Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda səyyar qəbul keçirilmişdir.

28 iyun 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda  İ.Qasımov küçəsi, C.Məmmədquluzadə küçəsi, C.Səlimov küçəsi və digər ünvanların sakinlərinin müraciətləri dinlənilmişdir.

Sakinlərdən Məmmədov Rasim, Əhmədova Mahidə, Əliyeva Təranə, Əhmədov Vidadi, Hacıyeva Gülnarə, Əsgərov Hacı və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları məhəllənin köhnə evlərdən ibarət olduğu üçün ərazinin pilot layihəyə salınması, su xəttinin təmir olunması, ağacların budanması, həyətin abadlaşdırılması barədə müraciətlər etmişlər.

Qəbul zamanı sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  imzaladığı fərman və sərəncamlarla vətəndaşlarımızın sosial rifahının daima yaxşılaşdırlmasının, minimum əməkhaqqının 250 manata çatdırılması, bütün mərkəzi və yerli dövlət orqanlarının,  büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş, atılan addımlara görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Qəbulun gedişində Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlimatlar verilmiş, sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır. Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak etmiş, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər