Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirmşdir

28 fevral 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlərdən İbrahimov Famil, İmanon Əşrəf, Bədirov Lalə, Şahsevən Çəmşir və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüyünün təmiri, yaşadıqları binaların istismar müddətinin keçməsini nəzərə alaraq pilot layihə çərçivəsində mənzil şəraitninin yaxşılaşdırılmasına köməklik göstərilməsi barədə müraciətlər etdilər.

    Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə  sakinlərə məlumat vermişdir.

Keçidlər