Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu üzrə üçüncü rübün yekunları haqqında HESABAT

20 oktyabr 2019 | 16:00

Azərbaycan  Respublikasının Prezidenti

cənab İlham Əliyevin 2019-cu ilin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə üçüncü rübün yekunları haqqında

 

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə Azərbaycanın bütün sahələr üzrə uğurlarını dəyərləndirmiş və qarşıdakı hədəfləri müəyyənləşdirmişdir.

          Oktyabrın 15-də keçirilən növbəti iqtisadi müşavirə yeni müzakirələrə yol açan aktual məsələlərlə yadda qaldı. "Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir” deyən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkənin bundan sonra da inkişaf yolu ilə gedəcəyini bəyan etdi.

          Ümumiyyətlə, cari ilin ötən dövrünün yekunları Azərbaycanda iqtisadi inkişafla bağlı elan olunan prioritetlərin reallaşaraq həyata vəsiqə aldığını göstərir. Bunu şərtləndirən əsas amil ölkə iqtisadiyyatının bütün sahələrində, əsasən də qeyri-neft sektorunda artımın baş verməsidir. Elə bu məqam da Azərbaycanda iqtisadi inkişafın hər hansı bir sahə üzrə köklənməyərək kompleks xarakter daşıdığını yenidən bariz şəkildə təsdiq edir. Daha bir mühüm cəhət isə ondan ibarətdir ki, 9 aylıq yekun ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirdiyi siyasətin özünü doğrultduğunu konkret faktlar əsasında təsdiqləyir. Belə ki, hesabat dövrü ərzində iqtisadiyyatın qeyri-neft sahəsinin inkişafında yeni artım var. O cümlədən qeyri-neft sənayesi də artım nümayiş etdirir.

          İqtisadi məsələlərə həsr olunmuş iclasda Prezidentimiz cənab İlham Əliyev 9 ayın göstəricilərini müsbət qiymətləndirib, bununla belə daha yüksək artıma nail olmaq üçün kifayət qədər imkanların olduğunu bəyan edib: "Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik. Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.

          İclasda Prezidentin qaldırdığı aktual məsələlərdən biri də neqativ hallarla bağlı oldu. Vergi hər bir dövlətin və onun sosial-iqtisadi sabitliyinin əsas vasitələrindən biridir. Müasir iqtisadi şərait, biznes mühiti, xüsusən iqtisadiyyatın strukturunda baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri digər vacib məsələlərlə yanaşı, vergi ödənişlərinin də tam həyata keçirilməsini tələb edir. Çünki vergilərin tam ödənilməsi ölkənin inkişafı, insanların sosial rifahının yaxşılaşdırılması, müdafiə qabiliyyətinin artırılması kimi strateji məsələləri özündə ehtiva edir.

          Təsadüfi deyil ki, vergi və gömrük orqanları 9 ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu da hər iki sistemdə aparılan islahatlar və şəffaflıqla bağlı addımların öz səmərəsini verdiyini göstərir. Bu vəsait öz növbəsində il ərzində iki dəfə mühüm sosial qərarların verilməsini, minimum əməkhaqqının, pensiyaların, dövlət orqanlarında çalışanların məvaciblərinin artırılmasını şərtləndirdi. Amma təəssüf ki, vergidən yayınma halları qalmaqdadır. "Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var” deyən dövlət başçısı iclasda bununla bağlı bütün aidiyyəti qurumlara bir daha ciddi tapşırıq verdi. Təbii ki, hər bir şirkət, sahibkar Prezidentin bu sözlərindən nəticə çıxarmalı, cinayət məsuliyyətinə cəlb edilməməsi üçün qanuni şəkildə vergiləri ödəməlidir. Prezidentin qeyd etdiyi kimi, bu vergilər hesabına sosial layihələr icra olunur, məcburi köçkünlər mənzillə təmin edilir, ordumuz gücləndirilir.

          Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev vergi sistemini misal gətirməklə göstərdi ki, istənilən sahədə islahat aparmaq və vəziyyəti kökündən dəyişmək mümkündür. "Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz” deyən cənab İlham Əliyev gələn ilin dövlət büdcəsinin hazırlanması ilə də bağlı mühüm tapşırıqlar verdi, qarşıdakı həftələr ərzində büdcə parametrləri ilə əlaqədar çox fəal iş aparılmasının vacibliyini bildirdi.

          Dövlət başçısı gələn ilin büdcə layihəsinin hazırlanması prosesində tələblər də qoydu. Dövlət orqanları büdcə xərclərinin müəyyən edilməsi zamanı şişirdilmiş deyil, real rəqəmlər verməli, hər bir istiqamət üzrə xərci əsaslandırmalı, dövlət və ictimai nəzarət gücləndirilməlidir. Prezidentimiz şişirdilmiş rəqəm verənlərin cəzalandırılacağını bəyan etdi: "O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər”.

          Artıq məlum olduğu kimi, 2020-ci ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaq. Xüsusən sosial xərclərin həcmi əhəmiyyətli dərəcədə artırılır. Bu da onu göstərir ki, sosial məsələlər yenə də prioritetdir və həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Gələn ilin dövlət büdcəsi isə istər sosial, istərsə də iqtisadi sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə, həyata keçirilən islahatların vaxtında və səmərəli icra edilməsinə maliyyə təminatı yaradacaq.

          Bütövlükdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanında oktyabrın 15-də keçirilən iqtisadi müşavirə aktual məsələlərin müzakirəsi və cəmiyyətə verilən mühüm mesajlarla yadda qalır. Eyni zamanda iclasda da qeyd olunduğu kimi, daha sürətli inkişaf və daha yüksək makroiqtisadi göstəricilərə nail olmaq üçün potensial böyükdür. Bu baxımdan "Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir” deyən Prezident yeni prioritetləri müəyyən etdi, hökumət qarşısında konkret və mühüm vəzifələr müəyyənləşdirdi. Sözsüz ki, bu vəzifələr qarşıdan gələn dövrlərdə yeni və daha yüksək inkişaf göstəricilərinin əldə olunmasını müvəffəqiyyətlə təmin edəcək.

          Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi  həyatında da öz əksini tapmışdır.

 

2019-cu  ilin yanvar – sentyabr  aylarında   rayonun sosial, iqtisadi            inkişafının makroiqtisadi göstəriciləri

 

         Rayonun iqtisadi  və  sosial  həyatında  baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər aşağıdakı kimi olmuşdur.     

Tikinti

       2019-cu ilin yanvar-sentyabr aylarında bütün  maliyyə mənbələri hesabına 147225,7 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.

       2019-cu ilin yanvar-sentyabr aylarında Nəsimi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 663302,6 min manat məbləğində vəsait yönəldilmişdir.  2019-cu ilin yanvar- sentyabr aylarında 296555,3 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

       2019-cu ilin yanvar- sentyabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 1007026,6 min manat olmuşdur.

       Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2019-cu ilin yanvar- sentyabr aylarında 734562,2 min manat, əsaslı təmir 83233.3 min manat, cari təmir 93875,1 min manat, sair tikinti  işləri isə 95356,0 min manat təşkil etmişdir. 

Rabitə

2019-cu ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən 272364,3 min manat həcmində, əvvəlki ilin müvafiq dövrünə nisbətən     20,3 faiz  artıq xidmət göstərilmişdir.

Nəqliyyat

2019-cu ilin yanvar- sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 293484,9 min manat həcmində xidmət göstərilmişdir.

İaşə dövriyyəsi

2019-cu ilin yanvar- sentyabr aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi  70189,6 min manat olmuşdur. Həcmin 54,5 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 38274,6 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Hüquqi  şəxslərin fəaliyyəti sayəsində əhaliyə 31915,0 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlər

 

Ödənişli xidmətlərin həcmi 2019-cu ilin yanvar- sentyabr aylarında 511977,6 min manat təşkil etmişdir.

2019-cu ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən xidmətlərin 22,0 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşmış və 51541,9 min manat təşkil etmişdir.

İstehlak bazarı

2019-cu ilin yanvar - sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1423869,9 min manatlıq əmtəə satılmışdır. Satılmış əmtəələrin 79,8 faizi hüquqi şəxslərin, 4,8 faizi rayonda fəaliyyət göstərən bazarın, 15,4 faizi isə  hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların  payına düşmüşdür.

Sənaye sahəsi üzrə göstəricilər

2019-cu ilin III rübündə  422008,7 min manatlıq sənaye məhsulu istehsal edilmiş və  xidmətlər  göstərilmişdir.

İstehsal edilmiş sənaye məhsulunun 486602,0  min manatı istehlakçılara göndərilmiş, ondan 421450,9  min manatı öz istehsalı olan mallar olmuşdur.

Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə  alınmaqla sənaye  müəssisələrinin anbarlarında  01 oktyabr  2019-cu  il vəziyyətinə 2469,4 min manatlıq  hazır məhsul ehtiyatı  olmuşdur.

İşçilərin sayı və əməkhaqqı

2019-cu ilin yanvar- avqust aylarında Nəsimi rayonu üzrə muzdlu işçilərin sayı 1166894  nəfər olmuşdur.

2019-cu ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi artaraq 728,8  manat olmuşdur.

Yeni iş yerləri

 “Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır.

       Nəsimi rayonunda  2019-cu yanvar-iyun aylarında 5359 yeni iş yeri   açılmışdır.

(göstəricilər ilkin məlumatlara əsaslanmışdır)

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri davam etdirilmişdir.

          2019-cu ilin üçüncü rübündə Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə rayon icra hakimiyyəti sosial-iqtisadi inkişafla bağlı proqnozlar, təkliflər hazırlanmış, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir.

Görülmüş tədbirlər nəticəsində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmış 925 nəfər iş yeri üzrə işlər davam etdirilmişdir.

Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.

Hazırda 25 ünvanla bağlı pilot layihələr üzrə köçürmə-söküntü və inşaat işləri davam etdirilir.

 M.Qaşqay, Abbas Zamanov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının    tikintisi ilə əlaqədar 1-ci binanın tikintisi (12 mərtəbəli) başa çatıb, 2-ci binanın 10-cu mərtəbəsində tikinti işləri görülür. (İcraçı-“Maşınqayıran” MTK).                  

S.Rüstəm, R.Axundov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan  çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 17-ci mərtəbəsinin tikintisi başa çatıb, mərtbələrdə hörgü, suvaq, santexnika, elektrik və s. işləri görülür.  2-ci binanın 13-cü mərtəbəsi tikilib. Aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika və s. işləri görülür. (İçraçı- “Pilot Həyat” MTK).        

S.Rüstəm, İ.Həmidov, E.Tağızadə küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan  çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar A və B blokunun 16-cı mərtəbələri başa çatıb, yekun işlər aparılır, sakinlərə veriləcək mənzillərdə təmir işləri görülür, liftlər quraşdırılır, hər iki binanın ətrafında abadlaşdırma işləri aparılır. (İcarçı-“Draft  Construction”).      Süleyman Rüstəm, Mikayıl Rəfili, Salatın Əsgərova küçələri və Azadlıq pr. əhatəsindəki  kvartalda “Pilot” layihə olan  çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar köçürülməsi nəzərdə tutulan 98 ailədən 88-i ilə müqavilə baglanılıb, onlardan isə 84 ailə köçürülüb. 10 mənzil və obyekt barəsində danışıq davam etdirilir. Tikiləcək 1-ci binanın təməlinin qazılması üçün hazırlıq görülür. ( İcraçı-“Draft Construction”).

Süleyman Rüstəm, Eldar Tağızadə, Vladislav Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki  kvartalda “Pilot” layihə olan  çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar “C” blokunun 16-ci mərtəbəsi, ”A” və “B” blokunun 16-ci mərtəbəsində hörgü işləri görülür, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika, elektrik, pəncərə və s işləri görülür. (İcraçı -“Gold Construction”).     Ağadadaş Qurbanov, Hüseynqulu Sarabski və  Bəsti Bağırova  küçələrinin  əhatəsindəki  kvartalda “Pilot” layihə olan   çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci və 2-ci binanın binanın 14-cü mərtəbələri tikilmişdir. (İcraçı-“ARCHİCO” MMC).             

N.Yusifbəyli, Mərdanov Qardaşları, Azər və Natiq  Novruzov Qardaşları, Mövsün Sənani küçələrinin  əhatəsindəki kvartalda “Pilot” layihə olan   çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 15-ci mərtəbəsi başa çatıb, aşağı mərtəbələrdə hörgü, suvaq, santexnika, elektrik və fasad işləri yekunlaşmaq üzrədir. 2-ci binanın 4-cü mərtəbəsində işlər gedir, 3-cü binanın 1-ci mərtəbəsi tikilir. (İcraçı - “REGAL” MTK).                          

Mirqasımov,M.Qaşqay,F.Qasımzadə və Azadlıq pr. əhatəsindəki  kvartalda” Pilot” layihə olan  çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ciə 2-ci binanın 20-ci mərtəbəsinin tikintisi başa çatıb, mərtəbələrdə hörgü, suvaq, santexnika və s. işləri aparılır.  3-cü binanın 2-ci mərtəbəsi tikilir (İcraçı-“Avrasiya Construction LTD”  MMC).             

Ak.Mirqasımov, S.Rüstəm, Xan Şuşinski və İ.Qasımov küçələrinin  əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 17-ci mərtəbəsinin tikilməsi başa çatıb, bina daxilində hörgü, suvaq, santexnika, elektrik, təmir, binanın xarricində isə fasad işləri görülür, 2-ci binanın 8-ci mərtəbəsində dəmir-qəlib işləri görülür. ( İcraçı-“Rifah Plaza” MMC).                                                                         F.Qasımzadə, Xan Şuşinski və Ak.Mirqasımov kücələrinin əhatəsindəki  kvartalda “Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 16-cı mərtəbəsi başa çatıb, mənzillərdə təmir və fasad işləri görülür, 2-ci binanın 11-ci mərtəbəsində işlər gedir. (İcraçı-“Gözəl Bakı”MTK). Molla Pənah Vaqif, Mirəli Qaşqay, Hənifə Ələsgərov küçələri və Azadlıq pr.  əhatəsindəki  kvartalda  “Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 16-cı mərtəbəsində işlər başa çatıb.   2-ci binanın 10-cu mərtəbəsində işlər  gedir. (İcraçı-“Fədək”MMC).             

S.Vurğun, küçəsi 941-ci   kvartalda pilot layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 17-ci mərtəbəsinin tikintisi başa çatıb, bina daxilində elektrik, santexnika, havalandırma və s işlər yekunlaşmaq üzrədir və fasadda işlər tamamlanıb. (İcraçı-“Teymuroğlu”MMC).                                                

Ə.Qasımzadə, M.Qaşqay küçələrinin  əhatəsindəki   kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 10-cu mərtəbəsində dəmir-qəlib işləri görülür. (İcraçı-“Pearl Construction”MMC).   Ak.Mirqasımov, Süleyman Rüstəm, Q.Quluyev küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 15-ci mərtəbəsi başa çatıb, bina daxilində santexnika, elektrik, suvaq və s işlər görülür, 2-ci binanın 16-cı mərtəbəsi başa çatıb bina daxilində santexnika, elektrik, suvaq və s. işlər görülür, 3-cü binanın 15-ci mərtəbəsi başa çatıb, bina daxilində santexnika, elektrik, suvaq və s. işlər görülür, 4-cü binanın 14-cı mərtəbəsi başa çatıb, bina daxilində santexnika, elektrik, suvaq və s işlər görülür, 5-ci binanın 14-ci mərətəbəsi başa çatıb, bina daxilində santexnika, elektrik, suvaq və s. tamamlanma işləri görülür. (İcraçı-“Azadlıq Residense” MMC).                                     

Mirəli Qaşqay, Sahib Zeynalov, Mikayıl Rəfili küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 13-cü mərtəbəsi tikilir. (İcraçı-“Azəri Tikinti Şirkəti” MMC  ).

M.Qaşqay, S.Zeynalov, R.Axundov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot-1” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 5-ci mərtəbəsində işlər gedir, 2-ci və 3-cü binanın zirzəmilətinin 2-ci mərtəbəsi tikilir. (İcraçı – “Pilot-” MMC).              

 S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Qulu Quluyev  kücələrinin əhatəsindəki  kvartalda” Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binanın 16-cı mərtəbəsində, 2-ci binanın 15-ci mərtəbəsində dəmir-qəlib işləri, aşağı mərtəbələrdə hörgü-suvaq, 3-cü binanın yaşayışının 1-ci mərtəbəsində dəmir-qəlib işləri görülür, 4-cü binada təməlqoyma işləri aparılır. (İcraçı-“Grand Plaza”MMC)                           

Həsən Əliyev, Novruzov qardaşları, Sabit Rəhman və Mərdanov qardaşları küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 2-ci və 3-cü binanın tikintisi başa çatıb, 4-cü binanın 1-ci mərtəbəsi, 5-ci binanın zirzəmi hissəsinin 2-ci mərtəbəsi tikilir. (İcraçı-“RÜR” MMC)               

          Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov Qardaşları və Salatın Əsgərova küçələrinin əhatəsindəki kvartalda Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci və 7-ci binanın tikintisi başa çatdırılıb, 2-ci binanın 10-cu mərtəbəsi başa çatmışdır, 3-cü binada 10-cu mərtəbə tikilir, 4-cü binada 12-ci mərtəbə tikilir.6-cı binanın 2-ci qeyri-yaşayış mərtəbəsinin   tikintisi başa çatdırılıb.    (İcraçı-“Pilot İnşaat-A” MMC)        

          Əlövsət Quliyev,Səməd Vurğun,Lev Tolstoy və Mərdanov Qardaşları, küçələrinin əhatəsindəki kvartalda Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar binanın 12-ci mərtəbəsində tikiknti işləri gedir.    (İcraçı-“Bisütun” MTK)

          Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin əhatəsindəki kvartalda Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 5-ci binada 14-cü mərtəbə tikilir, 7-ci binada 5-ci mərtəbə tikilir, 9-cu binada 1-ci mərtəbə tikilir, 10-cu binada 11-ci mərtəbə tikilir, 1-ci binada tikinti işləri başa çatıb. 2-ci binada 13-cü mərtəbə tikilir,    3-cü və 4-cü binada təməl qoyma işləri görülür. (İcraçı-“Malibo” MMC)

  Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatəsindəki kvartalda Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binada 13-cü mərtəbə tikilib, 2-ci binada 3-cü mərtəbə tikilir. 3-cü binada təməl qoyma işlərinə başlanmışdır. (İcraçı-“Yeni ailə”MMC)

Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Salatın Əsgərova küçələrinin əhatəsindəki kvartalda Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar 1-ci binada 14-cü mərtəbə tikilir, 2-ci binada zirzəmi hissəsində işlər gedir. 3 mərtəbəli qeyri-yaşayış sahəsi tikilib başa çatmışdır. (İcraçı-“Məkan” MMC)

        Üzeyir Hacıbəyov, Rixard Zorge və Zərifə Əliyeva küçələrinin əhatəsindəki kvartalda Pilot” layihə olan  çoxmənzilli  yaşayış binalarının tikintisi ilə əlaqədar     1 girişli 20 mərtəbəli binanın 12-ci mərtəbəsi tikilir. B blokunda svay işləri gedir. (İcraçı-“Tac 1 Residence” MMC)

  Rayon ərazisində bir sıra obyektlərdə tikinti, yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Azərbaycan Neft və Sənaye Universitetinin əsas korpusunun fasad hissəsində təmir işləri davam etdirilir.

Ölkə başçısının tapşırığına əsasən paytaxtımızın mərkəz hissəsində aparılan genişmiqyaslı abadlıq, yenidənqurma işləri ilə bağlı “Bakı Abadlıq” MMC tərəfindən S.Rüstəm 2, 3, 4, 10, 12, S.Rəhimov 184, 186, 189, 191, 195, 197, R.Behbudov 40, 44, 46,  Füzuli 73, 75, 79, Azadlıq pr. 28, 33, 35,41,43, Ş.Əzizbəyov 148,152, 154, R.Rza 93, Ak.Ə.Topçubaşov küçəsi 80-82 saylı binalarda təmir işləri aparılır. Hal-hazırda bu ünvanların ətraf ərazilərində səkilərə tamet daşları vurulur.

Metro  stansiyasının inşaası ilə əlaqədar Ceyhun Səlimov küçəsinin 6 ilə yaxın bağlı qalması sakinlərin gediş-gəlişinə, nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneə yaradırdı. Bu səbəbdən Tbilisi prospekti və Ak.H.Əliyev küçələri həddən artıq yüklənirdi. Tıxaclar yaranırdı. 2019-cu il sentyabr ayında C.Səlimov küçəsinin bir hissəsi açılaraq nəqliyyat vasitələrinin və piyadaların yolu bərpa olunmuşdur.

         “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə   28 dekabr 2018-ci il tarixində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 387 saylı Sərəncamı ilə “2019-cı il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.

Əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində Məşğulluq Mərkəzi daha çox aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsinə üstünlük vermiş, peşə kurslarının, haqqı ödənilən içtimai işlərin səmərəliliyinin artırılmasına, peşəyönümü kurslarının təşkili sahəsində fəaliyyətinin gücləndirilməsinə diqqət artırılmışdır.

 “Ərazi Məşğulluq Proqramı”na əsasən 2019-ci ilin 9 ayı ərzində Məşğulluq Mərkəzinə 1600 nəfər qeyri-məşğul əhalinin iş axtarmaq məqsədilə müraciət edəcəyi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə  1827 nəfər Məşğulluq Mərkəzinə müraciət etmişdir.Onlardan 837 nəfərini qadınlar, 53 nəfərini məcburi köçkünlər,      21 nəfərini əlillər təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTU” proqramına əsasən Nəsimi Rayon Məşğulluq Mərkəzi vasitəsilə 977 nəfər ictimai işlərə cəlb edilmişdir. Hal-hazırda onlardan 882 nəfəri aktiv ictimai sosial işlərdə çalışırlar.

Qeyri-məşğul əhalinin qanunla müəyyən edilmiş kateqoriyalarının peşə hazırlığı və peşə təlimi kurslarına cəlb edilməsi tədbirlərinin həyata keçirilməsi də rayon əhalisinin məşğulluğuna müsbət təsir edəcək şərtlərdən biridir.

İşaxtaran vətəndaşların, o cümlədən gənclərin peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə  254 nəfər işaxtaran vətəndaşla fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə məsləhətlərinə cəlb edilməsi mümkün olmuşdur

2019-ci ilin ilk 9 ayı  ərzində 26 orta məktəbdə 1157 nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələlər keçirilmişdir. Məşğələlərdə şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, perspektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmiş, peşəyönümü haqqında əyani vəsait paylanılmışdır.

Hesabat dövrü ərzində Məşğulluq Mərkəzi tərəfindən  72 nəfər peşə kurslarına cəlb edilmişdir.

 2019-ci ilin ilk 9 ayı ərzində Məşğulluq Mərkəzi tərəfindən 52 nəfərə işsizlik siğortası təyin edilmişdir.

          2019-cu ilin III rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin qarşısına qoyulan məsələlər uğurla həyata keçirilmişdir.

          Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsində 2019-cu ilin III rübü ərzində qeydiyyatda olan əmək pensiyaçılarının sayı 25928 nəfər (6109 nəfəri işləyən, 19819 nəfəri isə işləməyən) təşkil edir. Bunlardan yaşa görə əmək pensiyaçıları 16785 nəfər, əlilliyə görə əmək pensiyaçıları 6241 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyaçıları 2902 nəfər təşkil edir.

           Sosial müavinət 3931 nəfər, Prezident təqaüdü 1356 nəfər, sosial yardım 419 nəfər olmaqla 5706 nəfər təşkil edir.

          2019-cu ilin “Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 01.01.2019-cu il tarixdən əmək pensiyalarının sığorta hissəsi ölkə üzrə ötən 2018-ci ilin istehlak qiymətlərinin infilyasiya indeksi nəzərə alınmaqla artırılmışdır.

9 ay ərzində rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən  rayon ərazisindəki küçələr, bağlar, parklar, meydanlar, qazonlar və yaşıllıqlar, həyətlərdə gündəlik təmizlik işləri aparılmış, süpürülmüş, yaranan süpürüntü kütləsi  MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmışdır.

Hər gün ərazinin sanitar-təmizlik və ekolioji vəziyyətinə nəzarət təşkil olunmuş, yaranan problemlər aradan qaldırılmışdır. Bəzi binaların zirzəmisinə dolmuş çirkab və qurunt suları kənarlaşdırılmışdır. Nəzərdə tutulmayan yerlərdə icazəsiz yaradılmış zibilliklər vaxtında ləğv edilmişdir.

Əhali tərəfindən və aidiyyəti dövlət orqanlarından sanitar-təmizlik işlərinin vəziyyətinə dair müraciətlərə vaxtında münasibət bildirilmiş, işlərin yaxşılaşdırılması üçün müvafiq qərarlar qəbul edilmişdir.

Nəsimi rayon Sukanal idarəsi tərəfindən  rayon ərazisində su təchizatı 100% olmuşdur. Abonentlərin ümumi sayı  72000-dən artıqdır, o cümlədən: -əhali sektoru üzrə 64900 abonentə, qeyri- əhali sektoru üzrə -7100 abonentə xidmət göstərilir.

   Hal-hazırda 72000 abonentin 61500 nəfərindən artıq  su sayğacı ilə təmin edilmişdir. Sayğaclı abonentlərin sayı   85.8 % təşkil edir.  Keçən ilin müvafiq dövrü ilə müqayisədə sayğaclı abonentlərin sayı 1.9% artmışdır. Ümumi abonentlərin 30%-indən çoxu  “Smart” tipli sayğaclarla təmin olunmuşlar. 2019-cu ilin 9 ayı ərzində rayon ərazisində 5000-dən artıq  yeni su sayğacı quraşdırılmış,  təmir olunmuş,  dəyişdirilmiş və ya qeydiyyata alınmışdır. Ümumi uzunluğu 1752.0 pm olan müxtəlif diametrli su xətləri çəkilmiş, 1500.0 metrdən çox təmir olunmuşdur. 1651,0 pm müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilərək,  yenisi ilə əvəz  olunmuşdur. 2019-cu ilin  doqquz  ayı ərzində magistral və məhəllədaxili su kəmərlərində 7075 ünvanda, kanalizasiya şəbəkələrində isə   9688  ünvanda baş vermiş qəzalar aradan qaldırılmışdır.  Rayon ərazisində müxtəlif diametrə malik 44 ədəd yeni siyirtmə  quraşdırılıb  istismara verilmiş, 52 ədəd siyirtmə təmir olunmuşdur. 9 ədəd yeni yerüstü hidrant quraşdırılmışdır. Məhəllədaxili nasos stansiyalarında 2019-cu ilin  doqquz ayı ərzində müxtəlif gücə malik 100 ədəd elektrik mühərriki, müxtəlif markalı 97 ədəd su nasosu təmir olunaraq istismara verilmişdir. 2019-cu ilin 9 ayı  ərzində 26000.0pm-dən çox fekal kanalizasiya şəbəkəsi, 7200.0 pm-dən çox yağış kanalizasiya şəbəkəsi yuyulmuş, 690 ədəd yağış barmaqlıqları, 4500 ədəd kanalizasiya quyusu təmizlənmişdir, 11 ədəd yeni yağış barmaqlığı, 14 ədəd yeni çuqun kanalizasiya qapaq dəsti quraşdırılmışdır. Nəsimi rayonu Sukanal idarəsinin xidməti ərazisində,   Asif Məhərrəmov küçəsinin  Mir Cəlal  və 3-cü mikrorayon dairəsi aralığında və Mirəli Qaşqay küçəsinin Vaqif prospekti ilə  Salatın Əsgərova küçələri aralığıda küçənin yenidən qurulması və asfalt örtüyünün təzələnməsi işləri ilə paralel olaraq, Asif Məhərrəmov küçəsi boyunca: d-355mm, polietilen 220.0pm uzunluğunda və  d-280mm-lik polietilen 1480,0pm uzunluğunda su xətti çəkilib, 7 ədəd d-110mm-lik  məhəllədaxili ayrılma verilib, siyirtmə quraşdırılıb və şəbəkəyə birləşdirilib, 3 ədəd yerüstü hidrant quraşdırılıb.

Mirəli Qaşqay küçəsi boyunca: d-280mm-lik, 1090,0pm polietilen su xətti çəkilib, 1 ədəd d-225mm-lik 24,0pm, 3 ədəd d-160mm-lik 12.0pm, d-110mm-lik 590,0pm ayrılma verilib, siyirtmə quraşdırılıb və şəbəkəyə birləşdirilib, 4 ədəd yerüstü hidrant quraşdırılıb.

Ümumilikdə podratçı təşkilat tərəfindən 2019-cu ilin 9 ayı ərzində müxtəlif diametrli 3500.0 pm-dan artıq yeni su xətti çəkilib, 13 ədəd yeni siyirtmə və 7 ədəd yeni yerüstü hidrant quraşdırılıb.

“Abad  Həyət” tədbirlər planına daxil olmuş məhəllərdə və binalarda məhəllədaxili və binadaxili su və kanalizasiya xətləri yenilənmiş və abonentlər yeni su syğacları ilə təchiz olunmuşlar.

“Azəristiliktəchizat” ASC  1 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən bu ilin 9 ayı ərzində  26  ədəd qazanxana, 19 ədəd istilik məntəqəsilə istilik enerjisi istehsal edilərək  220  ədəd yaşayış  binası,  6 səhiyyə, 15 məktəb, 10 uşaq bağçası və 21 ədəd digər obyekti fasiləsiz olaraq istiliklə təmin edilmişdir.

1 saylı İSİS-in ərazisində olan 19 ədəd istilik məntəqəsi 26 ədəd qazanxana 2018-2019-cu il payız qış mövsümü ərzində tələbatçıları fasiləsiz istilik enerjisi ilə təmin etmişdir. 2019-cu ilin 9 ayı ərzində ünvanlarda istehsalat prosesi zamanı yaranan qüsurlar aradan qaldırılmışdır.

2019-2020-ci il tədbirlər pılanına uyğun olaraq 26 ədəd qazanxanada kompleks yoxlanma işləri aparılmışdır.

  26 ədəd qazanxanada 60 ədəd qazan açılaraq təftiş olunmuş, onlardan 46 ədədi mexaniki təmizlənmiş, 5 ədədində cari təmir işləri görülmüşdür.

  99 və 139 saylı qazanxanalarda 4 ədəd qazan kimyəvi üsulla ərpdən təmizlənmişdir.

  Qazanxanalarda tüstü yolları təftiş edilmiş və təmizlənmişdir. Bütün qazanxana və istilik məntəqələrində NÖC və A Xidməti avadanlıqları qoruyucu klapanlar, manometrlər, partlayıcı klapanlar, əks klapanlar açılaraq təftiş olunmuş, “Azəristiliktəchizat” ASC-nin nəzdində olan Nəzarət Ölçü Cihazları Xidmətinin laboratoriyasında sınaqdan keçirilmiş, kalibirləşdirilərək işçi vəziyyətə gətirilmiş,  möhürlənmiş və yerinə quraşdırılmışdır.

  Bütün qazanxanalarda elektrik avadanlıqları təftiş olunmuş elektrik mühafizə releləri, avtomatlar, maqnit işə salıcılar təftiş edilmiş, elektrik nasoslarının diyircəkli yastıqları yoxlanmışdır.

  85 saylı qazanxanada 2 ədəd, 90 saylı qazanxanada 4 ədəd, 365 saylı qazanxanada 4 ədəd  diyircəkli yastıqlar dəyişdirilmiş, elektrik mühərrikləri sazlanmışdır.

  Bu qazanxanalarda müxtəlif həcimli 32 ədəd ehtiyat su çəni təmizlənmişdir, 81 və 90 saylı qazanxanada 2 ədəd su çəni təmir olunmuşdur.

  2018-2019-cu il payız qış mövsümü bitdikdən sonra qaz xətləri qazanalizator vasitəsi ilə yoxlanmış, qaz avadanlıqları təftiş, təmir olunmuş və qaz sızmaları bir daha yoxlanılaraq avadanlıqlar işçi vəziyyətə gətirilmişdir.

  Qazanxanalarda olan 14 ədəd istilik mübadilə aparatı mexaniki və kimyəvi üsulla təmizlənərək işçi vəziyyətə gətirilmişdir.

  30 ədəd su yumşaldıcı qurğu təftiş olunmuş, kotionit əlavə olunaraq növbəti  payız qış mövsümünə hazır vəziyyətə gətirilmişdir.

  Ümumilikdə, bütün qazanxanalarda, istilik məntəqələrində və istilik xətlərində quraşdırılan 940 ədəd siyirtmə təftiş təmir olunmuşdur. Bunlardan 42 ədədi cari təmir olunmuş, 20 ədədi əsaslı təmir olunmuş, 14 ədədi yenisi ilə əvəz olunmuşdur.

  Bu qazanxanalarda 66 ədəd genişlənmə çəni təftiş olunmuş, hava hissəsində təzyiq yoxlanılaraq işçi vəziyyətə gətirilmişdir.

Bu və ya digər işlər bitdikdən sonra qazanxanalar “Azəristiliktəchizat” ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.

Həmin işlərlə əlaqədar D=720 9 metr, D=530 22 metr ,D=426  12 metr boru dəyişdirilmişdir.

Bu işlərlə yanaşı,  1-mkr. ərazisində Cavadxan-1 ünvanında yeni salınan “ABAD Həyat” layihəsi ilə əlaqədar 640 p/m müxtəlif diametrli borular  dəyişdirilmişdir.

Cavadxan küçəsi 44 ünvanından 2 mikrorayon 44 saylı istilik məntəqəsinə gələn d.133mm L=120 metr boru yenisi ilə əvəz olunub.

Süleyman Rüstəm küçəsi 33”b ünvanından Süleyman Rüstəm,35”a ünvanına gedən d.114mm L=160 metr və d.76mm L=40 metr boru yenisi ilə əvəz olunub.

Hüseynbala Əliyev küçəsi 12  ünvanına gedən d.76mm L=22 metr boru yenisi ilə əvəz olunub

 Hal hazırda Cavadxan küçəsi 14 ünvanından 10,12,14,16,18 ünvanlarına gedən istilik xətlərinin yenilənməsi işlərinə başlanılmışdır.

“Bakı şəhər işığı” EŞM-nin əsimi TİR tərəfindən 2019-ci ilin III rüb ərzində Xan Şuşinski və  D.Əliyeva küçələrində - sink örtüklü dirək 9, çıraq 18 ədəd, müəyyən vaxtlarda maşınlar tərəfindən vurularaq istifadəyə yararsız hala düşmüş İtalya istehsalı işıq dirəkləri yeniləri ilə əvəz olunmuşdur. - 12 ədəd Palerma, 1 ədəd Fənər dirəkləri quraşdırılmışdır.     

Nəsimi rayonu ərazisində rayon ETSİ tərəfindən əhalinin fasiləsiz, stabil elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər davam etdirilmişdir. 2019-cu ilin  9 ayı  ərzində istismar olunan 116 saylı Y/st-ya 35 kv-luq 116-117 №2 k/x-nin c/t -nun dəyişdirililmi, mühafiəsi  yoxlanılmış, dağlıq y/st-da 110 kv-luq və 16 kv-luq QPQ-nin damı təmir olunmuş və o cümlədən, Gilan y/st-da 35 kv "220-116" №2 k/x-nin sınağı y/st-da 35 kv "220-116" №2 k/x-nin zədə yeri təyin olunaraq təmir olunmuşdur. Bununla yanaşı, 35/0,4 kv-luq Dostluq y/st-da 2500 mva Tr-r 1 və 2 cari, 35/10\6 kv-luq 111 saylı y/st-da 3466 №1-də  isə 2 kabel xəttinin yuvaları, 111 saylı y/st-da 2 saylı 25 mva tr-r isə cari təmir olunmuşdur.  Qeyd edirik ki, H.Əliyev adna İdman Kompleksində tətbirlə əlaqədar  99 saylı y/st-da növbətçlik təşkil olunmuş, 35/10 kv 99 saylı y/st-da 1 №li 25 mVA tr-or cari, 1 saylı Dağlıq y/st-da isə400 kva X/S cari təmir olunmuşdur. 117 saylı y/st-da quraşdirılmış generatora 6 kv-luq kabel xətti çəkilmiş və şəbəkəyə qoşulmuşdur. Eyni zamanda  35/10 kv-luq 86, 35/6 kv "87" saylı y/st-da tərəfimizdən təmizlik işləri aparılmışdır.35/10 kv 99 saylı y/st-da 1 №li  və 2 №li 25 mVA tr-or cari təmir olunmuş,sınaq aparılaraq mühafizəsi yoxlanılmışdır.      Dağlıq y/st-da 35 kv-luq QPQ-də dağlıq-111 №3 k/x-nin zədə yeri təyin edildi və təmir olunmuşdur. 40 ədəd TM-də cari təmir işləri aparılıb, tökülmüş suvaq bərpa olunub, rənglənib, dağılmış metlax və novalçalar təmir edilmişdir. 

2019-cu ilin üçüncü rübü ərzində rayonda Rayon Icra Hakimiyyəti tərəfindən  bir sıra tədbirlər, görüşlər və toplantılar təşkil olunaraq keçirilmişdir.

                                      

Iyulun 1-də Nizami Kino Mərkəzində  Azərbaycan Respublikası Prezidentinin  “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu ilin iyul ayının 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdən hərbi qulluqçuların ehtiyata buraxılması” haqqında 03 iyun 2019-cu il tarixli, 1218 saylı Sərəncamının icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə “Vətənin müdafiəsinə hazıram” tədbiri keçirilmişdir. Tədbirdə   rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi xidmətə yola salınan gənclər və onların valideynləri iştirak etmişdir. Tədbirdə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini və Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı həqiqi hərbi xidmətə yola düşən çağırışçılara xatirə hədiyyələri  təqdim etmişlər.

          Iyulun 1-də 2 iyul – Azərbaycan Polisi günü münasibətilə Nəsimi rayonunda tədbir keçirilmişdir.Tədbirdə bir qrup polis əməkdaşlarına rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin xatirə hədiyyələri təqdim olunmuşdur.

Iyulun 4-də  2 iyul-Azərbaycan Polisi Günü münasibətlə  Nəsimi  rayon Polis İdarəsinin  19-cu Polis şöbəsinin   xidməti binasının açılışı olub. Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi, DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı, idarə və şöbə əməkdaşları iştirak etmişlər.

          Iyulun 4 -də  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nəsimi rayonu, H.Seyidzadə küçəsi 20, 22, 24, 26, 28 ünvanında 1200 nəfər sakinin yaşadığı binaları əhatə edir. “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 ədəd mini futbol meydançası, 2 ədəd şahmat meydançası, 3 ədəd söhbətgah, müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş idman qurğuları, uşaqlar üçün oyun meydançası və oturacaqlar quraşdırılmışdır. Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılmış, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 5000 kv.m ərazidə yaşıllıq zolağı salınıb.

          Iyulun 8-də  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş ağacəkmədə iştirak edib. Yenilənmiş həyət Nəsimi rayonu, Moskva prospekti 46, 48, Cavadxan küçəsi 1 saylı ünvanlarda 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir. Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 ədəd mini futbol meydançası, 1 ədəd şahmat meydançası, idman qurğuları, uşaqlar üçün oyun meydançası, 8 ədəd söhbətgah və oturacaqlar quraşdırılmışdır. Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılmış, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 80 ədəd ağac əkilib və 6000 kv.m ərazidə yaşıllıq zolağı salınıb.

     Sağlamlıq imkanları məhdud olan uşaqların  hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığını, bacarıq və  biliklərinin  aşılanması, onların cəmiyyətə uyğunlaşdırılması istiqamətində Nəsimi rayonunda xüsusi layihələr həyata keçirilir. Rayonda fiziki imkanları məhdud  olan uşaqların  tətil günlərini maraqlı etmək üçün, tətil günlərində uşaq və yeniyetmələrə xoş anlar bəxş etmək üçün maraqlı tədbirlər keçirilir.   

     Iyulun 10 -da  növbəti tədbir - Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  sağlamlıq imkanları məhdud olan 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər üçün  “Romance Palase”-da  əyləncəli istirahət axşamı təşkil edilmişdir. Uşaqlara burada  hədiyyələr təqdim edilmişdir. Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların  yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər  uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti  Mehriban Əliyeva öz minnətdarlıqlarını bildirmişlər.

          Yeniyetmələrin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı, yaddaqalan olması üçün, onların asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün keçirilən silsilə tədbirlər davam etmişdir.                     

          Iyulun 12-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Bilgəh qəsəbəsi “Damla” istirahət mərkəzində rayonun məktəblərində təhsil alan aztəminatlı ailələrdən,  təhsildə və idmanda fərqlənən məktəblilərin   iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə uşaqlar müxtəlif maraqlı oyunlarda iştirak edib, qaliblər hədiyyələrlə mükafatlandırılmışlar.

          Keçirilən tədbir məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər  məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildirmişlər.

          Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq məktəblilərin Vətənə, Bayrağa və Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə müxtəlif məqsədyönlü  tədbirlər  həyata keçirilir. Son illər məktəblilərin yay tətili günlərində ölkəmizin regionlarında yeniyetmələr üçün  hərbi vətənpərvərlik düşərgələri təşkil edilmiş, düşərgələrdəki tədbirlər yeniyetmələrin yaddaşlarına əbədi həkk olunmuşdur. 

     Nəsimi rayonunda  Ümummilli  lider Heydər Əliyevin siyasi  hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Müdafiə Nazirliyi və  Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun  Qarabağ müharibəsi veteranları həmçinin, aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrin uşaqları, əlillərin övladları, təhsildə və idmanda fərqlənən şagirdlərin iştirakı ilə Qusar rayonunda “N” saylı hərbi hissədə  «Gənc Heydərçilər» yay istirahət düşərgəsi təşkil edilmişdir.

     Iyulun 15-də  Zabitlər  parkında   «Gənc Heydərçilər»  yay istirahət düşərgəsində istirahət edəcək məktəblilərin düşərgəyə yola salınma mərasimi keçirilmişdir. Məktəblilərin yola salınma mərasimində çıxış edən valideynlər,  istirahətə gedən uşaqlar yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlıqlarını bildirmişlər. Yola salınma mərasimində düşərgəyə yola düşən hazırladıqları maraqlı flaşmob  və 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun milli rəqsləri qonaqların alqışları ilə qarşılanmışdır. Məktəbli yeniyetmələr Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra avtobuslarla  Qusar  rayo­nuna  yola düşmüşlər.

     Nəsimi rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi ilə birgə layihəsi olan “Gənc Heydərçilər” yay istirahət düşərgəsində məktəblilərin istirahətləri üçün  maraqlı və yaddaqalan tədbirlər təşkil edilmişdir. Düşərgədə idman yarışları, mədəni-tarixi yerlərə ekskursiyalar təşkil edilmiş, uşaqlar arasında futbol, voleybol, şahmat, dama və  digər idman yarışları keçirilmiş, qaliblər müəyyən edilmişdir. “Gənc Heydərçilər” həmçinin intellektual yarışlarda da öz biliklərini sınamışlar.  Düşərgə iştirakçılarının  Qusar rayonunda Heydər Əliyev Mərkəzi, və Qusar rayon Tarix-Diyarşünaslıq muzeyi, Xaçmaz rayonunda Heydər Əliyev Mərkəzi, Şəxsiyyətlər muzeyi və Xaçmaz rayon  Tarix-Diyarşünaslıq muzeyi, Quba rayon Tarix-Diyarşünaslıq muzeyi və Quba şəhərində yaradılmış “Soyqırım Memorial Kompleksi”-nə, Şahdağ Qış - Yay Turizm Kompleksinə ekskursiyaları və Qubanın yaşıl meşələrinə gəzintilər  də  təşkil edilmişdir. Aparılan ekskursiyalar və gəzintilər düşərgə uşaqlarının dünyagörüşünün artmasına, onların Azərbaycanın tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət etmişdir.

          Iyulun 19-da  Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 144 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilmişdir. Tədbirdə çıxış edən mətbuat nümayəndələri Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışlar. Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.

          Ahıllara, müharibə veteranları, şəhid ailələri və əlil  vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən də  bir sıra tədbirlər  keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər keçirilir, onların istək və təklifləri nəzərə alınır, yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

          Iyulun 19-da  bir qrup müharibə veteranları, şəhid ailələri, ahıllar və əlillər xüsusi avtobusla Yanardağ Dövlət Tarix-Mədəniyyət  və Təbiət Qoruğunda olmuşlar. Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqaları, Əmək və Silahlı Qüvvələr Veteranları   onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti    Mehriban xanım Əliyevaya    minnətdarlıqlarını bildirdilər. Səmimi söhbət zamanı  veteranlar  bildirmişlər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri, sabitlik  onları çox sevindirir. Bakı şəhərinin və regionların günü-gündən abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə keçirilən beynəlxalq tədbirlər onları fərəhləndirir. Tədbir incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır.

     Məktəblilərin yay tətili günlərinin  mənalı, maraqlı və  yaddaqalan olması üçün  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam etdirilərək  Mehdiabad  qəsəbəsindəki “Omar Atçılıq Mərkəzi”ndə  təşkil edilən tədbirdə rayonun məktəblərində təhsil alan aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən,  təhsildə və idmanda fərqlənən məktəblilər   iştirak etmişdir. “Omar Atçılıq Mərkəzi”ndə uşaqlar buradakı heyvanlar, xüsusilə atlarla yaxından tanış olmuş və ətraflı məlumatlar almışlar. Daha sonra uşaqlar qayıqlarla göl gəzintisində iştirak etmiş, Mərkəzin ərazisindəki müxtəlif oyun qurğularında əylənmişlər. Tədbir zamanı  uşaqlar arasında  müxtəlif maraqlı oyunlar təşkil edilib, qaliblər hədiyyələrlə mükafatlandırılmışlar. Keçirilən tədbir məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər  məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

          Avqustun 3-də   Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda böyüməsi, idmana marağının artırılması və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinin başa çatması münasibətilə tədbir keçirilib.

     Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədəki nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə ikinci rübün yekunları ilə bağlı avqustun 5-də  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir.  Yığıncaqda rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, sahibkarların, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələri iştirak etmişlər.

          Qurban bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur.

          Avqustun 9-da rayon Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, «Qızıl Aypara», Çernobıl əlilləri, 20 Yanvar cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə bayram tədbiri keçirilmişdir. Qurban Bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan şəhid ailələri,  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban payları paylanmışdır. Tədbirdə iştirak edənlər sosial qayğıya ehtiyacı olan ailələrə dövlət tərəfindən göstərilən qayğıya görə Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda iki mindən artıq ailəyə qurban payları verilmişdir.

          Avqustun 15-də  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan sağlamlıq imkanları məhdud olan məktəblilər üçün  xüsusi avtobusla “Yanardağ” Dövlət Tarix-Mədəniyyət  və Təbiət Qoruğuna gəzinti  təşkil edilmişdir. Sağlamlıq imkanı məhdud olan uşaqlar  keçirilən tədbirdə müxtəlif mahnılar, rəqslər ifa etmiş, məharətlərini göstərdilər. Uşaqlara burada ahədiyyələr təqdim edilmişdir. Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların  yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər  uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti  Mehriban Əliyeva öz minnətdarlıqlarını bildirmişlər.

          Avqustun 29-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Rayon hüquq mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı, İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar, din xadimləri, dindarlar və gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə DQİDK-nın tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.

          Sentyabrın 2-də  Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən  Həvəskarlar arasında nərd yarışı olmuşdur. Bu yarışda rayonun  ahıl sakinləri və Qarabağ müharibəsi veteranları iştirak etmişdilər. Veteranların iştirakı ilə 2 saat davam edən  yarışın qalibləri  Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomlarla  mükafatlandırılmışlar.

          Sentyabrın 6-da Nəsimi rayon İcra Hakimiyyəti  ilə Dənizkənarı Bulvar idarəsinin  birlikdə təşkilatçılığı ilə uşaqlar üçün  Xəzər dənizində  gəmi gəzintisi  təşkil olunmuşdur. Dəniz səyahətində   rayon məktəblərinin təhsildə və idmanda  fərqlənən, şəhid və veteran ailələrindən, həmçinin sosial qayğıya ehtiyacı olan ailələrdən olan bir qrup məktəblinin müasir «Mirvari» gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunmuşdur. Uşaqlar və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, buradakı «Kristall zalı»nı, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə etmişlər.

          Bakı şəhərinin  mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün  hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman  diqqət mərkəzində olmuşdur. Rayonda  8 ali, 26 tam orta, 2 xüsusi məktəb, 2 musiqi məktəbi və 33 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

          2018/2019-cu tədris ilində rayonun orta məktəblərini  1574 nəfər şagird bitirmiş, onlardan 1233 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 156 nəfəri 500-dən, 57 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 327 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2018/2019-cu təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala layiq görülmüşdür.

          Sentyabrın 14-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2018/2019-cu tədris ilinin yekunları və yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Tədbirdə Milli Məclisin deputatı, Nəsimi rayon YAP-nın sədri Məlahət İbrahim qızı, Bakı şəhəri üzrə Təhsil İdarəsinin  rəisi Rəşad  Tağıyev, 5 nömrəli məktəbin direktoru Nərminə Gündüzlü,  Qızıl medala layiq görülmüş 240 saylı tam orta məktəbin məzunu,  Həsən Həsənov çıxış etmişlər. Tədbirdə iştirak edən məzunlar, onların müəllimləri və  valideynləri təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən  olan 500 nəfər şagirdə məktəbli forması təqdim edilmişdir.

          Sentyabrın 16-da hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi «Bilik günü» Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün  rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır. Bilik gününə həsr edilmiş tədbirlərdə çıxış edən müəllim və valideynlər    təhsilə olan diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirdilər. Tədbirlər şagirdlərin hazırladıqları bədii kompozisiya, şerlər,  məktəb həyatından bəhs edən  və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.

          Sentyabrın 16-da Bakı Slavyan Universitetində Bilik günü ilə bağlı təntənəli tədbir keçirilib. BSU tələbələrinin hazırladığı bədii kompozisiyalar, şeirlər, milli rəqslər təqdim olunub. Həmçinin bu tədris ilində  Bakı Slavyan Universitetinə yüksək bal toplayaraq qəbul olan tələbələrə hədiyyələr bağışlanıb.

          Sentyabrın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq  Xidməti, Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada Məşğulluq Mərkəzlərinə gəlmək imkanı olmayan şəxslər üçün səyyar xidmət göstərilib. Səyyar xidmətin məqsədi özünüməşğulluq proqramı və digər aktiv məşğulluq tədbirlərinin təbliğ olunması, layihələrə qoşulmaq istəyənlərin qeydiyyatının aparılması olub. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq  Xidmətinin əməkdaşları ilə birgə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Səyyar xidmət zamanı məcburi köçkünlərə Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən özünüməşğulluq layihəsi barədə məlumat verilib, proqramın kiçik sahibkarlığa çıxış imkanı yaratdığı və aztəminatlı ailələrin büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşdırılmasında mühüm rol oynadığı bildirilib. Daha sonra özünüməşğulluq proqramı və peşə hazırlığı üçün müraciət edən şəxslərin yerindəcə qeydiyyatı aparılıb.

          Sentyabrın 20-də 5 nömrəli tam orta məktəbdə “21 sentyabr – Beynəlxalq sülh günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə  5 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya, mahnı və rəqslər qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır.

          Sentyabrın 27-də Ahıllar günü ərəfəsində  rayonun bir qrup ahıl və qocaman sakinlərinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Novxanı qəsəbəsində yerləşən Flora Klubda bir günlük istirahətləri təşkil edilmişdir. Rayonun ahıl sakinləri xüsusi avtobusla Novxanı qəsəbəsinə gəlmişlər. Onlar Novxanıda yerləşən Flora Klubda olmuş, bu bağda yetişdirilən çoxsaylı bitki və güllərlə yaxından tanış olmuşlar. Tədbirdə iştirak edən 100 nəfərdən artıq ahıl və qocaman rayon sakini birlikdə nahar etmiş və dincəlmişlər.

          Sentyabrın 30-da “1 oktyabr- Ahillar günü” münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə çay süfrəsi arxasında səmimi görüş keçirilmişdir. Nəsimi rayon Agsaqqallar  şurasının sədri Aydın Heydərov, Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, əmək veteranları Həsənağa Sadıqov, Əsəbalı Quliyev  və digər çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, göstərilən diqqət və qayğıdan danışmış  və onlara göstərilən qaygiya  görə ölkə başçısı cənab İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildirmiş, ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində görülən işlərdə uğurlar arzulamışlar. Tədbirin sonunda iştirakçılara bayram hədiyyələri təqdim edilmişdir.

Hesabat dövründə Nəsimi rayon İcra Hakimiyyəti  Başçısının    1, 2, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648  nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini  rəhbər tutaraq fəaliyyət göstərmişlər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırıqlarına əsasən nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçotla bağlı məlumatların Dövlət Statistika Komitəsinin internet sıhifəsinin “E-hesabatlar” bölməsinin məlumat bazasına yerləşdirilməsi işləri aparılmışdır. 2019-cu il oktyabr ayında “Əhalinin siyahıyaalınması” ilə bağlı zəruri hazırlıq tədbirləri həyata keçirilmişdir.

Nümayəndəliklərin ərazilərində RİH Başçısının səyyar qəbulları həyata keçirilmişdir.

02.07.2019-cu il tarixində R.Behbudov küşəsi 36 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.

09.07.2019-cu il tarixində  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda S.rüstəm küçəsi 35 ünvanı əhatə edən sahənin sakinlərinin müraciətləri dinlənilmişdir.

17.07.2019-cu il tarixində  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 1-ci mikrorayonun sakinlərinin müraciətləri dinlənilmişdir.

23.07.2019-cu il tarixində  S.Rüstəm küşəsi 26 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.

02.08.2019- cu il tarixində Cavadxan küçəsində mikrorayonun sakinlərinin müraciətləri dinlənilmişdir.

            13.08.2019-cu il tarixində Nəsimi rayon İcra Hakimiyyəti başçısının təsdiq olunmuş qrafikə uyğun olaraq 3-cü mikrorayon A.Mustafayev küçəsi 21 ünvanda sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

07.08.2019-cu il tarixində  Azadlıq prospekti 97 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.

20.08.2019-cu il tarixində  A.əliyev küçəsi 5-9 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.

             17.09.2019 - cu il tarixində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı       1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. 3-cü mikrorayon sakinləri tərəfindən qaldırılan məsələlər sırasında məhəllədaxili yolların təmiri, binaların damlarından istifadəsiz çənlərin yığışdırılması, mənzilin təmir olunması, həyətin abadlaşdırılması, yay fəslinin gəlişi ilə bağlı uşaqların istirahətinin səmərəli təşkili və s. olmuşdur.       

20.09.2019-cu il tarixində  S.Vurğun küçəsi 112 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.

            24.09.2019-cu il tarixində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 4-cü mikrorayon 20 yanvar küçəsi 1 ünvanda növbəti  səyyar qəbulu təşkil olunmuş, sakinlərin müraciətlərini dinləmiş, həyətin abadlaşması ilə bağlı layihəni sakinlərlə müzakirə etmişdir.  

            26.09.2019-cu il tarixində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 3-cü mikrorayon .Mustafayev küçəsi 3o ünvanda ünvanda növbəti  səyyar qəbulu təşkil olunmuşdur.  

          Rayonun müəssisə və təşkilatlarında “Nəsimi ili” ilə əlaqədar silsilə tədbirlər davam etdirilmişdir.

Hesabat dövrü ərzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş, əsas diqqət qəbul edilmiş qanunların, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, dövlət proqramlarının, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Nəsimi Rayon İcra Hakimiyyətinin göstəriş və tapşırıqlarının icrasına yönəlmişdir.

Bu məqsədlə gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə İdarə tərəfindən tədbirlər həyata keçirilmişdir:

2019-cu ilin yanvar-sentyabr ayları ərzində gənclər sahəsi üzrə keçirilən  41 tədbirdə 5334 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.

Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və  idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə aşağıdakı tədbirlər keçirilmişdir:

Ümumilikdə bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 15 tədbirdə 1604 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.

Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kollegiyaları, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Veteranlar Şurasının qərarına əsasən gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyununun da keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.

Hesabat dövründə rayonun hüquq mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin,  asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

Hesabat dövrü ərzində gənclərin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar və aprel, iyul aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar  RİH Başçısının sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin həрbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.

          Hesabat dövründə Azərbaycan Respublikası Rrezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsi, Dövlət nəzarəti şöbəsi və digər şöbələri, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.

2019-cu ilin 9 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində  vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

2019-cu ilin 9 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 2196  ərizə və müraciət  ( 2018-ci  ilin 9 ayı 2483 ərizə)  daxil olmuşdur.

Onlardan 742-si  Prezidentin Administrasiyasından,

                15-i Milli Məclisdən, 

                88-i Nazirlər Kabinetindən,

               426-ı Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən,

               925-i vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla, 223-ü təkrar, 305-i kollektiv  ərizələrdir.

     Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr. RİH tərəfindən  vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir.

Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həllii ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyən olunmuş qrafikə əsasən RİH başçısı tərəfindən 2019-cu ilin 3-cü rübü ərzində  12 səyyar qəbul keçirilmiş, 2 mindən çox sakinin iştirak etdiyi qəbullarda 77 müraciət dinlənilmişdir. Qaldırılan  məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.

     Səyyar qəbullarda iştirak edən sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhali tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd edərək   vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

     Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin      2019-cu ilin oktyabrın 15-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədəki nitqindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.

Keçidlər