerli strukturların məsul əməkdaşları tərəfindən irəli gələn vəzifələrlə bağlı müvafiq tədbirlər görülmüşdür.

Аzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə         11 yanvar 2019-cu il tarixdə Nazirlər Kabinetinin 2018-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı   nitqindən irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

 

Keçidlər