Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksində “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirildi

07 iyun 2019 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarixi nəzərə alaraq, əldə edilən nailiyyətlərimizi, habelə qarşıda duran məsələləri və onların aradan qaldırılması üzrə tədbirləri müəyyənləşdirmək məqsədilə,hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” elan olunub. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə   “İnsan hüquqları aylığı” çərçivəsində Nəsimi rayonunun tam orta məktəblərində insan hüquqlarına dair mühazirə, konfrans, seminar, dəyirmi masa, disput, inşa yazı və rəsm  müsabiqələri təşkil edilmişdir. Aylıq çərçivəsində "Hüquqlarımızı bilək və qoruyaq”, “İnsan hüquqları”, “Hüquqlarımızı öyrənək və öyrədək”, "İnsan hüquqlarının müdafiəsi" və digər mövzularda tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə  şagirdlərə insan hüquqları və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmət, insan hüquqlarına əməl olunmasının zəruriliyi barədə ətraflı məlumatlar verilmişdir.    

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Bakı Slavyan Universiteti nəzdində Məktəb- Lisey Kompleksində  “Uşaqlar dünyanın çiçəkləridir” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək ölkəmizdə  uşaq hüquqları,  onların  hüquqlarının müdafiəsi və qorunması  barədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Tədbirdə Ombudsman Aparatının Uşaq hüquqları üzrə müşaviri Nigar Şəbiyeva  və BSU-nin MLK-nın müəllimi Gülnar Rəhimovanın rəhbərliyi ilə məktəblilər hazırladıqları  referatları təqdim etdilər.

Keçidlər