Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbulda sakinlərin müraciətlərini dinlədi

20 fevral 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir.

Qəbulda H.Sarabski, F.Qasımzadə, Ak.H.Əliyev və yaxın ətrafda yaşayan sakinlər iştirak etmişlər. Sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində əhalinin rifahının daha da yüksəldilməsi, aparılan geniş abadlıq-quruculuq işləri, həmçinin Nəsimi rayonunda görülən işlər barədə məlumatlar verilmişdir. Sakinlərin müraciətləri dinlənilmişdir.

Sakinlərdən Sərdar Mehdiyev, Xanlar Qurbanov, Həsən Xəlilov, Seyfəl Ağayev və digərləri bir sıra məsələlərlə, o cümlədən, mənzil şəraitinin yaxşılaşdırılması, küçəyə asfalt örtüyünün vurulması, köhnə tikililərdən ibarət olan məhəllənin pilot layihəyə salınması ilə bağlı RİH Başçısına müraciətlər etmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinləri maraqlandıran digər məsələlərlə bağlı söhbət aparılmışdır.

 

Keçidlər