Şriftin ölçüsü :

Saytın rəngi :

Rus Dram Teatrında Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

09 aprel 2013 | 15:00

Nəsimi rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin  təşkilatçılığı ilə Nəsimi rayon mədəniyyət müəssisələri tərəfindən aprelin 8-də Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Rus Dram Teatrında tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanı ziyarət etmiş, Ulu öndərin məzarı önünə əklil qoymuşlar. Daha sonra qonaqlar foyedə təşkil olunmuş sərgi ilə tanış olmuşlar.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir açıq elan olundu və Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Ə.Əliyev, Nəsimi rayon İcra Başçısının müavinləri, Nəsimi rayon orta ümumtəhsil məktəblərinin rəhbərləri iştirak etdilər.
Gecədə H.Sarabski adına 7 saylı, Ş.Ələkbərova adına 20 saylı , Ə.Bədəlbəyli adına 23 saylı 11 illik musiqi məktəblərinin müəllim və şagirdləri, H.Sarabski adına Mədəniyyət evinin kollektivi, “Aysel” rəqs qrupu, tanınmış müğənnilər İlqar Muradov, Aygün Bəylər, Lalə Məmmədova, Mələkxanım Eyyubova, Zaur Əmiraslanov, Gülyaz Məmmədova, Bilal Əliyev çıxış etdilər.

Keçidlər