Nəsimi rayonunda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Sığorta həftəsi“ çərçivəsində daşınmaz əmlakın icbari sığortası üzrə məlumatlandırma işlərinin aparılması istiqamətində tədbir keçirildi.
Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin 5.2-ci Prioritetinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra Palata) tərəfindən maliyyə savadlılığının artırılması istiqamətində bir sıra işlər görülmüşdür. Bu sahədə işlərin davam etdirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti ilə birlikdə Palata tərəfindən 25 iyun 2019-cu il tarixində Bakı və Sumqayıt şəhərlərində sığorta savadlılığının artırılması, eləcə də daşınmaz əmlakın icbari sığortası üzrə məlumatlandırma işlərinin aparılması istiqamətində tədbir keçirilmişdir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev çıxış edərək sığorta savadlılığının artırılması həmçinin daşınmaz əmlakın icbarı sığortasının vacibliyi və əhəmiyyəti haqqında iclas iştirakçılarına geniş məlumat verdi.
Daha sonra tədbirin digər təşkilatçıları , Palatanın, İcbari Sığorta Bürsounun və Azərbaycan Sığortaçılar Assosisasiyasının əməkdaşları çıxış etdilər.
Müzakirə və diskussiya formatında keçirilən təlimdə iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə ediblər.