Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilmişdir.
Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə rayon ərazisində yerləşən “KOALA” istirahət və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilmişdir.
Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən 11 və 268 nömrəli xüsusi məktəblərdə təhsil alan uşaqlara nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.