Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Milli ailə dəyərlərimiz ”mövzusunda silsilə tədbirlərə start verildi

27 fevral 2019 | 16:00

Nəsimi  rayon İcra Hakimiyyəti  tərəfindən  164 nömrəli tam orta məktəbdə “Milli ailə dəyərlərimiz ” mövzusunda layihənin açılış tədbiri keçirilib.

Tədbirdə ağsaqqal və ağbirçəklər, gənclər, gənc və nümunəvi ailələr,  təhsil və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə  açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci  müavini Gülarə Verdiyeva  cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Gülarə Verdiyeva  qeyd edib ki, Azərbaycan ailəsi, ilk növbədə, milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalı və bu ənənələr gələcək nəsillərə ötürülməlidir. Eyni zamanda, təhsil ocaqlarında da gənclərimizin xalqımızın mənəvi dəyərləri əsasında tərbiyə edilməsi məsələsi mühüm yer tutmalıdır. Daha sonra Gülarə Verdiyeva  qloballaşma şəraitində zamanın çağırışlarına uyğun olaraq baş verən bir sıra proseslərin ailə institutuna nəzərəçarpacaq təsir göstərdiyini qeyd edərək qloballaşmanın ailə institutuna təsiri fonunda ailə dəyərlərinin təbliği, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinin  vacibliyini qeyd edib.

Tədbirdə çıxış edənlər  müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, məişət zorakılıqlarından, ailə təməlinin düzgün qurulmasından danışaraq, örnək ailə nümunələrindən bəhs ediblər.

Keçidlər