Nəsimi rayonundakı 1 saylı Körpələr - Uşaq Evində bayram tədbiri keçirilmişdir
Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.
May ayının 31-də 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində bayram tədbiri keçirilmişdir.
Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş ,burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün hər cür şərait yaradılmışdır.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyələr təqdim edilmiş, uşaqlarla birlikdə maraqlı oyunlar keçirmişlər.