Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Ramazan bayramı ərəfəsində Nəsimi rayonunda aztəminatlı ailələrə bayram payları təqdim olunmuşdur

04 iyun 2019 | 16:00

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında yardım göstərmək, bir-birinə dayaq olaraq  bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Nəsimi rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunur, imkansızlara müxtəlif köməkliklər göstərilir.  Ramazan ayı ilə bağlı görülən işlər çərçivəsində növbəti tədbir - Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, 20 Yanvar, Əlillər, Gözdən Əlillər və digər ictimai təşkilatların,  rayondakı abadlıq və quruculuq işlərində yaxından iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı ilə keçirilmişdir.

Ramazan bayramı ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələr – şəhid, əlil, müharibə veteranları, sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə  ərzaq bağlamaları hazırlanmış və bu tədbirdə onlara paylanılmışdır.

Tədbirdə iştirak edənlər  Ramazan bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər