Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbulu

17 sentyabr 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. Rəşid Məmmədov küçəsi əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən Arif Alıyev, Siyavuş Kərəmov, Tamella İsmayılova, Aydın Bünyadov və  digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın və kanalizasiya xəttinin təmiri, istifadəsiz su çənlərinin damlardan yığışdırılması, həyət və girişlərin işıqlandırılması, təmirli binalarda paltarların qurudulması üçün konstruksiyaların quraşdırılması barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur.        

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər