Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun təhsil müəssisələrində Bilik günü qeyd olunmuşdur.

16 sentyabr 2019 | 16:00

Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi «Bilik günü» Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün  rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır.

Nəsimi rayonundakı İ.Əfəndiyev adına Elitar Gimnaziyada  yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninin şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanmışdır. Tədbiri açıq elan edən İ.Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru, əməkdar müəllim Sevda Quliyeva  məktəbin tarixi barədə məlumat verərək qeyd etmişdir ki,   Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən 2009-cu ildə Gimnaziya  əsaslı təmir edilmiş və burada müasir təhsil üçün hər cür şərait yaradılmışdır.

20 yanvar şəhidi İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə  Azərbaycan Dövlət himni səsləndikdən sonra  məktəbin  direktoru Firəngiz Həmidova məktəbin şagird və müəllim kollektivini təbrik etdikdən sonra məktəbin uğurları barədə məlumat verdi.

«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov müəllimləri, şagirdləri və onların valideynlərini  yeni dərs ilinin başlanması münasibəti ilə  təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban Əliyevanın  təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Ümummilli Liderin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə  təhsilə olan diqqət və qayğı göz qabağındadır. Mütəmadi olaraq təhsil işçilərinin əmək haqlarının   artırılması, hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət almışdır. Ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub.
   
Məktəblərimizdə təhsilin səviyyəsi,burada şagirdlərin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Görülən işlərin nəticəsidir ki, rayon təhsil müəssisələrinin uğurları artır, məzunlarımızın ali məktəblərə daxil olma göstəriciləri ilbəil çoxalır.

Bilik gününə həsr edilmiş tədbirlərdə çıxış edən müəllim və valideynlər    təhsilə olan diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirdilər.

Tədbirlər şagirdlərin hazırladıqları bədii kompozisiya, şerlər,  məktəb həyatından bəhs edən  və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.

Keçidlər