Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 54 nömrəli tam orta məktəbdə "Hüquqlarımızı bilək və qoruyaq” adlı tədbir keçirildi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarixi nəzərə alaraq, əldə edilən nailiyyətlərimizi, habelə qarşıda duran məsələləri və onların aradan qaldırılması üzrə tədbirləri müəyyənləşdirmək məqsədilə,hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” elan olunub. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində Nəsimi rayonunun tam orta məktəblərində insan hüquqlarına dair mühazirə, konfrans, seminar, dəyirmi masa, disput, inşa yazı və rəsm müsabiqələri təşkil edilmişdir. Aylıq çərçivəsində "Hüquqlarımızı bilək və qoruyaq”, “İnsan hüquqları”, “Hüquqlarımızı öyrənək və öyrədək”, "İnsan hüquqlarının müdafiəsi" və digər mövzularda tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə şagirdlərə insan hüquqları və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmət, insan hüquqlarına əməl olunmasının zəruriliyi barədə ətraflı məlumatlar verilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 54 nömrəli tam orta məktəbdə "Hüquqlarımızı bilək və qoruyaq” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək ölkəmizdə uşaq hüquqları, onların hüquqlarının müdafiəsi və qorunması barədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Daha sonra məktəblilər Uşaq hüquqları ilə bağlı hazırladıqları referatları təqdim etdilər. Tədbir məktəblilərin hazırladıqları kompozisiya ilə davam etdi.