2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu Türkiyədə keçiriləcək 41-ci TRT 23 aprel - Beynəlxalq Uşaq şənliyində
Nəsimi rayon İcra Hakimiyyətində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun Türkiyədə keçiriləcək 41-ci TRT 23 aprel - Beynəlxalq Uşaq şənliyində iştirak etmək üçün yola salınmışdır. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva Azərbaycanı Türkiyədə təmsil edəcək Təbəssüm rəqs qrupuna uğurlar arzulamış, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayeva Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdi. Yolasalma mərasimində Azərbaycanı qardaş ölkədə təmsil edəcək uşaqlar çıxış edərək, onlara göstərilən bu ehtimadı doğruldacaqlarına söz verdilər. Sonda “Təbəssüm” rəqs qrupu öz rəngarəng rəqsləri ilə bütün tədbir iştirakçılarının rəğbətini qazandı.
Uşaqlar hal-hazırda Türkiyənin Samsun və İzmit şəhərində keçiriləcək bayram tədbirlərində iştirak edirlər.