Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Mən sevirəm...” mövzusunda tədbir keçirilmişdir

21 aprel 2013 | 15:00

Aprelin 19-da Heydər Əliyev Sarayında Nəsimi Rayon İcra Hakimiyyəti və Bakının 23 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Mən sevirəm...” mövzusunda ədəbi-bədii tədbir keçirilmişdir. Aprelin 19-da Heydər Əliyev Sarayında Nəsimi Rayon İcra Hakimiyyəti və Bakının 23 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Mən sevirəm...” mövzusunda ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev dahi rəhbər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyaya tanınmasında misilsiz tarixi xidmətlərindən danışmışdır.
1988-1992-ci illərdə ölkəmizin parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini xatırladan N.Məhəməliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikanın mövcud təhlükədən sovuşduğunu və inkişaf yoluna çıxdığını diqqətə çatdırmışdır.
İcra hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin, dünya ölkələri ilə əlaqələrinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini qeyd etmiş, dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirmişdir.
N.Məhəməliyev müdrik şəxsiyyət Heydər Əliyev ideyalarının əbədi yaşayacağını vurğulamışdır.
Tədbirdə Ümummilli liderin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən slaydlar göstərilmişdir.
Şagirdlər Ulu öndər Heydər Əliyev, Vətən haqqında şeirlər söyləmiş, mövzu ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər