Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə tədbir keçirilib

18 oktyabr 2019 | 16:00

Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər davam edir.  Həmin tədbirlər çərçivəsində  Nəsimi rayonu 1  saylı tam orta məktəbdə Dövlət müstəqilliyi gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Məktəbin  foyesində  şagirdlərin  əl işlərindən ibarət rəngarəng  sərgi təşkil olunmuşdu.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı.

Müstəqilliyin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qutardı. Ulu öndər ölkədə xaos və anarxiyanın, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.

Ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və mökəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindəndən uğurla davam etdirilir.Vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Aydın Heydərov müstəqilliyimizin tarixi əhəmiyyətindən danışdı.

Tədbir boyu  iştirakçılar 1 saylı tam orta məktəbin şagirdləri tərəfindən  vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnıları dinləyib, rəqslərə tamaşa edərək, video çarxları izlədilər. 

 

Keçidlər