Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 4 il ötməsi münasibəti ilə etiraz aksiyası keçirilib

01 may 2013 | 15:00

Baş vermiş hadisəni anmaq üçün 20-25 nəfər gənc 30 aprel 2013-cü il tarixdə Neft Akademiyasının qarşısına toplaşmaq istəyib. Lakin polis əməkdaşları onları ərazidən uzaqlaşdırıb. ADNA-nın binası tamamilə polis nəzarətinə götürülüb.
    Qeyd edək ki, bütün Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib. ADNA-nın Nəsimi rayonu Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib. Hadisə zamanı 12 nəfər dünyasını dəyişib, 13 nəfər isə yaralanıb.

Keçidlər