Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı sakinlərin müraciətlərini dinlədi

16 mart 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov sakinlərlə görüşərək müraciətlərini dinləmişdir. Sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirərək, bir sıra məsələlərlə, o cümlədən, mənzil növbəsinə götürülmə və mənzil şəraitinin yaxşılaşdırılması, köhnə tikililərdən ibarət olan məhəllənin pilot layihəyə salınması, yaşayış binalarının damından çənlərin yığışdırılması, abadlıq məsələləri ilə bağlı RİH Başçısına müraciətlər etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Tədbirdə sakinlərə ölkə başçısının səyləri nəticəsində əhalinin rifahının daha da artırılması, aparılan geniş abadlıq-quruculuq işləri, Nəsimi rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinləri maraqlandıran digər məsələlərlə bağlı söhbət aparılmış, onlara xoş bayram arzuları çatdırılmışdır.

Keçidlər