Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda səyyar qəbul keçirilmişdir.

07 avqust 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda  Azadlıq və Vaqif prospektləri, Bakıxanov küçəsi, Q.Quliyev küçəsi və digər ünvanların sakinlərinin müraciətləri dinlənilmişdir.

Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, ağacların budanması, yaşadıqları məhəllənin köhnə evlərdən ibarət olduğu üçün ərazinin pilot layihəyə salınması, su xəttinin təmir olunması, həyətin abadlaşdırılması barədə müraciətlər etmişlər.

Qəbul zamanı sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlarının, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi və müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlərin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş, atılan addımlara görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Qəbulun gedişində Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlimatlar verilmiş, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak etmiş, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir.

 

 

Keçidlər