Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon məktəblərində “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbir

08 fevral 2019 | 16:00

Fevralın 8-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinin  birgə təşkilatçılığı ilə 247 sayli tam orta  məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda  geniş maarifləndirici tədbir keçirildi. Bu tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev, Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Lətafət Dadaşova, məktəbin direktoru Nihal Hacıyeva,  şagird və müəllimlər  iştirak etdilər.

Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparıldı.         

Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Məktəbin dəhlizlərində və akt zalında şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi təşkil olundu.

Keçidlər