Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda

24 sentyabr 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir. Sakinlərdən Ələkbərov Məhəmməd, İbrahimov Zakir, Əliyev Bayram, Yaqubova Ofelya və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən asfalt örtüyünün təmiri, mənzil şəraitinin yaxşılaşdırılması, ağacların budanması, binanın dam sahəsindən istifadə olunmayan su çənlərinin yığışdırılması, aztəminatlılar barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər. Sakinlərdən məcburi köçkün Aşurov Müzəffər əlil arabası ayrılmasına köməklik göstərilməsi ilə bağlı müraciətinin müsbət həll olunduğuna görə  razılığını qeyd edərək, əlillərə, sağlamlığı məhdud olanlara göstərilən dövlət qayğısına görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

İcra Hakimiyyətinin başçısı tərəfindən qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən ardıcıl, irimiqyaslı işlər ətraflı qeyd edilmiş, sakinlərə Nəsimi rayonu ərazisində həyata keçirilən  tədbirlər barədə məlumatlar verilmişdir.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmiş, əvvəlki səyyar qəbullarda qaldırılmış məsələlərlə bağlı verilmiş tapşırıqların icrasının vəziyyəti barədə məlumat dinlənilmişdir.

Keçidlər