Nəsimi rayonu üzrə ikinci rübün yekunları haqqında
Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi, ictimai həyatında da öz əksini tapmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri davam etdirilmişdir.
2019-cu ilin 2-ci rübündə Bakı şəhəri Nəsimi rayonunda bir sıra tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı əlamətdar hadisə olmuşdur.
Aprel ayının 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olmuş, Bakı Dəmir Yolu Vağzalında Qəbələ dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxmışdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirmişdir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyə və Gürcüstandan keçməklə martın 29-da Bakıya çatıb. Bundan əvvəl qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda test rejimində sınaqdan keçirilib. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetrə və əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılıb. Qatarda doqquz sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək. Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili bu ilə planlaşdırılıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən ikinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur.
Aprel ayının 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüb.
1993-cü ildən işğal altında olan bütün rayonlardan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 150-dən çox ailə yaşayır. Məcburi köçkün ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdiklərini bildirmiş, bu dəstəyi hər zaman hiss etdiklərini söyləmişlər.
2019-cu ilin yanvar – iyun aylarında rayonun sosial, iqtisadi inkişafının makroiqtisadi göstəriciləri
Rayonun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər aşağıdakı kimi olmuşdur.
Tikinti
2019-cu ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələri hesabına 12205,6 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.
2019-cu ilin yanvar-iyun aylarında Nəsimi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 363819,6 min manat məbləğində vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-iyun aylarında 183624,1 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
2019-cu ilin yanvar-iyun aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 606135,4 min manat olmuşdur.
Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2019-cu ilin yanvar-iyun aylarında 462707,7 min manat, əsaslı təmir 46656,6 min manat, cari təmir 61922,2 min manat, sair tikinti işləri isə 34848,9 min manat təşkil etmişdir.
Rabitə
2019-cu ilin yanvar-iyun aylarında rabitə müəssisələri tərəfindən 169631.6 min manat həcmində xidmət göstərilmişdir.
Nəqliyyat
2019-cu ilin yanvar-iyunaylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 193463.7 min manat həcmində xidmət göstərilmişdir.
İaşə dövriyyəsi
2019-cu ilin yanvar-iyun aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi 83373.3 min manat olmuşdur. Həcmin 55,4 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 46176.5 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 37196.8 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlər
Ödənişli xidmətlərin həcmi 2019-cu ilin yanvar-iyun aylarında 343202.4 min manat təşkil etmişdir.
2019-cu ilin yanvar-iyun aylarında əhaliyə göstərilən xidmətlərin 21,7 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşmış və 128641.2 min manat təşkil etmişdir.
İstehlak bazarı
2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 903220,3 min manatlıq əmtəə satılmışdır. Satılmış əmtəələrin 78,3 faizi hüquqi şəxslərin, 5,0 faizi rayonda fəaliyyət göstərən bazarın, 16,7 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür.
Sənaye sahəsi üzrə göstəricilər
2019-cu ilin II rübündə 270275.5 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
İstehsal edilmiş sənaye məhsulunun 309153.0 min manatı istehlakçılara göndərilmiş, ondan 269356.1 min manatı öz istehsalı olan mallar olmuşdur.
Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2019-cu il vəziyyətinə 2831.0 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
İşçilərin sayı və əməkhaqqı
2019-cu ilin yanvar-may aylarında Nəsimi rayonu üzrə muzdlu işçilərin sayı 167311 nəfər olmuşdur.
2019-cu ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi artaraq 726.1 manat olmuşdur.
Yeni iş yerləri
“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır.
Nəsimi rayonunda 2019-cu yanvar-iyun aylarında 2960 yeni iş yeri açılmışdır.
2019-cu ilin ikinci rübündə Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə rayon icra hakimiyyəti sosial-iqtisadi inkişafla bağlı proqnozlar, təkliflər hazırlanmış, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir.
Görülmüş tədbirlər nəticəsində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmış 925 nəfər iş yeri üzrə işlər davam etdirilmişdir.
Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.
Hazırda 25 ünvanla bağlı pilot layihələr üzrə köçürmə-söküntü və inşaat işləri davam etdirilir.
M.Qaşqay, Abbas Zamanov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın tikintisi (12 mərtəbəli) başa çatıb, aşagı mərtəbələrdə isə suvaq, santexnika, qaz xətti çəkilir, pəncərələr qoyulur, fasad və basqa işlər görülür, köçürülmüş sakinlərdən 6 nəfərinin evlərinin təmiri başa çatıb. 2-ci binanın 12-cı mərtəbəsində dəmir-qəlib, aşağı mərtbələrdə hörgü, suvaq, santexnika, elektrik və s işləri görülür. 3-cü binanın 5-ci mərtəbəsində dəmir-qəlib işləri görülür
(İcraçı-“Maşınqayıran” MTK).
S.Rüstəm, R.Axundov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 17-ci mərtəbəsinin tikintisi başa çatıb, aşağı mərtbələrdə hörgü, suvaq, santexnika, elektrik və s. işləri görülür. 2-ci binanın 13-cü mərtəbəsi tikilib. Aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika və s işləri görülür. (İçraçı- “Pilot Həyat” MTK).
S.Rüstəm, İ.Həmidov, E.Tağızadə küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar A və B blokunun 16-cı mərtəbələri başa çatıb, yekun işlər aparılır, sakinlərə veriləcək mənzillərdə təmir işləri görülür, liftlər quraşdırılır, hər iki binanın ətrafında abadlaşdırma işləri aparılır. (İcarçı-“Draft Construction”). Süleyman Rüstəm, Mikayıl Rəfili, Salatın Əsgərova küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar köçürülməsi nəzərdə tutulan 98 ailədən 88-i ilə müqavilə baglanılıb, onlardan isə 84 ailə köçürülüb. 10 mənzil və obyekt barəsində danışıq davam etdirilir. Tikiləcək 1-ci binanın təməlinin qazılması üçün hazırlıq görülür. ( İcraçı-“Draft Construction”).
Süleyman Rüstəm, Eldar Tağızadə, Vladislav Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar “C” blokunun 16-ci mərtəbəsi, ”A” və “B” blokunun 16-ci mərtəbəsində hörgü işləri görülür, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika, elektrik, pəncərə və s işləri görülür. (İcraçı -“Gold Construction”).
Ağadadaş Qurbanov, Hüseynqulu Sarabski və Bəsti Bağırova küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 14-cü mərtəbəsində və 2-ci binanın isə 13-cü mərtəbəsində dəmir-qəlib işləri, aşağı mərtəbələrdə isə hörgü, suvaq, santexnika və s. işləri görülür. (İcraçı-“ARCHİCO” MMC). N.Yusifbəyli, Mərdanov Qardaşları, Azər və Natiq Novruzov Qardaşları, Mövsün Sənani küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 15-ci mərtəbəsi başa çatıb, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika, elektrik və fasad işləri yekunlaşmaq üzrədir. 2-ci binanın 2-ci mərtəbəsində dəmir-qəlib işləri görülür. (İcraçı - “REGAL” MTK). Mirqasımov,M.Qaşqay,F.Qasımzadə və Azadlıq pr. əhatəsindəki kvartalda” Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 20-ci mərtəbəsinin tikintisi başa çatıb, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika və s. işləri aparılır. 2-ci binanın isə 20-ci mərtəbəsinin tikintisi başa çatıb, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika və s işləri aparılır. (İcraçı-“Avrasiya Construction LTD” MMC). Ak.Mirqasımov, S.Rüstəm, Xan Şuşinski və İ.Qasımov küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 17-ci mərtəbəsinin tikilməsi başa çatıb, bina daxilində hörgü, suvaq, santexnika, elektrik, təmir, binanın xarricində isə fasad işləri görülür, 2-ci binanın 4-cü mərtəbəsində dəmir-qəlib işləri görülür. ( İcraçı-“Rifah Plaza” MMC). F.Qasımzadə, Xan Şuşinski və Ak.Mirqasımov kücələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 16-cı mərtəbəsi başa çatıb, mənzillərdə təmir və fasad işləri görülür, 2-ci binanın 14-cü mərtəbəsi başa çatıb, mənzillərdə təmir və fasad işləri görülür. 3-cü binanın 5-ci mərtəbəsində, 4-cü binanın 6-cı mərtəbəsində, 5-ci binanın 2-ci mərtəbəsində dəmir-qəlib işləri görülür. (İcraçı-“Gözəl Bakı”MTK). Molla Pənah Vaqif, Mirəli Qaşqay, Hənifə Ələsgərov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 17-ci mərtəbəsində dəmir-qəlib, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika, elektrik və s. işləri görülür. 2-ci binanın 6-cı mərtəbəsində dəmir-qəlib işləri görülür. (İcraçı-“Fədək”MMC). S.Vurğun, küçəsi 941-ci kvartalda pilot layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 17-ci mərtəbəsinin tikintisi başa çatıb, bina daxilində elektrik, santexnika, havalandırma və s işlər yekunlaşmaq üzrədir və fasadda tamamlama işləri görülür. (İcraçı-“Teymuroğlu”MMC). Ə.Qasımzadə,M.Qaşqay küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 3-cü mərtəbəsində dəmir-qəlib işləri görülür. (İcraçı-“Pearl Construction”MMC). Ak.Mirqasımov , Süleyman Rüstəm, Q.Quluyev küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 15-ci mərtəbəsi başa çatıb, bina daxilində santexnika, elektrik, suvaq və s işlər görülür, 2-ci binanın 16-cı mərtəbəsi başa çatıb bina daxilində santexnika, elektrik, suvaq və s. işlər görülür, 3-cü binanın 15-ci mərtəbəsi başa çatıb, bina daxilində santexnika, elektrik, suvaq və s. işlər görülür, 4-cü binanın 14-cı mərtəbəsi başa çatıb, bina daxilində santexnika, elektrik, suvaq və s işlər görülür, 5-ci binanın 14-ci mərətəbəsi başa çatıb, bina daxilində santexnika, elektrik, suvaq və s işlər görülür. Bütün binaların aşağı mərtəbələrində hörgü işləri aparılır. (İcraçı-“Azadlıq Residense” MMC). M.Qaşqay, A.Zamanov, S.Zeynalov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci və 2-ci binaların təməli qazılır, 3-cü binanın 2-ci mərtəbəsində armatur-qəlib işləri görülür. (İcraçı-“Azəri Tikinti Şirkəti” MMCPilot-1”MMC). Mirəli Qaşqay, Sahib Zeynalov, Mikayıl Rəfili küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 14-cü mərtəbəsində dəmir qəlib, aşağı mərtəbələrdə isə hörgü-suvaq işləri görülür. (İcraçı - “AzəriTikinti Şirkəti”MMC). S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Qulu Quluyev kücələrinin əhatəsindəki kvartalda” Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 15-ci mərtəbəsində, 2-ci binanın 12-ci mərtəbəsində dəmir-qəlib işləri, aşağı mərtəbələrdə hörgü-suvaq, 3-cü binanın qeyri-yaşayış hissəsində dəmir-qəlib işləri görülür. (İcraçı-“Grand Plaza”MMC) Həsən Əliyev, Novruzov qardaşları, Sabit Rəhman və Mərdanov qardaşları küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 3-cü binanın 8-ci mərtəbəsində, 2-ci binanın 3-cü mərtəbəsində dəmir-qəlib işləri görülür. 6-cı və 7-ci binaların tikilməsi üçün köçürmə işləri aparılır. (İcraçı-“RÜR”MMC) “Pilot İnşaat-A” MMC, “Bisütun” MTK, “Malibo” MMC, “Yeni ailə”MMC, “Məkan” MMC, “Tac 1 Residence” MMC tərəfindən pilot layihələr çərçivəsində işlər davam etdirilmişdir.
Rayon ərazisində bir sıra obyektlərdə tikinti, yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Azərbaycan Neft və Sənaye Universitetinin əsas korpusunun fasad hissəsində təmir işləri davam etdirilir.
Ölkə başçısının tapşırığına əsasən paytaxtımızın mərkəz hissəsində aparılan genişmiqyaslı abadlıq, yenidənqurma işləri ilə bağlı “Bakı Abadlıq” MMC tərəfindən S.Rüstəm 2, 3, 4, 10, 12, S.Rəhimov 184, 186, 189, 195, 197, R.Behbudov 44,46, Füzuli 73, 75, 79, Azadlıq pr. 28, 33, 35,41,43, Ş.Əzizbəyov 152, 154, R.Rza 93 saylı binalarda və 44 saylı tam orta məktəbin hasarlarında və idman meydançasında təmir işləri başlanılmış, Mərdanov qardaşları 38/40 saylı binada təmir işləri başa çatmışdır. Hal-hazırda Şəmsi Bədəlbəyli 96 saylı ünvanında səkiyə tamet daşları vurulur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə 28 dekabr 2018-ci il tarixində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 387 saylı Sərəncamı ilə “2019-cı il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.
Əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində Məşğulluq Mərkəzi daha çox aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsinə üstünlük vermiş, peşə kurslarının, haqqı ödənilən içtimai işlərin səmərəliliyinin artırılmasına, peşəyönümü kurslarının təşkili sahəsində fəaliyyətinin gücləndirilməsinə diqqət artırılmışdır.
Hesabat dövrü ərzində isə 1542 nəfər Məşğulluq Mərkəzinə müraciət etmişdir. Onlardan 700 nəfərini qadınlar, 14 nəfərini məcburi köçkünlər, 17 nəfərini əlillər təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTU” proqramına əsasən Nəsimi Rayon Məşğulluq Mərkəzi vasitəsilə 914 nəfər ictimai işlərə cəlb edilmişdir.
Qeyri-məşğul əhalinin qanunla müəyyən edilmiş kateqoriyalarının peşə hazırlığı və peşə təlimi kurslarına cəlb edilməsi tədbirlərinin həyata keçirilməsi də rayon əhalisinin məşğulluğuna müsbət təsir edəcək şərtlərdən biridir.
İşaxtaran vətəndaşların, o cümlədən gənclərin peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə 228 nəfər işaxtaran vətəndaşla fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə məsləhətlərinə cəlb edilməsi mümkün olmuşdur.
2019-ci ilin 6 ayı ərzində 8 orta məktəbdə 491 nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələlər keçirilmişdir. Məşğələlərdə şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, perspektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmiş, peşəyönümü haqqında əyani vəsait paylanılmışdır.
Hesabat dövrü ərzində Məşğulluq Mərkəzi tərəfindən 33 nəfərə işsizlik siğortası təyin edilmişdir.
Bu gün ölkədə makroiqtisadi göstəricilərin dinamikasında müşahidə olunan dəyişikliklər iqtisadiyyatın sosial yönümlü inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və məşğulluğun inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülməsi davam etdirilməkdədir.
2019-cu ilin II rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsində 2019-cu ilin II rübü ərzində qeydiyyatda olan əmək pensiyaçılarının sayı 25858 nəfər (6066 nəfəri işləyən, 19792 nəfəri isə işləməyən) təşkil edir. Bunlardan yaşa görə əmək pensiyaçıları 16760 nəfər, əlilliyə görə əmək pensiyaçıları 6237 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyaçıları 2861 nəfər təşkil edir.
Sosial müavinət 3852 nəfər, Prezident təqaüdü 3339 nəfər, sosial yardım 317 nəfər olmaqla 7508 nəfər təşkil edir.
Bu Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi üzrə 22251 nəfər pensiyaçının əmək pensiyasının sığorta hissəsi üzrə aylıq 166,5 min manat artım olunaraq ödənilmişdir.
Ümumiyyətlə, 2019-cu ilin II rübü ərzində pensiyaların ödənilməsinə 21775,1 min manat, dəfn xərcinin ödənilməsinə 83,1 min manat, qanunvericiliyə müvafiq olaraq məhkəmə qərarlarına əsasən pensiyalardan tutularaq köçürmələr 25,6 min manat, fiziki şəxslərə 10,8 min manat, pensiya və müavinətlərin ödənilməsinə görə 87,7 min manat xidmət haqqı ödənilmişdir.
Hesabat dövründə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1, 2, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərmişlər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırıqlarına əsasən nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçotla bağlı məlumatların Dövlət Statistika Komitəsinin internet sıhifəsinin “E-hesabatlar” bölməsinin məlumat bazasına yerləşdirilməsi işləri aparılmışdır.
1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazsində 2-ci rüb ərzində bir sıra tədbirlər həyata keçirilmişdir.
10.04.2019-cu il tarixində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 4-cü mikrorayonun, həmçinin Cavadxan küçəsi, H.Seyidzadə küçəsi, 3-cü Alatava və digər ünvanların sakinlərinin müraciətləri dinlənilmişdir.
11.04.2019 - cu il tarixində Aprel ayının 11-də Cavadxan küçəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəsimi rayon İcra Hakimiyyəti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin 1 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Könüllülər, Bakı Slavyan Universitetində təhsil alan tələbələr, o cümlədən əcnəbi tələbələr yaxından fəal etmişlər. Gənclər bayram əhval ruhiyyəsi ilə vətənpərvərlik mahnıları oxuyaraq, birlikdə rəqslər etmişlər.
14.05.2019-cu il tarixində Nəsimi rayon İcra Hakimiyyəti başçısının təsdiq olunmuş qrafikə uyğun olaraq 4-cü mikrorayon H.Seyidzadə küçəsi 28 ünvanda növbəti səyyar qəbulu təşkil olunmuşdur. Mikrorayonda, o cümlədən Mir Cəlal, H.Seyidzadə, M. Kazımovski, H.B. Əliyev, A.Mustafayev küçələrində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
29.05.2019 - cu il tarixində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər sırasında məhəllədaxili yolların təmiri, binaların damlarından istifadəsiz çənlərin yığışdırılması, mənzilin təmir olunması, həyətin abadlaşdırılması, yay fəslinin gəlişi ilə bağlı uşaqların istirahətinin səmərəli təşkili və s. olmuşdur.
12.06.2019-cu il tarixində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 38 ünvanda növbəti səyyar qəbulu təşkil olunmuş, sakinlərin müraciətlərini dinləmiş, həyətin abadlaşması ilə bağlı layihəni sakinlərlə müzakirə etmişdir. Mikrorayonda, o cümlədən 20 Yanvar, M.Cəfərov, C.Səlimov, Cavadxan küçələri, Moskva prospekti ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 23, 31, 33, 51, 65, 77 saylı MKİS-lər, xüsusi təyinatlı MKİS-lərlə əlaqəli olaraq ərazinin təmizliyi və abadlığının təmin olunması, sakinlərin qaldırdığı məsələlərin həlli istiqamətində tədbirlər görülmüşdür.
2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazsində 2-ci rüb ərzində bir sıra tədbirlər həyata keçirilmişdir.
03.04.2019-cu il tarixində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda Bakıxanov küşəsi 643-cü məhəlləni əhatə edən ünvanların sakinlərinin müraciətləri dinlənilmişdir.
24.04.2019-cu il tarixində S.Rüstəm küşəsi 31 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
03.05.2019-cu il tarixində M.Qasımov küşəsi 6 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
07.06.2019-cu il tarixində Dağıstan küçəsi 36 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
28.06.2019-cu il tarixində S.Vurğun küçəsi 112 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 13, 14, 16, 52, 59 saylı MKİS-lər, xüsusi təyinatlı MKİS-lərlə əlaqəli olaraq ərazinin təmizliyi və abadlığının təmin olunması, sakinlərin qaldırdığı məsələlərin həlli istiqamətində tədbirlər görülmüşdür.
3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazsində 2-ci rüb ərzində bir sıra tədbirlər həyata keçirilmişdir.
17.04.2019-cu il tarixində R.Behbudov küşəsi 11 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
08.05.2019-cu il tarixində Ş.Əzizbəyov küşəsi 108 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
04.06.2019-cu il tarixində S.Rəhimov 145 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 15, 17, 41, 48, 49 saylı MKİS-lər, xüsusi təyinatlı MKİS-lərlə əlaqəli olaraq ərazinin təmizliyi və abadlığının təmin olunması, sakinlərin qaldırdığı məsələlərin həlli istiqamətində tədbirlər görülmüşdür.
6 ay ərzində rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən R.Məmmədov küçəsi 25, 27 ünvanlarda binaların həyətində abadlıq işləri aparılmış, uşaq-oyun əyləncə elementləri quraşdırılmış, “şahmat” meydançası yaradılmış, oturacaqlar quraşdırılmış, 418 kv.m qazon, 32.1 kv.m. tamet daşları, 1608 kv.m asfalt örtüyü vurulmuş, 400 kv.m bardyur düzülmüşdür.
Moskva pr. 46,48, H.Seyidzadə küçəsi 9,11,13 saylı ünvanların həyətlərində “Abad həyət” çərçivəsində işlər başlanılmışdır. H.Seyidzadə küçəsi 20a, 22a, 24a, 26, 28 saylı ünvanlarda – binaların həyətində “Abad həyət” istirahət guşəsi salınmış, binaların fasadları əsaslı təmir edilmiş, rənglənmiş, qapı və pəncərələri yenisi ilə əvəz edilmiş, həyətləri əsaslı təmir edilərək, 3 ədəd uşaq oyun əyləncə qurğuları quraşdırılmış, 1 ədəd futbol meydançası salınmış, idman qurğuları quraşdırılmış, işıq dirəkləri quraşdırılmış, 4250 kv.m qazon salınmış, 1400 kv.m tamet daşları döşənmiş, 2000 p.m. bardyur düzülmüş, 2800 kv.m asfalt örtüyü vurulmuş, həmin binaların dam örtüyü əsaslı təmir edilmiş, suötürücü borular yenisi ilə əvəz edilmiş, tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır. Ümumilikdə əraziyə 18 ədəd veb kamera quraşdırılmışdır.
Moskva pr. 46,48 və Cavadxan küçəsi 1 saylı binaların fasadlarında və dam örtüklərində əsaslı təmir işləri başa çatdrılmış, həyətlərində isə “Abad həyət” istirahət guşəsi yaradılmşdır. Cavadxan küçəsi 3,5 7 saylı binaların fasadlarında əsaslı təmir işlərinə başlanmış, həyətlərində abadlıq işləri davam etdirilir.
2-5-ci mik. ərazisində Cavadxan küçəsi boyu yerləşən yaşıllıq zolağında 500 ədəd müxtəlif növ ağac əkilmuş, 300 p.m. su xətti çəkilmişdir.
A.Məhərrəmov küçəsində yol əsaslı təmirə başlanmışdır. Hal-hazırda işlər davam etdirilir. Parkda cari təmir işləri aparılmış oturacaqlar və söhbətgahlar izolyasiya edilmişdir.
M.Cəlal küçəsi parkda 2000 ədəd gül-çiçək əkilmiş, 200 kv.m qazon örtüyü bərpa edilmişdir.
Rayon ərazisində yerləşən park və xiyabanlarda 200 ədəd oturacaq təmir işləri aparılaraq rənglənmiş, 100 k.v.m yararsız hala düşmüş tamet daşları və istinad divarları bərpa edilmişdir.
R.Məmmədov küçəsi parkda cari təmir işləri aparılmış, işıqlandırma bərpa edilmişdir.
Bütün bunlarla yanaşı rayon ərazisində 600 kv.m qazon dəyişdirilmiş, 2000 ədəd gül və 2200 ədəd ağac əkilmişdir.
2019-cu il “Nəsimi ili” elan edilməsi ilə bağlı “Nəsimi” heykəlinin ətrafında abadlıq-quruculuq işləri aparılmışdır.
Rayon ərazisində “Bakı Abadlıq Xidməti” MMC tərəfindən 2019-cu ilin II rübü ərzində H.Aslanov, Ə.Quliyev, Ak.Ə.Topçubaşov küçələrində yollar əsaslı təmir edilərək, 9200 kv.m asfalt örtüyü, 3400 p.m. bardyur döşənmiş, 150 ədəd gül dibçəkləri düzülmüşdür.
Azadlıq prospektində 200 kv.m, Bül-bül pr.də 100 kv.m, S.Vurğun küçəsində 120 kv.m, Bakıxanov küçəsi 80 kv.m daş döşənmişdir.
Ü.Hacıbəyov küçəsi boyu yol kənarlarında yaşıllıq zolağı bərpa edilmiş və 400 kv.m qazon və 500 ədəd gül-çiçək əkilmişdir.
Rayon ərazisində yerləşən 1080 ədəd zibil konteyneri rənglənmiş, 600 ədəd zibil konteynerlərinin təkərləri dəyişdirilmiş, 90 ədəd konteyner isə yenisi ilə əvəz edilmişdir. Hər gün bərk məişət tullantılarının aidiyyəti poliqonlara daşınmasına nəzarət təşkil edilmişdir.
Rayon ərazisindəki küçələr, bağlar, parklar, meydanlar, qazonlar və yaşıllıqlar, həyətlər hər gün süpürülmüş, yaranan süpürüntü kütləsi MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmışdır.
Hər gün ərazinin sanitar-təmizlik və ekolioji vəziyyətinə nəzarət təşkil olunmuş, yaranan problemlər aradan qaldırılmışdır. Bəzi binaların zirzəmisinə dolmuş çirkab və qurunt suları kənarlaşdırılmışdır.
Nəsimi rayon Sukanal idarəsi tərəfindən rayon ərazisində su təchizatı 100% olmuşdur. Abonentlərin ümumi sayı 71800-dən artıqdır, o cümlədən: -əhali sektoru üzrə 64279 abonentə, qeyri-əhali sektoru üzrə -7600 abonentə xidmət göstərilir.
Rayon əhalisini su ilə təmin edən və rayonun hüdudları çərçivəsində istismar olunan magistral su kəmərlərinin və məhəllədaxili su xətlərinin ümumi uzunluğu 303.8 km-dən (magistral xətlər-138.8km, məhəllədaxili şəbəkə-165.0km) artıqdır. İstismar olunan kanalizasiya şəbəkəsinin ümumi uzunluğu 162.0 km, yağış sularının axıdılması kollektorlarının ümumi üzunluğu-14.8 km-dən artıqdır. İstismar olunan və yararlı vəziyyətdə olan kanalizasiya nəzarət-baxış quyularının sayı-12000 ədəd, yağış barmaqlıqlarının sayı isə-690 ədəddir.
8 ünvanda ümumi həcmi 5154.0 m3 olan su anbarı istismar olunur və aprel-may aylarında yuyulub-zərərsizləşdirilməsi işləri təsdiq olunmuş plan-qrafikə əsasən icra olunmuşdur.
71735 abonentin 61500 nəfərindən artıq su sayğacı ilə təmin edilmişdir. Sayğaclı abonentlərin sayı 85.8 % təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sayğaclı abonentlərin sayı 1.9% artmışdır Ümumi abonentlərin 30%-indən çoxu “Smart” tipli sayğaclarla təmin olunmuşlar. 2019-cu ilin 1-ci yarımilliyində rayon ərazisində 4500-dən artıq yeni su sayğacı quraşdırılmış, təmir olunmuş, dəyişdirilmiş və ya qeydiyyata alınmışdır.
Su və kanalizasiya şəbəkələri üzrə ümumi uzunluğu 1110.0 pm olan müxtəlif diametrli su xətləri çəkilmiş, 750.0 metrdən çox təmir olunmuşdur. 1051,0 pm müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilərək, yenisi ilə əvəz olunmuşdur. Magistral və məhəllədaxili su kəmərlərində 4491 ünvanda, kanalizasiya şəbəkələrində isə 6315 ünvanda baş vermiş qəzalar aradan qaldırılmışdır. Rayon ərazisində müxtəlif diametrə malik 32 ədəd yeni siyirtmə quraşdırılıb istismara verilmiş, 25 ədəd siyirtmə təmir olunmuşdur. 9 ədəd yeni yerüstü hidrant quraşdırılmışdır. Məhəllədaxili nasos stansiyalarında 2019-cu ilin 1-ci 6 ayı ərzində müxtəlif gücə malik 66 ədəd elektrik mühərriki, müxtəlif markalı 62 ədəd su nasosu təmir olunaraq istismara verilmişdir. 2019-cu ilin 6 ayı ərzində 17000.0pm-dən çox fekal kanalizasiya şəbəkəsi, 5100.0 pm-dən çox yağış kanalizasiya şəbəkəsi yuyulmuş, 690 ədəd yağış barmaqlıqları, 2600 ədəd kanalizasiya quyusu təmizlənmişdir, 7 ədəd yeni yağış barmaqlığı, 11 ədəd yeni çuqun kanalizasiya qapaq dəsti quraşdırılmışdır.
Nəsimi rayonu Sukanal idarəsinin xidməti ərazisində, Asif Məhərrəmov küçəsinin Mir Cəlal və 3-cü mikrorayon dairəsi aralığında və Mirəli Qaşqay küçəsinin Vaqif prospekti ilə Salatın Əsgərova küçələri aralığıda küçənin yenidən qurulması və asfalt örtüyünün təzələnməsi işləri aparılır.
Asif Məhərrəmov küçəsi boyunca: d-355mm, polietilen 220.0pm uzunluğunda və d-280mm-lik polietilen 1480,0pm uzunluğunda su xətti çəkilib, 7 ədəd d-110mm-lik məhəllədaxili ayrılma verilib, siyirtmə quraşdırılıb və şəbəkəyə birləşdirilib, 3 ədəd yerüstü hidrant quraşdırılıb.
Mirəli Qaşqay küçəsi boyunca: d-280mm-lik, 1090,0pm polietilen su xətti çəkilib, 1 ədəd d-225mm-lik 24,0pm, 3 ədəd d-160mm-lik 12.0pm, d-110mm-lik 590,0pm ayrılma verilib, siyirtmə quraşdırılıb və şəbəkəyə birləşdirilib, 4 ədəd yerüstü hidrant quraşdırılıb.
Ümumilikdə podratçı təşkilat tərəfindən 2019-cu ilin birinci yarım ili ərzində müxtəlif diametrli 3500.0 pm-dan artıq yeni su xətti çəkilib, 13 ədəd yeni siyirtmə və 7 ədəd yeni yerüstü hidrant quraşdırılıb.
“Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən bu ilin 6 ayı ərzində 26 ədəd qazanxana, 19 ədəd istilik məntəqəsilə istilik enerjisi istehsal edilərək 220 ədəd yaşayış binası, 6 səhiyyə, 15 məktəb, 10 uşaq bağçası və 21 ədəd digər obyekti fasiləsiz olaraq istiliklə təmin edilmişdir.
H.B.Əliyev 8, 18, 48, H.Seyidzadə 26, Cavadxan 29, 40, S.Rüstəm 33, Cavadxan 3, 20 Yanvar 23 a, Asif Məhərrəmov 46, Bakıxanov 24 və 26, III mikrorayon 6 saylı istilik məntəqəsinə, 164 saylı orta məktəbə gedən borular təmir olunmuş, 77, 139, 365 saylı qazanxanalarda və 4-cü əlavə mikrorayon 1 saylı istilik məntəqəsində 3 ədəd şəbəkə nasosu, 1 ədəd bəsləyici nasosun diyircəkli yasdıqları dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
1 saylı Rayon İstilik qazanxanasında 3 saylı PTVM-50 tipli qazanın ekran və konvektiv hissə boruları əsaslı təmir olunaraq sınaqdan keçirilmiş, istismara verilmişdir.
77 saylı qazanxanada şəbəkə nasosunun 2 ədəd D=100 m giriş-çıxış siyirtməsi açılaraq cari təftiş təmir olunmuş və yerinə quraşdırılmışdır.
Biləvasitə A.Mustafayev 14 ünvanında 2 ədəd, H.B.Əliyev 40 ünvanında 2 ədəd, H.B.Əliyev 38 ünvanında 2 ədəd, A.Məhərrəmov 47 ünvanında 2 ədəd, müxtəlif diyametirli siyirtmələr açılaraq təftiş təmir olunmuş və yerinə quraşdırılmışdır.
Bunlarla yanaşı, İ.Qasımov 4, Aazadlıq prospekti 82, Moskva prospekti 48.58.60, S.Vurğun 116, M.Cəlal 32.54, Cavadxan 21.23.36.38, və.s ünvanlarda məhəllə daxili və aşağı paylama istilik xətlərində cari təmir işləri görulmuş, yaranan axıntılar aradan qaldırılaraq, sakinlər istilik enerjisi ilə təmin olunmuşdur. A.Mustafayev 15.17.17A., S.Rüstəm 33.35.37, S.Vurgun 116, Mir Cəlal 56.60 , A.Məhərəmov 15.21.28, Cavadxan 10.12.14.32.34. Qulu Quliyev 11/13 ünvaninda aşağı paylama istilik xətlərində cari təmir işləri aparılmışdır.
Aprel ayının 15-dən 2018-2019-cu il payız-qış mövsümü başa çatmışdır. Qazanxanalar dayandırıldıqdan sonra istilik xətlərində hidravliki sınaq aparılmış və yaranan qüsurlar aşkarlanmışdır.
Payız-qış mövsümünün bitməsi ilə əlaqədar olaraq tədbirlər planı işlənilib hazırlanmış, istilik xətlərində yaranan qüsurlar tədbirlər planına salınmışdır.
2019-2020-ci il tədbirlər pılanına uyğun olaraq 26 ədəd qazanxanada kompleks yoxlanma işləri aparılmışdır.
26 ədəd qazanxanada 60 ədəd qazan açılaraq təftiş olunmuş, onlardan 46 ədədi mexaniki təmizlənmiş, 5 ədədində cari təmir işləri görülmüşdür. 99 və 139 saylı qazanxanalarda 4 ədəd qazan kimyəvi üsulla ərpdən təmizlənmişdir. Qazanxanalarda tüstü yolları təftiş edilmiş və təmizlənmişdir.
Bütün qazanxana və istilik məntəqələrində NÖC və A Xidməti avadanlıqları qoruyucu klapanlar, manometrlər, partlayıcı klapanlar, əks klapanlar açılaraq təftiş olunmuş, “Azəristiliktəchizat” ASC-nin nəzdində olan Nəzarət Ölçü Cihazları Xidmətinin laboratoriyasında sınaqdan keçirilmiş, kalibirləşdirilərək işçi vəziyyətə gətirilmiş, möhürlənmiş və yerinə quraşdırılmışdır. Bütün qazanxanalarda elektrik avadanlıqları təftiş olunmuş elektrik mühafizə releləri, avtomatlar, maqnit işə salıcılar təftiş edilmiş, elektrik nasoslarının diyircəkli yastıqları yoxlanmışdır. 85 saylı qazanxanada 2 ədəd, 90 saylı qazanxanada 4 ədəd, 365 saylı qazanxanada 4 ədəd diyircəkli yastıqlar dəyişdirilmiş, elektrik mühərrikləri sazlanmışdır. Bu qazanxanalarda müxtəlif həcimli 32 ədəd ehtiyat su çəni təmizlənmişdir, 81 və 90 saylı qazanxanada 2 ədəd su çəni təmir olunmuşdur.
2018-2019-cu il payız qış mövsümü bitdikdən sonra qaz xətləri qazanalizator vasitəsi ilə yoxlanmış, qaz avadanlıqları təftiş, təmir olunmuş və qaz sızmaları bir daha yoxlanılaraq avadanlıqlar işçi vəziyyətə gətirilmişdir.
Qazanxanalarda olan 14 ədəd istilik mübadilə aparatı mexaniki və kimyəvi üsulla təmizlənərək işçi vəziyyətə gətirilmişdir.
30 ədəd su yumşaldıcı qurğu təftiş olunmuş, kotionit əlavə olunaraq növbəti payız qış mövsümünə hazır vəziyyətə gətirilmişdir.
Ümumilikdə, bütün qazanxanalarda, istilik məntəqələrində və istilik xətlərində quraşdırılan 940 ədəd siyirtmə təftiş təmir olunmuşdur. Bunlardan 42 ədədi cari təmir olunmuş, 20 ədədi əsaslı təmir olunmuş, 14 ədədi yenisi ilə əvəz olunmuşdur. Bu qazanxanalarda 66 ədəd genişlənmə çəni təftiş olunmuş, hava hissəsində təzyiq yoxlanılaraq işçi vəziyyətə gətirilmişdir. İşlər bitdikdən sonra qazanxanalar “Azəristiliktəchizat” ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.
Tədbirlər planına əsasən RİQ-1 in ərazisində şəbəkə nasoslarının giriş kollektoru dəyişilərək əsaslı təmir edilmiş, 2-ci magistral istilik xəttində aşkarlanan qüsur aradan qaldırılmışdır. Həmin işlərlə əlaqədar D=720 9 metr, D=530 22 metr ,D=426 12 metr boru dəyişdirilmişdir.
Bu işlərlə yanaşı, 1-mkr. ərazisində Cavadxan-1 ünvanında yeni salınan “ABAD Həyat” layihəsi ilə əlaqədar 640 p/m müxtəlif diametrli borular dəyişdirilmişdir.
“BAKI ŞƏHƏR İŞIĞI” EŞM-NİN NƏSİMİ TİR tərəfindən 2019-ci ilin II rüb ərzində C.Məmmədquluzadə və A.Məhərrəmov küçələrində - 7 sink örtüklü dirək, 8 ədəd çıraq quraşdırılmışdır.
Nəsimi rayon ərazisində müəyyən vaxtlarda maşınlar tərəfindən vurularaq istifadəyə yararsız hala düşmüş İtalya və Rusiya istehsalı işıq olan 11 ədəd Palerma, 1 ədəd Fənər dirəkləri yeniləri ilə əvəz olunmuşdur. 3270 m. müxtəlif ölçülü kabel və naqillər, 300 ədəd fasad işıqları, 2100 ədəd lampalar quraşdırılmışdır.
Nəsimi rayonu ərazisində rayon ETSİ tərəfindən əhalinin fasiləsiz, stabil elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər davam etdirilmişdir. 10/6/0,4 kv-luq istismar şöbəsi üzrə 52 ədəd TM-də ( 96; 831; 783; 723; 621; 183; 188; 357; 360; 380; 615; 575; 572; 560; 532; 381; 209; 408; 421; 424 ; 526; 523; 522; 478; 463; 432; 434; 436; 440; 444; 450; 422; 414; 400; 396; 449; 459; 470; 461; 479 və KTM- 302; 464; 823; 1094; 1494; 596 ; 2687; 1961; 594; 1321; 1031; 1853) elektrik avadanlıqları təftiş olunub, sınaq işləri aparılıb və torpaqlanma müqaviməti yoxlanılıb. Sayğaclaşma və yenidənqurma zamanı – 102 ədəd təksayğaclı qutu, 1 ədəd 6 sayğaclı pano və 1 ədəd 8 sayğaclı pano quraşdırılmışdır. 110/35/10 kv-luq istismar şöbəsi üzrə Dağlıq y/st-da 110 kv-luq və 16 kv-luq QPQ-nin damı təmir olunmuş, 35/0,4 kv-luq Dostluq y/st-da 2500 mva Tr-r №1 və №2 cari, 35/10\6 kv-luq 111 saylı y/st-da 3466 №1, 2 kabel xəttinin yuvaları təmir olunmuşdur, 35/10/6 kv-luq 111 saylı y/st-da 1 №li 25 kva tr-or, 35/10/6 kv-luq 111 saylı y/st-da 2 №li 20 mva tr-or, 35/10/6 kv-luq 111 saylı y/st-da 4, 3 №li 25 mva tr-un 35 kv-luq açarı, 35/10 kv-luq 110 saylı y/st-da hər iki 10 mva transformatorların otaqları, 35/10 kv-luq 100 saylı y/st-da hər iki X/STR transformatorların otaqları, 35/10/6 kv-luq 111 saylı y/st-da 3 və 2 saylı transformatorların otaqları təmir olunmuşdur.
2019-cu ilin ikinci rübü ərzində rayonda Rayon Icra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər, görüşlər və toplantılar təşkil olunaraq keçirilmişdir.
Aprel ayının 3-də 2 nömrəli SİƏD üzrə 643 məhəllədə RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
Aprel ayının 4-də Nəsimi Rayon İcra Hakimiyyəti və rayon Ağbirçəklər Şurasının birgə təşkilatçılığı ilə “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə mövzu ilə bağlı çıxış edənlər tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün görülən kompleks tədbirlərin əhəmiyyəti qeyd edilmişdir.
Aprel ayının 7-də mikrorayon ərazisində - Cavadxan küçəsi 40 ünvanında rayon İcra Hakimiyyəti rəhbərliyinin, rayonun idarə, müəssisə, təşkilat və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilmişdir. Aksiya zamanı 500-dən artıq həmişəyaşıl müxtəlif növ ağaclar əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.
Aprel ayının 6-da Nəsimi rayon İcra Hakimiyyətində rayonun təsərrüfat, xidmət sahələrinin və mənzil-tikinti koperativlərinin rəhbərlərinin iştirakı ilə rayonun sanitar-təmizlik vəziyyətinə, çoxmənzilli yaşayış binalarında yanğından mühafizə ilə əlaqədar müvafiq tədbirlərin görülməsinə və rayon ərazisindəki mənzil-tikinti koperativlərinə məxsus çoxmənzilli yaşayış binalarında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılmasına həsr olunmuş müşavirə keçirilmişdir.
Aprel ayının 8-də Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilib. 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə keçirilən ağacəkmə kompaniyası başa çatdıqdan sonra rayonun Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə geniş konsert proqramı keçirilmişdir. Tədbirdə rayonun 200-dən artıq orta məktəb şagirdləri və gənclərinin iştirakı ilə “10 milyon” fləşmobu nümayiş etdirilmişdir. Tanınmış müğənnilər, incəsənət ustaları və rayonda fəaliyyət göstərən 2, 3 və 5 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin rəqs kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmış, tədbirdə Azərbaycanın 10 milyonuncu vətəndaşının şərəfinə hazırlanmış “Qədəmlərin uğurlu olsun” tortu iştirakçıların alqış sədaları altında tədbirin ən yaşlı və ən gənc iştirakçısı tərəfindən kəsilmişdir. Rayon sakinləri 10 milyonuncu sakinin şərəfinə keçirilən atəşfəşanlığa maraqla tamaşa etmişlər.
Aprel ayının 10-da Nəsimi rayonu 8 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekun mərhələsi keçirilmiş, qonaqlar ilk öncə müsabiqənin təqdim etdiyi beş mövzu üzrə məktəblilərin hazırladıqları sərgi – təqdimat ilə yaxından tanış olmuşlar. Tədbirdə layihənin məqsədi haqqında qonaqlara geniş məlumat verilərək komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 70-dən çox elmi işdən seçilmiş 10 ən yaxşı referat - məktəblilərin hazırladığı təqdimatlar edilmiş, sonda Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilərə, müsabiqənin keçirilməsində yaxından iştirak edən tarix müəllimlərinə Fəxri Fərmanlar və müsabiqədə fəal iştirak edən məktəblilərə isə Təşəkkürnamələr təqdim olunmuşdur.
Aprel ayının 10-da 1 nömrəli SİƏD üzrə 4-cü mikrorayon, H.Seyidzadə küçəsi 68 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
Aprel ayının 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəsimi rayon İcra Hakimiyyəti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin 1 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Könüllülər, Bakı Slavyan Universitetində təhsil alan tələbələr, o cümlədən əcnəbi tələbələr yaxından fəal iştirak etmişlər. Gənclər bayram əhval ruhiyyəsi ilə birlikdə vətənpərvərlik mahnıları və rəqslər ifa etmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli, 689 nömrəli və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il 11 yanvar tarixli, 886 nömrəli Sərəncamlarının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə Tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planında rayonda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılanması üçün silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. İstedadlı gənclər arasında Nəsimi qəzəllərindən ibarət “Nəsimi” müsabiqəsinin, gənc musiqiçilərin iştirakı ilə Nəsiminin qəzəllərini ifa etməklə “Muğam” müsabiqəsinin keçirilməsi, rəsm əsərləri, ən yaxşı ədəbi-bədii kompozisiyalar və referatların hazırlanması üçün müsabiqə elan edilmiş və ilin sonunadək keçiriləcək tədbirlərdə qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.
Aprel ayının 16-da rayon İcra Hakimiyyətində “Məndə sığar iki cahan...” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Aprel ayının 13-də Nəsimi rayon İcra Hakimiyyətində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun Türkiyədə keçiriləcək 41-ci TRT 23 aprel - Beynəlxalq Uşaq şənliyində iştirak etmək üçün yola salınmışdır. Yolasalma mərasimində Azərbaycanı qardaş ölkədə təmsil edəcək uşaqlar çıxış etmişlər. Mərkəzin istedadlı uşaqları Türkiyənin Samsun və İzmit şəhərində keçiriləcək bayram tədbirlərində iştirak etmişlər.
Aprel ayının 16-da Nəsimi rayon İcra Hakimiyyətində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin Türkiyədə keçiriləcək tədbirdə iştirakı ilə əlaqədar tədbir keçirilmişdir. Yolasalma mərasimində Azərbaycanı qardaş ölkədə təmsil edəcək uşaqlar çıxış edərək, onlara göstərilən bu ehtimadı doğruldacaqlarına söz verdilər. Mərkəz 18-26 aprel 2019-cu il tarixlərdə Türkiyənin İstanbul şəhərində keçirilmiş Beynəlxalq İstanbul Ataşəhər Uşaq Festivalında iştirak etmişdir.
Aprel ayının 17-də 3 nömrəli SİƏD üzrə R.Behbudov küçəsi 11 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
Aprel ayının 17-də Nəsimi rayon 240 nömrəli tam orta məktəbdə “Qəhrəmanlarımız qürurumuzdur” adlı tədbir keçirilmişdir. Tədbirdə Nəsimi Rayon Qarabağ Əlillər Cəmiyyətinin sədri Azər Quliyev, Azərbaycan Respublikasının Milli Qəhrəmanları Mirzə Quliyev və Zabit Quliyev iştirak etmişlər. Milli Qəhrəmanların keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilmiş, göstərdikləri qəhrəmanlıqlardan söhbət açılmışdır. Milli Qəhrəmanlar isə çıxışlarında məktəblilərlə Vətən sevgisini yaddaqalan döyüş xatirələri ilə bildirdilər. Sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndi, şeirlər söyləndi, rəqslər nümayiş etdirildi. Tədbirin sonunda şəadətli Azərbaycan zabitləri ilə xatirə şəkilləri çəkdirilmişdir.
Aprel ayının 18-də Tarixi Abidələrin Mühafizəsi Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir. Gənclər ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını bildirmiş, sonra könüllü gənclərin iştirakı ilə rayon ərazisində yerləşən Zorgenin xatirə - memarlıq kompleksində, “1941-1945” xatirə-memarlıq kompleksində, Mustafa Kamal Atatürkün, Koroğlunun, Nəsiminin və digər abidələrin ətrafinda abadlıq və təmizlik işləri aparılmışdır. Daha sonra tədbir Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisində gənclərin iştirakı davam etmişdir. Tədbirdə Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs kollektivi, 7 saylı musiqi məktəbi və 240 nömrəli tam orta məktəbin istedadlı şagirdləri musiqi nömrələri ilə çıxış etmişlər.
Aprel ayının 22-də YAP Nəsimi rayon təşkilatının qərargahında YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V Hesabat-Seçki konransı keçirilmişdir.
Aprel ayının 23-də bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin görüşü keçirilmişdir. Çernobılçılar adından çıxış edən cəmiyyətin Nəsimi rayon təşkilatının sədri Xələf Həsrətov, rayon ağsaqqalı Aydın Heydərov, Nəsimi rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev onlara göstərilən diqqət və qayğıya görə ökə rəhbərinə minnətdarlıqlarını birdirmişdilər. Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunmuşdur.
Aprel ayının 24-də 2 nömrəli SİƏD üzrə S.Rüstəm küçəsi 31 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
Aprel ayının 25-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 42 sayli tam orta məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda geniş maarifləndirici tədbir keçirilmişdir. Bu tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılması olmuşdur. Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər, diskussiyalar aparılmışdır. Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı. Məktəbin foyesində, dəhlizlərində və akt zalında şagirdlərin rəsm və əl işlərindən barət sərgi təşkil olunmuşdur.
Aprel ayında respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftolmoloq, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi Nəsimi rayonunda geniş qeyd olunmuşdur. Əlamətdar günlə bağlı idarə və təşkilatlarda görkəmli alimin xatirəsinə həsr olunmuş bir sıra tədbirlər təşkil olunmuşdur. Tədbirlər çərçivəsində rayonun orta məktəblərində görkəmli oftolmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş «Azərbaycan qadını», «Gözlərə işıq, nur bəxş edən insan» və «Ana - müqəddəslik zirvəsidir» mövzularında inşa yazı, divar qəzetləri, bədii qiraət müsabiqələri, rəsm əsərləri sərgisi, idman yarışları keçirilmiş, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılmışdır.
Aprel ayının 25-də Nəsimi rayon İcra hakimiyyəti Azərbaycan Tibb Universiteti ilə birlikdə görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və Tibb Universitetinin rektoru Gəray Gəraybəyli oftolmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd etmişlər. Daha sonra Azərbaycan Tibb Universitetinin “Oftalmologiya” kafedrasının müdiri professor Paşa Musayev və “Oftalmologiya” kafdrasının dosenti Solmaz Əliyeva Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini yüksək dəyərləndirmişlər. Tədbirin sonunda pulsuz tibbi müayinəsi təşkil edilmiş aztəminatlı ailələrdən olan bir qrup məktəbliyə eynəklər hədiyyə edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinn təşkilatçılığı ilə aprel ayının 26-da rayon sakinlərinin pulsuz göz müayinəsi təşkil olunmuşdur. CeLaMiG Göz Lazer Klinikasında ixtisaslı həkimlər - tibb elmləri namizədi Akif Sadıxov, uzman oftalmoloq Əhməd Abdullayev, oftalmoloq-cərrah Heyran Şirinova tərəfindən sakinlər müayinə olunmuş, müvafiq tibbi xidmətlər göstərilmişdir.
Aprel ayının 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) xatirə muzeyinin (Dilarə Əliyeva küçəsi 157) təmirdən sonra açılış mərasimi keçirildi. Fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir. Xatirə muzeyində rəssamın əsərləri, yaşadığı mühiti əks etdirən guşə və fəaliyyətini özündə cəm edən şəxsi fondu qorunur.
May ayının 1-də Nəsimi rayon İcra Hakimiyyətinin akt zalında Nəsimi rayon Ağsaqqallar şurasının növbəti Hesabat-Seçki konransı keçirilib. Tədbirdə çıxış edən rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini bildirdilər. Konfransda iştirak edən rayon ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Konfransda Nəsimi rayon Ağsaqqallar şurasının 11 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri seçilib. Səsvermə nəticəsində Aydın Heydərov Nəsimi rayon Ağsaqqallar şurasının sədri seçilib. Konfransda YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, Respublika Ağsaqqallar şurasının aparat rəhbəri Yaqub Mehdiyev və Respublika Ağsaqqallar şurasının İdarə heyətinin üzvü Qəzənfər Paşayev iştirak etmişlər.
May ayının 3-də 2 nömrəli SİƏD üzrə M.Qasımov küçəsi 6 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
May ayının 3-də paytaxtın Nəsimi rayonunda yerləşən Zabitlər bağında "Mən oxudum, sən də oxu" devizi altında Ədliyyə Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə "Kitab günü" keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və məsul əməkdaşları, Yazıçılar Birliyinin, vətəndaş cəmiyyətinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri, yerli sakinlər, tələbələr və məktəblilər iştirak etmişlər.
Tədbirdə çıxış edənlər Ədliyyə nazirliyi tərəfindən cəzaçəkmə müəssisələrinin kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə aksiyanın keçirilməsi təşəbbüsünü humanist addım kimi dəyərləndirərək "Kitab günü" çərçivəsində toplanmış 4 minə yaxın müxtəlif bədii, publisistik və digər elmi kitabların cəmiyyətimizin həssas təbəqəsi olan azadlıqdan məhrum edilmiş şəxslərin istifadəsinə verilməsini alqışlamışlar.
"Kitab günü"ndə həmçinin, gənclərin mütaliə marağının artırılması məqsədilə Nəsimi rayonunda yerləşən "Müasir İnnovasiyalar Liseyi"nin şagirdlərinin iştirakı ilə fləşmob təşkil olunub. Tədbir musiqili-bədii proqramla davam edib.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar paytaxtın Nəsimi rayonunda silsilə tədbirlər keçirilmiş, idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilmişdir.
May ayının 7-də Nəsimi rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev - xalqın qəlbində və müqəddəs diləklərində yaşayan lider” adlı təntənəli tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov, Asim Mollazadə, Şəmsəddin Hacıyev, Azər Badamov, İlham Məmmədov, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Kamran Nəbizadə, Kamilə Əliyeva, Mahir Aslanov, Auditorlar Palatasının Sədri Vahid Novruzov, Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov və digər rəsmi qonaqlar iştirak etmişlər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film göstərilmişdir.
May ayının 7-də Nəsimi Rayon İcra Hakimiyyəti Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kolleci ilə birgə R.Behbudov adına Mahnı Teatrında Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirmişdir. Tədbirdə kollecin tələbələrinin ifasında bəstəkarlardan Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Rauf Hacıyevin, E.Qasımbəylinin, Riçard Qalyanonun, Sergey Raxmaninovun əsərləri ifa olunub. Daha sonra Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin bir qrup istedadlı tələbəsinə Nəsimi rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.
May ayının 7-də II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Tədbrin əvvəlində Nəsimi rayon “Şahinlər”inin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, rayon məktəblərinin “Şahinlər” komandalarının rəsmi keçidi olmuşdur. Daha sonra “1941-1945” abidəsinin önünə əklil qoyulmuş, rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar abidənin önünə tər çiçəklər düzmüşlər.
Tədbirdə veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr və yardımlar verilmişdir. Səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməyən Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olunmuş, onlara bayram sovqatları çatdırılmışdır.
May ayının 7-də Landau məktəbi tərəfindən Zabitlər bağında “Dünyanı gözəlləşdirək” adlı tədbir keçirilmişdir. Tədbirdə Landau məktəbinin müəllim və şagird kollektivi rəngarəng proqramla çıxış etmiş, bir sıra dövlətlərin musiqi və mətbəx mədəniyyəti qonaqlara təqdim olunmuşdur.
May ayının 08-də 3 nömrəli SİƏD üzrə Ş.Əzizbəyov küçəsi 108 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
May ayının 10-da Nəsimi rayon İcra Hakimiyyəti 20 nömrəli musiqi məktəbi ilə birlikdə Azərbaycan Respublikası Milli Konservatoriyasında, 7 nömrəli musiqi məktəbi ilə birlikdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqi zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konsertlər təşkil olunmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərin davamı olaraq may ayının 10-da rayonun müxtəlif ərazilərində, mövcud parklarda və yaşıllıq zolaqlarında gül əkmə aksiyası keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Tədbir zamanı rayonun Üzeyir Hacıbəyov küçəsində, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında və digər park və bağlarda, yaşıllıq zolaqlarında 10000-dən artıq gül kolu əkilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq Nəsimi rayon orta məktəblərində silsilə tədbirlər həyata keçirilmiş, may ayının 10-da 23 nömrəli tam orta məktəbin şagirdləri dahi şair Füzulinin 525 illik yubileyinə həsr olunmuş "Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir" adlı ədəbi-bədii kompozisiya hazırlamışlar. Tədbirdə Təhsil Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri iştirak etmişlər.
May ayının 14-də “15 may-Beynəlxalq Ailə günü” münasibətilə Ədliyyə Nazirliyi Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Nizami Kino Mərkəzində “Sağlam ailə dövlətin sosial dayağıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Ədliyyə, Səhiyyə nazirliklərinin, Mətbuat Şurasının, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, psixoloqlar, habelə regionlarda yaşayan 25-50 il birgə ömür sürmüş ailələr, ağsaqqallar və ağbirçəklər, gənc ailələr iştirak ediblər.
Tədbirdə zəngin və mənalı həyatı hər bir ailəyə örnək olan dahi öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın ömür yolundan bəhs edən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib. Tədbirdə iştirak edən ağsaqqallar, ağbirçəklər və 50 ilə yaxın birgə ömür sürmüş ailələrin üzvləri gənc ailələrə öz dəyərli məsləhətlərini və tövsiyyələrini verdilər. Daha sonra 50 və 25 ilə yaxın birgə ömür sürmüş ailələrə hədiyyələr təqdim olunmuşdur.
Tədbir Bakı Musiqi Akademiysının, Azərbaycan Respublikası Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin bədii kollektivlərinin konseti ilə davam etmişdir.
May ayının 14-də 1 nömrəli SİƏD üzrə Cavadxan küçəsi 3 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
May ayının 15-də Nəsimi rayon İcra Hakimiyyətində Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin ilk iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın hazırlandığını və həmin planın icrasının səmərəliliyinin təmin olunması məqsədilə görülən işlər barədə ətraflı məlumat verilmişdir.
May ayının 22-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun tam orta məktəblərinin şagirdləri arasında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” intellektual bilik yarışı keçirilmişdir. Bilik yarışında məktəblilər tarix və coğrafiya sahəsi üzrə öz biliklərini sınaqdan keçirmişlər. Yarışma 125 məktəblinin iştirakı ilə iki mərhələdə keçirilmişdir. 151 nömrəli məktəbin komandası I, 5 nömrəli məktəbin komandası II, 42 nömrəli məktəbin komandası III, 159 nömrəli məktəbin komandası IV yerə layiq görülmüşlər.
Zabitlər parkında intellektual oyunun final mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi təşkil edilmişdir. Komandalar diplom və hədiyyələrlə təltif olunmuşlar. İntellektual oyunun təşkil edilib keçirilməsində Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Nəsimi könüllüləri qrupu” yaxından iştirak etmişlər.
May ayının 22-də Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Nəsimi rayon Könüllüləri ilə görüş keçirilib. Görüşdə dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanıldığı bildirilmişdir.
Görüşdə çıxış edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi qiqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər. Nəsimi rayon Könüllülər qrupunda fəaliyyətə qoşulmuş gənclər müxtəlif sosial bacarıqları, əmək vərdişləri aşılayan təlimlərdə və rayonda keçirilən tədbirlərdə yaxından iştirak etmişdilər. Könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli, 689 nömrəli və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il 11 yanvar tarixli, 886 nömrəli Sərəncamlarının icrası ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə Tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən rayonda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılanması üçün silsilə tədbirlər təşkil edilmişdir.
May ayının 24-də Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə növbəti tədbir keçirilmişdir. Qonaqlar ilk öncə məktəbin foyesində “Nəsimi poeziyası” mövzusunda məktəblilərin rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar. Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etmişdir.
May ayının 25-də Nəsimi rayon İcra Hakimiyyəti 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birlikdə Zabitlər bağında Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan...” devizi altında məktəblilər arasında incəsənət sahələri üzrə baxış-müsabiqənin yekun mərhələsini-mükafatlandırılmasını təşkil edilib keçirib. Tədbirdə münsiflər heyətinin rəyi ilə Təsviri sənət və Bədii qiraət üzrə seçilmiş Nəsimi rayon məktəbliləri xüsusi diplomlarla təltif olundular. Tədbir 1 nömrəli Uşaq Gənclər və İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları kompozisiya və rəqslərlə davam etmişdir.
May ayının 29-da 1 nömrəli SİƏD üzrə H.Seyidzadə küçəsi 27 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
May ayının 29-da Niaqara şadlıq sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin - iştirakı ilə keçirilmişdir. İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. “Məşədi Dadaş” məscidinin dini icmasının rəhbəri Hacı Şahin Həsənov müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını çatdrmışlar.
Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
May ayının 31-də 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində bayram tədbiri keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyələr təqdim edilmiş, uşaqlarla birlikdə maraqlı oyunlar keçirmişlər.
May ayının 31-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə rayon ərazisində yerləşən “KOALA” istirahət və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilmişdir. Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən 11 və 268 nömrəli xüsusi məktəblərdə təhsil alan uşaqlara nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.
May ayının 31-də 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Zabitlər bağında bayram tədbiri keçirilmişdir. Keçirilən bayram şənliyi uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur. Bayram tədbirində 268 və 11 nömrəli xüsusi məktəbin uşaqları üçün bayram süfrəsi açılmış, şən kloun və nağıl qəhrəmanları uşaqları əyləndirmiş, onlarla birlikdə maraqlı oyunlar təşkil etmişlər. Daha sonra tədbir 2, 3 və 5 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin çıxışları ilə davam etmişdir.
May ayının 31-də Nəsimi rayonunun 1-ci mikrorayon ərazisində yerləşən “Yağmur” körpələr evində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti uşaqlar üçün bayram tədbiri keçirilmişdir.Tədbirdə uşaqlar bağçada öyrəndikləri şer və mahnıları ifa etmiş, rəqslər edərək şənlənmişlər.
İyun ayının 4-də 3 nömrəli SİƏD üzrə S.Rəhimov küçəsi 145 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
İyun ayının 4-də Ramazan ayı ilə bağlı görülən işlər çərçivəsində - Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, 20 Yanvar, Əlillər, Gözdən Əlillər və digər ictimai təşkilatların, rayondakı abadlıq və quruculuq işlərində yaxından iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı ilə keçirilmişdir.Ramazan bayramı ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələr – şəhid, əlil, müharibə veteranları, sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq bağlamaları hazırlanmış və bu tədbirdə onlara paylanılmışdır.Tədbirdə iştirak edənlər Ramazan bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
İyun ayının 4-də Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Təbəssüm” Uşaq Musiqili Teatrının tədbiri keçirilmişdir. Tədbirdə “Təbəssüm”ün rəqs qrupları rəngarəng milli, müasir və dünya xalqlarının rəqslərini və maraqlı səhnəcikləri tamaşaçılara təqdim etdilər. Bir -birindən baxımlı rəqslər öz gözəlliyi və uşaqların rəngarəng geyimləri ilə tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.Tədbirdə iştirak edən bütün iştirakçılar diplomlarla təltif olunmuşlar.
İyun ayının 7-də Nəsimi rayonu 164 nömrəli tam orta məktəbdə “Nəsimi ili” ilə əlaqədar tədbir keçirilmiş, məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya göstərilmiş və daha sonra tədbirdə iştirak edən xalq artisti Rasim Balayev məktəblilərin suallarını cavablandırmışdır.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində Nəsimi rayonunun tam orta məktəblərində insan hüquqlarına dair mühazirə, konfrans, seminar, dəyirmi masa, disput, inşa yazı və rəsm müsabiqələri təşkil edilmişdir. Aylıq çərçivəsində "Hüquqlarımızı bilək və qoruyaq”, “İnsan hüquqları”, “Hüquqlarımızı öyrənək və öyrədək”, "İnsan hüquqlarının müdafiəsi" və digər mövzularda tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə şagirdlərə insan hüquqları və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmət, insan hüquqlarına əməl olunmasının zəruriliyi barədə ətraflı məlumatlar verilmişdir.
İyun ayının 7-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində “Uşaqlar dünyanın çiçəkləridir”, 54 nömrəli tam orta məktəbdə "Hüquqlarımızı bilək və qoruyaq” adlı tədbirlər keçirilmişdir.
İyun ayının 7-də 2 nömrəli SİƏD üzrə Dağıstan küçəsi 36 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
İyun ayının 12-də 1 nömrəli SİƏD üzrə A.Məhərrəmov küçəsi 34-42 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
İyun ayının 13-də Nəsimi rayonu 151 nömrəli tam orta məktəbdə “Nəsimi ili” ilə əlaqədar tədbir keçirilmişdir. Məktəbin foyesində “Nəsimi poeziyası” mövzusunda məktəblilərin rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etmişdir.
İyun ayının 13-də Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilmişdir.
İyun ayının 14-də Nəsimi rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilatların rəhbərləri və fəal gənclərin iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları İcra Hakimiyyətinin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq Ümummilli liderin xatirəsini yad etmişlər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmiş, daha sonra tədbir 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin konsert proqramı ilə davam etmişdir.
İyun ayının 14-də Nəsimi rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən bilik bayramının yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri aparılmışdır. Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etmişdilər.“Son zəng” tədbirlərində müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzulamışdılar. Məktəblərin “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir. 23 və 211 nömrəli tam orta məktəblərdə “Son zəng” tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdir.
İyun ayının 17-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Səhiyyə işçiləri günü münasibətilə tədbir keçirildi. Tədbirdə Nəsimi rayon ərazisində yerləşən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər. Tədbirdə Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı hazırlanmış sənədli film nümayiş olundu. Daha sonra tədbir konsert proqramı ilə davam etmişdir.
İyun ayının 22-də Dövlət Qulluqçularının Peşə Bayramı Günü günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər. Daha sonra Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmişdir. Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.
İyun ayının 22-də 26 İyun- Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin qəsəbəsindəki «N» saylı hərbi hissəsində bayram tədbiri təşkil olunmuşdur. Qonaqlar orada xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olmuş, onlarla söhbətlər aparmışlar. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır. Bayram tədbiri Şahin İsmayılovun ifasında səslənən vətənpərlik mahnıları, həmçinin 2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin gənc üzvlərinin ifaları və rəngarəng rəqsləri ilə davam etmiş, sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.
İyun ayının 24-25-də Azərbaycan Respublikası Silahlı Qüvvələr günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri sovqatları və hədiyyələri çatdırmışlar. Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları və rayonun orta məktəblərinin şagirdlərinin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmış, respublikamızın populyar incəsənət ustalarının və 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin iştirakı ilə hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur. Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.
Tədbirdə hərbi hissə komandanlığı qonaqlara şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı qüvvələr günü tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
İyun ayının 28-də 2 nömrəli SİƏD üzrə S.Vurğun küçəsi 112 ünvanda RİH Başçısının səyyar qəbulu keçirilmişdir.
Hesabat dövrü ərzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş, əsas diqqət qəbul edilmiş qanunların, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, dövlət proqramlarının, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Nəsimi Rayon İcra Hakimiyyətinin göstəriş və tapşırıqlarının icrasına yönəlmişdir.
Bu məqsədlə gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə İdarə tərəfindən tədbirlər həyata keçirilmişdir:
2019-cu ilin yanvar-iyun ayları ərzində gənclər sahəsi üzrə keçirilən 27 tədbirdə 3860 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.
Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə aşağıdakı tədbirlər keçirilmişdir:
Ümumilikdə bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 15 tədbirdə 1604 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.
26.04.2019-сu il tarixdə Bakı Slavyan Universitetində “Dini radikalizm və ekstermizmin təhlükəli fəsadları” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə dini radikalizm və ekstermizmin təhlükəli fəsadlarından söhbət açılmış, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar 03.05.2019-cu il tarixdə Azərbaycan Dillər Universitetində ali məktəb tələbələrinin iştirakı ilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan söhbət açılmış, ulu öndərin müstəqil Azərbaycanın çiçəklənməsi və qüdrətli dövlətə çevrilməsi üçün göstərdiyi şücaətlərdən, verdiyi töhfələrdən geniş bəhs edilmişdir.
07.05.2019-cu il tarixdə R.Zorge adına parkda “9 May Qələbə günü” münasibətilə bir qrup gəncin II Dünya müharibəsi iştirakçıları ilə görüşü keçirilmiş, 10.05.2019-cu il tarixdə Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə rayon gənclərinin Fəxri xiyabana ziyarəti təşkil edilmişdir.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.9.1. bəndinin 13.05.2019-cu il tarixdə Bakı Qızlar Universitetində ali məktəb tələbələrinin iştirakı ilə “Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə sosial şəbəkələr vasitəsilə çatdırılması və gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilməsinə qarşı gənclər sosial şəbəkələr vasitəsilə öz mövqelərini bildirmişlər.
27.05.2019-cu il tarixdə Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin iştirakı ilə 28 may-Respublika Gününə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülmüş tədbirlərdən söhbət açılmış, onun Azərbaycan tarixindəki rolundan bəhs edilmişdir.
Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kollegiyaları, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Veteranlar Şurasının qərarına əsasən gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyununun da keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.
Belə ki, böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsini yaxşılaşdırmaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədi ilə 19.04.2019-cu il tarixdə 4-cü mikrorayon ərazisində yerləşən stadionda “Şahin” hərbi-idman oyununun Nəsimi rayon mərhələsi keçirilmişdir. Rayon mərhələsində qalib gəlmiş Bakı Atatürk Liseyinin komandası Bakı şəhəri üzrə keçiriləcək zona mərhələsinə vəsiqə qazanmışdır.
Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması məqsədilə 05.04.2019-cu il tarixdə 1 saylı tam orta məktəbdə “Gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzusunda konfrans, 16.04.2019-cu il tarixdə isə 46 saylı tam orta məktəbdə “Narkotiksiz həyat seç” mövzusunda konfrans keçirilmişdir.
02-04.04.2019-cu il tarixdə 4-cü mikrorayonda yerləşən Təlim məşq mərkəzində Nəsimi rayon məktəblərinin 2006-2007-ci il təvəllüdlü şagirdləri arasında “Mini futbol” növü üzrə rayon turniri, 09-12.04.2019-cu il tarixdə 7-ci sinif şagirdləri arasında mini futbol üzrə “Coca Cola məktəbli kuboku”-nun Nəsimi rayon mərhələsi, 04.04.2019-cu il tarixdə isə 54 saylı tam orta məktəbdə Yaz çağırışına həsr olunmuş “Marş irəli” devizli orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında poliatlon çoxnövçülüyü üzrə yarış, 08.05.2019-cu il tarixdə isə 4-cü mikrorayon ərazisində yerləşən meydançada Ulu öndər H.Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar ali təhsil müəsisələrinin tələbələri arasında futbol yarışı, Abad məhəllə layihəsi çərçivəsində Mir Cəlal küçəsi 38 ünvanında 02-03.05.2019-cu il tarixlərdə və 12-13.06.2019-cu il tarixlərdə “mini futbol” üzrə yarışlar, 05.06.2019-cu il tarixdə “şahmat” üzrə yarış, 18-21.06.2019-cu il tarixdə isə Silahlı Qüvvələr gününə həsr olunmuş həvəskarlarlar arasında “futbol” turniri keçirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti Apellyasiya Şurasının müraciətlərinin elektron qəbulu sisteminə nəzarət edilmiş, Rayon İcra Hakimiyyətinə və Apellyasiya Şurasına sahibkarlardan şikayət müraciətləri daxil olmamışdır.
Şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcta Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatyların verilməsi, o cümlədən məlumatların mütəmadi olaraq, yeniləşmiş əsaslarla İH-nin internet saytında yerləşdirilməsi, rayon İcra Hakimiyyətinin illik hesabatının internet səhifəsində açılması, toplantı və yığıncaqlarda, sakinlərlə görüşlərdə ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.
RİH Başçısinin yerlərdə keçirilən səyyar qəbullarında, sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər geniş müzakirə olunur, rəy və təkliflər öyrənilir, müvafiq qərarlar verilir. Aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin inkanlarından geniş istifadə edərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.
Hesabat dövründə əhalinin sosial müdafiəsi, mənzil-məişət, birdəfəlik maddi yardımlarla bağlı məsələləri barədə müraciətləri diqqət mərkəzində saxlanılaraq əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara köməkliklər göstərilmişdir.
20 Yanvar və Xocalı, Çernobıl faciəsi günləri, “Novruz Bayramı” və “Ramazan” bayramı, 9 May faşizm üzərində Qələbə Günü ərəfələrində 10 minə qədər insana ərzaq payı və maddi yardımlar göstərilmiş, iftar süfrələri açılmışdır.
Ölkə başçısının tapşırığına əsasən sakinlərin ərzaq və kənd təsərrüfatı məhsulları dolğun, geniş çeşiddə təmin edilməsi məqsədilə Nəsimi rayonunda da yarmarkalar təşkil olunmuşdur. 3-cü mikrorayon, A.Mustafayev küçəsi 3014-cü məhəllədə hər həftənin şənbə, bazar günləri yarmarka təşkil olunaraq fəaliyyət göstərmişdir.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2019-cu ilin fevral ayından başlanmış əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar tədbirlər davam etdirilmiş, rayon icra hakimiyyəti tərəfindən 1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Həmçinin rayonda yerləşən özəl səhiyyə müəssisələrində də əhalinin tibbi müayinəsi təşkil edilmişdir. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur. Belə ki, həkimlərdən ibarət səyyar briqadalar poliklinikaya gələ bilməyən fəaliyyət qabiliyyəti məhdud olan yaşlı rayon sakinlərinə evlərində tibbi xidmət göstərmişlər.
Hesabat dövründə rayonun hüquq mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
Hesabat dövrü ərzində gənclərin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar və aprel aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar RİH Başçısının sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin həрbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Hesabat dövründə Azərbaycan Respublikası Rrezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsi, Dövlət nəzarəti şöbəsi və digər şöbələri, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.
2019-cu ilin 6 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
2019-cu ilin 6 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 1405 ərizə və müraciət ( 2018-ci ilin 6 ayı 1772 ərizə) daxil olmuşdur.
Onlardan 474-ü Prezidentin Administrasiyasından,
6-sı Milli Məclisdən,
60-ı Nazirlər Kabinetindən,
268-i Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən,
597-i vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla, 104-i təkrar, 197-si kollektiv ərizələrdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr. RİH tərəfindən vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir.
Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həllii ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyən olunmuş qrafikə əsasən RİH başçısı tərəfindən 2019-cu ilin 2-ci rübü ərzində 12 səyyar qəbul keçirilmiş, 2 minə qədər sakinin iştirak etdiyi qəbullarda 102 müraciət dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.
Görüşlərdə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilərək, bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi və müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir.
Səyyar qəbullarda iştirak edən sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhali tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd edərək vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Ölkə başçısının tapşırıqları ilə bağlı irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdirilir.
\
\\\