Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon məktəblərində “Narkomaniyaya YOX deyirik” mövzusunda silsilə tədbirlər davam edir

25 aprel 2019 | 16:00

Aprelin 25-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 42 sayli tam orta məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda geniş maarifləndirici tədbir keçirildi. Bu tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev, Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev, 20-ci Polis Bölməsinin rəisi mayor Vüqar Abdullayev, YYÇ-la iş bölməsinin rəisi mayor Firdovsi Əsədli, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimləri, məktəbin direktoru Firəngiz Həmidova, şagirdlər və müəllimlər iştirak etdilər.

Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparıldı.

Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Məktəbin foyesində, dəhlizlərində və akt zalında şagirdlərin rəsm və əl işlərindən barət sərgi təşkil olundu.

Keçidlər