Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 44 nömrəli tam orta məktəbdə Ahıllar günü qeyd edildi

01 oktyabr 2019 | 16:00

Hər il oktyabr ayının 1-ində  dünyanın bir çox ölkələri Beynəlxalq  Ahıllar gününü qeyd edirlər. BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur.

Beynəlxalq Ahıllar günü münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər təşkil edilib keçirildi. Əlamətdar günlə əlaqədar  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini  Gülarə Verdiyeva  yaşlı nəslin nümayəndələrini salamladı, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ahıl və yaşlı insanlara göstərdiyi  diqqət və qayğısından danışdı, onların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar keçirilən  tədbirlərin əhəmiyyətini vurguladı.

Tədbir 44 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları mahnı, rəqs və kompozisiya ilə davam etdi.

 

Keçidlər