Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü münasibətilə tədbir keçirildi
26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin qəsəbəsindəki «N» saylı hərbi hissəsində bayram tədbiri təşkil olundu. Qonaqlar orada xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış oldu, əsgərimizlə söhbətlər apardılar.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinın Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvəllərin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi – psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. 2016-cı ilin aprel döyüşlərində ordumuzun əks-hücüm əməliyyatı zamanı düşmənə sarsıdıcı zərbələri dediklərimizin bir daha təsdiqidir. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü qətiyyətlə bərpa edəcəkdir.
Sonra xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırıldı.
Bayram tədbiri Şahin İsmayılovun ifasında səslənən vətənpərlik mahnıları, həmçinin 2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin gənc üzvlərinin ifaları və rəngarəng rəqsləri ilə davam etdi.
Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etdilər. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti tədbirin təşkilinə görə Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildirdilər.