Nəsimi rayonunda rayonun Mülki müdafiə rəhbər heyətinin məşqi keçirilmişdir
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş rayon İcra Hakimiyyətinin 2019-cu il üçün Mülki müdafiə üzrə tədbirlər planına əsasən 14 mart 2019-cu il tarixdə rayonun mülki müdafiə rəhbər heyətinin məşqi keçirilmişdir.
Tədbirdə rayonun ayrı-ayrı idarələrinin, xidmət sahələrinin rəhbər heyəti və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev tədbirin keçirilməsinin məqsədi və əhəmiyyəti barədə məlumat verdi. Bildirdi ki, baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə olunması mühüm əhəmiyyət kəsb edir.
Sonra rayon Fövqəladə hallar və Mülki müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Qurban Mustafayev çıxış edərək məşq barədə ümumi məlumat verdi. Tədbirin sonunda rayonun mülki müdafiə rəhbər heyətinin üzvlərini marqlandıran suallar cavablandırıldı.