Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

04 iyun 2019 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarixi nəzərə alaraq, əldə edilən nailiyyətlərimizi, habelə qarşıda duran məsələləri və onların aradan qaldırılması üzrə tədbirləri müəyyənləşdirmək məqsədilə,hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” elan olunub. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.

Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Təbəssüm” Uşaq Musiqili Teatrının tədbiri keçirildi. Tədbirdə “Təbəssüm”ün rəqs qrupları rəngarəng milli, müasir və dünya xalqlarının rəqslərini  və maraqlı səhnəcikləri tamaşaçılara təqdim etdilər. Bir  -birindən baxımlı rəqslər öz gözəlliyi  və uşaqların rəngarəng geyimləri ilə tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Nəsimi rayon İcra Hakimiyyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə çıxış edərək “Təbəssüm”ün kollektivini təbrik etdi  və istedadlı məktəblilərə uğurlar arzulayaraq, ölkəmizdə  uşaq hüquqları,  onların  hüquqlarının müdafiəsi və qorunması  barədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi.

Tədbirdə  iştirak edən bütün iştirakçılar diplomlarla təltif olundu.

Keçidlər