Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev və Azərbaycan Təhsili

11 aprel 2013 | 15:00

Xalqımızın böyük oğlu, dünya şöhrətli ictimai – siyasi xadim, Ümummilli lider Heydər Əliyevin 90 illik ömrü tariximizə qızıl hərflərlə həkk olunmuş, dünya tarixində layiqli yer tutmuş, nadir şəxsiyyətlər cərgəsində dayanmışdır.
Bu gün Nəsimi rayonu 133 №-li tam orta məktəbdə Ulu öndərimiz Heydər Əliyev Cənablarının 90 illik yubileyi ilə bağlı “Heydər Əliyev və Azərbaycan Təhsili” mövzusunda açıq dərslər keçirildi.
Burada bütün fənnlər üzrə - Ədəbiyyat, Riyaziyyat, Azərbaycan tarixi, Coğrafiya, Fizika, İngilis dili və İbtidai siniflərin hamısında dərslər keçildi. Dərslərə dəvət olunmuş qonaqlar əvvəlcə məktəbin foyesində təşkil olunmuş “Heydər Əliyev – 90” sərgisi ilə tanış oldular. Sərgidə divar qəzetləri, foto – stendlər, H.Əliyevlə bağlı məktəb müəllimlərinin mətbuatda çap etdirdikləri məqalələr, 20-dən artıq şagirdin H.Əliyev cənablarının həyatı və yaradıcılığı, Azərbaycan təhsilinə göstərdiyi atalıq qayğısını əks etdirən referatlar, 10-dan artıq şagirdin inşaları, H.Əliyev cənablarına həsr edilmiş kitablar və jurnallar nümayiş etdirildi.
Sonra açıq dərslər başlandı
Ia sinfində S.Həsənovanın – “Biz Heydər babanın nəvələriyik”
Ib sinfində C.İsgəndərovanın – “Əziz babamız”
IIa sinfində R.Bayramovanın – “Heydər Əliyev həmişə bizimlədir”
IIIa sinfində M.Babayevanın – “Biz babamızı sevirik”
IIIb sinfində K.Bəşirovanın – “Biz babamıza minnətdarıq”
IVa sinfində T.Rüstəmovanın – “Təhsilimizin qayğıkeşi”.
Heydər Əliyevin 90 illiyinə həsr olunan dərslərdə şagirdlər mövzu ətrafında şeirlər söylədilər, suallara cavab verdilər, qruplarda işlədilər.
Dərslər hamısı kurikulum tələbləri əsasında kompyuter və proyektorlardan istifadə edilməklə keçirildi.
H.Əliyev cənablarının canlı danışığı, H.Əliyevə aid çəkilmiş filmlərdən parçalar nümayiş etdirildi.
8a sinfində L.Qurbanovanın ədəbiyyat, Xa sinfində S.Babayevanın riyaziyyat, XIa sinfində E.Məmmədovun “Azərbaycan tarixi”, IXb sinfində A.Abbasovanın coğrafiya, 8b sinfində R.Əliyevanın fizika dərsləri də çox maraqlı keçdi. Dərslərin hamısı yeni kurikulumun tələbləri əsasında təşkil edilmişdir. Dərslərdə Heydər Əliyev cənablarının həyat və fəaliyyəti, uşalarla görüşləri, məktəblərdə olduğu vaxtları və qısa metrajlı filmlər nümayiş etdirildi.
Qonaqlardan BŞT-nin baş məsləhətçisi Yaqut xanım, Nəsimi – Binəqədi metodmərkəzinin metodistləri, “Respulika” qəzetinin, “Təhsil problemləri və Bakı Təhsili” qəzetlərinin əməkdaşları, Kurikulum mərkəzinin nümayəndələri və Azərbaycan televiziyasının əməkdaşları iştirak edirdi.
Dərslər başa çatandan sonra qonaqlar keçirilən bu dərslərin əhəmiyyətinə, təşkil olunan sərginin rəngarəngliyinə görə məktəb rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
Onu da bildiririk ki, 133 №-li məktəbdə bu sisilə tədbirlər may ayının 10-dək davam edəcəkdir.
İndiyə qədər Ulu öndərin 90 illiyi ilə bağlı məktəbdə dəyirmi masa, ədəbi-bədii gecə də keçirilib.
Aprelin sonunda isə 133 №-li məktəb şəhərin 1 №-li məktəbi ilə birlikdə “Sən ən uca zirvəsən” adlı tədbir keçirməyi planlaşdırıb.

Keçidlər