Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir. Sakinlərdən Seyidzadə Fəxrəddin, Sədaqət Xanəliyeva, Əhmədova Reyhan, İsgəndərov Qəhrəman, Zeynalov Şamxal və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, məktəblilərin yay istirahətinin təşkili və qəzalı binanın pilot layihəyə salınması, aztəminatlılar barədə müraciətlər etmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı tərəfindən qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən ardıcıl, irimiqyaslı işlər geniş olaraq qeyd edilmiş, sakinlərə Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər barədə məlumatlar verilmişdir.