Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirmişdir

16 oktyabr 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlərdən Əhmədli Pərvanə, Əbdürəhmanov Nazim, Seyidəliyeva Pərvanə və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən su xəttinin təmiri, köhnə tikililərdən ibarət olan məhəllənin pilot layihəyə salınması, mənzil şəraitinin yaxşılaşdırılması, həyətin abadlaşdırılması, ağacların budanması barədə müraciətlər etmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sakinlərdən Bədəlova Ətrabə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Rusiya Federasiyasının “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Qarabağ problemi ilə əlaqədar ortaya qoyduğu qətiyyətli mövqeyinin, Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistan hakimiyyətini faşistləri qəhrəmanlaşdırmaqda ittiham etməsi dünyanın siyasi gündəmində böyük rezonans doğurmasından hədsiz qürur duyduğunu bildirdi.

Qəbulun gedişində  Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə,  xüsusilə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar, hazırda Nəsimi rayonunda yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin müasir yeni yaşayış mənzillərinə köçürüldüyünün mühüm əhəmiyyəti qeyd olunmuş, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Keçidlər