Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda sakinlərin müraciətlərini dinləmişdir
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Ak.M.Qasımov, M.Qaşqay, C.Məmmədquluzadə küçələri, Azadlıq pr. və yaxın ətrafda yaşayan sakinlər iştirak etmişlər. Sakinlərə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səyləri nəticəsində əhalinin rifahının daha da artırılması, aparılan geniş abadlıq-quruculuq işləri, həmçinin Nəsimi rayonunda görülən işlər barədə məlumatlar verilmişdir. Müraciətlər dinlənilmişdir. Sakinlər bir sıra məsələlərlə, o cümlədən, köhnə tikililərdən ibarət olan məhəllənin pilot layihəyə salınması, mənzil şəraitinin yaxşılaşdırılması, küçəyə asfalt örtüyünün vurulması, ağacların budanması ilə bağlı RİH Başçısına müraciətlər etmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinləri maraqlandıran digər məsələlərlə bağlı söhbət aparılmışdır.