Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2019-cu ilin I rübünün yekunları üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə

02 may 2019 | 16:00

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə birinci rübün yekunları haqqında

Aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyev 2019-cu ilin ölkəmiz üçün uğurlu il olacağına əminliyini ifadə edərkən, diqqəti ötən il keçirilən prezident seçkilərindən sonra başlanan islahatlara yönəldib: “Prezident seçkiləri ərəfəsində islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmışdır, hazırlıq işləri aparılmışdır. Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin seçkilərindən sonra imzaladığı ilk fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı idi. Bu mühüm sənədin icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində vəsait ayrıldı. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, bunlarla bərabər tələbələrin təqaüdü, şəhid ailələrinə, məcburi köçkünlərə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər də ­artırıldı. 
           Əlbəttə, əhalinin sosial cəhətdən həssas təbəqəsinə belə qayğı və diqqətin əsasında qeyd etdiyimiz kimi, islahatlar dayanırdı. Başqa sözlə, idarəetmənin yenilənməsi, dövlət strukturlarında səmərəli fəaliyyətin, şəffaflığın təmin olunması, özəl bölmədə inkişafın sürətləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsini şərtləndirdi.  İslahatların yeni mərhələyə daxil olması ölkəyə əlavə maliyyə resursu əldə etmək üçün əlverişli şərait yaratdı. Birinci rübdə büdcə daxilolmaları 200 milyon manatdan çox artdı. Bunun 150 milyon manatdan çox hissəsi vergi sahəsindən, 50 milyon manatdan çox hissəsi isə gömrükdən əldə olundu. 

Ölkə rəhbərinin vurğuladığı kimi, sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox – 136 milyon manat vəsait toplaya biliblər. Bu, islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə edildi və həmin vəsait, ilk növbədə, sosial sahəyə yönəldildi. 

Prezident İlham Əliyev giriş nitqində sosial-iqtisadi sahələrdə aparılan siyasətin uğurlu nəticələrinin rəqəmlərdə də öz ifadəsini tapdığını diqqətə çatdırıb. Bildirib ki, cari ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar investisiya qoyulub. İnflyasiya aşağı səviyyədə olub, 2,1 faiz təşkil edib. 

Dövlət başçısı bu gün diqqətin əsasən qeyri-neft sektorunun inkişafına yönəldildiyini vurğulayıb. Bildirib ki, əgər əvvəlki illərdə investisiya qoyuluşu daha çox neft-qaz sektorunda reallaşdırılırdısa, hazırda bu, qeyri-neft sahəsində icra olunur. Təbii ki, belə bir vəziyyət görülən işlərin məntiqi nəticəsidir: “Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk. Əlbəttə ki, Azərbaycana sərmayə qoyuluşunun perspektivləri üçün apardığımız islahatlar başlıca rol oynayır. 

Bildiyiniz kimi, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı       10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm ki, bundan sonra da təmin ediləcəkdir”.

            Dövlət başçısı çıxışında yeni islahatların həyata keçirilməsi nəticəsində ölkənin maliyyə potensialının daha da güclənməsini və bunun nəticəsində uzun müddət vətəndaşları narahat edən kredit problemininin həllini tapdığını, habelə çoxmənzilli binaların istismarında yaranan çətinliyin aradan qaldırıldığını diqqətə çatdırdı. Xatırladaq ki, cənab Prezidentin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı uzun müddət müzakirə edilən və vətəndaşlarımız üçün aktual olan problemin həllinə hüquqi zəmin formalaşdırdı. Başqa sözlə, adı çəkilən sənədlə çoxmənzilli binaların istismarı prosesi ciddi şəkildə sadələşdirildi. Bununla da dövlətimizin başçısı “çoxillik həllolunmaz problem”ə son qoydu.

           Əlbbəttə, burada islahatların yeni mərhələsində əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına mühüm təsir göstərən tədbirlərlə bağlı nümunələrin sayını artıra bilərik. Amma fikrimizi konkretləşdirib bildirmək istərdik ki, son 16 ildə cənab Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli - işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib.

           İslahatların yeni mərhələsində iqtisadi göstəricilər daha da yaxşılaşıb Nazirlər Kabinetinin son iclasında ölkə Prezidenti tərəfindən 2003-cü ildən etibarən siyasi, sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edildiyi xatırladılıb. Bildirilib ki, həyata keçirilən iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişaf proqramları və digər qətiyyətli addımlar Azərbaycanda nəhəng infrastruktur layihələrinin reallaşmasına, iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşunun əhəmiyyətli dərəcədə artırılmasına gətirib çıxarıb, gələcəkdə turizmin, kənd təsərrüfatının və qeyri-neft sektorunun digər sahələrinin inkişafını reallaşdıracaq möhkəm təməl bərqərar olunub.

             Son bir ildə yeni islahatların gerçəkləşdirilməsi nəticəsində isə iqtisadi göstəricilər daha da yaxşılaşıb. Belə ki, illik inflyasiya göstəricisi 2016-cı ildəki 12,4 faizdən 2018-ci ildə 2,3 faizə qədər enib, strateji valyuta ehtiyatları 2016-cı ildəki 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara yüksəlib. Büdcə xərcləri 2016-cı ildəki 17 milyard 800 milyon manatdan 2019-cu ildə 25 milyard 200 milyon manata qədər artıb. İlk dəfə olaraq qeyri-neft sektoru üzrə mal və xidmətlərin ixracında əhəmiyyətli irəliləyişlərə nail olunub.

            İclasda vurğulanıb ki, cənab Prezidentin apardığı islahatlar, bilavasitə rəhbərliyi ilə atılan qətiyyətli addımlar təkcə qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artımla nəticələnib. Nominal ümumi daxili məhsulun göstəricisi isə 2015-ci ildəki 54 milyard manatdan 2018-ci ildə 80 milyard manatadək artıb.

          Təbii ki, bütün bu nailiyyətlər, eləcə də Azərbaycan xalqının rifahına yönəldilən islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən çox diqqətlə izlənilir, təhlil olunur. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan Respublikasının 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə 25-ci yerə yüksəlməsi də qeyd edilən fikrin bariz ifadəsidir.

İclasda icbari tibbi sığortanın tətbiqi məsələsinə də toxunulub. Bildirilib ki, icbari tibbi sığorta dövlət başçısının növbəti uğurlu siyasəti olaraq, səhiyyə sisteminin daha da sürətlə inkişaf etməsinə öz töhfəsini verəcək. Genişmiqyaslı sosial layihə olan icbari tibbi sığortanın başlıca məqsədləri səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlçatanlığını təmin etməklə əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaqdır. Ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərinin daha da səmərəli istifadə edilməsinə və əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına zəmin yaradacaq.

Pilot layihənin ən mühüm nəticələrindən biri də pilot ərazilərdə fəaliyyət göstərən həkimlərin əməkhaqlarının artırılması və nəticə etibarı ilə onların maddi rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsi olub.

            Möhtərəm Prezidentimiz yekun nitqində ölkə həyatının müxtəlif sahələrindən danışarkən, bildirib ki, görülmüş işlər bizim düzgün yolda olduğumuzu deməyə əsas verir: ”Buna heç bir şübhəmiz yoxdur. İqtisadi, sosial sahələrdə və bütün başqa sahələrdə islahatlar bundan sonra da aparılacaq. Bildiyiniz kimi, bu yaxınlarda məhkəmə-hüquq sahəsində islahatlarla bağlı müvafiq Fərman imzalanmışdır. Hesab edirəm ki, onun icrası bu sahədə də ciddi dönüşə səbəb olacaq. Yəni, biz gərək hər bir sahədə irəli gedək. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir…

Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, 2019-cu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu olacaq”.

            Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi  həyatında da öz əksini tapmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri davam etdirilmişdir.

2019-cu ilin 1-ci rübündə Bakı şəhəri Nəsimi rayonunda bir sıra tədbirlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı əlamətdar hadisə olmuşdur.

Fevral ayının 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olub və  1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb.

Birinci vitse-prezident Mehriban Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlara daim diqqətlə yanaşır, onların gələcəkdə fiziki və mənəvi cəhətdən sağlam, dünya görüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atır. Heydər Əliyev Fondunun prezidentinin Nəsimi rayonundakı körpələr evini növbəti dəfə ziyarət etməsi Mehriban xanım Əliyevanın buranın sakinlərinə nə dərəcədə həssaslıqla yanaşdığını, onlarla mütəmadi olaraq maraqlandığını bir daha nümayiş etdirir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində yeni körpələr evi, uşaq bağçalarının inşası, mövcud olanların isə yenidən qurulması əsas yer tutur. Bütün bunlar sübut edir ki, Fond gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların sosial məsələlərinin həlli, sağlamlığının qorunması, bu həssas qrupa daxil olanların vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində indiyədək bir çox vacib layihələr icra edib.

Qeyd edək ki, 1930-cu ildə tikilən bu bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə, daha sonra 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub. Binadakı yataq, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları zəruri avadanlıq və inventarla təchiz edilib.

Körpələr evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

Fevral ayının 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə də olub, uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb. Məktəbin direktoru Seyfəddin Mustafayev Birinci vitse-prezidentə məlumat vermişdir.

Bildirilmişdir ki, təhsil ocağı 2017-ci il sentyabrın 11-də əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Qeyd olundu ki, məktəbin 23 sinif otağı var. Təhsil müəssisəsinin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Burada, həmçinin informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına verilib. Təhsil ocağında əqli və fiziki cəhətdən geri qalmış, psixi inkişafında ləngiməsi olan 900 şagird təhsil alır. Onlardan 220-nə məktəbdə, qalanlarına isə evlərində fərdi qaydada dərs keçirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə 242 müəllim məşğul olur. Onlar daun sindromlu, autizm, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Burada uşaqlar gündə 2 dəfə qidalanırlar.

Qeyd edək ki, Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı göstərən Heydər Əliyev Fondu onların intellektual inkişafı, sağlam vətəndaşlar kimi boya-başa çatmaları üçün mühüm tədbirlər həyata keçirir. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqət mərkəzində saxlayır, müxtəlif aksiyalar reallaşdırmaqla onlara sevinc bəxş edir. Bu dəfə də uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi. Fondun prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu müəssisəyə dəfələrlə baş çəkib, burada yaradılan şəraitlə maraqlanıb. Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin musiqi sinfində şagirdlərin ifasını dinlədi.

Fevral ayının 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Bakı şəhərinin, Nəsimi rayonu ərazisində yerləşən B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.

Müəssisə barədə məlumat verilərək bildirilib ki, 1944-cü ildən fəaliyyət göstərən institut hazırda üç hissədən ibarətdir: klinika, mərkəzi qan bankı və elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir. İnstitutun elm hissəsində bu sahənin aktual problemlərinə həsr olunan tədqiqatlar aparılır. Elmi araşdırmaların nəticələri nüfuzlu yerli və xarici jurnallarda nəşr edilir. 2017-ci ildə Dövlət Proqramı çərçivəsində institutda yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya da yaradılıb. Burada immunohistokimyəvi müayinələrin köməyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır.

Leyla xanım Əliyeva institutun mərkəzi qan bankında da olub. Bank donor qanının tədarükü, işlənilməsi, yoxlanılması və paylanması ilə məşğul olur. Mərkəzi qan bankının respublikada 8 bölməsi fəaliyyət göstərir. Burada nikaha daxil olan şəxslər talassemiyalara görə müayinədən keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti burada müalicə alan uşaqlarla görüşmüş, onlarla söhbət etmiş, uşaqların səhhəti, müalicəsi zamanı istifadə edilən üsullar ilə maraqlanmışdır. Qan xidməti üzrə Dövlət Proqramının yerinə yetirilməsi nəticəsində hazırda müalicə müəssisələrinin təhlükəsiz və keyfiyyətli qan və qan komponentləri ilə təmin edilməsi məsələsi həll edilib. Donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi ildən-ilə donorların sayının və tədarük edilən qan və onun komponentlərinin miqdarının artmasına gətirib çıxarıb. Hazırda respublika üzrə donorların sayı 90 min 490 nəfərdir.

2019-cu  ilin yanvar –mart aylarında   rayonun sosial, iqtisadi inkişafının makroiqtisadi göstəriciləri

         Rayonun iqtisadi  həyatında  baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər aşağıdakılardır:     

         Sənaye. Ev təsərrüfatlarında  sənaye  məhsulu  istehsalı  ilə  məşğul  olanların,  habelə  hüquqi  şəxs  yaratmadan  fiziki  şəxs  kimi   fəaliyyət  göstərənlərin  işi  də  nəzərə  alınmaqla 137870,7 min  manatlıq  sənaye  məhsulu  istehsal  edilmişdir. 

         Nəqliyyat. Nəqliyyat  sektorunda fəaliyyət göstərən müəssisələr  tərəfindən    ümumilikdə  94389,5 min manatlıq xidmətlər    göstərilmişdir.

         İnformasiya və rabitə.  Rabitə  müəssisələri  tərəfindən müəssisə  və  təşkilatlara,  əhaliyə  faktiki  qiymətlərlə 80211,4 min  manatlıq    rabitə  xidməti  göstərilmişdir.

         Tikinti. Rayonun tikinti  kompleksində  iqtisadi  və  sosial  sahələrin  inkişafı  üçün  bütün  maliyyə  mənbələri  hesabına 122961,4 min  manat  məbləğində  investisiyadan  istifadə  edilmişdir..  İstifadə edilmiş  vəsaitin 66450,8 min  manatı tikinti-quraşdırma  işlərinin  yerinə  yetirilməsinə  xərclənmişdir. Tikinti t.şkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 281813,5 min manat olmuşdur.

        Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 234193,0  min manatlıq ödənişli  xidmət göstərilmişdir. İaşə müəssisələrinin ümumi dövriyyəsi 41645,0 min manat olmuşdur.

        Əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin sayı 163725 nəfər təşkil etmiş,  orta  aylıq  əmək  haqqı  2018-ci  ilin  yanvar-fevral ayları ilə  müqayisədə 9.8 artaraq 668.4 manat olmuşdur.  

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 Yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı 2019-cu ilin birinci 3 ayı ərzində ardıcıl tədbirlər davam etdirilmişdir.

Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə rayon icra hakimiyyəti sosial-iqtisadi inkişafla bağlı proqnozlar, təkliflər hazırlanmış, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir.

Görülmüş tədbirlər nəticəsində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə 925 nəfər iş yeri ayrılmışdır.

Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.

Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılmasının sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin razılaşdırılması üçün müvafiq işlər aparılmışdır. Hazırda 25 ünvanla bağlı köçürmə-söküntü və inşaat işləri.

     “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə   28 dekabr 2018-ci il tarixində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 387 saylı Sərəncamı ilə “2019-cı il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.

Əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində Məşğulluq Mərkəzi daha çox aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsinə üstünlük vermiş, peşə kurslarının, haqqı ödənilən içtimai işlərin səmərəliliyinin artırılmasına, peşəyönümü kurslarının təşkili sahəsində fəaliyyətinin gücləndirilməsinə diqqət artırılmışdır.

 “Ərazi Məşğulluq Proqramı”na əsasən 2019-ci ilin I rübü ərzində Məşğulluq Mərkəzinə 750 nəfər qeyri-məşğul əhalinin iş axtarmaq məqsədilə müraciət edəcəyi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə  1249 nəfər Məşğulluq Mərkəzinə müraciət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTU” proqramına əsasən Nəsimi Rayon Məşğulluq Mərkəzi vasitəsilə 854 nəfər ictimai işlərə cəlb edilmişdir.

Qeyri-məşğul əhalinin qanunla müəyyən edilmiş kateqoriyalarının peşə hazırlığı və peşə təlimi kurslarına cəlb edilməsi tədbirlərinin həyata keçirilməsi də rayon əhalisinin məşğulluğuna müsbət təsir edəcək şərtlərdən biridir.

İşaxtaran vətəndaşların, o cümlədən gənclərin peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə  119 nəfər işaxtaran vətəndaşla fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə məsləhətlərinə cəlb edilməsi mümkün olmuş, onlar “İşaxtaran və işsiz vətəndaşların peşə meyllərinin müəyyən edilməsi üçün multimediya test proqram sistemi”ndən (Tusi proqramından) keçmişdirlər. Bu istiqamətdə işlər davam etdirilir.

2019-ci ilin I rübü ərzində 8 orta məktəbdə 491 nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələlər keçirilmişdir. Məşğələlərdə şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, perspektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmiş , peşəyönümü haqqında əyani vəsait paylanılmışdır.

Hesabat dövrü ərzində Məşğulluq Mərkəzi tərəfindən  59 nəfər peşə təlimlərinə cəlb edilmişdir.

Bu gün ölkədə makroiqtisadi göstəricilərin dinamikasında müşahidə olunan dəyişikliklər iqtisadiyyatın sosial yönümlü inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və məşğulluğun inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülür. Işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi üçün lazımi tədbirlərin görülməsi istiqamətində işlər davam etdiriləcəkdir.

        2019-cu ilin I rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin qarşısına qoyulan məsələlər uğurla həyata keçirilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsində 2019-cu ilin I rübü ərzində qeydiyyatda olan əmək pensiyaçılarının sayı 25800 nəfər (5973 nəfəri işləyən, 19827 nəfəri isə işləməyən) təşkil edir. Bunlardan yaşa görə əmək pensiyaçıları 16663 nəfər, əlilliyə görə əmək pensiyaçıları 6283 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyaçıları 2884 nəfər təşkil edir.
Sosial müavinət 4501 nəfər, Prezident təqaüdü 1356 nəfər, sosial yardım 337 nəfər olmaqla 6194 nəfər təşkil edir.
2019-cu ilin «Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 01.01.2019-cu il tarixdən əmək pensiyalarının sığorta hissəsi ölkə üzrə ötən 2018-ci ilin istehlak qiymətlərinin infilyasiya indeksi nəzərə alınmaqla artırılmışdır.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə 10.01.2019-cu il tarixdə Qafqaz Baku Sport otelində   2018-ci ilin yekunlarına həsr olunan yığıncağı keçirilmiş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.                                                                                                                                                     04.01.2019-cu il, 15.02.2019-cu il və 12.03.2019-cu il tarixlərində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.    Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi 23 ünvanda sakinlərin müraciətlərini dinləmişdir. Mikrorayonda, o cümlədən Hüseynbala Əliyev küçəsi, Alı Mustafayev küçəsi, Cavadxan küçəsi ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş “Açıq mikrafon”la müraciətlərini etmişlər                                    10.03.2019-cu il tarixdə - Mart ayının 10-da Nəsimi rayonunda S.Pişəvari küçəsi 2 A ünvanında yerləşən “AgroMall” MMC-yə məxus ərazidə növbəti Novruz yarmarkası təşkil edilib. Yarmarkada Cəlilabad, Beyləqan və Qəbələ rayonlarından olan fermerler, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz qiymətə təklif edirdilər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunmuşdur.Yaradılmış şəraitə görə fermerler və alıcılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər. Bayram yarmarkasının mart ayının 16-dan 21-dək qeyd olunan ünvanda davam etmişdir.  Martın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu, R.Məmmədov küçəsi 23, 25 və 27 nömrəli evlərin əhatə etdiyi ümumi sahəsi 4100 kvadratmetr olan ərazidə abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib. “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Layihə çərçivəsində abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman qurğuları, şahmat və uşaqlar üçün oyun meydançaları, söhbətgah və oturacaqlar, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb. Meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürməsinə, sağlamlıqlarının möhkəmləndirilməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma vərdişinin yaranmasına nail olmaqdır. Sakinlərin istəkləri nəzərə alınaraq 4 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100-dən artıq müxtəlif növ ağaclar əkilib və ərazidə yaşıllıq zolağı salınmışdır.

Rayonda ekoloji tarazlığın qorunması, əhalinin diqqətini yaşıllıqların qorunmasına yönəltmək və paytaxtımızın daha da gözəlləşməsi istiqamətində həyata keçirilən tədbirlər daim nəzarətdə saxlanılır. Həmin tədbirlərin davamı olaraq 16 mart  2019-cu il tarixdə rayon ərazisində növbəti iməcilik keçirilmişdir. İməcilik zamanı Cavadxan küçəsi boyunca müxtəlif növ  1000-dən artıq həmişəyaşıl ağaclar əkilmiş, mövcud parklardakı əkilən  gül kolları yenilənmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Rayonda son illər ənənə halını almış həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər. Görülən işlərə görə rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

          19, 20, 21 mart - Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə 1 saylı SİƏD üzrə nümayəndəliyin ərazi vahidliyində yerləşən İzmit  parkında növbəti bayram şənliyi keçirilmişdir. Bayram şənliyində tanınmış incəsənət ustaları çıxış etmiş, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirmişlər.

 Nəsimi rayon İcra Hakimiyyəti  Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2019-cu ilin üç ayı  ərzində Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648  nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini  rəhbər tutaraq fəaliyyət göstərmişdir.

2019-ci ilin yanvar ayından başlayaraq nümayəndəlik tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış və bu işlər mütəmadi olaraq davam etdirilmiş, hazırda təsərrüfat kitablarının elektron variantda bazası işlənilib mərkəzi bazaya yerləşdirilməsi istiqamətində işlər görülür. 17 yanvar 2010-cu il tarixdə  nümayəndəliyin hesabat yığıncağı keçirilərək görülmüş işlərə qiymət verilmiş, qarşıda duran vəzifələr müəyyən edilmişdir.

  Nümayəndəlik əraziyə xidmət göstərən  13,14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə fəaliyyət göstərmiş, sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyəti koordinasiya edilmişdir.

Ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların dərhal aradan qaldırılması təmin edilmiş, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir.

Nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri ilə bərabər həlli vacib olan məsələlərə də xüsusi fikir verilmişdir.

 S.Vurğun küçəsi 941-ci məhəllədə, Azadlıq prospekti ilə Bakıxanov küçələrinin kəsişmələrində Taras Şevçenkonun abidəsi olan parkda, S.Qazıyeva adına parkda, R.Behbudov küçəsi boyunca olan parkda, Ak.Həsən Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsindəki parkda və basqa ərazilərdə təmizlik işləri aparılmışdır.

 Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına və digər sərəncamlara əsasən nümayəndəliyin ərazisində tikinti şirkətləri tərəfindən işlər aparılmışdır.

M.Qaşqay, Abbas Zamanov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binasının   tikintisi (12 mərtəbəli) başa çatıb, aşagı mərtəbələrdə isə suvaq, santexnika,  qaz xətti çəkilir, pəncərə qoyulur, fasad və basqa  işlər görülür, 2-ci binanın 11-cı mərtəbəsində dəmir-qəlib işləri görülür. ( İcraçı-“Maşınqayıran” MTK).

S.Rüstəm, R.Axundov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan  çoxmənzilli yaşayış binasının 17-ci mərtəbəsinin tikintisi başa çatıb, aşağı mərtbələrdə hörgü, suvaq, santexnika, elektrik və s işləri görülür. 2-ci binanın 8-cı mərtəbəsində dəmir-qəlib işləri görülür. (İçraçı-“Pilot Həyat”MTK).

S.Rüstəm, İ.Həmidov, E.Tağızadə küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan  çoxmənzilli yaşayış binasının A və B blokunun 16-cı mərtəbələri başa çatıb, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika, elektrik və s işləri görülür, hər iki binanın arasında olan q/y 2- mərtəbəsində hörgü işləri aparılır. (İcarçı-“Draft  Construction”).

Süleyman Rüstəm, Mikayıl Rəfili, Salatın Əsgərova küçələri və        Azadlıq pr.  əhatəsindəki  kvartalda “Pilot” layihə olan  çoxmənzilli yaşayış binasının tikintisi ilə əlaqədar köçürülməsi nəzərdə tutulan 98 ailədən 88-i ilə müqavilə baglanılıb, onlardan isə 84 ailə köçürülüb. 10 mənzil və obyekt barəsində müqavilə bağlanılmayıb. ( İcraçı-“Draft Construction).

Süleyman Rüstəm, Eldar Tağızadə, Vladislav Plotnikov küçələri və Azadlıq pr.   əhatəsindəki  kvartalda “Pilot” layihə olan  çoxmənzilli yaşayış binasının “C” blokunun 16-ci mərtəbəsi ,”A”və “B”blokunun 16-ci mərtəbəsində hörgü işləri görülür, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika, elektrik, pəncərə və s işləri görülür (İcraçı-“Gold Construction”).

Agadadaş Qurbanov, Hüseynqulu Sarabski və  Bəsti Bağırova  küçələrinin  əhatəsindəki  kvartalda “Pilot” layihə olan   çoxmənzilli yaşayış binasının” A “blokunun 9-ci mərtəbəsində dəmir-qəlib işləri görülür. (İcraçı-“ARCHİCO”MMC).

N.Yusifbəyli, Mərdanov Qardaşları, Azər və Natiq  Novruzov Qardaşları, Mövsün Sənani küçələrinin  əhatəsindəki kvartalda “Pilot” layihə olan   çoxmənzilli  yaşayış binasının 15 -ci mərtəbəsi başa çatıb, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika, elektrik və s işləri görülür. 2-ci binanın təməli qazılıb. (İcraçı-“REGAL” MTK).

Mirqasımov, M.Qaşqay, F.Qasımzadə və Azadlıq pr. əhatəsindəki  kvartalda” Pilot” layihə olan  çoxmənzilli yaşayış binasının tikintisi ilə əlaqədar 1-ci binanın 17-ci mərtəbəsində dəmir-qəlib, 2-ci binanın isə 14-ci mərtəbəsində dəmir-qəlib işləri görülür. (İcraçı-“Avrasiya Construction LTD”  MMC).

Mirqasımov, S.Rüstəm, Xan Şuşinski və İ.Qasımov küçələrinin  əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binasının 1-ci bina başa çatıb, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika, elektrik, təmir və s işləri görülür, 2-ci binanın təməl işləri görülür. ( İcraçı-“Rifah Plaza” MMC).

 Nəsib bəy Yusifbəyli,Abbas Səhət, Xan Şuşinski küçələri və Azadlıq prospektini əhatə edən məhəllədə “ Pilot” layihə olan  çoxmənzilli  yaşayış binasının tikintisi ilə əlaqədar hal-hazırda işlər dayandırılıb (İcraçı-“Gloria Palace”MTK).

F.Qasımzadə ,Xan Şuşinski və M.Mirqasımov kücələrinin əhatəsindəki  kvartalda” Pilot” layihə olan  çoxmənzilli  yaşayış binasının tikintisi ilə əlaqədar          7 saylı binanın 15-cu mərtəbəsi başa çatıb, 6 saylı binanın 14-cü mərtəbəsi başa çatıb və hər iki binanın aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika, elektrik və s işləri görülür. 5-ci binanın katlavanı qazılır. (İcraçı-“Gözəl Bakı”MTK).

Molla Pənah Vaqif, Mirəli Qaşqay, Hənifə Ələsgərov küçələri və Azadlıq pr.  əhatəsindəki  kvartalda” Pilot” layihə olan  çoxmənzilli  yaşayış binasının 17-cu mərtəbəsində dəmir-qəlib, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika, elektrik və s işləri görülür. 2-ci binanın təməli qoyulması üçün işlər görülür. (İcraçı-“Fədək”MMC).

S.Vurğun küçəsi 941-ci   kvartalda pilot layihə olan  çoxmənzilli  yaşayış binasının 16-cü mərtəbəsinə beton tökülür, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika, elektrik və s işləri görülür. (İcraçı-“Teymuroğlu”MMC).

Ə.Qasımzadə, M.Qaşqay küçələrinin  əhatəsindəki   kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binasının  tikintisi ilə əlaqədar söküntü işləri başa çatıb, zirzəmi hissəsində tikinti işləri görülür. (İcraçı-“Pearl Construction”MMC).

Mirqasımov, Süleyman Rüstəm, Q.Quluyev küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 15-cu mərtəbəsində dəmir-qəlib, 2-ci binanın 13-cu mərtəbəsində, 3-cü binanın 11-ci mərtəbəsində, 4-cü binanın 13-cı mərtəbəsində, 5-ci binanın 14-ci mərətəbəsində dəmir-qəlib işləri görülür. Bütün binaların aşağı mərtəbələrində hörgü işləri aparılır. (İcraçı-“Azadlıq Rezidens”MMC).

M.Qaşqay, A.Zamanov, S.Zeynalov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binasının tikintisi ilə əlaqədar fundament qazılır. (İcraçı-“Pilot-1”MMC).

Mirəli Qaşqay, Sahib Zeynalov, Mikayıl Rəfili küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binasının  tikintisi ilə əlaqədar binanın 7-cü mərtəbəsində işlər görülür. (İcraçı-“Azəri Tikinti Şirkəti”MMC).

S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Qulu Quluyev  kücələrinin əhatəsindəki  kvartalda” Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 11-cı mərtəbəsində, 2-ci binanın 6-cü mərtəbəsində dəmir-qəlib işləri görülür. (İcraçı-“Grand Plaza”MMC)

Həsən Əliyev, Novruzov qardaşları, Sabit Rəhman və Mərdanov qardaşları küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binasının  tikintisi ilə əlaqədar köçürülməsi nəzərdə tutulan ailədən 14 ailə ilə müqavilə baglanılıb, 14-də köçürülüb, 3-cü blokun temeli tokulmuşdur. (İcraçı-“RÜR”MMC)

Akademik H.Əliyev küçəsi 17 ünvanında Dövlət İmtahan Mərkəzinin tikintisi davam etdirilir.

Yaz fəsli ilə əlaqədar nümayəndəliyin ərazisini əhatə edən müxtəlif yerlərdə iməcliklər təşkil edilərək, ağaclar budanmış və alaq otları təmizlənmiş, abadlıq işləri aparılmışdır.

      Bütün müraciətlər, eləcə də  sakinlər tərəfindən olunan şifahi müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılaraq müvafiq tədbirlər görülmüş və bütün müraciətlərə vaxtında cavab verilmişdir. Nümayəndəliyin ərazisi üzrə rayon İcra Hakimiyyəti Başçısının 4  səyyar qəbulu keçirilmişdir.

2019-cu il yanvar ayının 25-də “Holiday İnn” otelində 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir. Yığıncaqda 2018-cı ilin yekunları müzakirə olunmuş, 2018-ci il üçün təsdiq edilmiş perspektiv iş planı əsasında konkret tədbirlər müəyyənləşdirilmişdir.

3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik 2019-cu ilin 3 ayı ərzində də əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi istiqamətində işlər aparılmışdır.

Ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtlı vaxtında daşınması daim nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırlması istiqamətində operativ işlər görülmüşdür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinn Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 N-li Qərarını rəhbər tutaraq,  Nəsimi rayonunda, o cümlədən inzibati ərazidə pilot layihələrə start verilmişdir. Belə ki,  inzibati ərazidə “Pilot İnşaat-A” MMC, “Bisütun” MTK, “Malibo” MMC, “Yeni ailə”MMC, “Məkan” MMC, “Tac 1 Residence” MMC tərəfindən işlərə başlanmışdır və hal-hazırda davam etdirilir.

Azərbaycan Neft və Sənaye Universitetinin əsas korpusunun fasad hissəsində təmir işləri davam etdirilir.

Fevralın 28-i “Winter park” oteldə və martın 5-i  “Dünya Biznes Mərkəzi”ndə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı nümayəndəliyin ərazisində səyyar qəbullar keçirmiş və sakinlərin müraciətlərini dinləmişdir.

Nəsimi  rayon İcra Hakimiyyəti  tərəfindən  46 nömrəli tam orta məktəbdə “Milli ailə dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə ağsaqqal və ağbirçəklər, gənclər, gənc və nümunəvi ailələr,  təhsil və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.

Ölkə başçısının tapşırığına əsasən fevral ayının 15-dən Respublikanın bütün bölgələrində əhali pulsuz tibbi müayinədən keçirilir. Bununla əlaqədar inzibati ərazidə yaşayan sakinlər arasında təşkilati-izahat işləri aparılır.

2019-cu ilin ilk 3 ayı ərzində vətəndaşların müraciətlərinə diqqət və qayğının artırılması məsuliyyətli yanaşmanın təmin edilməsi ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən verilən tapşırıqların icrası daim nəzarətdə saxlanılmışdır.  Vətəndaşların qəbulu müəyyən olunmuş qrafikə uyğun olaraq həyata keçirilmiş, qəbullarda qaldırılan məsələlərlə bağlı operativ tədbirlərin görülməsi müvafiq izahatların verilməsi təmin olunmuşdur.

2019-cu ilin yanvar ayında nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər mütəmadi olaraq davam etdirilir.

1-ci rüb ərzində rayon təsərrüfatının normal fəaliyyəti, qış aylarında, xüsusilə qarlı,  yağışlı hava şəraitində xidmət sahələrinin normal fəaliyyəti təmin edilmişdir. Yanvar ayının 17-də hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək və temperaturun kəskin aşağı düşəcəyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müvafiq hazırlıq işləri aparılmışdır. Kəskin hava şəraiti ilə bağlı baş verə biləcək fəsadların qarşısının alınması zəruri təşkilati məsəslələr həll edilmiş, rayon ərazisində təşkilatlar üzrə növbətçiliklər təşkil olunmuş, ərazilər üzrə təhkimçilər müəyyənləşdirilmiş,  hazırlığın vəziyyəti rayon İcra Hakimiyyətində Şuranın geniş iclasında müzakirə edilərək aidiyyəti üzrə tapşırıqlar verilmiş, xüsusi qərargah yaradılmışdır. Yanvarın 17-19 kəskin hava şəraiti zamanı rayon təsərrüfatının normal fəaliyyət göstərməsi üçün zəruri tədbirlər görülmüşdür.

Mənzil Kommunal İstismar Sahələri tərəfindən əhali və hüquqi şəxslərə əsasən bir sıra, o cümlədən yaşayış binalarının və evlərin istismar vəziyyətinin yaxşılaşdırılması və qorunması, binadaxili aşağı mühəndis-kommunikasiya qovşaqlarının etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunması, qış mövsümündə istilik alan binaların  istiliklə təmin olunmasına xidmət edən mühəndis qovşaqlarının texniki tələbə uyğun istismar olunması, rayon ərazisindən keçən yolların, səkilərin, park və bağların, meydanların, yaşıllıq və qazonların hər gün süpürülməsi və yığışdırılması, yaranmış tullantı kütləsinin zərərsizləşdirilməsi üçün aidiyyati poliqonlara daşınması kommunal xidmətlər göstərilmişdir.

MKTB-nın balansında olan binalarda yaşayan əhalinin, rayonda fəaliyyət göstərən təşkilatların, komersiya qurumlarının yaratdığı bərk məişət tullantılarının qəbulu üçün 356 ünvanda  qəbul məntəqəsi vardır.

Həmin qəbul məntəqələri  849 ədəd xüsusi konteyner və 268  ədəd yeşiklə təmin olunmuşdur. İstifadəyə yararsız konteyner və yeşiklər yeniləri ilə əvəz olunmuşdur.

Hər gün bərk məişət tullantılarının aidiyyəti poliqonlara daşınmasına nəzarət təşkil edilmişdir.

Nizami 77/9, S.Əsgərova 92, 94, 157, 160, Süleyman Rəhimov 139, Ə.Topçubaşov 82, C.Məmmədquluzadə dalan 4 ev 2, Ş.Əzizbəyov 154, 172, S.Rüstəm 18, 28 May 18, 20, 29, 66/68, 48, 50, Bülbül pr. 55, Azadlıq pr. 13, Puşkin 13, Tramvay döngəsi 7 saylı binalara ruberoid vurulmuşdur.

Mənzil Kommunal İstismar Sahələri tərəfindən Azadlıq prospekti 17, 19, 21, 22, 43, R.Behbudov 18, 44,  Füzuli 73 ünvanlarda tamet örtüyü vurulub və bərpa edilib.

Droqal 4 ünvanda binanın zirzəmisində, Ş.Əzizbəyov 172 və S.Vurğun dalan 2 ünvanda ümumilikdə 28 p/m kanalizasiya xətti təmir edilmiş, Azadlıq prospekti 17 və 21 saylı ünvanlarda həyətlərin girişinə beton örtük vurulmuş, 28 May 11 ünvanda blokda dəmir pilləkən cari təmir edilmiş, Bülbül pr. 63 ünvanda zibil meydançası əsaslı təmir olunmuşdur.

Səməd Vurğun bağında oturacaq təmir edilmiş və rənglənmiş, eləcə də Nəsimi bağında yerləşən oturacaqlar və zibil qutuları rənglənmişdir. Nəsimi, S.Vurğun və Muğan bağlarında tamet örtük bərpa edilmiş, hazırda işlər davam etdirilir.

Füzuli küçəsində (Bülbül prospekti ilə Səməd Vurğun küçəsinin arasında) 150.0 kv.m, Üqzeyir Hacıbəyov küçəsində 200.0 kv.m qazon örtüyü vurulmuş, eyni zamanda Ü.Hacıbəyli küçəsində yol kənarına 2000 ədəd gül əkilmişdir, H.Əliyev sarayının qarşısındakı bağda qazon örtüyü yenilənmiş, güllər əkilmişdir.

MKİS tərəfindən ərazidə mütəmadi olaraq zibil konteynerləri yuyulmuş, rənglənmiş, təkərləri bərpa edilmişdir. Bundan əlavə əraziyə 47 ədəd yeni (sarı rəngli) plastik konteynerlər qoyulmuşdur.

“Bakı Abadlıq” MMC tərəfindən Əlövsət Quliyev Həzi Aslanov, Əlimərdan bəy Topçubaşov küçələrinə bardür düzülmüş, asfalt örtüyü vurulmuş, müxtəlif gül və ağac dibçəkləri qoyulmuşdur. Hal-hazırda Vidadi, Tolstoy, D.Əliyeva küçələrində səkilərə bardürlar düzülür, yola və səkiyə asfalt örtüyü vurulur.

Mərdanov Qardaşları  küçəsində isə bardürlər düzülərək səkiyə tamet daşları vurulur. Hal-hazırda işlər davam etdirilir. Bakı Abadlıq MMC tərəfindən S.Rüstəm 3, S.Rəhimov 189, 195, 197, R.Behbudov 44, Azadlıq pr. 41, 43 saylı binalarda təmir işləri başlanılmışdır.

          R.Məmmədov küçəsi 25 və 27 saylı binaların həyətində “Abad həyət” istirahət guşəsi salınmış, uşaq-oyun əyləncə guşəsi, “şahmat” meydançası yaradılmış, oturacaqlar quraşdırılmış, 418 kv.m qazon, 32.1 kv.m. tamet daşları, 1608 kv.m asfalt örtüyü vurulmuş, 400 kv.m bardyur düzülmüşdür.

          Mir Cəlal küçəsi boynca yerləşən parklardakı oturacaqlar, eləcə də səki və piyada yollarına döşənmiş tamet daşları cari təmir olunmuşdur.

         Rüb ərzində Seyid Cəfər Pişəvari küçəsindəki (“Yaşıl Bazar” yarmarkasının) istinad divarı ağardılmış və piyadalar üçün nəzərdə tutulmuş səkiyə asfalt vurulmuşdur.

      Bu işlər “Təzə Bazar” Ticarət Mərkəzinin Mərdanov Qardaşları küçəsi tərəfdən girişi qarşısında “Novruz Bayramı” yarmarkasının təşkili ilə əlaqədar ərazidə  təmizlik-bərpa işləri aparılmış dəyişdirilmiş, asfalt örtüyü vurulmuşdur.

        4-cü mkr. H.Seyidzadə 2a saylı binanın zirzəmisində yığılan qrunt sularının kənarlaşdırılması üçün drenaj sistemi quraşdırılmış, yaxınlıqdakı yaşıllığın suvarılması məqsədilə su xətti çəkilmişdir.

        I-IV mkr ərazisində Cavadxan küçəsi 3, Moskva pr. 46,48, H.Seyidzadə küçəsi 9,11,13,20,22,24a,26 saylı binaların həyətlərində “Abad həyət” çərçivəsində işlər başlanılmışdır.

          2019-cu il “Nəsimi ili”  elan edilməsi ilə bağlı “Nəsimi” heykəlinin ətrafında abadlıq-quruculuq işləri aparılmışdır.

        Rayon ərazisində yerləşən 600 ədəd zibil konteyneri rənglənmiş, 300 ədəd konteynerin təkərləri  dəyişdirilmiş, 90 ədəd isə yenisi ilə əvəz edilmişdir.

        I-V mkr. ərazisindəki yaşayış binalarının ətrafında olan eybəcər formada olan çəpərlər sökülmüş, yerlərində təmizlik işləri aparılmışdır.

         İlin I rübü qış mövsümünə təsadüf etdiyindən, bu dövr ərzində yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 149 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır.

         MKTB tərəfindən  rayon ərazisində yerləşən küçələr, bağlar, parklar, meydanlar, qazonlar və yaşıllıqlar, həyətlər hər gün süpürülmüş, yaranan süpürüntü kütləsi  MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmışdır. Ərazinin sanitar-təmizlik və ekolioji vəziyyətinə gündəlik nəzarət təşkil olunmuş, yaranan problemlər aradan qaldırılmışdır. Nəzərdə tutulmayan yerlərdə icazəsiz yaradılmış zibilliklər vaxtında ləğv edilmişdir. Bəzi binaların zirzəmisinə dolmuş çirkab və qurunt suları kənarlaşdırılmışdır.

2019-cu ilin I rübündə rayonumuzun ərazisində “Yeni il bayramı”,   “Novruz bayramı” və “20 Yanvar Ümumxalq hüzn” günlərində keçirilən tədbirlərə lazımi sanitar təmizlik şəraitinin yaradılması təmin olunmuşdur.

          Rayon Sukanal İdarəsi üzrə 71735 nəfər abonentə, o cümlədən: -əhali sektoru üzrə 64335 abonentə, qeyri-əhali sektoru üzrə -7400 abonentə xidmət göstərilmişdir. Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin  92.2%-i sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. 7.8% əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 8 saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir.

           Rayon əhalisini su ilə təmin edən və rayonun hüdudları çərçivəsində istismar olunan  magistral su kəmərlərinin və məhəllədaxili su xətlərinin  ümumi uzunluğu 303.8 km-dən (magistral xətlər-138.8km,  məhəllədaxili şəbəkə-165.0km)  artıqdır.

          İstismar olunan kanalizasiya şəbəkəsinin  isə ümumi uzunluğu 162.0 km,   yağış sularının axıdılması kollektorlarının ümumi üzunluğu-14.8 km-dən artıqdır. İstismar olunan və yararlı vəziyyətdə olan kanalizasiya nəzarət-baxış quyularının sayı-12000 ədəd, yağış barmaqlıqlarının sayı isə-690 ədəddir.  8(səkkiz) ünvanda ümumi həcmi 5154.0 m3 olan su anbarı istismar olunur və aprel-may aylarında  yuyulub-zərərsizləşdirilməsi işləri  təsdiq olunmuş  plan-qrafikə əsasən icra olunacaqdır.  Nəsimi rayon Sukanal İdarəsinin  balansında olan 89 ədəd məhəllədaxili nasos stansiyasından hal-hazırda 40 ədədi  fəaliyyət göstərir. Daimi su alan əraziılərdə  bir-birinə yaxın olan nasosxanalar birləşdirilmiş, məsrəflərə qənaət məqsədi ilə  49 ədəd nasosxananın fəaliyyəti dayandırılmış və əhali fasiləsiz su təminatına keçirlmişdir.

 

"Azəristiliktəchizat” ASC   1 saylı İstilik Sistemləri İstismar Sahəsi üzrə 2019-cü ilin I rübdə 26  ədəd qazanxana 19 ədəd istilik məntəqəsi  fasiləsiz olaraq  220  ədəd yaşayış  binası,  6 səhiyyə, 15 məktəb, 10 uşaq bağçası və 21 ədəd digər obyekti istilik enerjisi istehsal edərək istiliklə təmin edir.

Aşağıda göstərilən ünvanlarda istehsalat prosesi zamanı yaranan qüsurlar aradan qaldırılmışdır.

H.B.Əliyev 18 ünvaninda L=12 m  D=114 mm boru, Cavadxan 40 ünvanında  L=20 m D=114 mm boru, 3-cü mikrorayon 6 saylı istilik məntəqəsinə gedən  L=20 m D=159 mm  boru, I mikrorayon Cavadxan 3 ünvanında  L=8 m D=89 mm boru, 20 Yanvar 23 a  ünvanında L=12 m  D= 114 mm  boru, Cavadxan 29  ünvanında  L=8  m D=159 mm boru, Asif Məhərrəmov 46 ünvanında  L=10 m  D=89 mm  boru    dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.

H.Seyidzadə 26 ünvanında L=16 m D=76 mm borunun, S.Rüstəm 33 ünvanında  D=159 mm  borunun,  H.B.Əliyev 8 ünvanında L=28 m D=159 mm borunun, 164 saylı orta  məktəbə  gedən  D=89 mm  borunun,  H.B.Əliyev 48 ünvanında L=12 m D=57 mm borunun, Bakıxanov 24 və 26 ünvanında L=25 m  D=57mm    borunun  qüsurlu hissəsi təmir olunmuşdur.

77,139, 365 saylı qazanxanalarda və 4-cü əlavə mikrorayon 1 saylı istilik məntəqəsində 3 ədəd şəbəkə nasosu, 1 ədəd bəsləyici nasosun diyircəkli yasdıqları dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.

1 saylı Rayon İstilik qazanxanasında 3 saylı PTVM-50 tipli qazanın ekran və konvektiv hissə boruları əsaslı təmir olunaraq sınaqdan keçirilmiş istismara verilmişdir.

77 saylı qazanxanada şəbəkə nasosunun 2 ədəd D=100 m giriş-çıxış siyirtməsi açılaraq cari təftiş təmir olunmuş və yerinə quraşdırılmışdır.

Biləvasitə A.Mustafayev 14 ünvanında 2 ədəd, H.B.Əliyev 40 ünvanında 2 ədəd, H.B.Əliyev 38 ünvanında 2 ədəd, A.Məhərrəmov 47 ünvanında 2 ədəd,  müxtəlif  diyametirli siyirtmələr açılaraq təftiş təmir olunmuş və yerinə quraşdırılmışdır.

Bunlarla  yanaşı  İ.Qasımov 4  Aazadlıq  prospekti 82,   Moskva prospekti  48.58.60, S.Vurğun 116, M.Cəlal 32.54, Cavadxan 21.23.36.38,  və s. ünvanlarda məhəllə daxili və aşağı paylama  istilik xətlərində cari təmir işləri gorulmuş, yaranan axıntılar dərhal aradan qaldırılaraq sakinlər istilik enerjisi ilə təmin olunmuşdur.

Həmçinin  A.Mustafayev 15.17.17A. S.Rüstəm 33.35.37,  S.Vurgun 116,  Mir Cəlal 56.60 , A.Məhərəmov  15.21.28, Cavadxan  10.12.14.32.34. Qulu Quliyev 11/13  ünvaninda  aşağı  paylama  istilik xətlərində cari təmir işləri aparılmışdır.

Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsi üzrə 2019-cu ilin 3 ayı ərzində əhalinin sabit elektrik enerji təchizatı təmin edilmişdir. Müvafiq təmir işləri, sayğaclaşma işləri aparılmışdır.

Nəsimi rayonu Gigiyena və Epidemiologiya Mərkəzi üzrə  2019- cu ilin 1-ci rübü ərzində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yoluxucu xəstəliklərdə azalma baş vermişdir.

2018-ci ilin noyabr- dekabr aylarından başlayaraq Respublikamıza qonşu ölkələrdən “gətirilmə” qızılca xəstəliyi qeydiyyata alınmağa başlanılmışdır və Peyvənd işi davam etdirilir.

Rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası baş verməmişdir. 1-ci rübdə malyariya xəstəliyi aşkar olunmamışdır. 701 malyariyaya görə müayinə aparılmışdır- aşkarlanma yoxdur.

Aparılan məqsədyönlü tədbirlər, profilaktik peyvəndlərin nəticəsidir ki, uşaqlar arasında il ərzində məxmərək, göy öskürək, difteriya, poliomielit kimi xəstəliklər və eləcə də uşaqlar arasında viruslu hepatit “B” xəstəliyi qeydə alınmamışdır.

Xüsusi təhlükəli xəstəlikləri (vəba,taun) profilaktikası məqsədilə SN-in 19.05.95-ci il tarixli 81 saylı əmrinə əsasən MPM- də xəstəliklərin klinikası müalicə və prpfilaktikası haqqında seminar məşğələlər keçirilmişdir.

          Azərbaycan Respublikası SN- in 08.12.15-ci il tarixli 101 saylı “Donuz qripi xəstələrinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” və 19.01.16- cı il tarixli 3 saylı “Donuz qripi xəstəliyinə qarşı əlavə tədbirlər barədə” əmrlərinə əsaslanaraq seminar məşğələləri keçirilmiş, MPM- də bu əmrlərin icrasına nzəarət gücləndirilmişdir. Qripə şübhəli xəstələrdən müayinələrin götürülməsi və hospitalizasiya olunub müalicə edilməsi təşkil olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 dekabr tarixli 370 saylı qərarı ilə təsdiq edilmiş, “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair” tədbirlər proqramına əsasən “Azərbaycan Respublikası üzrə profilaktik peyvənd təqvimi” təsdiq edilmişdir. Bu təqvimə İnaktivləşdirilmiş poliomilelit vaksini əlavə edilmiş və 18.04.16- cı il tarixdən 3 valentli OPV vaksinasiyası dayandırılaraq 2 valentli OPV vaksinasiyasına keçid planı hazırlanmışdır. Bu barədə bütün MPM məlumatlandırılmışdır və görülən işlər barədə əmr verilmiş, tədbirlər planı tərtib olunmuş, seminar məşğələləri keçirilmişdir.

Məktəb və məktəbəqədər uşaq müəssisələrinin yaz- yay mövsümünə hazırlığı və sağlamlaşdırıcı tədbirləri görülür.

09.03.18- ci il tarixində uşaq bağçalarında “Uşaqların sağlamlığının qorunması, icbari dispanzerizasiya haqqında, dərin tibbi müayinələrin rasional qidalanmanın düzgün təşkili” haqqında seminar müşavirələr aparılmışdır.

3 ay ərzində illik plana əsasən məktəb və məktəbəqədər uşaq müəssisələrində kimyəvi və bakterioloji müayinələr aparılmışdır.

 

2019-cu ilin birincü rübü ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata  keçirilmişdir.

Yanvar ayının 1-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Nizami Kino Mərkəzində  “Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı  keçirilən bayram tədbirində  rayondakı  11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan  əlil uşaqlar,  həmçinin şəhid, Qarabağ muharibəsi  veteranları ailələrindən və aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən -  ümumilikdə 500-dən artıq uşaq iştirak etmişdir.

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  maraqlı, rəngarəng bayram konserti tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Bayram şənliyi  Şaxta babanın uşaqlarla səmimi söhbətləri və rəqsləri ilə davam etmişdir. Tədbirdə iştirak edən valideynlər  uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Yanvar ayının 2-də Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində  bayram tədbiri keçirilmişdir.

Tədbirdə   uşaqlara hədiyyələr təqdim edilmiş,  Şaxta baba və Qar qız  burada yaşayan uşaqların sevincinə səbəb olmuş, uşaqları əyləndirmiş və birlikdə maraqlı oyunlar keçirmişlər.

Yanvar ayının 8-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. İlk olaraq sakinlərə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səyləri nəticəsində ölkədə aparılan geniş abadlıq-quruculuq işləri, dinamik sosial-iqtisadi inkişafın vəziyyəti, əhalinin rifahının daha da artırılması, əldə olunmuş əmin-amanlıq şəraitinin qorunub saxlanılması barədə RİH Başçısı tərəfindən  məlumatlar verilmişdir. Sakinlərin müraciətləri dinlənilmişdir. Sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirərək, bir sıra məsələlərlə, o cümlədən, köhnə tikililərdən ibarət olan məhəllənin pilot layihəyə salınması, 2019-cu ildə də tibbi müayinə aksiyalarının keçirilməsi, yaşıllıq və abadlıq məsələləri ilə bağlı RİH Başçısına müraciətlər etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan davamlı abadlıq-quruculuq işləri ilə bağlı sakinlərlə söhbət aparılmışdır.

Yanvar ayında  rayonun 1, 2 və 3  saylı sahə inzibati ərazi dairəsi üzrə   nümayəndəliklərinin rayon rəhbərliyi, müxtəlif xidmətlərin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda nümayəndəliklərin ərazilərində görülən işlər, həyata keçirilən layihələrdən, həlli vacib problemlər və onların aradan qaldırılması yolları müzakirə olunmuşdur.

Yanvar ayının 10-da Nəsimi rayon İcra Hakimiyyəti Başçısının   1 saylı nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  Qafqaz Baku Sport  otelində, yanvar ayının 22-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Avropa otelində, yanvar ayının 25-də 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Holiday Inn otelində keçirilən  2018-ci  ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdi.

Yanvar ayının 11-də Nəsimi rayonu üzrə  2018-ci il üzrə Mülki Müdafiənin təşkilinin vəziyyəti müzakirə olunmuşdur. Tədbirdə bildirilmişdir ki,  2018-ci il ərzində Nəsimi rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsi tərəfindən mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi Azərbaycan Respublikasının “Mülki müdafiə haqqında”  Qanununa,  Nazirlər Kabinetinin  25 sentyabr 1998-ci il tarixli 193 nömrəli “Mülki müdafiənin təmin edilməsi haqqında” Qərarına və digər normativ hüquqi  sənədlərə müvafiq olaraq təşkil edilmişdir.  

2019-cu tədris ili üçün Mülki müdafiə tədbirlər planından çıxarışların  MM xidmətlərinə, idarə və müəssisələrə  çatdırılması təmin edilmiş, Nəsimi  rayonu  ərazisində yerləşən obyektlərdə, müəssisələrdə keçiriləcək təlim və məşqlərin plan-qrafiki və 2019-cu il üçün Mülki müdafiə kursları üzrə dinləyicilərin komplektləşdirilməsinin təqvim planı hazırlanaraq Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq olunmuşdur.

Yanvar ayının 16-da Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın  geniş tərkibdə iclası keçirilmişdir. İclasda rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə, təhsil, səhiyyə və digər müəssisə rəhbərləri, MTKB və tabeliyində olan MKİS-lərin və rayon ərazisində fəaliyyət göstərən digər kommunal və xidmət  sahələrinin rəhbərləri iştirak etmişdir.

İclasda 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verilərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində rayon İcra Hakimiyyətində yaradılmış xüsusi Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi bildirilmişdir.

Yanvar ayının 17-si və 18-i tarixlərində Bakı şəhərində havaların kəskin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, küləyin bəzi hallarda  saniyədə 25-40 metrədək şiddətlənəcəyi  bildirilərək, bununla bağlı müvafiq tədbirlərin görülməsi barədə  Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tapşırıqların verildiyi qeyd edilmiş, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, nümayəndəliklərin, xidmət sahələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq maşın mexanizmlərin, avadanlıq və inventarların tam  hazırlıq vəziyyətinə gətirilməsi, müəssisə və təşkilatlarda növbətçiliyin yaradılması, əhali arasında təbliğat işinin aparılması, ağacların yanında nəqliyyat vasitələrinin saxlanmaması və hündürmərtəbəli binaların tikintisi gedən yerlərdə  təhlükəsizlik qaydalarına riayət edilməsi, sürüşmə ehtimalı olan yolların qardan və buzdan təmizlənməsi,  baş verəcək hadisələrin qarşısının alınması üçün operativ tədbirlərin görülməsi və işlərin gedişatı  barədə mütəmadi olaraq rayon İcra Hakimiyyətinə məlumat verilməsi RİH Başçısı tərəfindən tapşırılmışdır.   Şuranın  iclasında digər cari məsələlər də müzakirə olunmuşdur.

Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında 17-25  yanvar tarixlərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının nümayəndələri və Türkiyə Cümhuriyyətinin şəhid və veteran ailələrindən olan uşaq və gənclər Bakı şəhərində səfərdə olublar.  Səfər çərçivəsində Türkiyə nümayəndə  heyəti Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Bakı  Türk şəhidliyi abidəsini ziyarət edib, Nəsimi Rayon İcra Hakimiyyətində Türkiyə şəhidlərinin və veteranlarının  övladları ilə görüş olub.

Bakı şəhərində  səfərdə olan Türkiyə şəhidlərinin övladları səfər çərçivəsində   rayonda keçirilən  müxtəlif tədbirlərdə iştirak edib, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olublar.   Qonaqlar Azərbaycan Respublikasının Milli Məclisində  Heydər Əliyev Xatirə zalında, Türkiyənin Azərbaycandakı səfirliyində, Heydər Əliyev Mərkəzində, YAP Nəsimi rayon təşkilatında və Asan Radioda görüşlərdə iştirak etmişlər. Həmçinin  Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə və  Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyalar da  təşkil olunmuşdur. Qonaqlar həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində,        23 saylı tam orta məktəbdə,  3 saylı Uşaq-Gənclərin  İnkişaf Mərkəzində  və Respublika Velotrekində keçirilən tədbirlərdə iştirak etmişlər.  

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin  «20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən   müvafiq tədbirlər planı hazırlanmış və faciənin  ildönümü geniş şəkildə qeyd olunmuşdur. Rayonun ali məktəblərində 20 Yanvar faciəsi ilə əlaqədar dəyirmi masalar, konfranslar, toplantılar keçirilmiş, Qanlı Yanvara həsr olunmuş sərgilər təşkil olunmuş, rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin Azərbaycan tarixində azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq rəmzi kimi qeyd edilməsi ilə əlaqədar xatirə tədbirləri keçirilmiş, kollektivlər tərəfindən «Şəhidlər Xiyabanı» ziyarət olunmuşdur. Rayonun   orta məktəblərində  20 Yanvar faciəsinin ildönümü ilə bağlı dərslər keçirilmiş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Rayonun orta və ali təhsil müəssisələrində  keçirilən tədbirlərdə  rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər. 20 Yanvar faciəsi ilə bağlı rayondakı bütün dini ibadət yerlərində   şəhidlərin ruhuna dualar oxunmuşdur.  Bu tədbirlər və  görülmüş işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Yanvar ayının 19-da Nəsimi rayon İcra Hakimiyyətində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin, rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə layihəsi əsasında Bakı şəhərində səfərdə olan Türkiyə Cümhuriyyətinin şəhid və veteran ailələrindən olan uşaq və gənclərin, “20 Yanvar”  Cəmiyyətinin Nəsimi rayon Təşkilatı üzvlərinin, Qarabağ müharibəsi şəhid ailələri, əlilləri və veteranlarının, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələri rəhbərlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi ilə tanış olmuş, 20 Yanvar şəhidlərinin, Qarabağ müharibəsi şəhidlərinin və Türkiyə Cümhuriyyəti şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  20 Yanvar hadisələrinə həsr olunmuş sənədli filmin nümayişi olmuşdur. Tədbirdə müstəqilliyimizə, suverenliyimizə və şəhidlərimizə həsr olunmuş şeirlər ifa olunmuş, H.Sarabski adına Mədəniyyət Evi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Bədii hissənin sonunda Nəsimi rayon yeniyetmələri və gəncləri vətənə sədaqət andı içdilər. Respublikanın əməkdar artisti Ağalar Bayramovun ifasında şəhidlər və vətənpərvərlik mövzusunda şeirlər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.

Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olundu.

Yanvar ayının 31-də 2 Fevral – Azərbaycan Gəncləri günü Nəsimi rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonda bir sıra tədbirlər və idman yarışları keçirilmişdir. Şəhərimizin gözəl məkanlardan biri olan “Romanse Palase”da Nəsimi rayon gənclərinin  2 Fevral – Gənclər gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilmişdir. Gənclər tədbirinə  rayonun istehsalatda, mədəniyyət sahəsi və təhsildə, ictimai,  elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar iştirak etmişdilər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 35 nominasiya üzrə gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur. 

Bayram tədbirində gənclər “2 fevral - Gənclər günü” münasibətilə hazırlanmış  tortu kəsmiş, daha sonra Bakı Musiqi Akademiyasının istedadlı tələbələrinin,  Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin Nəfəs və zərb alətləri ansamblının  və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin  iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatmışdır.

Fevral ayının 1-də rayon İcra Hakimiyyətinin iclas zalında Nəsimi rayon İcra Hakimiyyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilmiş, keçən il ərzində həyata keçirilən işlər müzakirə olunaraq 2019-cu il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Toplantı iştirakçıları adından möhtərəm Prezident cənab İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimililərin quruculuq əzmi ifadə olunurdu.

Yekun hesabatda 2018-ci il ərzində görülən işlərdən bəhs edən film nümayiş olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri  Tağı Tağıyev yığıncaqda çıxış edərək, 2019-cu ildə Nəsimililərə  daha böyük uğurlar arzuladı.

Yekun hesabatda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən  yubilyarlara Nəsimi RİH-in xatirə hədiyyələri təqdim olundu.

Ölkə başçısının tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Nəsimi  rayon icra hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur.  

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun 1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Həmçinin rayonda yerləşən özəl səhiyyə müəssisələrində də əhalinin tibbi müayinəsi təşkil edilmişdir. Müvafiq qurumların da cəlb olunması ilə rayonda tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdu. Rayonun Cümhuriyyət yaşlı sakinlərinin tibbi müayinəsi də xüsusi diqqətdə saxlanılmışdır. Belə ki, həkimlərdən ibarət səyyar briqadalar poliklinikaya gələ bilməyən fəaliyyət qabiliyyəti məhdud olan yaşlı rayon sakinlərinə evlərində tibbi xidmət göstərmişlər.

Fevral ayının 8-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinin  birgə təşkilatçılığı ilə 247 sayli tam orta  məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda  geniş maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparılmış, narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  Fevral ayının 12-də Heydər Əliyev adına İdman və Konsert kompleksinin binasında K-1 qaydasız döyüş növü üzrə dünya çempionu, tanınmış idmançı Zabit Səmədov idman məktəbinin açılışı olub.

«Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Rəhbərinin sərəncamının icrası ilə bağlı Nəsimi rayonunda faciənin ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunmuşdur. Rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirimiş, faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər  təşkil olunub keçirilmişdir.

Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyası və «Xocalı harayı» abidəsinin ziyarəti təşkil olunmuşdur.

Faciənin ildönümü ərəfəsində  fevral ayının 22-də Nəsimi rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış 60 ailənin nümayəndələri ilə görüş keçirilmişdir. Xocalı sakinləri ilə görüş zamanı tədbir iştirakçılarının  müraciətlərinə əsasən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı  tərəfindən fərdi qəbul təşkil edilmişdir. Qəbul zamanı  onların qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar  verilmişdir. Tədbirin sonunda Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən  yardımlar  göstərilmişdir.

Fevral ayının 25-də Xocalı faciənin ildönümü ərəfəsində Kliniki Tibbi Mərkəzdə Xocalı şəhərindən köçkün düşərək  Nəsimi rayonunda məskunlaşmış bir qrup Xocalı nümayəndələri ilə görüş keçirilmişdir.  Görüşdən sonra  Nəsimi rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinin Kliniki Tibbi  Mərkəzdə  pulsuz  tibbi müayinələri təşkil olunmuşdur. Tibb müəssisəsində Xocalılar əvvəlcə terapevtlər tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə  rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçirilmişlər. Xocalı sakinlərinin ailələrində olan azyaşlı uşaqlar da  ixtisaslı uşaq həkimləri tərəfindən müayinədən keçirilmişdir.

Faciənin ildönümü ərəfəsində H.Sarabski adına Mədəniyyət Evinin kollektivinin ifasında 1 nömrəli  tam orta məktəbdə Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Həmçinin Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən Xocalı şəhidlərinin əziz xatirəsinə həsr edilmiş Orqan konserti təşkil edilmişdir. Konsertdə        R.Ramazanovun “And”, Q.Qarayevin  “Laylay”, A.Sandvollun “İntroduksiya və passakalya”, C.Perqolezinin “Stabat Mater” (“Hüzünlü ana”) əsərləri səsləndirilmişdir.

Fevral ayının 27-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixail Boçarnikov ilə Nəsimi rayon İcra Hakimiyyətində görüş keçirilib.

Görüş zamanı Azərbaycan və Rusiya dövlətləri arasında  olan dostluq əlaqələrinin möhkəmliyi  və dövlətlər  arasında ictimai-siyasi və humanitar münasibətlərin əhəmiyyəti qeyd edilərək dövlətlər arasında ikitərəfli əlaqələrin daha da genişlənməsi və gücləndirilməsi, həmçinin qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı bəhs edilmişdir. 

Fevral ayının 27-də Nəsimi  rayon İcra Hakimiyyəti  tərəfindən  164 nömrəli tam orta məktəbdə “Milli ailə dəyərlərimiz ” mövzusunda layihənin açılış tədbiri keçirilib. Tədbirdə ağsaqqal və ağbirçəklər, gənclər, gənc və nümunəvi ailələr,  təhsil və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən, müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, məişət zorakılıqlarından, ailə təməlinin düzgün qurulmasından danışaraq, örnək ailə nümunələrindən bəhs edilıb.

Fevral ayının 28-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinin  birgə təşkilatçılığı ilə 14 sayli tam orta  məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda  geniş maarifləndirici tədbir keçirilmişdi. Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər, diskussiyalar aparılmışdı. Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Mart  ayının 4-də Nəsimi  rayon İcra Hakimiyyəti  tərəfindən  46 nömrəli tam orta məktəbdə “Milli ailə dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə ağsaqqal və ağbirçəklər, gənclər, gənc və nümunəvi ailələr,  təhsil və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən, müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, məişət zorakılıqlarından, ailə təməlinin düzgün qurulmasından danışaraq, örnək ailə nümunələrindən bəhs edilıb.

 5-mart Bədən tərbiyəsi və idman günü münasibəti ilə Nəsimi rayonunda ali təhsil müəssisələrinin voleybol komandaları arasında turnir keçirilmişdir. Turnirdə 5 voleybol komandasını 60 nəfər tələbə təmsil etmişdir. Yarışda Azərbaycan Tibb Universitetinin tələbələri 1-ci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri 2-ci,  Azərbaycan Dillər Universitetinin tələbələri isə 3-cü yeri tutmuşlar. Tədbirin sonunda qalib komandaların  idmançılarına  diplom, medal və kubok təqdim olunmuşdur.

Mart  ayının 7-də RİH tərəfindən 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı təşkil olunan tədbirlər çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə tədbir  təşkil olunmuşdur. Bayram tədbiri  3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin rəngarəng rəqsləri, Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində Musiqi Kolleçinin tələbələrinin  konsert proqramı  ilə başa çatmışdır.Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin  hədiyyələri  təqdim olunmuşdur.

 Mart  ayının 9-da Taras Şevçenkonun anadan olmasının 205-ci ildönümü ilə əlaqədar Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Nəsimi rayonunda şairin xatirəsinə ucaldılmış abidəsi ziyarət edilmiş, abidənin önünə əklil və gül dəstələri qoyulmuşdur. Tədbirdə ictimaiyyət nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları, Ukrayna diaspora təşkilatlarının fəalları, Ukrayna səfirliyinin əməkdaşları və onların ailə üzvləri iştirak etmişlər.

  Mart  ayının 10-da Nəsimi rayonunda S.Pişəvari küçəsi 2 A ünvanında yerləşən “AgroMall” MMC-yə məxus ərazidə növbəti Novruz yarmarkası təşkil edilib. Yarmarkada Cəlilabad, Beyləqan və Qəbələ rayonlarından olan fermerler, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz qiymətə təklif etmişlər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı yarmarkanın fəaliyyəti ilə tanış olmuş, satıcılarla, fermerlərlə söhbət edərək onlara yaradılan şəraitlə, satışa çıxarılan məhsulların qiymətləri ilə maraqlanıblar.

Bayram yarmarkası mart ayının 16-dan 21-dək qeyd olunan ünvanda təşkil olunmuşdur.

  Mart  ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu, R.Məmmədov küçəsi 23, 25 və 27 nömrəli evlərin əhatə etdiyi ümumi sahəsi 4100 kvadratmetr olan ərazidə abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib.

Layihə çərçivəsində abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman qurğuları, şahmat və uşaqlar üçün oyun meydançaları, söhbətgah və oturacaqlar, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.

Sakinlərin istəkləri nəzərə alınaraq 4 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100-dən artıq müxtəlif növ ağaclar əkilib və ərazidə yaşıllıq zolağı salınıb.

Mart  ayının 14-də Nəsimi  rayon  İcra  Hakimiyyəti  Başçısı tərəfindən təsdiq edilmiş rayon İcra Hakimiyyətinin  2019-cu il üçün  Mülki müdafiə  üzrə tədbirlər planına  əsasən  14 mart 2019-cu il tarixdə rayonun mülki müdafiə rəhbər heyətinin məşqi keçirilmişdir.

Tədbirdə rayonun ayrı-ayrı idarələrinin,  xidmət sahələrinin rəhbər heyəti və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak etmişlər.

Tədbirdə baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması  zamanı mülki müdafiə qüvvələrinin idarə olunması barədə ətraflı məlumat verilmiş və daha  sonar rayonun mülki müdafiə rəhbər heyətinin üzvlərini marqlandıran suallar cavablandırılmışdır.

15-18 mart  2018-ci il  tarixlərdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonundan olan 27 nəfər məktəbli, 2 nəfər rəhbər və 1 nəfər tibb bacısı Naxçıvan Muxtar Respublikasına səfər etmişlər.

İlk əvvəl qrupun təşkili məsələləri həll olunmuşdur. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilmişlər. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar.

  Mart  ayının 13-də RİH-də  turda iştirak edən şagirdlər və onların valideynləri ilə görüş keçirilmişdir. Şagirdlərə turun məqsədi barədə məlumat verilmiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışılmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğu vurğulamışdır.

Tədbirdə çıxış edən - Texniki Humanitar Liseyin  direktoru Səidə Zeynalova   və valideynlər ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.

Tədbirdə  Nəsimi rayon məktəbliləri və tur aksiya iştirakçıları tərəfindən sözləri şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Orucova məxsus olan “Ölkəmizi tanıyaq” himni böyük coşqu ilə  ifa edildi. Daha sonra tədbir  2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin rəngarəng milli rəqsləri ilə  başa çatmışdır.

  Mart  ayının 15-də Heydər  Əliyev Beynəlxalq Aeroportunda şagirdləri yola salan Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və Nəsimi rayonu 3 Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin  konsert proqramı onlarda xoş əhval-ruhiyyə yaradıblar.

Daha sonra Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gələn 180 nəfər məktəblinin qarşılanma mərasimi keçirilmişdir. Qarşılanma  mərasimində Nəsimi rayonu 2 saylı Uşaq Gənclər Inkişaf Mərkəzinin rəqs kollektivinin, “Amarok” rəqs qrupunun rəngarəng milli rəqsləri və  Nurayın ifasında şən mahnılar qonaqlarda xoş təəssürat yaratmışdır. Bahar qızı, Kosa və Keçəl Naxçıvandan gələn məktəblilərlə yumurta döyüşdürüb, Novruz şirniyyatlarına qonaq ediblər.

Turlar zamanı məktəblilərimiz Naxçıvan şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər  Əliyev Muzeyi ilə tanış olmuşlar. Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi,  “Naxçıvan” Universiteti, Naxçıvan Biznes Mərkəzi və Xalq yaradıcılığı emalatxanası, Naxçıvan Müəllimlər İnstitutunda, Dövlət Bayrağı Muzeyi, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksi, Naxçıvan Dövlət Tarix Muzeyini və “Duzdağ” Fizioterapiya Mərkəzində olmuşlar.

Həmçinin Ordubad şəhərinə səyahətlə davam etdirilmiş və burada şagirdlər Ordubad şəhər 3 nömrəli tam orta məktəbi, Ordubad rayon Tarix-Diyarşünasliq Muzeyi, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olmuşlar.  Daha sonra Şahbuz rayonuna səfər çərçıvəsində tur iştirakçıları “Farma-Şah” MMC və Ağbulaq İstirahət Mərkəzində olmuşlar. Culfa rayonuna səfər edən tur iştirakçılar  Gülüstan türbəsi, “Əlincəqala” Tarix-Mədəniyyət  Muzeyi  ilə tanış olmuşlar.

Sonra Naxçıvan şəhərinin Gənclər Mərkəzində Naxçıvan MR-nın Gənclər və İdman naziri və Təhsil naziri ilə  tur iştirakçılarının görüşü keçirilmişdir. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxmışdır.

“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərimizin Naxçıvan Muxtar  Respublikası ilə tanışlığı uğurla başa çatmış, şagirdlərimiz bu möhtəşəm layihədən məmnun olduqlarını bildirmiş və layihənin yaradıcısı olan Ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək bundan sonra daha da səylə çalışacaqlarına, yaxşı oxuyacaqlarına söz vermişlər.

  Mart  ayının 15-də xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Nəsimi İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Bərdə korpusunun «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar. Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.

Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz  bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilmiş bu tədbirin  hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə   döyüşçülərimiz üçün böyük   konsert proqramı təşkil olunmuşdur. 

  Mart ayının 16-da Nəsimi rayon ərazisində növbəti iməcilik keçirilmişdir. İməcilik zamanı Cavadxan küçəsi boyunca müxtəlif növ  1000-dən artıq həmişəyaşıl ağaclar əkilmiş, mövcud parklardakı əkilən  gül kolları yenilənmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Rayonda son illər ənənə halını almış həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər. Görülən işlərə görə rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Nəsimi rayonunda  Novruz  bayramının keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.

Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən istirahət parklarında, bağlarda, həyətlərdə, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində və mədəniyyət ocaqlarında baharın gəlişinə həsr olunmuş tədbirlər hazırlanmışdır. Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılmışdır. Bu qəbildən olan ailələrin bayrama hazırlıq  işlərində Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyələr, xüsusilə də ənənəvi olaraq  belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar  təşkil olunmuşdur.

Mart  ayının 16-da Novruz bayramı tədbirləri çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətində  Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Gözdən Əlillər, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, ərazidə yerləşən  yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz  və s. aztəminatlı ailələrin üzvlərinə,  ümumilikdə 2500-dən çox ailəyə təqdim olunmuşdur. Tədbirdə çıxış edən  Çernobıl və 20 Yanvar Əlilləri cəmiyyətlərinin rəhbərləri, məcburi köçkünlərin, ictimai birliklərin  nümayəndələri, iş adamları  və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Mart ayının 18-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Nəsimi  rayonunda tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının 100 illiyi münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin  bir qrup əməkdaşına   rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və hədiyyələr təqdim olunmuşdur.

Tədbirin sonunda  iştirakçılar  Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunmuş filmə baxmışlar.

Mart  ayının 19-da Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilmişdir.
Bayram tədbirində Nəsimi  Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak etmişdilər.

Tədbir iştirakçıları əvvəlcə rayonun təhsil, məktəbəqədər müəssisələrinin və bədii özfəaliyyət kollektivlərinin hazırladıqları  xalqımızın adət-ənənələrini özündə əks etdirən rəngarəng sərgilərlə, Müstəqil Azərbaycanımızın ayrı-ayrı bölgələrinin Novruz ənənələri və mətbəxləri ilə tanış olmuşlar.

Bayram şənliyində tanınmış incəsənət ustaları çıxış etdilər, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər. Tədbirin sonunda atəşfəşanlıq oldu. Novruz bayramını  Nəsimi sakinləri böyük sevinc və fərəhlə qeyd etdilər.

        Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə 19-21 mart  tarixlərində  Zabitlər parkında  və İzmit parkında bayram şənlikləri  keçirilmişdir. Bayram şənliklərində  tanınmış incəsənət ustaları çıxış etmiş, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər.

Mart  ayının 27-də  Nəsimi rayon İcra Hakimiyyətində rayonun təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonun sanitar-təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar təmizlik aylığının keçirilməsi və Nəsimi rayonunun da bu təşəbbüsə qoşulduğu müşavirə iştirakçılarının nəzərinə çatdırıldı.

Tədbirdə rayon ərazisində gün ərzində reydlərin keçirilməsi, çatışmamazlıqların dərhal və operativ aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, ayrı-ayrı xidmətlər tərəfindən aparılan qazıntı işlərindən sonra bərpa işlərinin diqqət mərkəzində saxlanılması,  yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar rayon ərazisində həyata keçirilən abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin davam etdirilməsinin vacibliyini bildirərək, sanitar-təmzilik işlərinin daim nəzarətdə saxlanılması üçün aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində bir sıra tədbirlər keçirilmişdir. Rayonda yerləşən tam orta məktəblərdə  sərgilər təşkil olunmuş, dəyirmi masalar, konfranslar,  rəsm sərgiləri keçirilmiş, martın 31-də rayonun bütün orta məktəblərində  birinci dərs soyqırım tarixinə həsr olunmuşdur.

Hesabat dövrü ərzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş, əsas diqqət qəbul edilmiş qanunların, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, dövlət proqramlarının, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Nəsimi Rayon İcra Hakimiyyətinin göstəriş və tapşırıqlarının icrasına yönəlmişdir.

Bu məqsədlə gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə İdarə tərəfindən tədbirlər həyata keçirilmişdir:

2019-cu ilin yanvar-mart ayları ərzində gənclər sahəsi üzrə keçirilən 11 tədbirdə 2085 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.

Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və  idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə aşağıdakı tədbirlər keçirilmişdir:

Ümumilikdə bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 5 tədbirdə 364 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.

            Nəsimi rayon İcra Hakimiyyəti Apellyasiya Şurasının müraciətlərinin elektron qəbulu sisteminə nəzarət edilmiş, Rayon İcra Hakimiyyətinə və Apellyasiya Şurasına sahibkarlardan şikayət müraciətləri daxil olmamışdır.

Şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcta Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatyların verilməsi, o cümlədən məlumatların mütəmadi olaraq, yeniləşmiş əsaslarla İH-nin internet saytında yerləşdirilməsi, rayon İcra Hakimiyyətinin illik hesabatının internet səhifəsində açılması, toplantı və yığıncaqlarda, sakinlərlə görüşlərdə ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.

RİH Başçısinin yerlərdə keçirilən səyyar qəbullarında, sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər geniş müzakirə olunur, rəy və təkliflər öyrənilir, müvafiq qərarlar verilir. Rüb ərzində aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin inkanlarından geniş istifadə edərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə  çatdırılması  işləri davam etdirilmişdir. RİH Başçısının 1 nömrəli,       2 nömrəli və 3 nömrəli nümayəndəliklərinin illik hesabatları 2019-cu ilin yanvar ayında geniş müzakirə edilmiş, görülən işlər barədə ictimaiyyətə geniş məlumat verilmişdir. Rayon İcra Hakimiyyətinin 2018-ci ilin yekunlarına dair hesabatı 01.02.2019-cu il tarixdə şuranın geniş iclasında müzakirə edilmiş, yığıncaq iştirakçılarına və ictimaiyyət nümayəndələrinə görülmüş işləri əks etdirən film təqdim edilmişdir.

Hesabat dövründə əhalinin sosial müdafiəsi, mənzil-məişət, birdəfəlik maddi yardımlarla bağlı məsələləri barədə müraciətləri diqqət mərkəzində  saxlanılaraq əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən  vətəndaşlara köməkliklər göstərilmişdir.

20 Yanvar və Xocalı faciəsi günləri, «Novruz Bayramı» ərəfəsində sakinlərə ərzaq payı verilmiş və yardımlar göstərilmişdir.

Hesabat dövründə rayonun hüquq mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin,  asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

Hesabat dövrü ərzində gənclərin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar ayında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar  RİH Başçısının sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin həрbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.

          Hesabat dövründə Azərbaycan Respublikası Rrezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsi, Dövlət nəzarəti şöbəsi və digər şöbələri, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.

2019-cu ilin 3 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində  vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

2019-cu ilin 3 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 571 ərizə və müraciət  ( 2018-ci  ilin 3 ayı 864 ərizə)  daxil olmuşdur.

Onlardan 154-ü  Prezidentin Administrasiyasından,

                2-si    Milli Məclisdən, 

                25-i Nazirlər Kabinetindən,

               111-i Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən,

               279-u vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla, 17-i təkrar, 77-si kollektiv  ərizələrdir.           

Azərbaycan Respublikası Prezidenti Administrasiyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun mərkəzi respublika qəzetlərində cari ilin 06-07 fevral tarixində dərc edilmiş “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlığı ilə geniş məqaləsində vətəndaş müraciətlərinə baxılması sahəsində qarşıda duran vəzifələri, mövcud nöqsanların aradan qaldırılması istiqamətlərini müəyyənləşdirmişdir. 

RİH və yerli strukturların məsul əməkdaşları tərəfindən məqalədə qeyd olunan tövsiyələr və irəli gələn vəzifələrlə bağlı görüləcək işlərin icrasına başlanmışdır.

Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həllii ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyən olunmuş qrafikə əsasən RİH başçısı tərəfindən  rüb ərzində keçirilən 1600 sakinin iştirak etdiyi  səyyar qəbullar zamanı rayonda aparılan işlər barədə onlara ətraflı məlumatlar verilmiş, qaldırılan məsələlərə operativ baxılması və həlli ilə bağlı müvafiq tədbirlər görülmüş, bir sıra müraciətlər müsbət həllini tapmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin 3 ayı ərzində sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr  olunmuş iclasındakı  nitqindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.

Keçidlər