Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirmişdir

17 iyul 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər sırasında məhəllədaxili yolların təmiri, binaların damlarından istifadəsiz çənlərin yığışdırılması, mənzilin təmir olunması, həyətin abadlaşdırılması, yay fəslinin gəlişi ilə bağlı uşaqların istirahətinin səmərəli təşkili və s. olmuşdur.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qəbulun gedişində ölkə başçısı tərəfindən əhalinin rifahının daha da yüksəldilməsi naminə atılan addımlardan, Nəsimi rayonu ərazisində görülən abadlıq-quruculuq işləri, həmçinin sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər