Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun ahıl sakinləri Novxanı qəsəbəsində istirahət etdilər

28 sentyabr 2019 | 16:00

Ümummilli Lider  Heydər Əliyev ahıllara, əlillərə və müharibə veteranlarına həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır və əmək və müharibə veteranlarına, ahıllara  xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ahıllara, müharibə veteranlarına göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti   Mehriban Əliyeva  tərəfindən də sosial yardıma ehtiyacı olan ahıl vətəndaşların, xüsusi ilə  veteranların, şəhid ailələrinin, əlillərin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir.

Ahıllara, müharibə və əmək  veteranlarına dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən də  bir sıra tədbirlər  keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər keçirilir, onların istək və təklifləri nəzərə alınır, yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və yaşlı insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

Ahıllar günü münasibətilə rayonun bir qrup ahıl və qocaman sakinlərinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Novxanı qəsəbəsində yerləşən Flora Klubda bir günlük istirahətləri təşkil edilmişdir. Rayonun ahıl sakinləri xüsusi avtobusla Novxanı qəsəbəsinə gəlmişlər. Onlar Novxanıda yerləşən Flora Klubda olmuş, bu bağda yetişdirilən çoxsaylı bitki və güllərlə yaxından tanış olmuşlar. Tədbirdə iştirak edən 100 nəfərdən artıq ahıl və qocaman rayon sakini birlikdə nahar etmiş və dincəlmişlər.
Nahar süfrəsi arxasında davam edən görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının  birinci müavini Gülarə Verdiyeva ahılları, qocaman rayon sakinlərini salamlamış, Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti    Mehriban Əliyevanın  ahıl insanlara, qocaman əmək və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Tədbirdə  Nəsimi rayon Ağsaqqallar şurasının sədri Aydın Heydərov çıxış edərək  onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti    Mehriban Əliyevaya    minnətdarlıqlarını bildirdilər. Səmimi söhbət zamanı  ahıllar bildirdilər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri, sabitlik  onları çox sevindirir. Bakı şəhərinin və regionların günü-gündən abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə keçirilən beynəlxalq tədbirlər onları fərəhləndirir.

Keçidlər