Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda aztəminatlı ailələrin göz müayinəsi təşkil edildi

26 aprel 2019 | 16:00

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi ilə  bağlı  Nəsimi rayonunda silsilə tədbirlər davam edir. Bu dəfəki tədbir  rayon sakinlərinin pulsuz göz müayinəsi oldu. Nəsimi rayon İcra Hakimiyyətinn təşkilatçılığı ilə  rayonun müxtəlif  tibb ocaqlarında  sakinlərin  göz müayinəsi təşkil edilmişdir.

CeLaMiG Göz Lazer Klinikasında ixtisaslı həkimlər - tibb elmləri namizədi Akif Sadıxov, uzman oftalmoloq Əhməd Abdullayev, oftalmoloq-cərrah Heyran Şirinova  tərəfindən sakinlərin  görmə qabiliyyətləri müəyyən edilib, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılıb. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər veriblər.

 

Keçidlər