Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər

15 mart 2019 | 16:00

Əsası ulu öndər  Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən   2019-cu ilin 15-18 mart tarixlərində “Ölkəmizi tanıyaq” devizi altında məktəblilərin Naxçıvan Muxtar Respublikasına   növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur.

Təsdiq olunmuş proqrama əsasən  Bakı şəhər məktəbliləri   Naxçıvan  Muxtar Respublikasının görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzində, tarixi abidələr, tarix-diyarşünaslıq muzeyləri  ilə yaxından tanış olacaqlar. Tur zamanı həmçinin şagirdlərin asudə vaxtlarının səmərəli təşkili də nəzərə alınmışdır. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin yaddaşında əbədi həkk olunacaqdır.  

Heydər  Əliyev Beynəlxalq Aeroportunda şagirdləri yola salan Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və Nəsimi rayonu 3 Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin  konsert proqramı onlarda xoş əhval-ruhiyyə yaradıblar.

Daha sonra Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gələn 180 nəfər məktəblinin qarşılanma mərasimi keçirilmişdir. Qarşılanma  mərasimində Nəsimi rayonu 2 saylı Uşaq Gənclər Inkişaf Mərkəzinin rəqs kollektivinin, “Amarok” rəqs qrupunun rəngarəng milli rəqsləri və  Nurayın ifasında şən mahnılar qonaqlarda xoş təəssürat yaratmışdır. Bahar qızı, Kosa və Keçəl Naxçıvandan gələn məktəblilərlə yumurta döyüşdürüb, Novruz şirniyyatlarına qonaq ediblər.

Keçidlər