Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirmişdir

10 iyun 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov qəbulda iştirak edən Azadlıq prospekti, C.Hacıbəyli, S. Zeynalov, N.Yusifbəyli, Dağıstan küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlərdən Nazir Əhmədov, Elyaz Mərdanov, Xəyalə Əliyeva, Teyfurə Əhmədova, Gülnarə Məmmədova və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən su xəttinin təmiri, mənzil şəraitinin yaxşılaşdırılması, həyətin abadlaşdırılması, uşaqların yay istirahətinin səmərəli təşkili barədə müraciətlər etmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qəbulun gedişində ölkə başçısı tərəfindən əhalinin rifahının daha da yüksəldilməsi naminə atılan addımlardan, Nəsimi rayonu ərazisində görülən abadlıq-quruculuq işləri, həmçinin sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır.

Keçidlər