T.Q.Şevçenkonun anadan olmasının 205-ci ildönümü qeyd edilmişdir
11 mart 2019 | 16:00
Taras Şevçenkonun anadan olmasının 205-ci ildönümü ilə əlaqədar Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən 9 mart 2019-ci il tarixdə Nəsimi rayonunda şairin xatirəsinə ucaldılmış abidəsi ziyarət edilmiş, abidənin önünə əklil və gül dəstələri qoyulmuşdur.
Qeyd olunan tədbirdə Ukraynanın Azərbaycan Respublikasındakı Müvəqqəti işlər vəkili Valentina Volkova, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev, Ukrayna diaspora təşkilatlarının fəalları, Ukrayna səfirliyinin əməkdaşları iştirak etmişlər