Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda səyyar qəbul keçirilmişdir.

10 aprel 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda 4-cü mikrorayonun, həmçinin Cavadxan küçəsi, H.Seyidzadə küçəsi, 3-cü Alatava və digər ünvanların sakinlərinin müraciətləri dinlənilmişdir.

Sakinlərdən İbrahimov Zakir, Tanrıverdiyev Qərib, Quliyev Bakir, Əliyeva Vəfa, Həmzəyeva Aygün və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən ağacların qurumuş budaqlarının budanması, damlardan çənlərin yığışdırılması, əhalinin sıxlığını nəzərə alaraq mövcud məktəblərin ərazisində korpusların tikilməsi, bəzi sakinlər tərəfindən edilən müdaxilələr nəticəsində binanın zirzəmisində kanalizasiya xətlərində yaranan nasazlıqların aradan qaldırılması barədə müraciətlər etdilər.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qəbulun gedişində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlarımızın rifahının daha da yüksəlməsi naminə atılan addımlar, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak etmiş, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər