Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə tədbir keçirilib

22 oktyabr 2019 | 16:00

Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər davam edir. Həmin tədbirlər çərçivəsində Nəsimi rayonu 8 saylı tam orta məktəbdə Dövlət müstəqilliyi gününə həsr olunmuş Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi, rayon ağsaqqallar şurası və Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə Qarabağ Azərbaycandır adlı bayram tədbiri keçirilmişdir.

Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Aydın Heydərov müstəqilliyimizin tarixi əhəmiyyətindən danışdı. Ulu öndər Heydər Əliyev ölkədə xaos və anarxiyanın, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və mökəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindəndən uğurla davam etdirilir.

Daha Sonra çıxış edən Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Sədri Azər Quliyev Vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Dövlət başçımızın Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verib. Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq".  

Çıxış edən Tələbə İsmayil Ağazadə bildirdi ki  Qarabağ  Azərbaycanın aktual mövzusu sırasına daxildir.Gənclərimiz hər il Xocalı soyqrımını və yaxud Qarabağın daxilində olan rayonların işğal gününü dünyanın hər yerində yada salır. Bugün Cənab Ali Baş komandanımız əmr versə biz hər birimiz nəyin ki oğlanlarımız qızlarımızda bizimlə bərabər Qarabağımızı işğaldan azad etməyə hazırdır. Çünki bütün Azərbaycan gəncliyi cənab prezident İlham Əliyevin ətrafında sıx birləşmişdir. Buda Azərbaycanınımızın günü gündən yüksəlməsidir.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı.Müstəqilliyin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Gülarə xanım bildirdiki Cənab Prezidentin  “Qarabağ Azərbaycandır!” sözləri müasir dövrün milli vətənpərvərlik ruhunu qazanmaqdadır. Bu fikirlər tarixi keçmişimizi əks etdirən Azərbaycan tarixidir. Prezidentimizin milli və dövlətçilik maraqlarının müdafiəsində çox müdrik və prinsipial mövqe nümayiş etdirməsi “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi Ermənistanın baş naziri Nikol Paşinyanın apardığı siyasətin darmadağın edilməsi və Qarabağ həqiqətlərinin, ölkəmizin haqlı mövqeyinin bir daha dünyaya çatdırılması baxımdan çox əhəmiyyətli bir hadisə olmuşdur. Prezidentimizin müdrik qətiyyətli çıxışı Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq sahəsində növbəti uğurlu qədəm olmaqla yanaşı, tezliklə üç rəngli bayrağımızı Qarabağımızın hərbir guşəsinə sancılacağından xəbər verir.

Tədbir boyu iştirakçılar Asəf Zeynallı adına Bakı Musiqi Akademiyasının tələbə gənclər təşkilatının tələbələri tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnıları dinləyib,  Qarabağ Azərbaycandır adlı video çarxları izlədilər.

Keçidlər