Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbulda
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təsdiq olunmuş qrafikə uyğun olaraq səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir. Sakinlərdən Fətullayev Eldar, Haqverdiyev Azər, İbrahimli Cümşüd, Məhərrəmova Mətanət, Qurbanova Xəyalə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, yaşıllıqların mühafizəsi və qulluq, məişət tullantıları qablarının dislokasiyası, qəzalı binanın pilot layihəyə salınması, sosial yardımlar barədə müraciətlər etmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı tərəfindən qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən ardıcıl, irimiqyaslı işlər geniş olaraq qeyd edilmiş, sakinlərə Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər barədə məlumatlar verilmişdir.